* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••• | 65.10 |
2003 | •••••••••••••••••••• | 142.51 |
2004 | ••••••••••••••••• | 116.90 |
2005 | •••••••••• | 68.15 |
2006 | ••••••••••• | 74.33 |
2007 | ••••••••••• | 74.21 |
2008 | ••••••••••• | 76.25 |
2009 | ••••••••• | 57.43 |
2010 | •••••••• | 53.47 |
2011 | ••••••••• | 59.45 |
2012 | •••••••• | 52.40 |
2013 | •••• | 28.45 |
2014 | •••• | 27.63 |
2015 | ••••• | 28.75 |
2016 | ••••• | 28.81 |
2017 | •••• | 25.69 |
2018 | •••••• | 36.56 |
2019 | ••••• | 30.88 |
2020 | ••••• | 33.55 |
1 sif. və zərf [ər.] 1. Daimi, həmişəlik. Şair könlüm rübabını eşq ilə çaldı; Biz əbədi qardaş olduq: ilk bahar və mən. S.Vurğun. Sübhün əbədi aşiqləri olan boz torağaylar havalanıb səhər nəğmələrini oxuyur… M.Rzaquluzadə. // Ölməz, daim yaşayan. Bu odlu nəğmələrdən; Parlaq, sönməz bir məşəl; Bu rəngin lövhələrdən; Qur əbədi bir heykəl. A.Şaiq. Mən elə bildim ki, ürəyim acdır; Məhəbbət əbədi bir ehtiyacdır. S.Vurğun. // Sonsuz, intəhasız, mütləq. 2. bax əbədən. Əbədi bizə gəlməyib. Əbədi xəbərim yoxdur. ◊ Əbədi istirahət evi tənt. – qəbir. Əbədi yuxu – ölüm. Afaq dodaqlarında təbəssüm, ölüm adlanan əbədi bir yuxu içində idi. Ə.Məmmədxanlı. Əbədi yuxuya getmək, gözlərini əbədi yummaq, əbədi susmaq – ölmək, keçinmək. Qız tab eləməyib, yerə dəydi, … əbədi olaraq susdu. T.Ş.Simurq. Neçə gündür ki, şanlı Bakı əbədi yuxuya gedən xalq şairinə öz kədərli köksündə layla çalır. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / əbədi1 Ərəb mənşəlidir, “daima” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / əbədi2 ƏBƏDİ (daimi mövcud olan, daimi yaşayan) [Təliə:] Məncə əbədi qalan şey sevginin özü deyil, onun unudulmaz xatirələridir (M.S.Ordubadi); ƏBƏD Oxuyun, millətin nicatı olun; Ta əbəd baisi-həyatı olun (M.Ə.Sabir); ƏBƏDİYYƏN Qızın gözləri ilk baxışdan əbədiyyən hafizəmdə nəqş olunmuşdur (Ə.Məmmədxanlı); HƏMİŞƏLİK Onlar ya bu saat əbədi birləşməli, ya da ki, həmişəlik ayrılmalı idilər (Ə.Vəliyev); ÖMÜRLÜK Eyvaz: Başqası boşandığı adamla ömürlük düşmən olur... (B.Bayramov); DAİMİ (bax).
Azərbaycan dilinin sinonimlər lüğəti / əbədi1 ƏBƏDİ – MÜVƏQQƏTİ Sübhün əbədi aşiqləri olan boz torağaylar havalanıb səhər nəğmələrini oxuyur (M.Rzaquluzadə); Xalq müvəqqəti sükutu pozaraq dedi (M.S.Ordubadi).
Azərbaycan dilinin antonimlər lüğəti / əbədi2 I прил. вечный (непреходящий, не ограниченный какими-л. сроками). Xalqlar arasında əbədi sülh вечный мир между народами, əbədi zülmətə bürünmək погрузиться в вечный мрак, əbədi xatirə вечная память, əbədi sükut вечный покой, əbədi dostluq вечная дружба II нареч. вечно, навечно, навсегда. Qəlbimizdə əbədi yaşayacaq вечно будет жить в наших сердцах, əbədi qalacaq навечно останется ◊ gözlərini əbədi yummaq навсегда закрыть глаза (умереть); əbədi susmaq скончаться; əbədi yuxuya getmək заснуть вечным сном; əbədi eşq olsun! вечная слава!
Azərbaycanca-rusca lüğət / əbədi1 I. s. 1. eternal, everlasting, perpetual; ~ şöhrət eternal fame; ~ sülh everlasting peace; ~ hərəkət perpetual motion; ~ həbs cəzası perpetual imprisonment; 2. (ölməz) immortal; ~ şöhrət immortal fame II. z. eternally, perpetually, for ever, forever; ~ olaraq in (to, for) perpetuity, for ever; ~ yoxa çıxmaq to disappear for ever; ◊ ~ yuxu death; ~ yuxuya getmək / gözlərini yummaq / uyumaq to die, to pass away, to breathe one’s last idiom.
Azərbaycanca-ingiliscə lüğət / əbədi1 sif. éternel, -le, perpétuel, -le ; ~ şöhrət gloire f éternelle ; ~ sülh paix f durable ; ~ hərəkət mouvement m perpétuel ; ~ həbs cəzası condamnation f à la détention perpétuelle ; immortel, -le ; ~ məhəbbbət amour m immortel ; 2) à perpétuité, pour toujours, à jamais, à tout jamais, éternellement
Azərbaycanca-fransızca lüğət / əbədi1 [ər.] прил., нареч. эбеди (1. мидаим, даими, гьамишалух; // рекьин тийир, гьамиша яшамиш жедай; эхир авачир, и кьил-а кьил авачир; 2. кил. əbədən); ** əbədi istirahət evi эбеди ял ядай кӀвал, эхиратдин кӀвал, сур; əbədi yuxu эбеди ахвар, кьиникь; əbədi yuxuya getmək, əbədi susmaq эбеди ахварал фин, эбеди кисун, кьин.
Azərbaycanca-ləzgicə lüğəti / əbədiƏBƏDİ(YYƏ) ə. 1) sonu olmayan, sonsuz, tükənməz; 2) əbədi olaraq, daimi, həmişəlik.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti