gərmək sözü azərbaycan dilində

gərmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • gərmək • 94.8718%
  • Gərmək • 4.2735%
  • GƏRMƏK • 0.8547%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.23 dəfə / 1 mln.
2003 •••••••••••••••• 0.79
2004 •••••••••••••••••••• 1.01
2005 •••••••••••••• 0.67
2006 ••••• 0.23
2008 •••••••••• 0.49
2009 ••••••• 0.32
2010 •••••••• 0.36
2011 •• 0.09
2012 •••• 0.17
2013 ••••••••• 0.44
2014 ••••••• 0.34
2017 •••• 0.16
2019 ••• 0.14
2020 ••• 0.13

gərmək sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] Yemişdən əvvəl yetişən qovun növü. Qovunun, gərməyin qurudu tağı; Getməz bu sinəmdən qarpızın dağı. Aşıq Məmməd.

    Azərbaycan dilinin izahlı lüğəti / gərmək
  • 2 f. Gərilmiş hala gətirmək, dartmaq, tarım etmək, açmaq. Qarğa döşünü gərməsə qaz olmaz. (Ata. sözü). Qulac qollarımı gərrəm; Meydanda hünər göstərrəm. “Koroğlu”. …Leylək hər iki qolunu yana gərib var gücü ilə bir də gərnəşdi… S.Rəhimov. □ Qanad gərmək – qanadlarını bütünlüklə açmaq, uzatmaq. Tərlan genişlik sevər; Göylərdir onun yeri; Qanad gərsin, dolaşsın; Sonsuz mavilikləri. R.Rza. // Obrazlı təşbehlərdə. Hər tərəfdə əsrarəngiz bir sükut qanad gərmişdi. M.Hüseyn. Ölüm müdhiş qanadını uşağın üstünə gərmişdi. Mir Cəlal. // Bir şeyi uclarından və ya kənarlarından çəkərək düz hala gətirmək. ◊ Sinə gərmək – çətinlikdən çıxmaq, qalib gəlmək. Təzə bəlalara biz sinə gərdik; İstiqbal milləti sevindirmədi. B.Vahabzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / gərmək

gərmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

gərmək sözünün antonimləri (əks mənalı sözlər)

gərmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. пялить, выпялить, выпячивать, топырить, оттопыривать; 2. особый сорт дыни;

    Azərbaycanca-rusca lüğət / gərmək
  • 2 1 глаг. 1. натягивать, натянуть (растягивая, напрягая, сделать тугим). Yayı gərmək натягивать лук, ipi gərmək натягивать верёвку 2. напрягать, напрячь. Əzələləri gərmək напрягать мускулы, səsini gərmək напрягать голос, əsəbləri gərmək напрягать нервы 3. расправлять, расправить (напрягая мышцы), распрямлять, распрямить, вытягивать, вытянуть части тела. Qollarını gərmək расправлять руки, ганад (qanadlarını) gərmək расправлять крылья ◊ sinə gərmək nəyə стоять грудью за что 2 сущ. сорт ранней дыни

    Azərbaycanca-rusca lüğət / gərmək

gərmək sözünün inglis dilinə tərcüməsi

gərmək sözünün fransız dilinə tərcüməsi

gərmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. ялун, акъажун, тӀарамарун, ахъаюн; // qanad gərmək лувар (гьяркьуьдаказ) ахъаюн, лувар яргъи авун; ** sinə gərmək хур гун, хура акъвазун, кӀевяй акъатун, гъалиб хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / gərmək
  • 2 [fars.] сущ. хелердин (гатун халидин) са жуьре.

    Azərbaycanca-ləzgicə lüğəti / gərmək

gərmək sözünün türk dilinə tərcüməsi

gərmək sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. tezyetişən qovun növü.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Cəlilabad, Füzuli, Lənkəran, Ucar) yemiş növü adı. – Gərmək çox şirin olur (Ucar)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"gərmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#gərmək nədir? #gərmək sözünün mənası #gərmək nə deməkdir? #gərmək sözünün izahı #gərmək sözünün yazılışı #gərmək necə yazılır? #gərmək sözünün düzgün yazılışı #gərmək leksik mənası #gərmək sözünün sinonimi #gərmək sözünün yaxın mənalı sözlər #gərmək sözünün əks mənası #gərmək sözünün etimologiyası #gərmək sözünün orfoqrafiyası #gərmək rusca #gərmək inglisça #gərmək fransızca #gərmək sözünün istifadəsi #sözlük