görmək sözü azərbaycan dilində

görmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • görmək • 99.8323%
  • Görmək • 0.1286%
  • GÖRMƏK • 0.0391%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qabaqcadan görmək
Qabaqcadan görmək ya Proqnozlaşdırma (İngiliscə. Forecasting) keçmiş və indiki verilərinin istiqamət və gedişini analizi (data trend analysis) əsasında gələcək haqda öncədən faktlı və məntiqli xəbər vermək prosesidir. Bir adi örnək, gələcək müəyyənləşmiş günlərdə faiz dəyişənin təxminidir. Öncədən Demək (Prediction) isə Qabaqcadan görməklə eynidir, ancaq daha ümumi sözdür. İkisi də formal statistik metodlarında olan Zaman Seriləri, keçmə-bloklu (cross-sectional), uzunasına rəqəmlər (longitudinal data), ya alternativ az formal qərar çıxarmaq metodlarını işlədirlər. Bu istifadə çeşidli sahələr arasındda fərqli ola bilər: misal üçün, hidrologiya'da, "Qabaqcadan görmə" (forecasting) və "Ön görü" (forecast) müəyyənləşmiş gələcək zamanlardakı dəyərlərin qiymətləndirilməsi için saxlanılır, halbuki "Öncədən Demək" (Prediction) ibarəti, uzun bir dönəmdə sel axımlarınının neçə dəfə baş verməsi kimi, daha çox ümumi təxminlərə işlənir. == Qabaqcadan görmə yollarının kateqoriyaları == === Sayılı yollar Keyfiyyətli yollar qarşısında === Keyfiyyətli öngörü yolları istehlakçıların düşüncə və qərarı əsasında və subyektiv dirlər. Onlar keçmiş verilər(data) əldə olmasalar uyğundurlar. Onları adətən orta və ya uzun mənzilli qərarlarda işlətmək olar. Keyfiyyətli öngörü yollarından neçə örnək: Bildirilmiş rəy və qərar (informed opinion and judgment) Delfi yolu (Delphi method) Bazar araşdırması Tarixi yaşam dövrü bənzətməsi (historical life-cycle analogy)Sayılı qabaqcadan görmə modelləri indiki və keçmiş verilər(data)dən gələcək veriləri (data`nı) əldə etmək için işlənirlər.
Səni yenidən görmək (kitab)
Səni yenidən görmək - fransız yazıçısı Mark Levi tərəfindən yazılmış kitab. == Məzmun == Ürəyiniz geridə qalsa, mütləq qayıdacaqsınız... Mark Levinin milyonlarla satılan “Kaş ki doğru olsaydı” romanının davamı olan “Səni yenidən görmək” birincisi qədər sürprizlərlə dolu bir nağıldır. Uğurlu memar Artur və idealist həkim Lauren arasındakı sevgi qaldığı yerdən davam edir; Onların fantaziya ilə reallıq arasında fırlanan həyatları yenidən San-Fransiskoda kəsişir. Gücünü itirməyən sevgiləri növbəti dəfə gözlənilməz maneələrlə qarşılaşır. "Həyat sizə ikinci bir şans versəydi, ondan maksimum istifadə etmək üçün risk edərdinizmi?" Marc Levy bu suala cavab axtararkən xəyallarını itirmiş çağımızın insanlara sevginin vəsfini təqdim edir.
Bir dəfə görmək... (film, 1984)
Bir dəfə görmək... qısametrajlı sənədli televiziya filmi rejissor Nicat Əliyev tərəfindən 1984-cü ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Sənədli televiziya etnoqrafik filmi tamaşaçıları respublikamıza səyahətə çıxarır. == Məzmun == Sənədli televiziya etnoqrafik filmi tamaşaçıları respublikamıza səyahətə çıxarır, onlara qədim Naxçıvanın, bağlar diyarı Qarabağın, başı qarlı Kəlbəcərin və başqa bölgələrin görməli yerləri, tarixi abidələri, mənzərəli guşələri ilə tanış edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 62.59 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 123.34
2003 ••••••••••••••• 88.58
2004 ••••••••• 51.21
2005 ••••••••••••• 74.90
2006 ••••••••••••• 79.06
2007 ••••••••• 55.39
2008 •••••••• 46.77
2009 •••••••••••• 70.23
2010 •••••••••• 56.19
2011 •••••••••• 60.05
2012 •••••••••• 61.61
2013 ••••••••••••• 79.94
2014 •••••••••••••• 81.52
2015 •••••••••••• 73.83
2016 ••••••••• 53.97
2017 •••••••• 43.74
2018 ••••••••• 50.49
2019 •••••••••• 57.03
2020 ••••••••••• 64.31

görmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Gözləri ilə qavramaq. Öz gözü ilə görmək. Evi görmək. Hadisəni öz gözümlə gördüm. – [Telli:] Vallah, xanım, elə görməmişdən ərə getmək lazımdır, yoxsa əvvəl görəndə daha sonra yaxşı olmur. Ü.Hacıbəyov. // Görmə qüvvəsinə malik olmaq. Gözüm zəif görür. Çeşməklə yaxşı görürəm. 2. Təsadüf etmək, rastlaşmaq. Nə vaxtdır onu görmürəm. – [Səlim:] Gəzdim, dolandım, uğradım hər yerə; Mən böylə bir qadın görmədim hələ. H.Cavid. [Balaş:] Heç bilmirəm nə edim? Qonaqlar da [Atakişini] görmək istəyir. C.Cabbarlı. // Şəxsən görüşmək. Müdiri görməyə getmək. // Yoluxmaq, yoxlamaq, baş çəkmək. Xəstəni görməyə getdi. Qız görmək üçün gedib. – Ceyran, oğlunu görmək bəhanəsilə hər gün Eldarın evinə gedir. S.Hüseyn. 3. Başa düşmək, anlamaq, duymaq, hiss etmək. Özüm görürəm ki, … – Qəssab Alı gördü ki, bu müştəri lap göydəndüşmədi. “Koroğlu”. Əşrəf gördü ki, hesabdarlıq Nazlının çox xoşuna gəlir. S.Rəhman. // Hesab etmək, hiss etmək, tapmaq. Mən burada pis bir niyyət görmürəm. 4. Görməyə nail olmaq, qismət olmaq, nəsib olmaq. Oğlunun toyunu görmək. Yaxşı günlər görmək. – Səlma da aqibət xoş bir gün görür. H.Cavid. Uzaq deyil, bu günsabah görəcəyik o günləri; Yenə qanad açacaqdır eşq adlanan gözəl pəri. S.Vurğun. 5. Təsəvvürünə gətirmək, fikrən təsəvvür etmək, xəyalına, gözünün qabağına gətirmək. …Qəhrəman öz uşaqlıq günlərini görürdü. S.Rəhimov. Qambayev dəhşətli sonun yaxınlaşdığını görürdü. S.Rəhman. 6. Müəyyən etmək, bəlli etmək, aşkara çıxarmaq. Aşkardı ki, hər iş sahibi ilin axırında … dəftərləri qoyar qabağına və başlar hesab etməyə ki, görsün qazancı nə olub və zərəri nə olub. C.Məmmədquluzadə. 7. Çatmaq, bəs eləmək, kifayət etmək. Bu çörək iki günə bizi görər. – [Bədəl:] Əvvəla, Rəhim xandan gətirdiyimiz sursat neçə müddət bizi görər? Ə.Haqverdiyev. 8. dan. Görüşüb danışmaq, görüşüb məsləhətləşmək, razılığını almaq. Onu görmək lazımdır. Adam görmək lazımdır. // məc. dan. Qabaqca görüb rüşvət vermək. Koxanı gör, kəndi çap. (Ata. sözü). Dövlətli qabaqcadan vəziri görmüş imiş, vəzir də hökmü təsdiq edir. “M.N.lətif.” 9. Etmək, icra etmək, yerinə yetirmək. [Mərcan bəy:] Qoymursan ki, mən öz işimi özüm görüm. Ü.Hacıbəyov. Ballı … çay tədarükü görməyə başladı. A.Şaiq. 10. Şübhələnmək, təqsirləndirmək. Kimdən görürsən? – Mərd Allahından görər, namərd yoldaşından. (Ata. sözü). [Oğurluğu] çayxana sahibi kəndlilərdən görürdü. Mir Cəlal. 11. Keçirmək, çəkmək, giriftar olmaq, uğramaq. Kasıblıq görmək. Çox çətinlik görmək. Xəstəlik görmək. – Bağın, əkinin xeyrini bəylər görəcəkmiş; Toxm əkməyə dehqanları neylərdin, ilahi?! M.Ə.Sabir. 12. Gəzmək, yaşamaq, olmaq. Çox yer görmək. 13. Əmr şəklində gör – a) təəccüb, heyrət bildirir. Gör nə gözəl oxuyur. Gör nə qədər adam var. Gör nə böyük ilandır. Gör necə özündən çıxır; b) bax gör, yoxla, öyrən mənasında. Gör o hara getdi. Gör bir şey öyrənə bilərsənmi? Gör bacara bilərsənmi? c) hədə, qorxu bildirir. Gör ona nə toy tutacaqlar. Gör onun dərsini necə verəcəyəm. 14. Görək şəklində – intizar, qeyri-müəyyənlik bildirir. Görək bu işdən nə çıxar? Görək axırı nə olar? 15. Görüm şəklində – a) təkid, israr bildirir. – Ə, de görüm, niyə mürüvvətin yoxdur, hə? … – deyə, Xəlil ani və sərt bir nəzərlə Şahmara baxıb, yenə gözlərini çəkdi. M.Hüseyn; b) arzu, istək bildirir. Görüm böyük oğlan olasan. – [Məsmə:] O ki uşaqları oxutmaq, adam eləmək istəyir, onu görüm yüz yaşasın! Mir Cəlal. 16. Bir sıra isimlərdən sonra gələrək mürəkkəb feil və müxtəlif ifadələr əmələ gətirir; məs.: məsləhət görmək, isti-soyuq görmək, yolunu görmək. ◊ Gördüm deyən olmadı – heç kəs görmədi, tapılmadı, itdi, yoxa çıxdı. Cənnətəli Nurəddin ilə bərabər beş gün qohumunu axtardı, amma gördüm deyən olmadı. S.S.Axundov. Gördüyünü götürmək – gördüyü şeyi yadda saxlamaq, tez mənimsəmək, tez öyrənmək, zehnən qavramaq. Uşaq gördüyünü götürər. – Sarı qayda-qanunu nisbətən çox tez qavrayırdı və gördüyünü götürürdü. S.Rəhimov. Görməyə gözü olmamaq – zəhləsi getmək, qətiyyən xoşu gəlməmək, nifrət etmək. …Vəzir-vüzəranın Molla Nəsrəddini görməyə gözləri yox idi. “M.N.lətif.”.

    Azərbaycan dilinin izahlı lüğəti / görmək

görmək sözünün etimologiyası

  • 1 Bu feilin əsasında qaramaq sözü dayanıb. Qaramaq görməyin qədim sino­nimidir. Görmək qaramağa nisbətən sonralar (həm də onun inkişafı pro­sesində) əmələ gəlib. Qorumaq, qoruqçu, qarovul kimi sözlər də görməklə (qaraqla) bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / görmək

görmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

görmək sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 GÖRMƏK I f. Müşahidə etmək; rastlaşmaq. Gözümə bir qara keçmiş görünür; Bir qara keçmiş ki, bizdən uzaqdır (S.Vurğun). GÖRMƏK II f. İcra etmək, yerinə yetirmək. Lakin bu sahədə də əslində heç bir iş görülməmişdi.

    Azərbaycan dilinin omonimlər lüğəti / görmək

görmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. видеть, зреть, замечать, подмечать; 2. производить, выполнять работу;

    Azərbaycanca-rusca lüğət / görmək
  • 2 глаг. 1. видеть, увидеть: 1) только несов. в. иметь зрение, обладать зрением в определённой степени. Yaxşı görür хорошо видит, pis görür плохо видит, tezliklə görəcəkdir скоро будет видеть, eynəksiz görmək видеть без очков, qaranlıqda görmək видеть в темноте, artıq görmür перестал видеть, уже не видит 2) воспринимать зрением. Sahili görürəm вижу берег, gəmi görürəm вижу корабль, öz gözümlə görmüşəm видел своими глазами, əksini görmək видеть отражение, pəncərədən görmək видеть в окно, видеть через окно, ekranda görmək видеть на экране, durbinlə görmək видеть в бинокль, mikroskop altında görmək видеть под микроскопом, küçədə görmək видеть на улице, damdan görmək видеть с крыши, uzaqdan görmək видеть издалека (издали), yuxarıdan görmək видеть сверху, aydın görmək видеть ясно, təsadüfən görmək видеть случайно 3) иметь личную встречу с кем-л. Direktoru görmək istəyirəm я хочу видеть директора 4) мысленно представлять, воображать. Elə bil indicə görmüşəm как будто сейчас увидел 5) испытывать, переживать. Həyatında çox şey görüb многое видел на своём веку, çətinlik görmək видеть трудности, aclıq görmək видеть голод 6) сознавать, понимать, чувствовать. Səhvi(ni) görmək видеть ошибку, nöqsanları görmək видеть недостатки, məna görmək nədə видеть смысл в ч ем 2. kimdən, nədən думать на кого, подозревать, предполагать виновность чью. Kimdən görürsən? на кого ты думаешь? qonşulardan görmək думать на соседей 3. хватать, хватить (быть достаточным для кого- л.). Maaş bir ay bizi görməz зарплаты не хватит нам на один месяц 4. в форме gör: 1) смотри, посмотри. Gör nə gözəldir посмотри, какой красивый (как красив), gör nə böyükdür смотри, какой большой; gör hara getdi посмотри, куда он ушел, gör haradadır посмотри, где он 2) посмотришь. Gör ona nə toy tutacağam посмотришь, как я с ним разделаюсь, gör ona nə edəcəyəm посмотришь, что я с ним сделаю 5. в форме görüm: 1) част. же. Gəl görüm иди же, danış görüm говори же, al görüm возьми же 2) употребляется в пожеланиях: с частицей да, с союзом чтобы. Görüm arzuna чатасан да исполнится твоё желание, görüm yüz yaşayasan чтобы ты жил сто лет 6. част. в форме görək посмотрим. Görək nə olacaq посмотрим, что будет, görək necə qurtaracaq посмотрим, как кончится ◊ iş görmək заниматься делом, выполнять работу; hazırlıq görmək вести подготовку, готовиться, подготовиться; məsləhət görmək советовать, посоветовать; gözlərindən görmək видеть по глазам; görürəm ki … вижу, что …

    Azərbaycanca-rusca lüğət / görmək

görmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to see* (d.); ötəri ~ to catch* a glimpse (of); yuxu ~ to dream*, to have* a dream; Siz orada bir şey görürsünüzmü? Do you see anything there? yuxuda ~ to dream* (of, that); Sizi görməyimə şadam! (I am) glad to see you!; 2. to notice (d.); (müşahidə etmək) to observe (d.), to sight (d.), to catch* sight (of); O, bağda iki uşaq gördü He / She noticed two children in the garden; ◊ iş ~ to carry out some work, to do* some work

    Azərbaycanca-ingiliscə lüğət / görmək

görmək sözünün fransız dilinə tərcüməsi

görmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. акун; dənizi görmək гьуьл акун; uşaq gördüyün götürər. Ata. sözü аялди вичиз акурди кьада; yuxu görmək ахвар акун; aclıq görmək гишинвал акун (чӀугун); xeyir görmək хийир акун; // рах. акуна рахун, меслят авун, разивал къачун; // пер. рах. виликамаз акуна рушват гун; 2. дуьшуьш хьун, гьалтун; dəvə gördün? –heç izini də görmədim. Ata. sözü лавар акунани? –акунач; 3. кьисмет хьун, несиб хьун; nəvəsinin toyunu görmək хтулдин мехъер акун; 4. къекъуьн, яшамиш хьун, хьун; çox yer görmək гзаф чкаяр акун; 5. авун, ижра авун, кьилиз акъудун (са кар, кӀвалах); iş görmək кар акун (авун), кӀвалахун; hazırlıq görmək гьазурвал акун; 6. акъакьун, агакьун, бес хьун; bu çörək üç günə bizi görər и фу чаз пуд юкъуз акъакьда; 7. gör буйр. ф. аку; аку садра, килиг, ччира манада; 8. görək акван; ккван; ** gördüm deyən olmadı акуна лугьудай кас хьанач, садазни акунач, къажгъанач, яхкьунач, квахьна; gördüyünü götürmək акурди кьун, акур затӀ фад кьун, фад ччирун, рикӀел хуьн, кьили кьатӀун; görməyə gözü olmamaq аквадай вилер тахьун, хуш татун, зегьле фин, нифрет авун.

    Azərbaycanca-ləzgicə lüğəti / görmək

görmək sözünün türk dilinə tərcüməsi

"görmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#görmək nədir? #görmək sözünün mənası #görmək nə deməkdir? #görmək sözünün izahı #görmək sözünün yazılışı #görmək necə yazılır? #görmək sözünün düzgün yazılışı #görmək leksik mənası #görmək sözünün sinonimi #görmək sözünün yaxın mənalı sözlər #görmək sözünün əks mənası #görmək sözünün etimologiyası #görmək sözünün orfoqrafiyası #görmək rusca #görmək inglisça #görmək fransızca #görmək sözünün istifadəsi #sözlük