nəzərə sözü azərbaycan dilində

nəzərə

Yazılış

  • nəzərə • 95.0126%
  • Nəzərə • 4.9863%
  • NƏZƏRƏ • 0.0011%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zaman amili nəzərə alınmaqla pulun dəyəri
Zaman amili nəzərə alınmaqla pulun dəyəri (pulun zaman dəyəri, pulun zaman dəyəri nəzəriyyəsi, ing. time value of money) — bugünkü pul gəlirinin (xərcinin) eyni məbləğə sabahdan daha dəyərli olması anlayışı. Pulun zaman dəyəri haqqında ifadə maliyyə riyaziyyatının əsas müddəalarından biridir. Dəyər fərqi ona görədir ki, pul yatırıla bilər və gəlir əldə edə bilər. Buna görə də pulun sahibi itirdiyi gəlirə görə kompensasiya tələb edə bilər. İtirilmiş gəlir fürsət dəyəri kimi çıxış edir. İstehlakçı davranışı və seçimi nəzəriyyəsində də oxşar problem yaranır. İstehlakçı cari gəlirinin nə qədərini bu gün istehlak edəcəyi ilə sabah istehlak üçün nə qədər qənaət edəcəyi arasında seçim etməlidir. İstehlakçının optimal seçimi dövrlərarası seçim nəzəriyyəsində nəzərdən keçirilir. == Ümumi prinsiplər == Pulun dəyəri ilə gözləmə müddəti arasındakı əlaqə artıq orta əsrlərdə özünü büruzə verirdi.
Abbasəli Nəzərəliyev
Nəzərəli xan Mərəndi
Nəzərəli xan Məhəmmədəzim xan oğlu Mərəndi (?-1828) — Mərənd hakimi. == Həyatı == Nəzərəli xan Məhəmmədəzim xan oğlu Mərənd şəhərində anadan olmuşdu. Mükəmməl təhsil almışdı. Bəzi İran müəlliflərinə görə seyid əsillidir. O, Seyid Nəzərəli xan yüzbaşının nəvəsidir. Mir Qılınc xan Babanın törəməsidir. == İran Rus müharibəsi == Nəzərəli xan II rus-İran müharibəsində iştirak etmişdi. Əminə Pakrəvan yazır: Bu səbəbdən də dayısı Əmir xan Sərdarı gözləməkdə idi. Şuşanın fəthindən sonra ona qatılacaq olan dayısının başçılığındakı Xoydan gələn ordu ilə bərabər Gəncəyə hücum etməyi planlamışdı. Böyük oğlunu (Məhəmməd mirzəni-Ə. Ç.) səkkiz min nəfərlik piyadənin sərkərdəsi olan Əmir xanın yardımçılığına təyin etdi.
Nəzərəli xan Sarıxanbəyli-Şahsevən
Nəzərəli xan Bədr xan oğlu Sarıxanbəyli-Şahsevən — Ərdəbil xanı (1757–1792). == Həyatı == Nəzərəli xan atasından sonra el başçısı olmuşdu. Sonra elin yaxından yardımı ilə Ərdəbil xanlığını ələ keçirmiş, müstəqil xanlıq qurmuşdu. Kərim xana tabe olmayan, hədiyyə, peşkəş və sairə adlarla vergilər verməkdən imtina edən Nəzərəli xanı məhdudlaşdırmaq, sıradan çıxarmaq məqsədilə Gilan hakimi Hidayət xanı səfərbərliyə aldı. O, dolayı yollarla Hidayət xanı Nəzərəli xana qarşı qaldırdı və onu pul, silah və sairə vəsaitlə təmin etdi. Kərim xan Zəndin hərtərəfli yardım və himayəsindən istifadə edən Hidayət xan Nəzərəli xanı tutdu və Ənzəli limanında həbsxanaya saldı. Kərim xanın vəfatından sonra Şahsevən elinin igidləri Ənzəliyə hücum edib, Nəzərəli xanı xilas etdilər. Nəzərəli xan Pənahəli xan Sarıcalı-Cavanşirlə düz dolanmadığından başı bəlalar çəkdi. Tez bir zamanda Qarabağ qoşunu Arazı adlayıb, Muğanda düşərgə qurdu. İki qoşun üz-üzə gəldi.
Nəzərəli xan Şahsevən
Nəzərəli xan Bədr xan oğlu Sarıxanbəyli-Şahsevən — Ərdəbil xanı (1757–1792). == Həyatı == Nəzərəli xan atasından sonra el başçısı olmuşdu. Sonra elin yaxından yardımı ilə Ərdəbil xanlığını ələ keçirmiş, müstəqil xanlıq qurmuşdu. Kərim xana tabe olmayan, hədiyyə, peşkəş və sairə adlarla vergilər verməkdən imtina edən Nəzərəli xanı məhdudlaşdırmaq, sıradan çıxarmaq məqsədilə Gilan hakimi Hidayət xanı səfərbərliyə aldı. O, dolayı yollarla Hidayət xanı Nəzərəli xana qarşı qaldırdı və onu pul, silah və sairə vəsaitlə təmin etdi. Kərim xan Zəndin hərtərəfli yardım və himayəsindən istifadə edən Hidayət xan Nəzərəli xanı tutdu və Ənzəli limanında həbsxanaya saldı. Kərim xanın vəfatından sonra Şahsevən elinin igidləri Ənzəliyə hücum edib, Nəzərəli xanı xilas etdilər. Nəzərəli xan Pənahəli xan Sarıcalı-Cavanşirlə düz dolanmadığından başı bəlalar çəkdi. Tez bir zamanda Qarabağ qoşunu Arazı adlayıb, Muğanda düşərgə qurdu. İki qoşun üz-üzə gəldi.
Nəzərəlibulağı (Biləsuvar)
Nəzərəlibulağı (fars. نظرعلي بلاغي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 319 nəfər yaşayır (84 ailə).
Nəzərəlikəndi (Nəmin)
Nəzərəlikəndi (fars. نظرعلي كندي‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 11 nəfər yaşayır (6 ailə).
Nəzərəvan
Nəzirəvan, Nəzərəvan, Nəzirvan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzidən 7 km şimal-qərbdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Nəzərocaq qışlağı kimi, Qafqazın 5 verstlik xirtəsində Nəzravan formasında qeyd edilmişdir.1728-ci ildən mə'lumdur == Toponimi == Toponim Nəzər şəxs adına urartu dilində "yer, ölkə" mənası bildirən ebani sözündən əmələ gələn van//avan topoformantının qoşulması yolu ilə formalaşmışdır. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 194 nəfər, 1873-cü ildə 331 nəfər, 1886-cı ildə 448 nəfər, 1897-ci ildə 467 nəfər, 1908-ci ildə 553 nəfər, 1914-cü ildə 613 nəfər, 1916-cı ildə 573 nəfər, 1918-ci il də 553 nəfər, 1919-cu ildə 322 nəfər yalnız azərbaycanlı yaşamışdır.1918-ci ildə əhalisi qovulmuş və kənd dağılmışdır. 1919-cu ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 94 nəfər, 1926-cı ildə 114 nəfər, 1931-ci ildə 152 nəfər azərbaycanlı yaşamışdır. Ermənilər kəndə 1923–1925-ci illərdə Türkiyədən köçürülmüşdür.
İmamqulu Nəzərəli oğlu
İmamqulu Nəzərəli oğlu (XVII əsrin sonu—XVIII əsr) — Orta əsrlərdə Naxçıvanda görkəmli sənətkar kimi yetişən və əhali arasında memar kimi tanınan ustalardan biri də İmamqulu Nəzərəli oğlu olmuşdur. Bu görkəmli memarın adı XX yüzilliyin 80-ci illərində Əlincəçay sahilindəki Şeyx Xorasan xanəgahında bərpa işləri aparılarkən aşkar edilmiş inşaat kitabəsi (şəkil 104) vasitəsilə elmə məlum olmuşdur. Hicri 1141-ci ilə (miladi 1728-29-cu il) aid olan bu kitabədən məlum olur ki, İmamqulu Nəzərəli oğlu xanəgah kompleksinə daxil olan tikililərdən birinin memarı olmuşdur. Kitabədə "memar" titulu ilə təqdim olunması onun öz peşəsinin mahir ustası olduğunu göstərir. Kitabənin tarixinə əsasən demək olar ki, memar İmamqulu Nəzərəli oğlu XVII yüzilliyin sonları–XVIII yüzilliyin birinci yarısında yaşamışdır. == İstinadlar == == Mənbə == Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan:Əcəmi, 2017, 216 s.
Nəzərəli xan Kəngərli
Nəzərəli xan Kəngərli (d. 1776, Naxçıvan xanlığı - ö. 1856, Naxçıvan, Rusiya imperiyası) — 1811-1813-cü illərdə Naxçıvan xanlığının xanı olmuş, Rus-İran müharibələrində Qacar ordusu tərəfindən iştirak etmişdir. Nəzərəli xan Ehsan xan Kəngərli və Şeyxəli xan Kəngərlinin qardaşı idi. == Həyatı == Nəzərəli xan gənc yaşlarında atası Kəlbəli xan tərəfindən Fətəli şah Qacarın yanına göndərilmiş və onun yanında əmanət olaraq qalmışdır. === Xanlığı === Qacar ordusunun rəhbəri və vəliəhd şahzadə Abbas Mirzənin oğlu tərəfindən yazılmış bu məktubda Kərim xandan Qarabağı ələ keçirilməsi istənilirdi. Bu məqsəd üçün ona 1000 süvari də yardıma göndərilmişdi. Artıq iyun ayının əvvəllərində Kərim xan əmrində olan ordu ilə birlikdə Qarabağda əməliyyatlara başlamışdı. Onun Mehri istiqamətindəki yolları bağlamasından sonra bölgədəki rus komandanı general Nebolsin polkovnik Kortlyarevskiyə XVII Yaeger alayını götürərək Kərim xanın ələ keçirdiyi yeri geri almağa göndərir. Yürüşə başlayan Kortlyarevski Kərim xanın mövqeləndiyi yerə gəlir və baş verən toqquşmalardan sonra onu Ordubada doğru geri çəkilməyə məcbur edir.
II Nəzərəli xan Şahsevən
II Nəzərəli xan Şahsevən — 1797-1808-ci illərdə Ərdəbil xanlığının sonuncu hakimi. == İlk hakimliyi == O, ya Nəsir xan Şahsevənin oğlu ya da adı açıqlanmayan bir oğlu vasitəsilə Nəzərəli xan Şahsevənin nəvəsi idi. O, 1799-cu ildə Ərdəbil xanı kimi qeyd edilmişdir. Lakin 1804-1813-cü illər rus-Qacar müharibəsinin başlanması onun hakimiyyətini qeyri-sabit etdi. O, 1804-cü ilin iyununda Əliqulu Şahsevənin başçılığı ilə bir ordunu Abbas Mirzənin köməyinə göndərdi. 1805-ci ildə Ərdəbildə Fətəli şah Qacarı qonaq etdi. Əmisi Fərəculla 1806-cı ildə Qarabağda Qacar ​​ordusunun tərkibində qaynı Əbülfət xan Cavanşirə kömək etdi. Şahsevən tayfalarının bir neçə məğlubiyyətindən sonra Abbas Mirzə Ərdəbil şəhərini qalaya çevirdi və Gərruslu Nəcəfqulu xanı komandir kimi təyin etdi. Şahsevən başçıları xəyanətdən qorxaraq Talış xanlığına qaçdılar. Lakin tezliklə ruslara qarşı süvari dəstəyi və Qacarlarla Talış xanlığı arasında nikah ittifaqı yaratması müqabilində Abbas Mirzə tərəfindən bu dəfə Ərdəbil valisi kimi təyin olundu.

"nəzərə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nəzərə nədir? #nəzərə sözünün mənası #nəzərə nə deməkdir? #nəzərə sözünün izahı #nəzərə sözünün yazılışı #nəzərə necə yazılır? #nəzərə sözünün düzgün yazılışı #nəzərə leksik mənası #nəzərə sözünün sinonimi #nəzərə sözünün yaxın mənalı sözlər #nəzərə sözünün əks mənası #nəzərə sözünün etimologiyası #nəzərə sözünün orfoqrafiyası #nəzərə rusca #nəzərə inglisça #nəzərə fransızca #nəzərə sözünün istifadəsi #sözlük