* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Bir işdən, hadisədən və s.-dən doğan, çıxan hər hansı başqa bir hadisə və ya vəziyyət, hal; son, aqibət. İşin nəticəsi. Təcrübənin nəticəsi. – …Əlbət ki, bunun bir nəticəsi olacaq, yoxsa bu işlər özbaşına deyil… C.Məmmədquluzadə. Mirzə Mehrəli nəticəsindən qorxurdusa da, qubernatoru qarşıladıqda nitq söyləməyi qət etmişdi. Çəmənzəminli. □ Nəticə bağlamaq – bax nəticə vermək. Bədbəxt cavanın yuxusu tezliklə nəticə bağladı. İ.Musabəyov. Nəticə çıxarmaq – müəyyən bir fikrə, qərara, nəticəyə gəlmək, ibrət dərsi almaq. [Mirzağa] Cəmilənin hər bir hərəkətinə, sözünə ayrıca əhəmiyyət verir, öz faydasına olaraq ondan bir nəticə çıxarırdı. S.Hüseyn. [Sevinc:] …Mən elə bilirdim ki, sən bugünkü iclasdan özün üçün həmişəlik bir nəticə çıxaracaqsan. Z.Xəlil. Nəticə vermək (çıxmaq, hasil olmaq) – bu və ya digər nəticəsi olmaq, bir şeylə bitmək, qurtarmaq. Deyirlər ki, cavanlıqda Mirzə Səfər özü şairlik fikrinə düşüb, şeir demək üçün çox çalışmışdı, lakin bir nəticə hasil olmamış idi. Ə.Haqverdiyev. Qonşumun bu iftirasından bir nəticə çıxmayacağını bilib, bu barədə ona heç bir söz demədim. S.Rüstəm. Nəticəyə gəlmək – müəyyən bir qərara, qənaətə gəlmək. Həkim … müayinə edir, heç bir nəticəyə gələ bilmirdi. B.Bayramov. // Nəticədə şəklində, zərf mənasında: axırda, sonda, nəhayətdə. [Şeyda mürəttiblərə:] …Mərhəmət xülyalarilə sürünəcək olsanız, nəticədə zillət və səfalətdən başqa bir şey bulmazsınız. H.Cavid. 2. Bir əsərin, məqalənin və s.-nin əsas məzmununun, mahiyyətinin qısaca xülasəsi, yekunu. Kitab bir müqəddimə, beş fəsil və bir nəticədən ibarətdir.
Azərbaycan dilinin izahlı lüğəti / nəticə2 is. [ər.] Nəvənin uşağı. Qoca kişi gözü dolusu: – Nəticə, – dedi, – nəvənin uşağı nəticə olmurmu? S.Rəhimov. [Tahir:] Sən nəvə nədir, nəticəni də görəcəksən, hələ bir kötükcəni də. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / nəticə3 ə. 1) son, axır; 2) xülasə, nəhayət.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / nəticə4 \- verilən səbəblərdən çıxarılan hökmlər. Əgər səbəblər doğrudursa nəticələri də çox zaman doğru olur. Nəticə yalnışdırsa, səbəblər heç vaxt doğru ola bilməz.
Fəlsəfə terminlərinin izahlı lüğəti / nəticə5 1) qərar; 2) tədqiqat əsasında əldə edilmiş nəticələr.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / nəticə3 1. NƏTİCƏ, EPİLOQ (bax), XÜLASƏ, YEKUN 2. nəticə bax son
Azərbaycan dilinin sinonimlər lüğəti / nəticə1 NƏTİCƏ – BAŞLANĞIC Nəticədə kişi peşələrinin sayı xeyli artar. Ancaq başlanğıc üçün bu heç də pis deyil (Ə.Əbülhəsən).
Azərbaycan dilinin antonimlər lüğəti / nəticə1 NƏTİCƏ I is. [ ər. ] Yekun, son, axır. Hər mövsüm bir mövsümün; Nəticəsindən doğar (M.Müşfiq). NƏTİCƏ II is. [ ər. ] Nəvənin uşağı. Əsgər gedib mənim nəvəm, nəticəm; Aslan kimi vuruşurlar davada (S.Rüstəm).
Azərbaycan dilinin omonimlər lüğəti / nəticə1 1. последствие, результат, исход, итог; 2. вывод, заключение, умозаключение; 3. правнук, правнучка;
Azərbaycanca-rusca lüğət / nəticə2 1 сущ. 1. результат (итог какихлибо действий чего-л.). Səsvermənin nəticələri результаты голосования, müzakirənin nəticəsi результат обсуждения, yoxlamanın nəticəsi результат проверки, yarışların nəticələri результаты соревнований, yüksək nəticələr высокие результаты 2. итог (то, чем заканчивается, завершается что-л.; результат). İllik nəticələr годовые итоги, işin nəticələri итоги работы, imtahanların nəticələri итоги экзаменов, nəticələri ilə tanış olmaq nəyin знакомиться с итогами чего; nəticələr göstərir, ki … итоги показывают, что … 3. последствие, мн. ч. последствия (то, что вытекает, следует из чего-л.). Təqlidçilik pis nəticə verir подражательство приводит к плохим последствиям, belə hərəkətlər ağır nəticələrlə qurtara bilər такие действия могут кончиться тяжёлыми последствиями (могут повлечь за собой неприятности), xəstəliyin nəticəsi последствия болезни 4. исход (результат, итог чего-л.). Oyunun nəticəsi исход игры, seçkilərin nəticəsi исход выборов, vuruşmaların nəticəsi исход сражений 5. вывод, заключение. Düzgün nəticə çıxarmaq сделать правильный вывод, bir nəticəyə gəlmək прийти к какому-л. выводу, nəticələrin əsaslandırılması обоснование выводов, qısa nəticə краткий вывод, резюме 6. эффект (результат, следствие чего-л., какого-л. действия). Bu iş bir nəticə (səmərə) vermədi эта работа не дала никакого эффекта; burdan belə nəticə çıxır ki, … отсюда вьтекает, выходит, что …; yaxşı (pis) nəticəsi olmaq иметь хорошие (плохие) результаты; nəticə vermək давать какой-л. результат; nəticə etibarı ilə в конечном итоге; nəticə əldə etmək добиваться результата; nəticə çıxartmaqda tələsmək спешить с выводами, делать преждевременные выводы; nəticəyə gəlmək сделать вывод, прийти к заключению; nəticəsi birdir один конец 2 сущ. правнук, правнучка (сын, дочь внука или внучки)
Azərbaycanca-rusca lüğət / nəticə1 I. i. 1. result; consequence; outcome; ~sində as a result; 2. conclusion, inference; ~yə gəlmək to come* to a conclusion, to arrive at a result / at a conclusion; ~ vermək to yield results; yaxşı ~yə nail olmaq to get* good results; (təhsildə) to make* good* progress II. i. (oğlan) great-grandson, (qız) great-granddaughter, grandchild
Azərbaycanca-ingiliscə lüğət / nəticə1 I is. résultat m ; conséquence f ; effet m ; conclusion f ; ~ çıxarmaq tirer une conclusion (de qch) ; yaxşı ~yə nail olmaq arriver vi (ê) à un bon résultat ; ağır ~lər conséquences graves II is. arrière-petit-fils m (pl arrièrepetits-fils)(oğlan), arrière-petite-fille f (pl arrière-petites-filles) ; ~lər arrière-petitsenfants m pl
Azərbaycanca-fransızca lüğət / nəticə1 [ər.] сущ. нетижа (1. эхир; təcrübənin nəticəsi тежрибадин нетижа; nəticə çıxarmaq нетижа хкудун, тайин са фикирдал (къарардал, нетижадал) атун, ибрет къачун; nəticə vermək (çıxmaq, hasil olmaq) нетижа гун (хкатун, гьасил хьун), са нетижа хьун, са затӀунал куьтягь хьун; nəticəyə gəlmək нетижадал атун, тайин са къарардал атун; nəticədə нареч. нетижада, эхирда; 2. са эсердин, макъаладин ва мс. куьрелди мана).
Azərbaycanca-ləzgicə lüğəti / nəticə