* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••• | 17.13 |
2003 | •••••••••••••••••••• | 22.05 |
2004 | ••••••• | 7.41 |
2005 | ••••••••••• | 11.47 |
2006 | •••••• | 6.53 |
2007 | ••••••••• | 9.09 |
2008 | ••••••••••••• | 13.64 |
2009 | •••••••••••••••• | 17.60 |
2010 | ••••••••••••• | 13.89 |
2011 | •••••••••• | 11.07 |
2012 | •••••••••• | 11.01 |
2013 | •••••••••••••••••••• | 22.32 |
2014 | ••••••••• | 9.95 |
2015 | ••••••••• | 9.70 |
2016 | •••••••• | 8.16 |
2017 | •••••••••• | 10.08 |
2018 | ••••••••• | 9.89 |
2019 | ••••••• | 7.23 |
2020 | ••••••••• | 9.55 |
1 is. [ər.] 1. Böyük qüvvət, güc. Vətənimizin hərbi və iqtisadi qüdrəti gündən-günə artır. // Ümumiyyətlə, güc, iqtidar, qüvvət, bacarıq. Yorulmaq bilməmiş əqlin qanadı; Gör insan əqlinin nə qüdrəti var. S.Vurğun. Can usta, axı mənim böyük bir niyyətim var; Mənim həyat qurmağa qəlbim var, qüdrətim var. M.Müşfiq. Bu ellər ən çətin dəqiqələrdə; Güvəndi, inandı öz qüdrətinə. O.Sarıvəlli. 2. Təsir qüvvəsi, böyük nüfuz qüvvəsi. [Nizami:] Gəncənin ən böyük şeir ustadı Məhsəti xanım sənətin qüdrətini Munisə göstərir. M.Hüseyn. Təbindəki, dühasındakı nəhəng qüdrəti ilə zülmə, haqsızlığa üsyan edən şairin səsi boğulmuşdu. Mir Cəlal. 3. Taqət, iqtidar, güc. Qüdrətim olmadı ki, danışam. 4. Möhkəmlik, iradə, iradə qüvvəsi. [Solmaz:] Ancaq unutma ki, mən ərlərdə qüvvət, qüdrət və cəsarəti sevirəm. C.Cabbarlı. O, insanın böyüklüyünü və ruhi qüdrətini kəşf etdiyi üçün, artıq ağır yaralılar qarşısında çarəsiz bir uşaq kimi ağlamaqla kifayətlənməzdi. Ə.Məmmədxanlı. // Cəsarət. Axır nə səbəbə söz deməyə qüdrətin olsun? M.Ə.Sabir. 5. Təbiət, fitrət, yaradılış. Zülhəyat oldı ləbindən Xizrivü İsa layəmut; Gör bu qüdrət möcüzi kim, ləli-sirabındədir. Nəsimi. Söz yox ki, hüsnünə xilqət günündə; Qüdrət qələm çalmış, susmuş mələklər. Ə.Cavad. // Çıx. halında: qüdrətdən – təbiətdən, fitrətdən, yaradılışdan. Qaşın bir nundur çəkmiş qəza nəqqaşı qüdrətdən. M.V.Vidadi.
Azərbaycan dilinin izahlı lüğəti / qüdrət2 сущ. 1. мощь. Vətənimizin hərbi və iqtisadi qüdrəti военная и экономическая мощь нашей Родины 2. сила, способность. Öz qüdrətinə inanmaq верить в свои силы 3. смелость, стойкость, сила воли. Qüdrəti çatmamaq не иметь смелости; qüdrətdən от природы, от бога
Azərbaycanca-rusca lüğət / qüdrət1 i. power, might, force; hərbi ~ military might; hərbi dəniz ~i sea / naval forces; ölkənin iqtidsadi ~i the economic power of the country
Azərbaycanca-ingiliscə lüğət / qüdrət1 is. puissance f ; ölkənin iqtidsadi ~i puissance f économique du pays
Azərbaycanca-fransızca lüğət / qüdrət1 [ər.] сущ. къудрат (1. къуват, гуж; алакьун; 2. эсер (нуфуз) авунин къуват; 3. тӀакьат, тӀакь, гуж, ччан; 4. руьгь, кӀевивал, мягькемвал; рикӀ, жигар, жуьрэтлувал; 5. тӀебиат, халкь хьунухь).
Azərbaycanca-ləzgicə lüğəti / qüdrət\ – fiziki güclə əlaqələndirilməyən ruhi, mənəvi və təsiredici güc.
Fəlsəfə terminlərinin izahlı lüğətiə. 1) yaradılış, fitrət; 2) qarət, güc, qüvvət; 3) təsir, nüfuz; 4) bacarıq, istedad.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti