göbək sözü azərbaycan dilində

göbək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • göbək • 84.7458%
  • Göbək • 13.5593%
  • GÖBƏK • 1.6949%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Göbək ciyəsi
Göbək ciyəsi (lat. funiculus umbilicalis) — embrionu, daha sonra dölü bətnində cift vasitəsilə ana orqanizmlə birləşdirən xüsusi bir üzv. İnsanda onun uzunluğu 50-70 sm vä daha artıq olur. Bu da dölün ana bətnində (uşaqlıqda) sərbəst hərəkət etməsinə imkan yaratmış olur. Göbək ciyəsinin qalınlığı yeni doğulmuşda 2 sm olur. Onun xarici qişası ya örtüyü hamar və bir qədər parıltılıdır. == Təşkili == === Göbək arteriyaları === Göbək arteriyaları 2 ədəd olub, dölün daxili qalça arteriyalarından başlanğıc götürərək karbon qazı, metobolizm maddələrilə zəngin qanı ciftə çatdırır. Doğuşdan sonra boş qaldığına görə çapıq toxumasına çevrilərək göbək büküşünün əmələ gəlməsində iştirak edir. === Göbək venası === Göbək venası ilkin mərhələdə cüt olur. Sonradan sağ vena obliterasiya olunur, tutulur.
Göbək venası
Göbək venası (lat. v. umblicalis) vasitəsilə ciftdən arterial qan dölə doğru axır. Göbək venası göbək ciyəsilə gedərək göbəkdən qarın boşluğuna daxil olur, qarnın ön divarının dal səthilə yuxarıya qalxaraq qaraciyərin qapısına çatır və burada iki şaxəyə bölünür. Şaxələrdən biri qapı venasına və digəri venoz axacaq – lat. ductus venosus adı ilə aşağı boş venaya açılır. beləliklə göbək venası ilə axan arterial qanın bir hissəsi aşağı boş venadakı venoz qanla qarışır, digər hissə isə qapı venasındakı venoz qanla qarışıb qaraciyərə daxil olur və orada kapillyar sistemini keçdikdən sonra qaraciyər venaları (lat. vv. hepaticae) vasitəsilə yenə aşağı boş venaya tökülür. Bunun nəticəsində qaraciyər başqa üzvlərə nisbətən artıq miqdarda arterial qan alır, ona görə də embrionda olduqca artıq inkişaf etmiş olur.
Göbəklitəpə
Göbəklitəpə (türk. Göbekli Tepe) — Türkiyənin cənub-şərqində, Örəncik kəndindən 2,5 km, Şanlıurfa şəhərindən 15 km şimal şərqdə yerləşən, dünyada ən qədim istehkam məbəd kompleksidir. 2003 cü ildə aparılmış geomaqnit tədqiqatlarına əsasən 12000 il yaşı olan bu məbəd kompleksi, e.ə. IX minilliyə aiddir. Kompleks cəmi 20-dən artıq dairəvi şəklində olan istehkamlardan ibarətdir. Bəzi sütunların səthi relyeflərlə örtülüdür. Məbəd məqsədli şəkildə e. ə. VIII minillikdə torpaqla basdırılmışdır. Uzun illər məbəd kompleksi 15 m hündürlüklü və 300 m diametrli Göbəklitəpə hündürlüyündə yatıb qalmışdır.
Göbəktala
Göbəktala — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Göbəktala kəndi Rəsullu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Göbəktala kənd Soveti yaradılmışdır. == Əhalisi == Kənd əhalisinin sayı 1431 nəfərdir ki, onun da 729 nəfəri kişi, 702 nəfəri isə qadındır. == Din == Kənddə "Həzrəti Əbülfəz" məscidi dini icması fəaliyyət göstərir.
Göbəktala bələdiyyəsi
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.50 dəfə / 1 mln.
2009 ••••• 0.48
2010 ••••• 0.45
2011 •••••••• 0.77
2012 ••• 0.26
2013 •••••••••••••••••••• 2.04
2014 •••••••••••••• 1.37
2015 •• 0.17
2016 •• 0.17
2018 •••••••••••• 1.20
2019 ••• 0.28
2020 ••• 0.27

göbək sözünün leksik mənası və izahı

  • 1 is. 1. Göbəkbağı düşdükdən sonra qarnın ortasında qalan kiçik çuxur, batıq. □ Göbəyə qədər (kimi) – belə qədər, beləcən. Biçinçilər sıra ilə durmuş, göbəyə qədər qalxmış yaş otu biçir … və qurumuş otlardan qotman vururdular. A.Şaiq. Su gölmədə göbəyimizə kimi çıxırdı. S.S.Axundov. 2. bax göbəkbağı. Uşağın göbəyi düşdü. 3. məc. zar. Bir şeyin mərkəzi, tən ortası, əsası mənasında. Dünyanın göbəyi. – Bu zalım oğlu zalım axırda işi o yerə gətirib çatdırdı ki, İstanbulun göbəyindən xotkarın öz qızını da götürüb apardı. “Koroğlu”. 4. məc. Səbəbkar, bais mənasında. [Süleyman:] Bütün bu işlərin göbəyi Tofiqdi. M.İbrahimov. 5. bax göbəkduası. [Ələsgər Mirzə Heydərə:] Çıxıb getsənə göbək yazmağın dalınca! Ə.Haqverdiyev. ◊ Göbək bağlamaq zar. – kökəlmək, ətlənmək, ətə-cana dolmaq. Yağ salıb, bağlayıb cümlə göbək. S.Ə.Şirvani. Göbəyi düşmək – ağır iş nəticəsində qarnı zədələnmək. Göbəyini piyləndirmək – bax göbək bağlamaq. [Paşa bəy:] Mən sənə ümidəm, sən də göbəyini piyləndirməkdən başqa heç nəyə fikir vermirsən. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / göbək

göbək sözünün etimologiyası

  • 1 Döl ana bətnində olanda onun qidalanması üçün göbək bağı deyilən bo­ru işə yarayır. Doğumda bu bağı kəsirlər, yerdə kiçik bir çuxur qalır ki, ona da göbək de­yirlər. Göbək, ilk növbədə, göbələk sözü ilə oxşardır, gö­bələk isə “köpmək” an­lamı ilə bağlıdır, amma göbək çökək olur. Ona gö­rə də məna yaxınlığı özünü gös­­tər­mir. Əslində, boru təzə kəsiləndə gö­bək də göbələk kimi bir qədər domba və­­ziy­yətdə olur. Ad da buna əsasən veril­miş ola bilər. Qurumaq (kepimək) feili mövcud olub (indi təpimək şəklində işlədilir), göbək (köbək) bu kəlmə ilə də bağlı ola bilər, çünki boru kəsildik­dən sonra göbəkdə quruma pro­sesi gedir. Mü­ba­hi­sə­lidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / göbək

göbək sözünün rus dilinə tərcüməsi

  • 1 пуп, пупок

    Azərbaycanca-rusca lüğət / göbək
  • 2 I сущ. 1. пупок (маленькая впадина на середине живота, оставшаяся после отпадения пуповины). мед. Göbək iltihabı воспаление пупка, göbək dəbəliyi грыжа пупка 2. пуповина. Uşağın göbəyi düşdü у ребёнка отпала пуповина, göbəyini kəsmək kimin перерезать пуповину кому, uşağın göbəyini bağlamaq перевязать пуповину ребёнка 3. перен. шутл. центр, центральная (серединная) часть чего-л. Dünyanın göbəyi центр земли 4. перен. зачинщик, зачинщица (тот, кто является причиной чего-л.) 5. см. göbəkduası II прил. пупочный, пупковый (относящийся к пупку). Göbək nahiyəsi пупочная область, göbək halqası пупочное кольцо; göbək bağlamaq отращивать, отрастить себе пузо (брюхо); göbəyi düşmək kimin 1. надорвать, повредить живот от чрезмерного усилия, непосильного напряжения 2. перен. испугаться, перепугаться; göbəyini piyləndirmək см. göbək bağlamaq

    Azərbaycanca-rusca lüğət / göbək

göbək sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. navel, tib. omphalos; anat. umbilicus; göbəyə qədər / kimi till navel, up to the waist; waist-deep; göbəyə qədər qar içində olmaq to be* waist-deep in snow; ~ atmaq (oynaaq) to dance the bellydance; ~ bağlamaq to develop a paunch, to become* fat / stout; göbəyi bir yerdə kəsilmək (yaxın dost olmaq) to be* bosom / inseparable friends; göbəyini kəsmək (uşağın) to cut* the navel-string; göbəyi bitişik olmaq məc. to be* always together, to do* everything together; göbəyi düşmək 1) to develop an umbilical / hernia; 2) to injure one’s navel by taking heavy things; göbəyi piylənmək bax kökəlmək; 2. heart, centre; ◊ şəhərin göbəyində in the heart / centre of the city; ◊ dünyanın göbəyi the hub of the universe

    Azərbaycanca-ingiliscə lüğət / göbək

göbək sözünün fransız dilinə tərcüməsi

göbək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. пицӀ; göbəyə qədər (kimi) пицӀинал кьван, юкьвал кьван; 2. кил. göbəkbağı; 3. пер. зар. за затӀунин юкьни-юкь, асас, меркез; 4. пер. себебкар; 5. кил. göbəkduası; ** göbək bağlamaq зар. пицӀ гьалдун, куьк хьун, як кьун, якӀа-чӀарчӀе гьатун; göbəyi düşmək пицӀ аватун, руфун аватун (залан кӀвалахдикай); göbəyini piyləndirmək кил. göbək bağlamaq.

    Azərbaycanca-ləzgicə lüğəti / göbək

göbək sözünün türk dilinə tərcüməsi

"göbək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#göbək nədir? #göbək sözünün mənası #göbək nə deməkdir? #göbək sözünün izahı #göbək sözünün yazılışı #göbək necə yazılır? #göbək sözünün düzgün yazılışı #göbək leksik mənası #göbək sözünün sinonimi #göbək sözünün yaxın mənalı sözlər #göbək sözünün əks mənası #göbək sözünün etimologiyası #göbək sözünün orfoqrafiyası #göbək rusca #göbək inglisça #göbək fransızca #göbək sözünün istifadəsi #sözlük