Əbdicəmil Nurpeysov
Əbdicəmil Kərim oğlu Nurpeysov (qaz. Әbdіzhәmіl Kәrіmұly Nұrpeyіsov; 22 oktyabr 1924 – 5 fevral 2022, Almatı) — Qazaxıstan-sovet yazıçısı, SSRİ Dövlət mükafatı laureatı (1974).
== Həyatı ==
Əbdicəmil Kərim oğlu Nurpeysov 22 oktyabr 1924-cü il tarixində SSRİ respublikalarından olan Rusiya SFSR-nin Türkistan MSSR-nin Aralsk şəhərində (indiki Qazaxıstanın Qızılorda vilayətində yerləşir) anadan olmuşdur. Əslən Alimoğlu boyundandır. İkinci Dünya müharibəsində iştirak etmişdir. O, 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür.
== Yaradıcılığı ==
Əbdicəmil Nurpeysov "Kurlyandiya" (1950, ikinci redaksiyası "İntizarlı gün", 1958) romanı iştirakçısı olduğu İkinci Dünya müharibəsinə həsr edilmişdir. Birinci Dünya müharibəsi və İkinci Dünya müharibəsi illərində Qazaxıstanda baş verən hadisələrdən bəhs edən tarixi-inqilabi "Qan və tər" (1961–1970) trilogiyasının müəllifidr. Müasir mövzuda "İri buz" (kitab 1, 1982) romanı, ədəbi-tənqidi məqalələri ("Düşüncələr" toplusu, 1972), tərcümələri var.
== Təltif və mükafatlar ==
Əbdicəmil Nurpeysovun layiq görüldüyü təltif və mükafatlar:
"Qırmızı Ulduz" ordeni;
"Qırmızı əmək bayrağı" ordeni;
"Şərəf nişanı" ordeni;
SSRİ Dövlət mükafatı;
Qazaxıstan SSR xalq yazıçısı;
"Vətən" ordeni.