rütbə sözü azərbaycan dilində

rütbə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • rütbə • 98.5689%
  • Rütbə • 1.0733%
  • RÜTBƏ • 0.3578%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rütbə
Hərbi rütbə — Hərbi qulluqçunun digər hərbi qulluqçulara münasibətdə hüquq və vəzifələrinin müəyyən edən sistem elementi. Dövlətlərin Silahlı Qüvvələrinin hərbi rütbələrinin fərqlənmə nişanları kimi poqon, şevron, kokarda və digər forma geyimi elementləri götürülür.
Hərbi rütbə
Hərbi rütbə — Hərbi qulluqçunun digər hərbi qulluqçulara münasibətdə hüquq və vəzifələrinin müəyyən edən sistem elementi. Dövlətlərin Silahlı Qüvvələrinin hərbi rütbələrinin fərqlənmə nişanları kimi poqon, şevron, kokarda və digər forma geyimi elementləri götürülür.
Kapitan (rütbə)
Kapitan (lat. capitaneus, caput — başçı) — Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kapitan-leytenant rütbəsidir.
Kaymakam (rütbə)
Kaymakam (Osmanlı dili: قائم مقام) — Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən miralay və mayor rütbələri arasındakı hərbi rütbədir və müasir rütbələr arasında polkovnik-leytenant hərbi rütbəsinə bərabərdir. Bununla birlikdə Kaymakam rütbəsi də, 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Qorçu (rütbə)
Qorçu — Səfəvilər dövründə şahın seçmə, xas qvardiyasının üzvü qorçu adlanırdı. Qorçubaşı isə Səfəvi şahlarının seçmə qvardiya döyüşçülərinin-qorçuların başçısı olub dövlətin sütunu (Ərkani-dövlət) hesab edilirdi. Qorçubaşı etimad əd-dövlədən sonra Səfəvilər dövlətinin ən böyük əmirlərindən idi. Bütün qorçuların işini qorçubaşı idarə edirdi. == Mənası və vəzifəsi == İlk dəfə olaraq "Xülasət ət-təvarix" in Berlin nüsxəsində bu sözün qoruqçu şəklinə də təsadüf edilir. H. Zərinəzadə bu sözün azərbaycanca "qoruyucu" mənasında olduğunu yazır. Əlyazmalarda qorçulardan Sultan Ustaclunun, Əhməd bəy Avşarın və başqalarının adları çəkilir. XV yüzilin sonu və XVI yüzilin birinci yarısında qorçubaşı və əmir əl-üməra vəzifələri ayrı-ayrılıqda işlədilmişdir. S.M. Onullahi yazır ki, XV yüzildə qorçubaşılar əmir əl-üməradan xeyli aşağı pillədə idilər. Lakin XVI yüzilin ikinci yarısında qorçubaşıların nüfuzu artmış və əmir əl-üməra vəzifəsini əvəz etmişdir.
Yasavul (rütbə)
Yasavul — mənşəcə monqol "yasa" – "qanun-qayda" sözündəndir.[mənbə göstərin] Yasavullar şahın olduğu yerdə qayda yaradırdılar. Yasavullar "yalnız möhtərəm əmirlərin oğlanlarından ola bilərdi və köhnə vaxtlarda onların sayı 8, yaxud 9-dan çox deyildi. Şah Yığıncaqlarında (məclis-i xass) onlar eşikağasıbaşının yerinə xidmət edirdilər. Açıq yığıncaqlarda isə şahın qarşısında dayanırdılar. Halbuki məclisə eşikağasıbaşı xidmət edirdi. Yasavullar onların məvacibini və qulluq yerini təsdiq edən yüksək divanın eşikağasıbaşısının tabeliyində idilər". Yasavul — Rusiyada Kazak alayında hərbi rütbə idi. == Mənbə == Азәрбајҹан Совет Енсиклопедијасы. V ҹилд: Италиja – Куба. Баш редактop: Ҹ. Б. Гулиjeв.
Əsgər (rütbə)
Əsgər — Azərbaycan Silahlı Qüvvələrində və dünyanın bir çox ölkələrində sıravi rütbəsi. Ondan aşağı hərbi məktəblərin müdavimləri götürülür. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə matros rütbəsidir. Hərbi məktəblərin dinləyiciləri müdavim adlanır. Tədris dövründə onlara sıravi heyətin, məktəbi bitirdikdə isə ilk zabit rütbəsi leytenant verilir.
Kapitan (hərbi rütbə)
Kapitan (lat. capitaneus, caput — başçı) — Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kapitan-leytenant rütbəsidir.
Voyvoda (hərbi rütbə)
Voyvoda (Serb: Војвода; rom: Voyvoda) — Balkan müharibələri və Birinci Dünya Müharibəsi illərində Serbiyanın ən yüksək hərbi rütbəsi, o dövrün dünyanın digər ordularındakı Feldmarşal hərbi rütbəsinə bərabərdir. Hərbi rütbə aşağıdakı şəxslərə verilmişdir: Radomir Putniku (1912); Stepa Stepanoviç (1914); Zhivoin Mishich (1914); Janko Vukotich, Monteneqronun generalı (1915) fəxri adı; Petar Boyoviç (1918); Louis d'Espere, Fransanın Marşalı (1921) fəxri adı;Qubernatorlar, Serbiya gerbinin əsas elementi olan ağ iki başlı qartal (ölçüləri 54 mm x 40 mm) olan ümumi hörülmüş paqonlar taxmışdılar.
Rütbələr (Çar Rusiyası)
Rütbələr və ya çinlər — Çar Rusiyasında mülki məmurların daşıdığı ünvan, titul.
Rütbələr cədvəli
Rütbələr və ya çinlər — Çar Rusiyasında mülki məmurların daşıdığı ünvan, titul.
Sovet ordusunda rütbələr
Sovet ordusunda rütbələr — SSRİ Silahlı qüvvələrində xidmət edən hərbi qulluqçuların fərqlənmə nişanları
Səfəvi imperiyasında Rütbələr və Titullar: Səfəvi Administrasiyasının Üçüncü Əlkitabı
Səfəvi imperiyasında Rütbələr və Titullar: Səfəvi Administrasiyasının Üçüncü Əlkitabı (ingiliscə:Titles & Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration) — Səfəvi imperiyasının tarixi barədə yazılmış elmi əsər nəzərdə tutulur. Kitab Mage Publishers tərəfindən Uillem Floorun müəllifliyində və tərcüməçiliyində hazırlanmışdır. Əsərin əsaslandığı tarxi əsərin müəllifi isə Mirzə Nağı Nasiridir. Mirzə Nağı uzun müddət şah şurasının (məcles-nevis və ya vaqāye'-nevis) katibi vəzifəsində çalışmışdır. O, önəmli risalənin müəllifi olmuşdur. Bu traktat 1731-ci ildə - II Şah Təhmasibin hakimiyyəti illərində tamamlanmışdır. Risalədə imperiyanın təşkili, orqanları, rütbələri və əməkhaqqı sistemi barədə məlumatlar əks etdirilmişdir. Müasir dövrdə bu kitabın əlyazması Hacı Hüseyn ağa Naxçıvani adlı şəxsin əlində idi. Orijinal adı naməlum olan əsərə məzmununa görə "Alqāb va Mavājeb-e Dowreh-ye Salātin-e Safaviyeh" adı verilmişdir. Hacı Hüseyn ağa sonradan bu əlyazmanı Təbriz ktabxanasına hədiyyə etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.92 dəfə / 1 mln.
2003 •••••••••••• 3.15
2004 ••••• 1.35
2005 ••••• 1.35
2006 •••••••••••••••••••• 5.41
2007 •••••••• 1.90
2008 ••••••• 1.71
2009 •••••••••••••••• 4.16
2010 ••••••••• 2.27
2011 •••••• 1.37
2012 ••••••• 1.72
2013 ••••• 1.17
2014 •••• 1.03
2015 •••• 0.85
2016 •••••• 1.56
2017 •••••••••• 2.60
2018 ••••••••• 2.40
2019 •••• 0.97
2020 ••••• 1.19

rütbə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Xidməti dərəcə, ad. Zabitlik rütbəsi. – [Qorxmaz] sıravilikdən starşinalıq rütbəsinə qalxmışdı. Ə.Vəliyev. İndi o, hərbi qiyafədə serjant rütbəsində bir şəfqət bacısı idi. Ə.Məmmədxanlı. 2. Vəzifə, mövqe, mərtəbə. Mənim nə rütbəm var, nə də mədənim; Kim olsa yaşatmaq borcumdur mənim. S.Vurğun. Çox şey Vətənsiz də yaşayır, ancaq; Şeirsə Vətənsiz, elsiz yaşamaz… Şairə vəzifə, rütbə nə gərək! B.Vahabzadə. 3. məc. klas. Mövqe, dərəcə, mərtəbə. Seyyida, sal boynuna zünnari-zülfi-yarı sən; Eşqdə gər rütbeyi-Sənanə eylərsən həvəs. S.Ə.Şirvani.

    Azərbaycan dilinin izahlı lüğəti / rütbə

rütbə sözünün etimologiyası

  • 1 Ərəbcədir, mərtəbə sözü ilə kökdaşdır. “Rütbənin qaldırılması, vəzifə sahibi­nin bir mərtəbə yuxarı çıxması” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / rütbə

rütbə sözünün sinonimləri (yaxın mənalı sözlər)

rütbə sözünün rus dilinə tərcüməsi

  • 1 звание, чин, сан, ранг

    Azərbaycanca-rusca lüğət / rütbə
  • 2 сущ. 1. звание (официально присвоенное наименование, определяющее квалификацию в какой-л. области или служебное положение). Zabit rütbəsi офицерское звание, elmi rütbə учёное звание; rütbə almaq получить звание, rütbə vermək присвоить звание 2. положение (видное место кого-л. в обществе, определяемое высокой служебной должностью и т.п.). Yüksək rütbə tutmaq занимать высокое положение

    Azərbaycanca-rusca lüğət / rütbə

rütbə sözünün inglis dilinə tərcüməsi

  • 1 i. rank, title, name, grade; fəxri ~ honorarytitle; hərbi ~ military rank; elmi ~ academic rank; ~si olmaq to have* a rank / title; ~sini artırmaq to promote (d.); yüksək ~də olmaq to have* risen to the higherranks, to be* attained the higher ranks

    Azərbaycanca-ingiliscə lüğət / rütbə

rütbə sözünün fransız dilinə tərcüməsi

  • 1 is. grade m, rang m, titre m, dignité f ; ~ almaq être élevé, -e au grade de ; ~ vermək donner (attribuer, conférer) un titre à qn, élever qn du grade de

    Azərbaycanca-fransızca lüğət / rütbə

rütbə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. дережа, тӀвар, чин; 2. везифа, кьунвай чка, мертеба; 3. пер. клас. кьунвай чка, дережа, мертеба.

    Azərbaycanca-ləzgicə lüğəti / rütbə

rütbə sözünün türk dilinə tərcüməsi

rütbə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) vəzifə dərəcəsi; 2) miqdar, qədər.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"rütbə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rütbə nədir? #rütbə sözünün mənası #rütbə nə deməkdir? #rütbə sözünün izahı #rütbə sözünün yazılışı #rütbə necə yazılır? #rütbə sözünün düzgün yazılışı #rütbə leksik mənası #rütbə sözünün sinonimi #rütbə sözünün yaxın mənalı sözlər #rütbə sözünün əks mənası #rütbə sözünün etimologiyası #rütbə sözünün orfoqrafiyası #rütbə rusca #rütbə inglisça #rütbə fransızca #rütbə sözünün istifadəsi #sözlük