* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Damcı. Otuz-qırx il bundan irəli bir müsəlman ki, bir rus məclisinə düşərdi, öldürsəydin də bir qətrə də içki dilinə vurmazdı. C.Məmmədquluzadə. Artıq fəvvarədən sıçrayan qətrələr şəbnəm kimi onun [Dilşadın] incə yanaqlarına düşdü. M.S.Ordubadi. [Azad Ulduza:] Qayıdarkən səni müdafiə etdim, – deyə bilmək üçün mən son qətrə qanımı belə əsirgəməyəcəyəm. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / qətrə1 Qətr sözü “yağış” deməkdir, qətrə isə “damcı” mənasında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qətrə2 сущ. 1. капля. Xırda yağış qətrələri мелкие дождевые капли 2. перен. разг. капелька (самое малое количество) чего-л.
Azərbaycanca-rusca lüğət / qətrə