* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Gözəl, qəşəng. Göyçək qız. Göyçək gəlin. – Şah cavan və göyçək oğlan idi. M.F.Axundzadə. [Asya:] Batmış nə göyçək oğlandır. Ü.Hacıbəyov. Nərminə göyçək idi. Qaraxallı, girdə çəhrayı sifətindən təbəssüm əskik olmazdı. B.Bayramov. // İs. mənasında. Göyçəkləri xoş-kəlam, həm aşiqə ram; Vacibdi bizə duası Gürcüstanın. S.Ə.Şirvani. Dağlar çiçəyi yenə; Baxdı öz göyçəyinə. R.Rza. // Xoşagələn, gözəl. Demə Vaqif ki, filan kimsənə çox zirəkdir; Ya filan şeir deyir, yazısı həm göyçəkdir. M.P.Vaqif. [Heydər bəy:] Əsgər bəy deyir ki, həm ucuzdur və həm göyçəkdir, həm də rəngi solmur. M.F.Axundzadə. Köynəyi al ipək lalə; Zərif, qəşəng, göyçək lalə. M.Rahim. // Zərf mənasında. Nə göyçək yaraşır, nə xoş görünür; Mina, incə kəmər bel arasında. Q.Zakir. Ay nazənin, ay qabağın altından; Nə göyçək çəkilib qara qaşların. Aşıq Ələsgər.
Azərbaycan dilinin izahlı lüğəti / göyçək1 Zahiri gözəllik anlamında işlədilir. Görcək kimi olub, eybəcər (göyçək olmayan) qadına “görüksüz” deyiblər. Tatar dilində kürek (красота), kürekli (изящный), kürkəm (симпатичный) kəlmələri işlədilir. Bizdə “göyçək” mənasında görk, görklü kəlmələri də olub. Rus dilindəki вид sözünün mənasını verən görük sözü də миловидность kimi açıqlanıb (“görk olsun” deyirik). Görkəm sözünün kökü feildir, bunu ötkəm tipli sözlər də sübut edir. Deməli, göyçək kəlməsi görmək feili zəminində yaranıb, yaxşı görünən deməkdir. Belə bir qədim deyim də var: “Kişini göz aldadar, qadını söz (yəni qadın bəzənəndə kişi ona vurulur, kişi yağlı sözlər işlədəndə qadın ona vurulur)”. Kişi çox vaxt məhz qadının göyçəkliyinə uyur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / göyçək1 GÖYÇƏK – ÇİRKİN Eybi yoxdur, göyçək xanımların haqqında hamı danışır (Ə.Haqverdiyev); Molla qoca, çopur, çirkin, yoxsul adam idi (Mir Cəlal).
Azərbaycan dilinin antonimlər lüğəti / göyçək2 I прил. красивый (имеющий привлекательные черты лица). Göyçək qız красивая девушка II сущ. красавец, красавица III разг. нареч. красиво. Göyçək danışmaq говорить красиво
Azərbaycanca-rusca lüğət / göyçək1 sif. beau (bel sait qarşısında), belle, joli, -e ; ~ qız une belle fille
Azərbaycanca-fransızca lüğət / göyçək