* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. və is. [ər.] klas. Gözəl, incə, qəşəng (qız və ya qadın). Əndamı lətifeyiilahi; Dəryayi-lətafət içrə mahi. Füzuli. [Hacı Qənbər:] Zarafat deyil, səkkiz yaşından indiyə kimi saxlayıb bu dərəcəyə yetirmişəm, belə lətifəni əldən qoysam, mənə axmaq deyərlər. N.Vəzirov.
Azərbaycan dilinin izahlı lüğəti / lətifə2 is. [ər.] folk. Həyatdakı, məişətdəki gülməli və məzəli əhvalatlar haqqında yığcam, qısa hekayə, anekdot. Molla Nəsrəddinin lətifələri. – [Dərviş Nakam] birdən görəndə ki, bu söhbət camaatın bir parasına naxoş gəldi, o saat söhbəti dəyişib bir neçə lətifə söylərdi. Ə.Haqverdiyev. Vaqif … Kazıma baxır, ondan yeni bir lətifə eşitmək istəyirdi. Çəmənzəminli. [Bəhlul:] Əjdər bizim bölməyə gəlib ucadan … lətifə söyləyirdi. B.Bayramov. // Ümumiyyətlə, zarafat, güldürücü qəribə söz, hekayə.
Azərbaycan dilinin izahlı lüğəti / lətifə4 LƏTİFƏ1 ə. 1) gülməli, qəribə söz, hekayə və s.; qısa gülməli nəsr əsəri; 2) zarafat, hənək. LƏTİFƏ2 ə. lətafətli, zərif, incə (qız).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / lətifə1 I LƏTİFƏ (folk.) (gülməli, qəribə söz və ya kiçik həcmli hekayə) Allahverənli Kalba Şirin kimi adamların söyləmiş olduqları lətifələr yalnız Şuşada deyil, Azərbaycanın hər guşəsindən söylənilir (Çəmənzəminli); ANEKTOD Bir axşam bir molla çağırmışdılar, bütün gecəni əxlaqsız anektodlar söylədi (Çəmənzəminli); QARAVƏLLİ Ortaboylu, əsmər bənizli, daima gülərüzlü Firuzə məzəli zarafatları, incə qaravəlliləri ilə manqanın həyatına hər gün yeni bir təravət gətirirdi (İ.Əfəndiyev); MƏZHƏKƏ ..Bir şəxsin ciddi qəzet və məcmuələrindən, o birisi məzhəkə və həzi jurnallarından ibarət olur (Çəmənzəminli). II lətifə bax gözəl 1
Azərbaycan dilinin sinonimlər lüğəti / lətifə2 1 прил. красивая, нежная, изящная (о девушке, молодой женщине) 2 сущ. 1. шутка 2. анекдот (короткий рассказ о смешном, забавном или любопытном происшествии). Molla Nəsrəddinin lətifələri анекдоты Моллы Насреддина
Azərbaycanca-rusca lüğət / lətifə1 [ər.] сущ. фолькл. хкет (хъуьруьн гъидай куьруь кьиса); зарафат.
Azərbaycanca-ləzgicə lüğəti / lətifə