gödək-enli sözü azərbaycan dilində

gödək-enli

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • gödək-enli • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Enli lentqurd
Enli lentqurd (lat. Diphyllobothrium latum) — Pseudophyllidea dəstəsinə aid olan lentşəkilli qurddur. Enli lentqurd yaxşı bişirilməmiş yoluxmuş balıqla və ya durna balığının çiy kürüsü ilə qidalanma zamanı insanda parazitik xəstəlik olan difillobotrioz xəstəliyini törədir. Enlilent qurdun uzunluğu 9–20 m-dir. Bədəni təşkil edən buğumların sayı 4000-dən çox olub, rəngi ağımtıl, boz və ya sarımtıldır. Baş yumurta formasında olub, uzunluğu 2,5 mm, eni isə 1 mm-dir. Skoleks ön tərəfdən dəyirmi, yan tərəflərdən isə basıqdır. Başın ventral və dorzal səthində bir dərin şırım (botri) vardır. Bu şırımı başın en kəsiyində aydın görmək olur. Başın arxa hissəsi daralaraq 15 mm uzunluğu olan boyuna keçir.
Gödək Pipin
Gödək Pipin (III Pipin; lat. Pippinus Brevis, fr. Pépin le Bref; təq. 715 və ya 714, Lyej – 24 sentyabr 768) — 741-751-ci illərdə frank mayordromu, daha sonra 751-768-ci illərdə Karolinqlər sülaləsindən olan ilk Frank kralı, Karl Martelllin kiçik oğlu və Böyük Karlın atası.
Gödək qoyunu
Gödək qoyunu — Azərbaycanda, Quba-Xaçmaz iqtisadi rayonunda miqdarca birinci yeri tutan qoyun cinsi. Cins xalq seleksiyası yolu ilə yaradılmışdır və qədim cins hesab olunur. Cinssin nümayəndələri xırda olması, qısa ayaqları, möhkəm gövdəsi ilə çeçilir. Konstitusiyası quru və möhkəmdir. Ağır şəraitə davamlı, çevik və uzaq yol getməyə qadir, yerli şəraitə uyğunlaşmış qoyunlardır. Qoyunların 80 % ağ, başı və ayaqları qonur və qara rəngli olur. Ətlik-yunluq istiqamətli cinsdir. Dişilərdə diri çəki 30-40 kq, qoçlarda isə 45-50 kq-dır. Ət çıxarı orta hesabla 45,0-48,0 % təşkil edir. İlllik süd verimliyi 45 litr, südünün yağlığı isə 6,4- 7,2 % olur.
Gödək Əhməd
Əbül Nasir Gödək Əhməd (1476, Konstantinopol – 13 dekabr 1497 və ya 1497, İsfahan) — Ağqoyunlu dövlətinin VI hökmdarı. Həsən bəy Rumlu Əhsənüt-təvarix əsərində Gödək Əhmədlə bağlı yazırdı: "O, həmin ilin qışında öldürüldü. Onun hakimiyyəti altı ay davam etdi. Bədən quruluşuna gəlincə; üzü son dərəcə qırmızı və ağ, əlləri və ayaqları qısa idi. Bu səbəbdən Əhməd gödək adı ilə tanınırdı". Ağqoyunlu Əhməd bəy mənbələrdə Əhməd Mirzə, Sultan Əhməd, Gödək Əhməd ünvan və ləqəbləri ilə tanınır. O, Uzun Həsənin nəvəsi, Uğurlu Məhəmmədin isə oğlu idi. Uğurlu Məhəmməd atasına qarşı 1474-cü ildə döyüşdə məğlub olduqdan sonra Osmanlı dövlətinə sığınmışdı. Fateh Sultan Mehmed də onu qızı Gövhərxan Sultan ilə evləndirərək onları Sivas bəyliyinə göndərir. Uğurlu Məhəmməd bəy Səlcuqşah Bəyimin təşkil etdiyi sui qəsd nəticəsində Ərzincana gedərək orada öldürülür.
Gödək minarəli məscid
Gödək minarəli məscid — XIX əsrə aid tarix-memarlıq abidəsi. Azərbaycanın Şəki şəhərində Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Gödək minarəli məscid də Ümumdünya İrsinə daxildir. Gödək minarəli məscid Şəki şəhərinin Sarı Torpaq məhəlləsində yerləşir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun tərkibində olan ibadət evi hicri-qəməri təqvimi ilə 1226-cı ildə (miladi 1811) Hacı Abdurrahman bəy və Hacı Sədrəddin bəy tərəfindən tikdirilib. Məscidin inşa tarixini giriş qapısının üstündə olan kitabədən təyin etmək mümkündür. Kitabənin üzərində ərəb dilində yazılıb: Məscid daşdan və kərpicdən inşa edilib, iki otağdan və bir dəhlizdən ibarətdir. Məscidin tavanı şəbəkədəndir.

Oxşar sözlər

#gödək-enli nədir? #gödək-enli sözünün mənası #gödək-enli nə deməkdir? #gödək-enli sözünün izahı #gödək-enli sözünün yazılışı #gödək-enli necə yazılır? #gödək-enli sözünün düzgün yazılışı #gödək-enli leksik mənası #gödək-enli sözünün sinonimi #gödək-enli sözünün yaxın mənalı sözlər #gödək-enli sözünün əks mənası #gödək-enli sözünün etimologiyası #gödək-enli sözünün orfoqrafiyası #gödək-enli rusca #gödək-enli inglisça #gödək-enli fransızca #gödək-enli sözünün istifadəsi #sözlük