* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1. əd. Gərəkdir, lazımdır (cümlədə xəbər mənasında işlənir). Söz gərək ox keçməz qayadan keçə; Yoxdursa sözünün kəsəri, – yazma… M.Araz. □ Gərək olmaq – lazım olmaq, işə yaramaq, kara gəlmək. Dost dosta nə gündə gərək olar? (Ata. sözü). Tənbəldən kömək olmaz; Kimsəyə gərək olmaz; İşində çalışgilən; Zəhmətsiz yemək olmaz. (Bayatı). 2. Feildən qabaq işlənərək, onun ifadə etdiyi işin, hərəkətin olmamasının və ya olmasının arzu edildiyini bildirən modal söz. Gərək gedim. Gərək o sözü deməyəydim. – Onu bilirsənmi ki, mən sabah gərək Tovuzda olam? S.Hüseyn. [Nəbi:] Düşünüb bayaqdan tökmüşəm tədbir; Gərək sinə gərək düşmənə əlbir. S.Rüstəm. [Qara kişi:] Gərək hamıya yaxşılıq eləyəsən ki, öləndə hamı rəhmət desin. B.Bayramov. 3. bağl. mənasında. İstər, həm. Gərək dost, gərək düşmən. 4. İs. mənasında, dan. Yaraq, silah, ləvazimat. Gərəyini götürdü. – Yüz gün yaraq, bir gün gərək. (Ata. sözü). Gərəkdir şəklində – lazımdır, vacibdir, zəruridir. Dərd çəkənə gərəkdir. (Ata. sözü). Xumar-xumar baxan ala gözlərin; Gərəkdir verəsən can qabağında. M.P.Vaqif. Ey dust, bizə huriyü-qılman nə gərəkdir; Yüz huriyüqılman ola, könlüm səni istər. S.Ə.Şirvani. ◊ Gərək ki – ehtimal ki, deyəsən, olsun ki, yəqin ki. [Yusif:] On ildir ki, Şamdan ilə görüşməmişəm. İndi, gərək ki, surəti də təğyir tapıbdır. N.Nərimanov. [Əminə:] Başımda şal otağa girdim, gərək ki, suqabını götürmək istəyirdim. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / gərək1 GƏRƏK I is. Lazım, zəruri, vacib. Səbr elə, ehtiyat gərək... (S.Vurğun). GƏRƏK II is. modal Ehtimal, arzu, təkid mənalarını ifadə edir. Əziz qonaqlar gərək bizi bağışlasınlar (M.Hüseyn).
Azərbaycan dilinin omonimlər lüğəti / gərək2 I предик. должен, должна, должно, должны в сочет. с глаголами: 1. выражает обязательность. Gərək bu işi qurtarasan ты должен закончить эту работу 2. выражает предположение с оттенком обязательности. Gərək tez qayıtsın должен скоро вернуться, gərək məzuniyyətə gedəydi должен был уйти в отпуск, gərək icazə versin он должен разрешить 3. gərəkdir нужно, надо; следует, необходимо; gərəksə если нужно, gərək deyil не нужно, hələ gərəkdir пока нужно, ehtiyat gərəkdir нужна осторожность; gərək olmaq: 1. быть нужным, необходимым; 2. понадобиться, пригодиться; gərək olduqda в случае необходимости, надобности; gərək olmadıqda без надобности, когда нет надобности, необходимости; gərək olar пригодится, понадобится; gərək olarsa если будет нужно, необходимо; если понадобится, в случае надобности; gərək saymaq считать, счесть нужным, необходимым; gərək deyil не нужно, ни к чему; на что; mən ona gərək deyiləm я ему не нужен; onun məsləhətləri mənə gərək deyil мне не нужны его советы, я не нуждаюсь в его советах II вводн. сл. должно быть, наверно, наверное, вероятно, по всей вероятности. Gərək bu yaxınlarda gəlsin вероятно, придёт в ближайшее время, gərək o, evdədir должно быть, он дома; gərək ki наверно, должно быть ◊ nəyimə gərək какое мне дело; nəyə gərəkdir к чему, на что
Azərbaycanca-rusca lüğət / gərək1 mod.s. 1. It is necessary (+to inf.); Gərək biz bu kitabı oxuyaq It is necessary for us to read this book; 2. It is necessary (that.... should); Gərək kimsə ora getsin It is necessary that smb. should go there; 3. need (+passive inf.); Gərək bunu ehtiyatla edəsiniz It needs to be done carefully; 4. must (+passive inf.); Bu gərək edilsin It must be done; 5. to have (+ passive inf.) Bu iş gərək görülsün This work has to be done; 6. one should (+inf.); Gərək ehtiyatlı olasan One should be careful; 7. ought (+to inf.); Siz gərək həkimə gedəsiniz You ought to see a doctor
Azərbaycanca-ingiliscə lüğət / gərək1 mod. sif. il faut, il est nécessaire, il est indispensable ; nəyimə gərək ce n’est pas mon affaire, cela ne me regarde pas
Azərbaycanca-fransızca lüğət / gərək1 герек (1. кӀус. герек я, лазим я (цӀарафда хабар манада); gərək olmaq герек хьун, лазим хьун, кардиз атун; 2. союз. кӀантӀа, гьам; 3. сущ. рах. яракь, зереъат; 4. gərəkdir герек я, лазим я, важиб я); ** gərək ki жед(и), якъин хьи.
Azərbaycanca-ləzgicə lüğəti / gərək