Nəzirə sözü azərbaycan dilində

Nəzirə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Nəzirə • 55.4140%
  • nəzirə • 42.0382%
  • NƏZİRƏ • 2.5478%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nəzirə
Nəzirə — hər hansı bir sənətkarın əsərinin təsiri altında yazılmış əsər. Divan və aşıq ədəbiyyatında nəzirə yazmanın özünün qədim və tarixi ənənəsi vardır. Aşıq yaradıcılığında da hansısa şeirin, bədii nümunənin təsiri altında çoxsaylı şeirlərin yazılma ənənəsi vardır. M.P.Vaqifin “Oynasın” rədifli şeirinin təsiri altında onlarla aşıq şeiri qoşulmuşdur. Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Valeh, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı kimi ustad aşıqların şeirlərinə həm aşıq ədəbiyyatının özündə, həm də yazılı ədəbiyyatda çoxsaylı nəzirələrin yazıldığı görünməkdədir.
Nəzirə Yaqubova
Yaqubova Nəzirə Qulamşah mirzə qızı (28.1.1898 - 1990) - Azərbaycanın ilk pianoçu xanımlarından biri, Gürcüstanın əməkdar həkimi, poliqlot. == Həyatı == Nəzirə xanım Qulamşah mirzə qızı 1898-ci ildə Tiflis şəhərində dünyaya gəlmişdi. Atası Qulamşah mirzə Qacar Bəhmən mirzə Qovanlı-Qacarın nəvəsi idi. 1910-cu ildə Tiflis Musiqi məktəbinə, 1914-cü ildə Petroqrad konservatoriyasına daxil olmuşdu. Bir müddət özünü tibbdə də sınamışdı. Petroqrad Tibb institutunu da bitirmişdi. Nəzirə xanım azərbaycan, fars, ərəb, rus, gürcü, ingilis, fransız və alman dillərini bilirdi. == Fəaliyyəti == Köhnə qəzetləri vərəqləyərkən, adlarını xalqımızın tarixinə yazan adamlara rast gəlirik. Budur, səksən il bundan əvvəl çap olunmuş "Veçerniy Tbilisi" qəzetinin saralmış vərəqlərində oxucu məktubları. Zaqafqaziya dəmir yolu xəstəxanasının pasiyentləri Koroxaşvili, Lomidze və digərlərinin səmimi məktublarını daxili həyəcansız oxumaq olmur.
Nəzirə xanım Sultan
Nəzirə xanım Sultan — Şuşadan gəlmiş, peşəkar akademik fortepiano təhsili almış, ilk azərbaycanlı peşəkar qadın pianoçu. == Həyatı və yaradıcılığı == Nəzirə xanım Qulamşah mirzə Tiflisdə hərbçi ailəsində anadan olub. Onun atası Şuşa əsilli 16-cı Minqrelian alayının polkovnik-leytenantı Qulamşah Mirzə (d. 1867), anası rus ordusunun polkovniki, zadəgan türk qadını Mələk xanım Qaydabaşının qızı idi. Onların Tiflisdə böyük evləri var idi. O vaxtlar kifayət qədər populyar olduğu üçün Nəzirə xanım evdə gözəl təhsil almışdı, o, həmçinin musiqiyə də çox böyük həvəs göstərirdi. Valideynləri qızlarında unikal musiqi qabiliyyəti olduğunu kəşf etdilər. O, bilavasitə “Müqəddəs Nina məktəbi”nin 8-ci sinfinə yazılır və 1910-cu ildə Nəzirə xanım Tiflis Musiqi Məktəbində Leypsiq məktəbinin pianoçusu olan Şvayherin sinfinə daxil olur. Məktəbi bitirdikdən sonra o, tez-tez Tiflisdə müxtəlif xeyriyyə konsertlərində çıxış edirdi, onların afişaları indi də onların ailəsində saxlanılır. Onu hər yerdə ilk azərbaycanlı pianoçu kimi böyük sevinclə qarşılayırdılar.
Nəzirəvan
Nəzirəvan, Nəzərəvan, Nəzirvan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzidən 7 km şimal-qərbdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Nəzərocaq qışlağı kimi, Qafqazın 5 verstlik xirtəsində Nəzravan formasında qeyd edilmişdir.1728-ci ildən mə'lumdur == Toponimi == Toponim Nəzər şəxs adına urartu dilində "yer, ölkə" mənası bildirən ebani sözündən əmələ gələn van//avan topoformantının qoşulması yolu ilə formalaşmışdır. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 194 nəfər, 1873-cü ildə 331 nəfər, 1886-cı ildə 448 nəfər, 1897-ci ildə 467 nəfər, 1908-ci ildə 553 nəfər, 1914-cü ildə 613 nəfər, 1916-cı ildə 573 nəfər, 1918-ci il də 553 nəfər, 1919-cu ildə 322 nəfər yalnız azərbaycanlı yaşamışdır.1918-ci ildə əhalisi qovulmuş və kənd dağılmışdır. 1919-cu ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 94 nəfər, 1926-cı ildə 114 nəfər, 1931-ci ildə 152 nəfər azərbaycanlı yaşamışdır. Ermənilər kəndə 1923–1925-ci illərdə Türkiyədən köçürülmüşdür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.51 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 1.97
2004 ••••••• 0.67
2006 ••••• 0.45
2007 ••••••••• 0.85
2008 ••• 0.24
2009 •••• 0.32
2010 ••••••••• 0.82
2011 ••• 0.26
2012 ••••••• 0.69
2013 ••• 0.29
2015 •••• 0.34
2016 •• 0.17
2017 ••••• 0.49
2018 •••••••• 0.75
2019 ••••••••• 0.83
2020 ••••• 0.40

nəzirə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] ədəb. Bir şairin bir şerinə təqlidən yazılan, ya söylənən şeir; bənzətmə (2-ci mənada). Şəhriyar … Seyid Əzimin “Gəlim” rədifli qəzəlinə gözəl bir nəzirə də yazmışdır… B.Nəbiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / nəzirə

nəzirə sözünün etimologiyası

nəzirə sözünün sinonimləri (yaxın mənalı sözlər)

nəzirə sözünün rus dilinə tərcüməsi

  • 1 подражание, подражательное стихотворение

    Azərbaycanca-rusca lüğət / nəzirə
  • 2 сущ. лит. подражание (произведение, сознательно воспроизводящее форму, стиль, манеру какого-л. образца); подражательное стихотворение

    Azərbaycanca-rusca lüğət / nəzirə

nəzirə sözünün inglis dilinə tərcüməsi

nəzirə sözünün fransız dilinə tərcüməsi

nəzirə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. лит. са шаирдин шиирдиз ухшар авуна (гъана), гьадаз килигна кхьидай (ва я лугьудай) шиир.

    Azərbaycanca-ləzgicə lüğəti / nəzirə

nəzirə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) bənzətmə, nümunə, örnək; 2) bir şairin şeirinə oxşadılaraq yazılan şeir.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

pay; bənzər, oxşar, misal, tay.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"nəzirə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nəzirə nədir? #nəzirə sözünün mənası #nəzirə nə deməkdir? #nəzirə sözünün izahı #nəzirə sözünün yazılışı #nəzirə necə yazılır? #nəzirə sözünün düzgün yazılışı #nəzirə leksik mənası #nəzirə sözünün sinonimi #nəzirə sözünün yaxın mənalı sözlər #nəzirə sözünün əks mənası #nəzirə sözünün etimologiyası #nəzirə sözünün orfoqrafiyası #nəzirə rusca #nəzirə inglisça #nəzirə fransızca #nəzirə sözünün istifadəsi #sözlük