* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Yad ölkədə, yad yerdə olma, vətənindən uzaq ölkədə və ya yerdə olma; qəriblik. Qürbət aləmi, yar fəraqi məni aldı… Heyran xanım. Qürbətin acılıqları hər vaxtdan artıq gecələr hiss olunur. M.S.Ordubadi. Onun qürbətdən şikayətə öyrənmiş dodaqları arasında xırdaca sədəf dişləri görünürdü. M.Hüseyn. 2. Özgə yer, vətəndən uzaq yer, yad ölkə. Kərbəlayı Məhəmmədəli iki il yarımdır ki, qürbətə çıxıb, az-çox çörək pulu qazansın. C.Məmmədquluzadə. [Şahnisə xanım:] …Kiçikbəyim kimi bir gülü götürüb Tehrana atıram. Kim bilir … qürbətdə qızım necə olacaq, başına nələr gələcək. Çəmənzəminli. 3. sif. Vətəndən uzaq, yad, özgə, yabançı. Müddətdi düşmüşəm qürbət diyarə; Kimsədən olmadı dərdimə çarə. Q.Zakir. Əcəba, səndəmi məni qürbət vilayətdə tək buraxıb getmək istəyirsən? M.S.Ordubadi. Qürbət bir şəhərin bazarında iki adam qabaqqabağa gəlib bir-birinə zənn ilə baxdılar. Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / qürbət3 QÜRBƏT1 ə. 1) yaxın olma; yaxınlıq; 2) qonşu olma; qonşuluq; 3) civar, ətraf. QÜRBƏT2 ə. 1) qəribəlik, yad ölkədə olma; 2) xarici ölkə, yad yer.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / qürbət1 Qərib sözü ilə qohumdur, “yad” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qürbət2 I сущ. чужбина II прил. чужой. Qürbət ölkədə в чужой стране, qürbət vilayətdə в чужой стороне; qürbət çəkmək пребывать на чужбине
Azərbaycanca-rusca lüğət / qürbət1 [ər.] сущ. гъурбат (1. ччара уьлкведа, дигедилай яргъал уьлкведа хьунухь; гъарибвал; 2. ччара чка, маса чка, ватандилай яргъал чка, яд уьлкве; 3. прил. ватандилай яргъал, ччара, маса, яд).
Azərbaycanca-ləzgicə lüğəti / qürbət