qərə sözü azərbaycan dilində

qərə

Yazılış

  • qərə • 66.6667%
  • Qərə • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Qərənfil"-uşaq bağçası (film, 1990)
ANS AMBL. Dəqiq, vicdanlı, qərəzsiz! (film, 2011)
ANS AMBL. Dəqiq, vicdanlı, qərəzsiz! — qısametrajlı sənədli televiziya filmi 2011-ci ildə ANS televiziyasında istehsal edilmişdir. Film ANS televiziyasının yaranmasının 20 illiyinə həsr olunub. == Məzmun == Film ANS televiziyasının yaranmasının 20 illiyinə həsr olunub.
Amur qərənfili
Amur qərənfili (lat. Dianthus amurensis) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Azərbaycan Xalq cümhuriyyətinin Baş Qərərgahının kəşfiyyat və əks-kəşfiyyat bölməsi
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Qərərgahının General-kvartmeystr İdarəsinin Kəşfiyyat və Əks-kəşfiyyat Bölməsi, Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət əleyhinə təxribatların qarşısını almaq, düşmənin casusluq fəaliyyətini aşkarlamaq, ölkənin maraqlarına uyğun məlumatların toplanması işlərini həyata keçirmək üçün yaradılmış kəşfiyyat, əks-kəşfiyyat və təhlükəsizlik qurumları.Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi üçün ölkənin hərbi və daxili işlər nazirliklərinin üzərinə böyük vəzifələr düşürdü. == Yaradılması == Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1919-cu ilin fevralın 25-də "Hərbi nazirliyin ştatları haqqında" qanun qəbul etdi. Qanunda Hərbi nazirliyin 38 istiqamət üzrə ştatları təsdiq edilmişdi. Nazirliyin general-kvartirmeyster idarəsinin nəzdində kəşfiyyat və əks-kəşfiyyat idarəsinin də yaradılması nəzərdə tutulmuşdu. == Strukturu == 1919-cu ilin martın 28-də hərbi nazir, general-leytenant Səməd bəy Mehmandarovun əmri ilə Azərbaycan Ordusu Baş Qərərgahının general-kvartirmeyster idarəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. General-kvartirmeyster idarəsinin tapşırıqlar üzrə ober-zabiti, kornet (Azərbaycan Xalq Cümhuriyyəti dövründə süvari hissələrdə ilk zabit rütbəsi) Ağalarov kəşfiyyat və əks-kəşfiyyat bölməsinin rəisi təyin edildi. Bölməyə 28 ştat vahidi verilmişdi: rəis, onun köməkçisi, kargüzar, 23 nəfər əməliyyat işçisi. Bölmənin rəisi alay komandiri, köməkçilərinin vəzifəsi isə batalyon komandiri vəzifəsinə bərabər tutulurdu. İlk vaxtlar bölmədə 12 nəfər xidmət edirdi. == Fəaliyyəti == Yeni fəaliyyətə başlamış bölmə ölkədə kəşfiyyat və əks-kəşfiyyatın təminatına məsuliyyət daşıyırdı.
Bağ qərənfili
Bağ qərənfili (lat. Dianthus caryophyllus) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü. == Təbii yayılması == Bitkinin vətəni Aralıq dənizi ətrafıdır. == Botaniki təsviri == Hündürlüyü 80 sm-ə qədər olan çoxillik ot bitkisidir. Yarpaqları uzunluğu 15 sm-ə qədər olub, sadə və kənarları tamdır. İyun-oktyabr aylarında çiçəkləyir. == Ekologiyası == Münbit və rütubətli torpağı sevir. Geniş şəkildə becərilir.
Bəzəkli qərənfil
Parlaq qərənfil (lat. Dianthus superbus) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Güllələnmiş qərənfillər (film, 2012)
=== Film haqqında === Film 2013-cü ildə rus və ingilis dillərinə tərcümə olunmuşdur.
Madonna qərənfillə
Madonna qərənfillə (it. Madonna dei Garofani) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-ci ildə yağlı boya ilə işlədiyi tablo. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna qərənfillə" əsəri hal-hazırda Böyük Britaniyada, London milli qalereyasında saxlanılır. == Əsərin təsviri == Miniatür rəsm əsərində müqəddəs Məryəm və körpə İsa təsvir edilib. Kompozisiya etibarilə əsər Leonardo Da Vinçinin «Madonna Benua» əsərini təkrarlayır. Kardinal dəyişiklik işıq qammasının işlənməsində özünü göstərir. Fiqurlar zəif işıqlanmış interyerdə təsvir olunur. Arxa planda arka pəncərədən görünən xarabalıq İsanın doğuluşu ilə bütprərəst dünyanın məhvinin gəldiyini simvolizə edir. Madonna və körpə əllərində tutduqları qərənfil gələcəkdə İsanın qanının töküləçəyini və isanın əzablarını ifadə edir.
Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi
Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi (?-?) — Həkkak. Naxçıvan həkkaklıq məktəbinin nümayəndəsidir. Ordubad şəhərində Yəhya bəy (Təkeşiyi-şiə təkyəsi) məscidinin kitabəsini yazmışdır. Həkkak öz adını da elə həmin kitabədə qeyd etmişdir. Gözəl nəstəliq xətti ilə həkk edilən bu kitabənin tarixinə (hicri 1241 il = 1825-1826 il) əsasən demək olar ki, həkkak Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi XVIII əsrin son rübü, XIX əsrin birinci yarısında yaşamışdır.
Parlaq qərənfil
Parlaq qərənfil (lat. Dianthus superbus) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Qərəcə xalçaları
Qərəcə xalçaları — Azərbaycanın Təbriz xalçaçılıq mərkəzinin Təbriz qrupuna aid olan Qərəcə xalçaları qədim və zəngin tarixə malikdir. == İstehsalı == Şəkildə təsvir olunan xalçanın adı Təbrizdən şimal - şərq istiqamətində yerləşən Qərəcdağ rayonunun adı ilə bağlıdır. Bu rayonun mərkəzi Axar - Azərbaycanın qədim şəhərlərindən biridir. Bu mahalda istehsal olunan xalçalar Mərənd xalça sənətinin təsiri altında inkişaf edirdi. Mərənd Azərbaycanın ən qədim xalçaçılıq məntəqələrindən biri olub, Axardan təqribən 100km məsafədə yerləşir. == Bədii xüsusiyyətləri == "Qərəcə" xalçasının ara sahəsinin kompozisiyası şaquli istiqamətdə düzülmüş çoxbucaqlı və pilləli göllərdən və başlıqlardan ibarətdir. Həndəsi naxışlarla bəzədilmiş bu xalçalar bədii tərtibatına görə "Şirvan" tipli xalçalarla oxşardır. "Qərəcə" xalçalarının rəng xüsusiyyətləri bu rayonda olan bağların, güllüklərin və çəmənlərin bolluğu ilə təyin olunur. Onlardan təbii və davamlı boyaq maddələri əldə edilir. == Texniki xüsusiyyətləri == "Qərəcə" xalçaları, adətən uzunsov olur.
Qərəh
Qərəh — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Qərəh kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılara görə, toponim təh­rifə uğramışdır və əslində ərəb dilindəki qəryə (kənd) sözü ilə bağlıdır. == Coğrafiyası və iqlimi == Kənd Samur-Dəvəçi ovalığında yerləşir. Kənd coğrafi olaraq 4 tərəfdən dağlarla ötrülmüşdür. Kəndin əsas yerlərindən biridə kəndin bulağıdır cə Siyəzən rayonunda tədqiqat işləri demək olar ki, aparılmamış, indiyədək qeyd edilmiş yeganə bioloji təbiət abidəsidə Qərəh kəndi yaxınlığındakı bir cüt müqəddəs şərq çinarıdır. == Əhalisi == Bu kəndin Xızı və Siyəzən rayonlarındakı türkdilli kəndlərdən biri olmasını nəzərə alsaq məhz əhalinin şimaldan gəlmə türk tayfalarından olmasını ehtimal etmək olar. Kənd əhalisi bu ərazinin ilk sakinləri sayılır. Kəndin XX əsrin əvvəllərində 500 nəfərə yaxın olub hazırda əhalisi 50 -60 nəfərə yaxındı.
Qərəh Çəqa (Bicar)
Qərəh Çəqa (fars. گره چقا‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 36 nəfər yaşayır (6 ailə). Əhalisini kürdlər təşkil edir.
Qərəkli
Qərəkli (Urmiya) —
Qərəkli (Urmiya)
Qərəkli (fars. اغچه قلعه‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 93 nəfər yaşayır (30 ailə).
Qərənfil
Qərənfil (lat. Dianthus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Avropa, Asiya, Afrikada təxminən 300 növü var. Dünyada ən böyük qərənfil əkən firma Hollandiyadadır. == Botaniki təsviri == Ot və nadir hallarda yarımkollardır. Lansetşəkilli və ya bizvari yarpağı qarşı qarşıya düzülür. Ətirli çiçəkləri tək-tək və ya çiçək qrupunda yerləşir. Rəngarəngliyi ilə seçilir — sarı, qırmızı, ağ, çəhrayı, çəhrayı kantlı və s. olur. == Növləri == Amur qərənfili (Dianthus amurensis Jacq.) Çin qərənfili (Dianthus chinensis L.) Şərq qərənfili (Dianthus orientalis Adam) Parlaq qərənfil (Dianthus superbus L.) == Azərbaycanda yayılması == Azərbaycanda 26 növü mövcuddur.
Qərənfil Quliyeva
Qərənfil Quliyeva (d. 13.09.1964 , Bum, Qəbələ rayonu) — əməkdar jurnalist, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, hal-hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosentidir. == Həyatı == 1989-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. Dövrü mətbuatda ilk çıxış 1974-cü ildə olub, 1984-cü ildən isə müntəzəm çap olur. 1990-1998-ci illərdə “Ədalət” qəzetinin müxbiri işləmişəm. 1998-ci ildə BDU-ya dissertant təyin edilmişdir. 2005-ci ildə “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün jurnalistikası (1918-1920-ci illər)” mövzusunda dissertasiya işi müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.2012-ci ildən Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının elmlər doktoru proqramı üzrə dissertantıdır. “Azərbaycan mətbuatşünaslığının təşəkkülü və formalaşması (1900-2000)” adlı mövzu ilə bağlı 1 monoqrafiya, 3 kitab, 2 tədris proqramı və 22 elmi məqalə (onlardan 3-ü xaricdə, o cümlədən biri Tomson Reyter tərəfindən indekslənən jurnalda) çap edilib. Bütövlükdə 6 kitabın, 40 elmi məqalənin, 500-dən çox bədii-publisistik məqalənin müəllifidir. Hazırda “Kaspi”, “Ədalət” qəzetlərində və “İşıq”, “Füyuzat” jurnallarında məqalələri daima çap edilir.BDU-nun Jurnalistika fakültəsi Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının dosent Qərənfil Quliyeva İyulun 10-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli 1205 saylı sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” yubiley medalı ilə təltif edilmişdir.
Qərənfil Xəlilova
Qərənfil Xəlilova (1957, Bakı) — redaktor. == Həyatı == Qərənfil Əli qızı Xəlilova 1957-ci ildə Bakıda anadan olub. 1975-ci ildə 70 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub, 1981-ci ildə ali təhsilini Fərqlənmə Diplomu ilə başa vurub. 1981-ci ildən 2005-ci ilədək Azərbaycan Dövlət Teleradio şirkətində maaşlı komsomol katibi, Radionun "Məktəb" redaksiyasında kiçik redaktor, redaktor, Televiziyanın "Xəbərlər" redaksiyasında müxbir, şərhçi, şöbə müdiri vəzifələrində çalışıb. Bir sıra informativ, analitik, bədii-publisistik verilişlərin, sənədli filmlərin müəllifi və aparıcısı kimi tanınıb. Q. Xəlilova 2005-ci ildən 2013-cü ilədək İctimai Televiziya və Radio Yayımları Şirkətində Müəllif Proqramları şöbəsinin rəisi, Ədəbi-dram, Musiqi departamentlərində departament direktorunun müavini, "Carçıfilm" Yaradıcılıq Birliyinin direktoru olub. "Haqqım var ki, öyunum…" silsiləsindən 20-yədək tarixi filmin ("Fətəli xan Xoyski", "İsmayıl bəy Qaspralı", "Həsən bəy Zərdabi", "Xəlil bəy Xasməmmədov", "Əli bəy Hüseynzadə", "Əlimərdan bəy Topçubaşov", "Nəriman Nərimanov", "Ziyadxanov qardaşları", "Nuru paşa", 3 hissəli "İstiqlal yolları" və s.), bir sıra bədii, sənədli və verilişlərin ("Əsrlərdən gələn səslər", "Əllərin möcüzəsi","Həqiqət işığı", "Krım tatarları", "VİP", "Telelinza" və s.), 3 kinossenarinin ("Yanlış da bir naxışdır", "İstədiyin yar…","Ruhların harayı"), 5 mahnı klipinin (Xan Şuşinskinin "Qarabağ şikəstəsi", Fatma Mehrəliyevanın "Kəsmə şikəstə", Aşıq Zülfiyyənin "Dağlar", Aşıq Avdının "Layla de, layla…." və Aşıq Kamandarın "Əsli və Kərəm" dastanından oxuduğu mahnılar) müəllifidir. Qərənfil Xəlilovanın " Haqqım va ki, öyünüm… " silsilısindən "İsmayıl bəy Qaspralı" və "Ruhların harayı" filmləri beynəlxalq kinofestivallarda mükafatlara layiq görülüb. Q. Xəlilovanın yaradıcılıq fəaliyyəti Respublika Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi", Mətbuat Şurasının "Həsən bəy Zərdabi", Azadlıq Hərəkatçıları Təşkilatının, Türkdilli Xalqların Əməkdaşlıq Təşkilatının, KİV müstəqil həmkarlar təşkilatının, Bakı şəhər mədəniyyət şöbəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin, "Cavad xan" fondunun və digər təşkilatların mükafatlarına layiq görülüb.
Qərənfil inqilabı
Qərənfil İnqilabı (port. Revolução dos Cravos) — Portuqaliyada 25 aprel 1974 günü şiddət istifadə edilmədən həyata keçirilən hərbi çevrilişdir. Portuqaliyanın avtoritar bir diktatorluqdan demokratiyaya keçişini təmin edəcək iki illik bir dəyişmə dövrünün başlanğıcı olmuşdur. == İnqilab əvvəli şərtlər == 1930-cu ildən bəri "Estado Novo" (azərb. Yeni Dövlət‎) adlı avtoritar rejimin varlığını davam etdirdiyi Portuqaliya, 1950-ci illərdən etibarən müstəmləkə torpaqlarında ciddi çətinliklərlə qarşılaşdı. 1953-cü ildə Hindistan sahillərindəki Portuqaliya müstəmləkələri olan Goa, Daman və Diunun statuslarının təyin olunması üçün Hindistanın etdiyi görüş tələbi rədd edildi. 17 dekabr 1961-ci ildə Hindistan hərbçiləri bu üç torpağı da Portuqaliyanın əlindən aldılar. Bundan sonra isə 1960-cı illərdə Afrikadakı Portuqaliya müstəmləkələrində də vəziyyət dəyişməyə başladı. 1961-ci ildə Anqolada başlayan qarışıqlıqlar 1963-cü ildə Qvineya-Bisauya, ertəsi il də Mozambikə yayıldı. 1965-ci ilin fevralında müxalifət lideri Humberto Delqadonun öldürülməsinin yaratdığı gərgin bir siyasi mühitdə keçirilən 25 iyul 1965-ci il prezident seçkiləri, rejimin namizədi admiral Ameriko Tomasın yenidən prezident seçilməsiylə nəticələndi.
Qərənfilkimilər
Qərənfilkimilər (lat. Caryophyllaceae) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Qərənfilli tıs-tıs
Qərənfilli tıs-tıs (lat. Acantholimon caryophyllaceum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Qafqaz, Şərqi Anadolu, İranın şimal-qərbi, Şimali İraq, Cənub-Qərbi Asiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Yarımkürəşəkilli formalı, seyrək yastığa malik, diametri 20-30 sm olan kolcuqdur. Yarpaqları yaşıl, üçtilli, kənarları kirpikcikli və kələkötürdür. Çiçəkdaşıyıcısı sadə, kələ-kötür, yuxarısı zəif qırışlıdır. Sünbülcüyü az dağınıq və eyni çiçəklidir. Kasacığı qıfvari, büküyü ağ və 5 damarlıdır. Tacı, ləçəkləri parlaq çəhrayıdır. İyul-avqust ayında çiçəkləyir, avqust-sentyabrda toxumları yetişir.
Qərənfilçiçəklilər
Qərənfilçiçəklilər (lat. Caryophyllales) — bitkilər aləminə aid bitki dəstəsi. Bu sıraya aid nümayəndələrin böyük əksəriyyəti quraqlıq iqlim şəraitinə uyğunlaşmışdır. Qərənfilçiçəklilərə qarabaşaq, ravənd, çuğundur, ispanaq, turşəng kimi yeməli bitkilər daxildir. Nümayəndələri arasında amarantın bir çox növü, qərənfil kimi dekorativ bağ bitkiləri, eləcə də kaktuskimilərin nümayəndələri astrofitum, himnokalisium, mammilyari kimi otaq bitkiləri də var. == Fəsilələri == Achatocarpaceae Heimerl — Axatokarpkimilər Aizoaceae Martinov — Ayzonkimilər Amaranthaceae Juss. — Amarantkimilər Anacampserotaceae Eggli & Nyffeler Ancistrocladaceae Planch. ex Walp. Asteropeiaceae Takht. ex Şablon:Reveal & Hoogland Barbeuiaceae Nakai Basellaceae Raf.
Qərəq
Qərəq - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən gənc lər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Qərəq oyunu Novruz bayramı günlərində, eləcə də el şənliklərində, müxtəlif yığıncaqlarda gənclərin və cavanların, xüsusən orta əsrlərdə, Səfəvilər dövründə geniş yayılmış atüstü oyunlardan biri olmuşdur. Bu oyunun rəsm təsvirlərinə Səfəvilərin Qəzvin şəhərindəki “Qırx sütun” sarayının daxili divarında rast gəlmişdir. XVI əsr İran şairi Əbdi bəy Şirazi “Çiçəklər bağı” əsərində həmin rəsmdən bəhs etmişdir. == Oyunun qaydaları == Məlumata görə, Qərəq oyununda 6-8 nəfər iştirak edirmiş. Meydanın ortasında basdırılmış hündür dirəyin-“qərəq” ağacının ucuna içi gümüş pulla dolu kiçik bardaq və qızıl bir cam-piyalə qoyulur. El-oba şənliklərində, təntənəli günlərdə keçirilən oyunlarda bardaq qızıl sikkələrlə doldurulmuş. Oyunçular atlarını çaparaq müəyyən məsafədən tək-tək hədəfə ox atırlar. Hədəfi vuran qalib sayılır və bardaqdan tökülən sikkələr ona çatardı. == Mənbə == Novruz bayramı ensklopediyası.
Qərər
Qərər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən verilən xəbərə əsasən kənd Azərbaycan ordusu tərəfindən işğalçılardan azad edilmişdir. == Toponimikası == Qərər Cəbrayıl rayonunun Sirik inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Dursunludur. Yerli əhali kəndi Qərar Dursun da adlandırır. Kənd taqr•. XIX əsrin awəllərində buradaki Qərər Dursun pirinin yanında salındığına görə onun adı ila adlandırılmışdır. Pirin adı isə "Dursun adlı şəxsin dəfr olunduğu (qarar tutduğu) yər” mənasındadır.
Ruprext qərənfili
Ruprext qərənfili (Elmi adı - Dianthus ruprechtii Schischk. ) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik su bitkisidir. Gövdələri düz, 20—35 (50) sm hündürlükdədir. Yarpaqları qalxan, oturan, xətvari, 1,5-2 mm enində, bizvari—sivriləşmiş, tünd – uclu, kənardan nahamar, əsasında 6-8 mm uzunluqda qınla bitmişdir. Çiçəkləri oturaq gövdənin yuxarı hissəsində sıx yığılmış haldadır. Kasacıq 15—17 mm uzunluqda, silindrik şəkildə, tünd-qara, bənövşəyi rəngdədir. Yumurtavari,lansetli, iti dişlidir. Yarpaq ayası tünd, tərs – yumurtavari, 4-5 mm uzunluğunda, kənarları dişlidir.

"qərə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qərə nədir? #qərə sözünün mənası #qərə nə deməkdir? #qərə sözünün izahı #qərə sözünün yazılışı #qərə necə yazılır? #qərə sözünün düzgün yazılışı #qərə leksik mənası #qərə sözünün sinonimi #qərə sözünün yaxın mənalı sözlər #qərə sözünün əks mənası #qərə sözünün etimologiyası #qərə sözünün orfoqrafiyası #qərə rusca #qərə inglisça #qərə fransızca #qərə sözünün istifadəsi #sözlük