qütbə sözü azərbaycan dilində

qütbə

Yazılış

  • qütbə • 96.6667%
  • Qütbə • 3.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qütbəddin Məhəmməd
Qütbəddin Məhəmməd (Farsça: قطب الدين محمد; ö. 1127, Harezm), 1097–1127-ci illərdə hakimiyyətdə olmuş Xarəzmşah hökümdarı. Anuş Təkinin böyük oğluydu. 1097-ci ildə Böyük Səlcuq sultanı Börkiyaruq tərəfindən "xarəzmşah" titulu ilə atası kimi Xorasan hakimliyinə təyin edildi. 1127-ci ildə ölümündən sonra yerinə böyük oğlu Əlaəddin Atsız keçdi. Anuş Təkinin vəfatından sonra Səlcuq Sultanı Səncər tərəfindən Xarəzm qubernatoru olaraq təyin olunmuş Qütbəddin Məhəmməd də atası kimi Səlcuq sarayında yetişmiş, saray tərbiyəsi və dövlət idarəçiliyi elmləri almış, göstərdiyi uğurlar ilə atası kimi göz dolduraraq yüksəlmişdi. Anuş Təkinin vəfatından sonra Xarəzm qubernatoru olaraq təyin olunmuş Qütbəddin Məhəmməd, xalqına ədalətli və mərhəmətli davranaraq Xarəzm xalqının hörmətini və etibarını qazandı. Buna görə də, Xarəzm zadəganları, Qütbəddin Məhəmmədi şəriksiz bir lider olaraq görməyə başlamışdılar. Səlcuq Dövləti ilə inkişaf edən ticarət də Xarəzm xalqını iqtisadi olaraq yüksəltmiş, firavan bir həyat sürən Xarəzm xalqı da Qubernatorları Qütbəddin Məhəmmədə bağlı qalmışdılar. Qütbəddin Məhəmməd dövründə çətin günlər yaşamaqda olan Böyük Səlcuq Dövləti, bölgədəki siyasi proseslər səbəbinə görə Xarəzm bölgəsini uzaqdan idarə etməkdə, sədaqətini sübut etmiş və sadiq bir qubernator olan Qütbəddin Məhəmməd də mərkəzi idarədən birbaşa təlimat almadan Xarəzm bölgəsinin idarəsini həyata keçirirdi.
Qütbəddin Şirazi
Qütbəddin Şirazi (1236–1311; farsca:قطب‌الدین محمود بن مسعود شیرازی) — iranlı, Nəsirəddin Tusinin şagirdi və alim idi Qütbəddin Mahmud ibn Ziyaəddin Məsud ibn Müslih Şirazi 1236-cı ilin oktyabr ayında Kazerunda anadan olmuşdur. Onun atası Ziyaəddin Məsud ibn Müslih Kazəruni Şirazda təbib işləmişdir. Alim ilk təhsilini atasından almış, 1250-ci ildə onun vəfatından sonra təhsilini Şirazda əmisi Kəmaləddin Əbdülxeyr Kazəruninin, Şəmsəddin Kütübinin, Şərəfəddin Zəki ər-Rukşəvinin və dövrünün başqa tanınmış alimlərinin yanında davam etdirmişdir. Qütbəddin Şirazi 1260-cı (hicri 658-ci) ildə, yaxud 1263-cü (hicri 661-ci) ildə biliyini təkmilləşdirmək üçün Marağaya, Nəsirəddin Tusinin yanına getmişdir. O, Marağa rəsədxanasında çalışmaqla yanaşı, Nəsirəddin Tusidən fəlsəfə, astronomiya və riyaziyyatı mükəmməl öyrənmişdir. Marağada alim kimi böyük nüfuz qazanmışdır. Qütbəddin Şirazi alim kimi məşhur olmaqla bərabər, siyasi xadim kimi də tanınmışdır. O, XIII əsrin 60-ci illərindən etibarən ictimai-siyasi fəaliyyətə başlamışdır. Filosof Marağada biliyini mükəmməlləşdirdikdən sonra elxanın sərəncamı ilə Xorasana və paytaxtı İsfahan şəhəri olan fars İraqına səfər etmişdir. Burada alimlərin himayəçisi, İsfahan hakimi Bahəddin Məhəmməd Cüveyni ilə tanış olmuşdur.
Qütbəddin Əbhəri
Şeyx Qütbəddin Əbhəri – məşhur sufi alimi, əbhərilik təriqətinin qurucusudur. Tam adı Əbu Bəkr ibn Əhməd ibn Məhəmməd Əbhəridir. Məhəmməd Əbhəri Səmərqənd yaxınlığında Əbhər kəndində doğulmuş, Marağada yaşamışdır. Elm öyrənmək üçün Azərbaycana gəlmiş ,oradan Bağdada köçmüşdür. Başqa bir görüşə görə müxtəlif elmlərdə söz sahibi olduğu ,yəni bəhrəsi olduğundan ona bərəli anlamında Əbhəri deyilmişdir. Şeyxin zahiri elmlərdə müasirləri arasında üstün bir yerdə olduğunu dövrün üləması da təsdiq etmişdir. Təriqət əhli içərisində əbhərilik təriqətinin qurucusu və piri olaraq mühüm bir yerə sahibdir. 1225-ci ildə Şamda vəfat edib. Məzarı Şam şəhərində öz təkyəsinin içərisindədir.
Sultan Qütbəddin Aybək
Sultan Qütbəddin Aybək (XII əsr-1210)— Dehli Türk sultanlığının qurucusu və ilk hökmdarı. Türk kökənli olan Aybək əsir edilib Nişapur qazısına satıldı və burada mükəmməl bir təhsil aldı. Qazı ölüncə Qurlu sultanı Məhəmməd Quriyə qulam kimi satıldı və sultanın Dehlini yaxıb-yıxdığı 1193-cü il səfərinə qatıldı. Qurinin ən güvəndiyi sərkərdə mərtəbəsinə yüksələn Aybək, 1206-cı ildə ağasının ölümüylə bütün Əfqanıstan, Pakistan və şimali Hindistan torpaqlarına hakim oldu. 1210-ci ildə çövkan oynarkən atdan yıxılaraq öldü və yerini Sultan Şəmsəddin El-Tutmuş aldı. Dehlidəki ilk İslam memarlığı örnəklərinəen biri olan Qüvvət-ül İslam Camii və Dünya Mədəniyyət İrsi siyahısında olan Qütb Minarəsi Sultan Qütbəddin Aybək dönəmində inşa edilmişdir.

qütbə sözünün leksik mənası və izahı

"qütbə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qütbə nədir? #qütbə sözünün mənası #qütbə nə deməkdir? #qütbə sözünün izahı #qütbə sözünün yazılışı #qütbə necə yazılır? #qütbə sözünün düzgün yazılışı #qütbə leksik mənası #qütbə sözünün sinonimi #qütbə sözünün yaxın mənalı sözlər #qütbə sözünün əks mənası #qütbə sözünün etimologiyası #qütbə sözünün orfoqrafiyası #qütbə rusca #qütbə inglisça #qütbə fransızca #qütbə sözünün istifadəsi #sözlük