Lütfəli Məlik-Aslanov
Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov (az. Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov; 21 yanvar 1913, Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 21 oktyabr 1996, Bakı, Azərbaycan Respublikası) — texnika elmləri doktoru, professor, SSRİ-nin Fəxri neftçisi, Azərbaycan SSR əməkdar mühəndisi, Azərbaycan SSR neft sənayesi əlaçısı.
== Həyatı ==
Lütfəli Məlik-Aslanov 21 yanvar 1913-cü ildə Tuğ kəndində anadan olub. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsinəndir.Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət xadimi, dayısı Xudadat bəy Məlik-Aslanovun ailəsində böyüyüb.1938-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə Neft-mədən fakültəsini bitirmişdir.Böyük Vətən Müharibəsi (1941–1945) iştirakçısı.
== Fəaliyyəti ==
"Molotovneft" trestinin neft hasilatı şöbəsində usta, şöbə müdiri işləmişdir.
1945-ci ildən — VNİİTB-nin neft-mədən şöbəsinin rəhbəri olmuşdur.
1948-ci ildən AzETNÇİ-da işləməyə başlamış.
1953-cü ildə isə "Neft hasilatının texnikası və texnologiyası" laboratoriyasının rəhbəri təyin edilmiş və eyni zamanda AzSİ-da pedaqoji fəaliyyət göstərmişdir.
1956-cı ildə "Kollektorların neftverimi mexanizmində aralıq zonanın rolunun tədqiqi" mövzusunda namizədlik.
1965-ci ildə isə "Layların neftveriminin artırılması məsələləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.