qərəz sözü azərbaycan dilində

qərəz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qərəz • 92.0430%
  • Qərəz • 6.6667%
  • QƏRƏZ • 1.2903%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qərəz
Qərəz və ya Önyarğı — Bir şəxs və ya əşya haqqında müəyyən şərtlərə, hadisələrə və təsvirlərə əsaslanan müsbət və ya mənfi mühakimə, ön qərəz, öncədən olan fikir, ön mühakimə. == Anlayışın izahı == Bəzi insanlar həyatlarında ilk dəfə gördükləri insanlar haqqında mənfi fikir bildirirlər. Halbuki mənfi fikir bildirdikləri insanı tanısalar çox sevərlər və fikirlərində yanıldıqlarını görərlər. Hətta çox yaxşı dost belə ola bilərlər. Amma onların önyarğıları bunların olmasına mane olur. Yəqin ki, kənar şəxslər bizim də haqqımızda belə fikirlər bildiriblər və bizim bundan xəbərimiz olmayıb. İnsanların bir çoxu belədir. Önyarğının pis bir şey olduğunu belə izah etmək olar. Siz əgər yaxın dostunuzla ilk dəfə tanış olduğunuz zaman önyarğılı davransaydınız indi yaxın dost deyildiniz. Yəni gələcək dostunuzu itirmişdiniz.
ANS AMBL. Dəqiq, vicdanlı, qərəzsiz! (film, 2011)
ANS AMBL. Dəqiq, vicdanlı, qərəzsiz! — qısametrajlı sənədli televiziya filmi 2011-ci ildə ANS televiziyasında istehsal edilmişdir. Film ANS televiziyasının yaranmasının 20 illiyinə həsr olunub. == Məzmun == Film ANS televiziyasının yaranmasının 20 illiyinə həsr olunub.
Qərəzçilik
Qərəz və ya Önyarğı — Bir şəxs və ya əşya haqqında müəyyən şərtlərə, hadisələrə və təsvirlərə əsaslanan müsbət və ya mənfi mühakimə, ön qərəz, öncədən olan fikir, ön mühakimə. == Anlayışın izahı == Bəzi insanlar həyatlarında ilk dəfə gördükləri insanlar haqqında mənfi fikir bildirirlər. Halbuki mənfi fikir bildirdikləri insanı tanısalar çox sevərlər və fikirlərində yanıldıqlarını görərlər. Hətta çox yaxşı dost belə ola bilərlər. Amma onların önyarğıları bunların olmasına mane olur. Yəqin ki, kənar şəxslər bizim də haqqımızda belə fikirlər bildiriblər və bizim bundan xəbərimiz olmayıb. İnsanların bir çoxu belədir. Önyarğının pis bir şey olduğunu belə izah etmək olar. Siz əgər yaxın dostunuzla ilk dəfə tanış olduğunuz zaman önyarğılı davransaydınız indi yaxın dost deyildiniz. Yəni gələcək dostunuzu itirmişdiniz.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.19 dəfə / 1 mln.
2002 ••••••••••••••••••• 3.43
2003 ••••••••••••• 2.36
2006 •• 0.23
2009 ••• 0.48
2010 •••• 0.64
2011 ••••• 0.77
2012 ••••• 0.86
2013 •••••••• 1.31
2014 ••••••••• 1.54
2015 •••••••••••••••••••• 3.74
2016 ••••• 0.87
2017 ••••• 0.81
2018 •••••••••••••• 2.55
2019 •••••••• 1.39
2020 ••••••••••••••• 2.78

qərəz sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Məqsəd, niyyət, məram …Bu qələçələri təmir etməkdən qərəz bu idi ki, taifeyi-Xəzər Dərbəndə qələbə və təsəllüt edə bilməsinlər. “Dərbəndnamə”. [Hacı Qara:] Bəs indi mənim yanıma gəlməkdən qərəziniz nədir? M.F.Axundzadə. [Bədircahan bəyim:] Mən qana bilmirəm, sənin qərəzin nədir? N.Vəzirov. 2. Gizli məqsəd, pis niyyət, gizli ədavət. Şəxsi düşmənlərdən doğan tənqid bir parça qərəzdən ibarətdir. M.S.Ordubadi. Şəriəti əldə bəhanə edib biçarə avam camaatı öz qərəz və mərəzimizə alət edərik. C.Məmmədquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / qərəz
  • 2 ara s. [ər.] Xülasə, sözün qısası (bəzən “ki” bağlayıcısı ilə birlikdə). Qərəz, Koroğlu çobanın paltarını alıb geyindi, çomağını da əlinə alıb obaya tərəf yollandı. “Koroğlu”. Qərəz, sözüm orada deyil, sözüm oradadır ki, doğrudan uşaqlıq bir gözəl nemət imiş ki, əldən çıxdı. C.Məmmədquluzadə. [Möhlətov] qərəz ki, öz aləmində sevmək, sevişmək … üçün nə lazımdısa, nə mümkündüsə hamısını eləmişdi. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / qərəz

qərəz sözünün etimologiyası

qərəz sözünün sinonimləri (yaxın mənalı sözlər)

qərəz sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 QƏRƏZ I is. [ ər. ] Məqsəd, niyyət, məram. Bəs indi mənim yanıma gəlməkdən qərəziniz nədir? (M.F.Axundzadə). QƏRƏZ II is. [ ər. ] Ədavət, kin. Şəxsi düşmənçilikdən doğan tənqid, bir parça qərəzdən ibarətdir (M.S.Ordubadi). QƏRƏZ III ara söz [ ər. ] Xülasə, sözün qısası. Qərəz, sözüm ondadır ki, bu işdə sən bizə mane olursan (S.Qədirzadə).

    Azərbaycan dilinin omonimlər lüğəti / qərəz

qərəz sözünün rus dilinə tərcüməsi

  • 1 1. цель, намерение; 2. скрытое, тайное намерение, умысел, задняя мысль; 3. пристрастие, недорброжелательство; 4. словом, одним словом, короче говоря;

    Azərbaycanca-rusca lüğət / qərəz
  • 2 1 сущ. 1. цель, тайное намерение 2. пристрастность; недоброжелательность 2 мод. сл. словом, одним словом, короче говоря. Qərəz, uzun mübahisə oldu словом, произошел долгий спор

    Azərbaycanca-rusca lüğət / qərəz

qərəz sözünün inglis dilinə tərcüməsi

qərəz sözünün fransız dilinə tərcüməsi

qərəz sözünün ləzgi dilinə tərcüməsi

qərəz sözünün türk dilinə tərcüməsi

qərəz sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

QƏRƏZ1 ə. 1) məqsəd, niyyət; 2) bədxah məqsəd, pis niyyət; 3) gizli düşmənçilik, kin. QƏRƏZ2 ə. sözün qısası, xülasə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"qərəz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qərəz nədir? #qərəz sözünün mənası #qərəz nə deməkdir? #qərəz sözünün izahı #qərəz sözünün yazılışı #qərəz necə yazılır? #qərəz sözünün düzgün yazılışı #qərəz leksik mənası #qərəz sözünün sinonimi #qərəz sözünün yaxın mənalı sözlər #qərəz sözünün əks mənası #qərəz sözünün etimologiyası #qərəz sözünün orfoqrafiyası #qərəz rusca #qərəz inglisça #qərəz fransızca #qərəz sözünün istifadəsi #sözlük