* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Yarımkürə şəklində dam; günbəz. Eyvanın tavanı üç böyük qübbədən ibarət idi ki, bunların hər birisi beş sütun üzərində qurulmuşdu. M.S.Ordubadi. 2. Qübbəyə oxşar hər hansı bir şey. Səba xanım kamançanı götürüb başındakı sədəf qübbəni çıxardı. M.S.Ordubadi. ◊ Göy qübbəsi – gözlə görünən göy; səma. Göy qübbəsindən asıldı qəndil; Üzündən alıb niqabü məndil. Xətayi. [Dərviş:] Göyün qübbəsi tavanım, qara torpaq – arxam idi. A.Divanbəyoğlu. …Bir azdan sonra göy qübbəsi tamamilə ulduzla doldu. Ə.Sadıq.
Azərbaycan dilinin izahlı lüğəti / qübbə2 ə. yarımdairə şəklində tağ, günbəz. Qübbei-mina göy qübbəsi; göy, səma.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / qübbə1 Alınma sözdür, günbəz kimi də işlədilir. Deyim də olub: “Həbbədən qübbə düzəldir” (milçəkdən fil düzəldir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qübbə2 I сущ. 1. купол: 1) выпуклая крыша в виде полушария 2) архит. поверхность какого-л. предмета в виде полушария. Göy qübbəsi небесный купол (свод) 2. свод II прил. купольный
Azərbaycanca-rusca lüğət / qübbə1 i. cupola, dome; (sirkdə) dig top; göy ~si dome of the sky, the heaven dome
Azərbaycanca-ingiliscə lüğət / qübbə1 [ər.] сущ. 1. къуба, къубба, тагъ, элкъвей таж хьтин кӀукӀ (мес. мискӀиндин); 2. тагъуниз ухшар гьар са затӀ; ** göy qübbəsi цавун тагъ, цавун арш, цав.
Azərbaycanca-ləzgicə lüğəti / qübbə