nəzər sözü azərbaycan dilində

nəzər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nəzər • 95.9304%
  • Nəzər • 4.0116%
  • NƏZƏR • 0.0580%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacı Nəzər
Hacı Nəzər - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. Kəndin adı erməni, rus mənbələrində «Hacı Nəzər qulu» kimi də göstərilir. Toponim Hacı Nəzər şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Kənd Hacı Nəzər adlı şəxs tərəfindən salınmışdır. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kamo qoyulmuşdur.
Nəzər
Nəzər Heydərov
Nəzər Heydər oğlu Heydərov (29 mart 1896, Gürcülü, Zəngəzur qəzası – 30 dekabr 1968, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1949–1954). Nəzər Heydər oğlu Heydərov 1896-cı ildə Zəngəzur qəzasının (hazırda Qubadlı rayonu) Gürcülü kəndində anadan olmuşdur. Gorus şəhərindəki beşsinifli məktəbdə oxumuş, məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır. 1913-cü ildə Bakıya gələrək Ramana neft mədənlərində fəhlə olaraq işləmiş, 1918-ci ilin sonlarında mədənlərdə çalışmağı dayandıraraq doğulduğu kəndə qayıtmışdır. 1919-cu ilin mart ayında Nəzər Heydərov bolşeviklər partiyasına daxil olmuş, 1918–1920-ci illərdə Zəngəzurda kəndlilər arasında inqilabi iş aparmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Qubadlı İnqilab Komitəsinin sədri təyin edilərək həmin ilin sonunadək bu vəzifədə işləmişdir. Sonrakı illərdə o, bir sıra vəzifələrdə çalışmış, Azərbaycan K(b)P Qubadlı Qəza Komitəsinin katibi, Qubadlı Qəza İcraiyyə Komitəsinin sədri, Azərbaycan K(b)P Mərkəzi Komitəsinin məsul təlimatçısı olmuşdur. 1924–1926-cı illərdə Ağdaş Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmiş, ardınca Şuşa İcraiyyə Komitəsinə başçılıq etmiş və Dağlıq Qarabağ Muxtar Vilayəti İcraiyyə Komitəsi sədrinin müavini olmuşdur. 1927–1928-ci illərdə Azərbaycan SSR Ali Xalq Təsərrüfatı Şurasında çalışmışdır. Nəzər Heydərov 1928-ci ildə Azərbaycan K(b)P MK tərəfindən Moskvada təhsil almağa göndərilmiş, Stalin adına Sənaye Akademiyasının neft şöbəsini və Moskva Neft İnstitutunu bitirdikdən sonra Bakıya qayıtmışdır.
Nəzər Paşayev
Paşayev Nəzər Abdulla oğlu (15 dekabr 1908 – ?) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (1964), professor (1965), Azərbaycan SSR əməkdar elm xadimi (1981). Nəzər Paşayev 15 dekabr 1908-ci ildə İrəvan quberniyasının Böyük Vedi kəndində doğulmuşdur. Nəzər Paşayev Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini 1936-1937-ci tədris ilində bitirmişdir. Azərbaycan Pedaqoji İnstitutunda professor işləyib. Azərbaycanda sosialist mədəniyyətinin inkişafı [Mətn]: 1920-1955-ci illər N.A.Paşayev; [red. Ş.Abasov].- B.: Azərnəşr, 1957.- 172, [3] s. ASE — X cild. 1984.
Nəzər kəhrizi
Nəzərkəhrizi — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanının Nəzərkəhrizi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,181 nəfər və 227 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Nəzər muncuğu
Qotaz — türk və altay xalqlarının inancında insanı "kəm göz"lərdən (şər baxışlardan) qoruduğuna inanılan muncuq. Göz muncuğu. Ümumiyyətlə göz muncuqları göz şəklində olar. Gözə eyni zamanda muncuq da deyilməkdədir. Bu məzmunda baxıldığında adamın dünyaya açılan pəncərəsi gözdür və göz hər cür, yaxşı və pis, düşüncələrin ilk çıxış nöqtəsi olaraq qəbul edilir. Buna görə baxışlardan, pis gözlərdən qorunmaq məqsədilə əmici xüsusiyyəti olduğuna inanılan göy rəngli daşlar köhnədən bəri istifadə edilmişdir və son halını günümüzdəki cürbəcür göz muncuqları olaraq almışdır. İndi istər inanc, istər ənənə, istərsə də bəzək əşyası olaraq bir çox adam gözmuncuğunu gündəlik həyatında çox tez-tez istifadə edir. Göz muncuğu edilərkən içinə qurğuşun tökülür. Bunun da yaxşı uğur gətirdiyi deyilər. Tarixdəki türk birliklərində göz muncuğuna Bonçuq, Boncuq, Munçuq, Moncuq, Monşaq, Monçaq, Monçoq, Muyınçaq kimi adlar verilmişdir və bu adlandırmaların bəziləri bu gün də bir sıra xalqların dillərində iştirak etməkdədir.
Nəzər Əzizov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Ruzi Nəzər
Ruzi Nəzər (1917-2015), Türkistan əsilli ABŞ vətəndaşı, Mərkəzi Kəşfiyyat İdarəsi agenti. Həyatının böyük qismini Mərkəzi Kəşfiyyat İdarəsi agenti olaraq SSRİ-yə qarşı mübarizəyə həsr etmişdir. Rus inqilabı dövründə Sovet Orta Asiyasında dünyaya gəlmişdir. Həyatının çoxu doğulduğu yerlərdən uzaqda keçmişdir. II Dünya Müharibəsi dövründə Almaniyada, sonradan da ABŞ və Türkiyədə yaşadı. 1950-ci illərin əvvəlindən etibarən MKİ işçisi olaraq işlədi. İş müddətinin 11 ili ABŞ-nin Ankaradakı səfirliyindı, sonrakı 10 ili də Bonnda keçmişdir. 1979-cu ildə Tehranda, 1980-ci illərin əvvəlində Əfqanıstanda ABŞ adına gizli tapşırıqlarda olmuşdur. 1917-ci ildə sonralar Özbəkistan sərhədləri daxilində qalacaq Fərqanə vadisində olan Mərğilan şəhərində dünyaya gəldi. Nəzərın atası Cəmşid Umirzaoğlu yüz illərdir Mərğilanda ipək ticarəti ilə məşğul olan bir ailədən idi.
Adilə Nəzər
Adilə Həsən qızı Nəzərova (26 may 1969, Şəhriyar, İliç rayonu) — Azərbaycan şairi, ədəbiyyatşünası. Filologiya üzrə fəlsəfə doktoru. Azərbaycan Yazıçılar Birliyinin və İraq–Türkmən Yazıçılar Birliyinin üzvü. == Həyatı == Adilə Həsən qızı Nəzərova 26 may 1969-cu ildə Şərur rayonunun Şəhriyar kəndində doğulub. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə Azərbaycan Müəllimlər İnstitutunda bakalavr, Azərbaycan Dövlət Pedaqoji Universitetində isə magistr təhsili almışdır. == Elmi fəaliyyəti == AMEA Dilçilik İnstitutunun dissertantı olmuş, "Azərbaycan dilində fəlsəfi terminlərin leksik-semantik təhlili" mövzusunda dissertasiya müdafiə edərək Filologiya üzrə fəlsəfə doktoru elmi adı almışdır. Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsidə aparıcı elmi işçi vəzifəsində çalışır. === Elmi əsərləri === "Azərbaycan dilində fəlsəfə terminlərinin izahlı lüğəti", Bakı, Elm və təhsil, 2014, 224 s. "Azərbaycan dilində fəlsəfə terminlərinin leksik-semantik xüsusiyyətləri", Monoqrafiya, Bakı, Elm və təhsil, 2017, 176 s. "İmadəddin Nəsimi yaradıcılığının tədrisi və bədii dil xüsusiyyətlərinin öyrənilməsi", Monoqrafiya, Bakı, 2021 "Aşıq Ələsgər yaradıcılığında sufizm", Bakı, Elm və təhsil, 2023, 248 s.
Nəzər gülü
Nəzər gülü (Südləyən Milya; Yevfhorbiya Milya) — Bu gülün adı 1821-ci ildə Fransanın Reünyon adasının qubernatoru baron Pyer Bernar Miliusun şərəfinə Milius gülü də adlanır. Bu gülün latınca adı parlaq Yevfhorbiyadır. Bəzi otaq gülçülüyü həvəskarları arasında bu bitkiyə "tikan tacı" adı ilə də rast gəlinir.
Nəzər Abad Şəhristanı
Nəzərabad şəhristanı (fars. نظرآباد‎) — İranın Əlburz ostanının 5 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Nəzərabad şəhəridir. Əhalisini Azərbaycan türkləri təşkil edir və Azərbaycan türkcəsinin Savucbulaq ləhcəsində danışırlar.
Nəzər kəndi (Culfa)
Nəzər kəndi (fars. نظركندي‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (28 ailə).
Nəzər nöqtəsi (veriliş, 1999)
"Nəzər nöqtəsi" — 1999-cu ildən 2016-cı ilə qədər Azərbaycanın ANS TV kanalında yayımlanan və Azərbaycanda baş verən siyasi və ictimai hadisələr haqqıda tok-şou. Verilişin aparıcıları müxtəlif dövrlərdə Eynulla Fətullayev, Qənirə Paşayeva, Qənirə Ataşova, Eldəniz Elgün, İlhamiyyə Rza və Mirşahin Ağayev olub.
Ümumdünya tarixinə nəzər (kitab)
Ümumdünya tarixinə nəzər — Cəvahirləl Nehrunun həbsdə ikən qızı İndira Qandiyə 1930-1933-cü illərdə yazdığı məktublardan ibarət, 1934-cü ildə nəşr edilmiş kitab . Kitaba dünyanın görkəmli siyasi xadimlərindən biri, Hindistan milli-azadlıq hərəkatının lideri və ilk baş naziri olmuş Cəvahirləl Nehrunun məhbəsdə ikən qızı İndira Qandiyə (1980-1984-cü illərdə Hindistanın baş naziri olmuşdur) yazdığı məktublar daxil edilmişdir. Əsərdə həmçinin, bəşər sivilizasi-yasının ikinci dünya müharibəsinə qədərki tarixinin əsas hadisələri qısaca şərh şəklində oxuculara təqdim olunub. Kitab Tahir Paşazadə tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 19866-cı ildə Gənclik nəşriyyatında, 2006-cı ildə Şərq-Qərb nəşriyyatında 344 səhifədə, 25 000 tirajla, 2018-ci ildə Bakı Kitab Klubunda 420 səhifədə nəşr edilib. Dünya tarixi "Ümumdünya tarixinə nəzər" ( (az.)). bbclub.az. İstifadə tarixi: 2019-10-06. Cəvahirləl, Nehru. Ümumdünya tarixinə nəzər (PDF). Bakı: Şərq-Qərb.
Xəzər-problemə nəzər (film, 1977)
Ehtimal nəzəriyyəsi
Ehtimal nəzəriyyəsi — riyaziyyatın bir bölməsi olub, təsadüfi hadisələri analiz edir. Təsadüfi ədədlər, stoxastik proseslər və hadisələr ehtimal nəzəriyyəsinin əsas obyektlərindəndir. Ehtimal nəzəriyyəsinin kökü 16-cı əsrdə Cerolamo Kardano, 17-ci əsrdə isə Blez Paskal və Pyer Ferma tərəfindən bəxt oyunlarının (qumar oyunlarının) analizdən başlayır. == Ehtimalın tarixçəsi == Ehtimal nəzəriyyəsi və riyazi statistika elminin formalaşmış bir sahə kimi inkişafında, XX əsrin 30-cu illərində akademik A. N. Kolmoqorovun təklif etdiyi və elmin bu sahəsinin əsaslarını təşkil edən aksiomatika yeni inkişaf dövrü yaratdı. Bu aksiomatikanın yaranmasına və ümumiyyətlə, ehtimal nəzəriyyəsinin inkişafına dünyanın tanınmış riyaziyyatçılarının nəşr etdirdikləri müxtəlif elmi əsərlərin tə siri danılmazdır. Bu əsərlər arasında P. Laplasın «Essai philosophique sur les probabilités», V. Ya. Bunyakovskinin «Oснования математической теории вероятностей», S. N. Bernşteynin «Oснования математической теории вероятностей» adlı əsərlərini xüsusi qeyd etmək olar. Qeyd olunan əsərlər və A. N. Kolmoqorovun ehtimal nəzəriyyəsi haqqında yazdığı «Большая Советская энциклопедия»-da (birinci nəşr) dərc olunmuş ensiklopedik məqalələr həmin sahə haqqında geniş məlumat verən, bu sahənin incəliklərini dərindən əks etdirən, zəngin və tamamlanmış elmi əsər kimi təqdim oluna bilər. Bütün hadisə və ya proseslər, hətta özünün əhəmiyyətsizliyi ilə guya ki, təbiətin ali qanunlarından asılı olmayanları belə, o dərəcədə də məhz bu qanunların zəruri nəticələridir, məs., günəşin dövr etməsi kimi. Bu nəticələri bütün kainat sistemi ilə əlaqələndirən bağları bilmədən, bunların birinin digərinin ardınca məlum bir düzgünlüklə və ya görünməz bir qayda ilə baş verib-vermədiklərindən asılı olaraq, onların son səbəblər və ya təsadüf nəticəsində baş verdikləri fərz olunur, lakin xəyalın məhsulu olan bu səbəblər, bizim bilik hüdudlarımız genişləndikcə, nəzərə alınmayaraq sağlam fəlsəfə qarşısında tamamilə itmiş oldu, belə ki, bu fəlsəfəyə görə, bu səbəblər – həqiqi səbəbi yalnız özümüz olan – bilgisizliyin təzahürüdür.
Elastiklik və plastiklik nəzəriyyəsi
Elastiklik və plastiklik nəzəriyyəsi == Elastiklik nəzəriyyəsinin əsas prinsipləri == Elmin müasir səviyyəsi real materialın bütün məxsusiyyətlərini nəzərə almaqla ümumi hesabat metodu verə bilmir. Ona görə də klassik elastikiyyət nəzəriyyəsi deformasiya olunan cisimlər üçün verilmiş xüsusi modelə əsaslanır bu model ideal elastiki cisimdir. Modelin aşağıdakı xassələrini qeyd edək. 1. Fərz edilir ki, ideal elastiki cisim tam elastikidir. Başqa sözlə, cismə təsir edən xarici nisbi qüvvələrin təsiri kəsildikdən sonra cisim öz forma və həcmini bərpa edə bilir. Cismin əvvəlki vəziyyətinə təbii vəziyyət deyilir. Bu zaman başlanğıc gərginlik nəzərə alınmır yəni, cisim yüklənmədikdə onda heç bir gərginlik vəziyyəti yaranmır. Başlanğıc gərginlik cismin yaranma tarixindən asılıdır. 2.
Eldəniz Nəzərov
Elektrolit dissosiasiya nəzəriyyəsi
Elektrolitik dissosiasiya nəzəriyyəsi — Elektrolitlərin məhlullarda və ərinmiş halda xüsusi xassələr göstərməsini ionlara dağılması ilə izah edən nəzəriyyə. İngilis alimi Maykl Faradey məhlulların elektrik keçiriciliyini öyrənərək müəyyən etmişdir ki, duzların, turşuların və qələvilərin məhlulu elektrik cərəyanın keçirir. Üzvi maddələrin, məsələn, şəkər, spirt və s. məhlulları isə cərəyanı keçirmir. Məhlulu və ya ərintisi elektrik cərəyanını keçirən maddələri Maykl Faradey elektrolitlər, keçirməyən maddələri isə qeyri-elektrolitlər adlandırmışdır. Elektrolitlərdə elektrik cərəyanının daşıyıcısı ionlardır. Məhlulda cərəyan daşıyıcısı ionlar olduğundan, daha çox ion əmələ gətirən, başqa sözlə, öz ionlarına daha yaxşı dissosiasiya edən elektrolitlərin məhlulları elektrik cərəyanın daha yaxşı keçirir. Elektrolitləri suda həll etdikdə və ya əritdikdə ionlara ayrılması prosesinə elektrolitik dissosiasiya deyilir. Bəzi elektrolitlər praktik olaraq ionlarına tam dissosiasiya etdiyi halda, bəziləri az dissosiasiyaya uğrayır. Elektrolitlərin dissosiasiya prosesinin kəmiyyət xarakteristikası elektrolitik dissosiasiya dərəcəsi, elektrolitik dissosiasiya sabiti, izotonik əmsal və s.-dən ibarətdir.
Elm Tarixi və Elmşünaslıq (Beynəlxalq elmi-nəzəri jurnal)
Elmi nəzəriyyə
Elmi nəzəriyyə – reallığın birbaşa deyil, idealizə olunmuş inikası; abstrakt anlayış və müddəa-fikirlər sistemi. Elmi mövzu – elmi tədqiqatların aparılmasını tələb edən elmi xarakterli məsələ. Elmi-tədqiqat işinin əsas plan-hesabat göstəricisidir. Elmi qabaqgörənlik – müşahidə edilməyən, yaxud təcrübədə hələlik təsdiq olunmamış təbiət və cəmiyyət hadisələrinin qabaqcadan söylənilməsi. Bu, nəzəri və eksperimental məlumatların ümumiləşdirilməsinə və inkişafın objektiv qanunauyğunluğunun nəzərə alınmasına əsaslanır. Elmi qabaqgörənlik elm qanunlarının dərk edilməsi əsasında həmin qanunlara tabe olan hadisələrin gələcəyi haqqında söylənilən bilikdir. Elmi qabaqgörənlik elmdə məlum olan qanunlar və nəzəriyyələr zəminində həyata keçirilir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elməddin Nəzərov
Emin Nəzərov
Epigenez (tibbi nəzəriyyə)
Biologiyada epigenez (yaxud preformasiyadan fərqli olaraq neoformasiyaçılıq) bitkilərin, heyvanların və göbələklərin hüceyrələrin fərqləndiyi və orqanların əmələ gəldiyi mərhələlər ardıcıllığı ilə toxumdan, sporadan və ya yumurtadan əmələ gəlməsi prosesidir. Epigenetik anlayışlar əsasən 17–18 əsrlərdə preformizmlə mübarizədə əmələ gəlmişdir (U. Harvey, İ. Büffon və xüsusilə K. F. Volf). Sitologiya və genetikanın uğurları sayəsində müəyyən olunmuşdur ki, orqanizmin inkişafı genetik informasiyanın olduğu cinsi hüceyrələrin mikrostrukturu ilə müəyyən edilir. K. Volfun əsərləri sayəsində (18 əsrin sonu) Epigenez konsepsiyası qalib gəldi və embriologiyanın inkişafına təkan verdi. 19 əsrin 70–80-ci illərində sitologiyanın müvəffəqiyyətləri Epigenezi təkzib edən irsiyyətə dair çoxlu konsepsiyanın meydana çıxmasına səbəb oldu. 19 əsrin sonunda inkişaf mexanikasının təşəkkülü vitalist xarakterli epigenetik nəzəriyyələrin bərpası ilə nəticələndi. 20 əsrdə genetikanın meydana gəlməsi ilə yalnız xarici, yaxud qeyri-maddi amillərdən asılı olan tam yeni törənən prosesin inkişafı haqqında primitiv anlayışlar əvəzinə, orqanizmlərin ontogenez qanunauyğunluqlarını müəyyənləşdirən genetik informasiyalar təlimi yarandı.
Erməni tarixşünaslığında revizionist nəzəriyyə
Erməni tarixşünaslığında revizionist nəzəriyyə == Xristian dinini qəbul etməsi mifi == Erməni tarixçiləri Ermənistanın 301-ci ildə xristianlığı dövlət dini kimi dünyada birinci olaraq qəbul etmiş ölkə olması barədə mif yaratmışlar və onu inadla təbliğ edirlər, hərçənd elmə çoxdan məlumdur ki, hələ II əsrin axırlarında, yəni ermənilərdən bir əsrdən də çox əvvəl ərəmeydilli Edessa çarlığında (Osroyenada) xristianlıq rəsmi din olmuşdur. 165-ci ildə Edessa çarı Abqar bar Manu (V Abqar və ya VIII Manu) xristianlığı qəbul etmişdir, onu buna inandıran fələstinli missioner Müqəddəs Fadey (Adday) olmuşdur, çar taxt-tacında onun varisi VIII Abqar isə xristianlığı Osroyenanın dövlət dininə çevirmişdir (bəzi mənbələrdə göstərilir ki, bunu xristian poeziyasının təməlini qoymuş IX Abqar etmişdir). Alman tarixçi və ilahiyyatçısı Adolf fon Harnak 1905-ci ildə yazırdı: "… şübhə yoxdur ki, hələ 190-cı ilə qədər xristianlıq bütün Edessada və ona bitişik vilayətlərdə fəal yayılmışdı və (201-ci ildən az sonra, bəlkə də daha əvvəl) çar sarayı kilsəni (yəni xristianlığı) qəbul etmişdir". İrfan Şahid VIII Abqarın Ön Şərqdə xristianlığı qəbul etmiş dövlətin birinci hökmdarı olmasını yazırdı. Maraqlıdır ki, Ermənistanın 301-ci ildə xristian dinini qəbul etməsi faktı erməni tarixçilərinin özlərinin arasında da mübahisəyə səbəb olur. Sirarpi Ter-Nersesyan yazır: "Ənənəyə görə bu hadisənin tarixi 301-ci il hesab edilirdi, lakin son araşdırmalara görə bu, 314-cü ildən tez olmamışdır". Bəs bütün bu faktlardan sonra ermənilər dünyada necə ilk xristian milləti olur? Maraqlıdır ki, uydurmaları ilə tarixi faktları təkzib edən ermənilər Edessa dövləti tərəfindən xristianlığın birinci olaraq qəbul edilməsinin əhəmiyyətini azaltmağa çalışaraq aşkar təhriflərə yol verirlər: bəzi irəvanlı tarixçilər iddia edirlər ki, Osroyena tərəfindən xristianlığın dövlət dini kimi qəbul edilməsi, necə deyərlər, "sayılmır", çünki guya həmin dövrdə Osroyena müstəqil, hələ (bəlkə də) öz dövlətçiliyi olmamışdır. Onlar bu uydurmaları təsdiqləmək üçün Osroyenanın Ermənistanın tərkibində göstərildiyi xəritə nəşr edirlər, lakin bir məsələ barədə susurlar ki, Osroyena bundan xeyli əvvəl və qısa müddətə Tiqran tərəfindən fəth edilmiş, xristianlıq qəbul edilən vaxtda isə Osroyena artıq çoxdan müstəqil idi. Həmin tarixçilər bu cür təhriflərdən əlavə, Osroyena tərəfindən xristianlığın birinci qəbul edilməsinin əhəmiyyətini hər vasitə ilə azaltmağa çalışırlar.
Firma nəzəriyyəsi
Firma nəzəriyyəsi — firmanın, şirkətin və ya şirkətin mahiyyətini izah edən və proqnozlaşdıran bir sıra iqtisadi nəzəriyyələri, o cümlədən mövcudluğunu, davranışını, quruluşunu və bazarla əlaqəsini əhatə edir. Sadələşdirilmiş formada firma nəzəriyyəsi aşağıdakı suallara cavab verməyi hədəfləyir: Varlıq. Niyə firmalar yaranır? Niyə iqtisadiyyatdakı bütün əməliyyatlar bazarın vasitəçiliyi ilə həyata keçirilmir? Sərhədlər. Niyə məhsulların ölçüsü və çeşidi ilə əlaqəli firmalarla bazar arasındakı sərhəd dəqiqdir? Ölkə daxilində hansı əməliyyatlar aparılır və bazarda nə bağlanır? Təşkilat. Firmalar niyə iyerarxiya və ya mərkəzsizləşdirmə kimi xüsusi bir şəkildə qurulur? Rəsmi və qeyri-rəsmi münasibətlərin qarşılıqlı əlaqəsi nədir?
Geosentrik nəzəriyyə
Dünyanın geosentrik sistemi — dünyanın quruluşu haqqında ilk təlimlərdən biri. Bu təlimə görə Yer dünyanın mərkəzində tərpənməz durur və bütün göy cisimləri onun ətrafında fırlanır. Bu sistemi Ptolomey "Almagest" əsərində müntəzəm şərh etmişdir. Təlim XVI əsrə qədər hökm sürmüşdür. Dinin müqavimətinə baxmayaraq, bu təlimi dünyanın heliosentrik sistemi təlim ilə əvəz olunmuşdur.
Hacıağa Nəzərli
Hacıağa Məmmədcavad oğlu Nəzərli (d. 17 mart 1923, Bakı, Azərbaycan SSR, SSRİ - ö. 18 may 2002, Bakı, Azərbaycan Respublikası) — Azərbaycanın ilk plaktaçı rəssamı, respublikanın əməkdar rəssamı (1982). == Həyatı == Hacıağa Məmmədcavad oğlu Nəzərli 1923-cü il mart ayının 17-də Bakı şəhərində dövrünün qabaqcıl ziyalarından olan, mətbəə işçisi Məmmədcavad Nəzərlinin ailəsində dünyaya göz açıb. 1930-1937-ci illərdə keçmiş Kayegin rayonunda (indiki Füzuli rayonu) 1937-1940-cu illərdə Bakı şəhəri keçmiş Oktyabr (indiki Yasamal) rayonundakı Cəfər Cabbarlı adına orta məktəbdə təhsil alıb. 1940-ci ildə Bakı rəssamlıq məktəbinə daxil olan H. Nəzərli müharibənin başlaması ilə əlaqədar oradakı təhsilini yarımçıq qoyur. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib. 1948-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsilini davam etdirir. H.Nəzərlinin rəssamlığa gəlməsinə atasının əmisi, Peterburq təhsilli rəssam Nəcəf Rasimin (Nəcəfqulu Nəzərli) təsiri olub. Bir müddət Azərbaycan Musiqili Komediya teatrında rəssam kimi çalışmışdır.
Hacıbaba Nəzərli
Nəzərli Hacıbaba Hacı Ələsgər oğlu (22 mart 1895, Şamaxı – 1938, Bakı) — nasir, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, AK(b)P-nın üzvi, ADDT sabiq direktoru. == Həyatı == Hacıbaba Nəzərli 1895-ci il martın 22-də Şamaxı şəhərində anadan olmuşdur. M.Ə.Sabirin "Ümid" məktəbini bitirmişdir. Moskvada Qırmızı Professura İnstitutunda təhsil almışdır (1930–1933). Yaradıcılığa 1925-ci ildə publisistika ilə başlayıb. "Qızıl əsgər" qəzetinin redaktoru, Yazıçılar Cəmiyyətinin məsul katibi (1929–1930) olmuşdur. Azərbaycan Sovet Yazıçıları İttifaqı təşkilat komitəsinə sədrlik etmiş (1933–1934), 1934-cü ildən 1937-ci ilə qədər Azərbaycan Dövlət Dram Teatrının direktoru işləmişdir. Hacıbaba Nəzərli repressiyaya uğramışdır. Belə ki, o, təhlükəsizlik idarəsinin əməkdaşı Qriqoryanın 9 aprel 1937-ci il tariхli arayışına əsasən və əksinqilabi, burjuamillətçi təşkilatının fəal üzvi kimi qeyd edilərək həbs edilmişdir. Ağır, dözülməz işgəncələr altında Əli Nazimin 4, 7 iyul 1937-ci il tariхlərdə istintaqa verdiyi ifadələrə görə Hacıbaba Nəzərli həbs olunması üçün IV şöbənin təhlükəsizlik kapitanı Çinmanın təsdiqinə verilmişdir.
Hüceyrə nəzəriyyəsi
Hüceyrə nəzəriyyəsi — canlı aləmin: bitkilərin, heyvanların və digər canlı orqanizmlərin yaranma və inkişafının ümumqəbulolunmuş və məxrəcləşdirilmiş prinsiplərini əhatə edən, hüceyrənin hər bir canlı orqanizmin təşkil olunduğu toxumaların vahid struktur elementi olduğunu sübut edən bir nəzəriyyə. == Ümumi məlumat == Hüceyrə nəzəriyyəsi biologiya elminin əsasını qoymuş, təkamül baxışlarının meydana çıxmasına səbəb olan bir nəzəriyyə olub, XIX əsrin ortalarında təşəkkül tapmışdır. Hüceyrə nəzəriyyəsinin əsası 1839-cu ildə alman alimləri Şvann Teodor, Mattias Yakob Şleyden və tərəfindən hüceyrə üzərində aparmış olduqları təcrübə və müşahidələr əsasında qoyulmuş olmuşdur. Tədqiqatlarına əsaslanaraq Şvann Teodor və Mattias Yakob Şleyden ilk dəfə olaraq sübut etmişdirlər ki, hər bir orqanizmin quruluş vahidi hüceyrədir. Bitkilər, heyvanlar və bakteriyalar ümumi oxşar quruluşa malikdirlər. Sonralar bu qənaət orqanizmin tamlığını bir daha təsdiqləmişdir. Şvann Teodor və Mattias Yakob Şleyden elmə "hüceyrəsiz həyat yoxdur" ifadəsini gətirmişlər. == Hüceyrə nəzəriyyəsinin prinsipləri == === Əsas prinsiplər === Müasir hüceyrə nəzəriyyəsi aşağıdakı əsas prinsipləri özündə birləşdirir: Hüceyrə — canlı orqanizmin quruluş, həyat, böyümə və inkişaf vahididir, "hüceyrəsiz həyat yoxdur";. Hüceyrə — tamlığı bir çox elementlərin bir-biri ilə qanunauyğun şəkildə əlaqələrindən ibarət olan vahid sistemdir; Bütün orqanizmlərin hüceyrələri quruluşuna, kimyəvi tərkibinə və funksiyasına görə oxşardırlar; Hər bir hüceyrənin bölünməsindən yeni hüceyrələr əmələ gəlir; Çoxhüceyrəlilərdə hüceyrələr toxumaları və toxumalar isə öz növbəsində orqanizmləri təşkil edir. Hər bir orqanizmin həyatı onu təşkil edən hüceyrələrin həyatından asılıdır; Çoxhüceyrəli orqanizmlərin hüceyrələri özünəməxsus gen dəstinə malik olur ki, bu da onların morfoloji və funksional müxtəliflikliyini təmin etmiş olur.
Hüququn tənzimləyici nəzəriyyəsi
Hüququn tənzimləyici nəzəriyyəsi — tərəfdarlarının bütün ölkə üçün vahid bir nizamı qorumaq üçün qurulduğuna inanan qanunun mənşəyi nəzəriyyələrindən biri. Nəzəriyyə Asiya ölkələrində və Rusiyada yayılmışdır. == Mahiyyəti == Hüququn tənzimləyici nəzəriyyəsi gələcəyə baxan bir nəzəriyyədir. Qanunun sonrakı inkişafında əldə edəcəyi xüsusiyyətləri əks etdirir. Nəzəriyyə sifarişə əsaslanır (kompleks konsepsiya kimi). == Nəzəriyyənin müsbət və mənfi cəhətləri == "Tənzimləmə nəzəriyyəsinin üstünlükləri:" tarixi faktlarla və tarixin inkişafı ilə koordinasiya; tarixi mənbələrə güvənir; "Tənzimləmə nəzəriyyəsinin mənfi cəhətləri:" maksimalizm; tək tənzimləmə vasitəsi qanun deyil == İstinadlar == == Ədəbiyyat == Чепурнова Н. М., Серёгин А. В.. ТЕОРИЯ ГОСУДАРСТВА И ПРАВА: Учебное пособие. – М.: ЕАОИ, 2007., 2007. Головистикова А. Н., Дмитриев Ю. А. Теория государства и права: Учебник.-М.: Изд-во Эксмо, 2005 Кашанина Т. В. Происхождение государства и права. Учеб.
Kainatın böyüməsi nəzəriyyəsi
Kainatın daim böyüməsi — xüsusi nəzəriyyə. Kainat həm məkan həm zamanda sonsuz olduğuna görə, inkişaf daim kəmiyyət keyfiyyət dəyişikliyi kimi baş verir. Mövcud kainatın hüdudlarından qırağa iki yolla çıxmaq olar. Birinci tanrı vasitəsilə. İkincisi isə kainatın öz məzmununu artırmaqla, yəni onu öyrənməklə, onun bugünkü hüdudlarından qırağa çıxmaq olar. Zariyat surəsi / 47'ci ayə : "Göyü qüdrətlə yaratdıq, və onu genişləndirməkdəyik == Fəlsəfədə kainatın genişlənməsinə münasibət == Subyektiv fəlsəfəyə görə biliklər real dünyanın əksi deyil, real dünya biliklərin əksidir. Yəni real dünya biliklərin proyeksiyasıdır. Belə çıxır ki səbəb mütləq biliklərdi , nəticə isə kainat ya da ki onun hələlik tam olmaması. Obyektiv fəlsəfəyə görə isə biliklər real dünyadan qaynaqlanır. Bu isə o deməkdir ki biliklər, daha doğrusu onların hələlik tam olmaması, nəticədir, mütləq dünya isə səbəb.
Kainatın genişlənməsi nəzəriyyəsi
Kainatın daim böyüməsi — xüsusi nəzəriyyə. Kainat həm məkan həm zamanda sonsuz olduğuna görə, inkişaf daim kəmiyyət keyfiyyət dəyişikliyi kimi baş verir. Mövcud kainatın hüdudlarından qırağa iki yolla çıxmaq olar. Birinci tanrı vasitəsilə. İkincisi isə kainatın öz məzmununu artırmaqla, yəni onu öyrənməklə, onun bugünkü hüdudlarından qırağa çıxmaq olar. Zariyat surəsi / 47'ci ayə : "Göyü qüdrətlə yaratdıq, və onu genişləndirməkdəyik == Fəlsəfədə kainatın genişlənməsinə münasibət == Subyektiv fəlsəfəyə görə biliklər real dünyanın əksi deyil, real dünya biliklərin əksidir. Yəni real dünya biliklərin proyeksiyasıdır. Belə çıxır ki səbəb mütləq biliklərdi , nəticə isə kainat ya da ki onun hələlik tam olmaması. Obyektiv fəlsəfəyə görə isə biliklər real dünyadan qaynaqlanır. Bu isə o deməkdir ki biliklər, daha doğrusu onların hələlik tam olmaması, nəticədir, mütləq dünya isə səbəb.
Keyns iqtisadi nəzəriyyəsi
Keyns iqtisadiyyatı (Keynsçilik də adlanır) Con Meynard Keynsin iqtisadiyyat nəzəriyyələrini təsvir edir. Keyns “Məşğulluq, faiz və pullar haqqında ümumi nəzəriyyə” kitabında öz nəzəriyyələri haqqında yazmışdır. Kitab 1936-cı ildə nəşr edilmişdir. == Con Meynard Keyns == 1936-cı ildə “Məşğulluq, faiz və pullar haqqında ümumi nəzəriyyə” (ing. The General Theory of Employment, Interestand Money) kitabı nəşr edildikdən sonra Con Meynard Keynsin adı iqtisadi çökmə zamanı resessiya ilə mübarizədə vergi və büdcə stimullaşdırılması ideyası ilə əlaqələndirildi. Bu ideya İkinci dünya müharibəsindən sonra 30 il müddətində elə məşhurluq qazanmışdı ki, ABŞ prezidenti Riçard Nikson 1971-ci ildə bildirmişdi ki, “biz artıq hamımız Keynsçiyik”. 1980-1990-cı illərdə Keynsin ideyaları öz cəlbediciliyini itirməyə başlasa da, 2007-2009-cu illərin maliyyə böhranı zamanı yenidən xatırlandı. Bununla yanaşı, Keynsin ideyaları nə qədər sadə və inandırıcı olsa da, kəskin mübahisələrə səbəb olurdu. Hələ 1960-cı illərdə alimin fikirləri onun tərəfdarları arasında belə fikir ayrılığına səbəb olurdu. Keynsin əsas yaraddığı nəzəriyyə bir çox ədəbiyyatlarda İqtisadi tsikllər nəzəriyyəsi adı ilə məşhurdur.
Kolbun təcrübəli öyrənmə nəzəriyyəsi
Kolbun təcrübəli öyrənmə nəzəriyyəsi (ing. Kolb's experiential learning) — 1984-cü ildə Devid Kolb tərəfindən modeli açıqlanan öyrənmə nəzəriyyəsi. O, bu nəzəriyyəsini ortaya atarkən Berlində psixoloq olan Kurt Levinin yanaşmalarından ilhamlanıb. Təbrübəli öyrənmə nəzəriyyəsi bir şəxsin bacarıq və iş öhdəliklərinin ölçülməsi və dəyərləndirilməsini əhatə edən metoddur. Bu nəzəriyyə iki səviyyədə dəyərləndirilir: dördmərhələli öyrənmə periodu və dörd fərqli öyrənmə metodu. Kolbun nəzəriyyəsi təcrübə, qavrayış, idrak davranışı özündə birləşdirən yanaşmaya sahibdir. == Təcrübəli öyrənmə periodu == Öyrənmə periodu konkret təcrübə, reflektiv müşahidə, mücərrəd konseptləşdirmə və aktiv təcrübələr mərhələsini əhatə edir. Bu metoddan istifadə edən şəxs period boyunca irəlilədikcə təsirli nəticə əldə edir. Öyrənən şəxs məntiqə uyğun olaraq periodun istənilən bir məhələsindən qoşularaq onu davam etdirə bilər. İlk mərhələ öyrənən şəxsin yeni bir anlayışla qarşılaşdığı və ya bildiyi bir anlayışı təkrar mənimsədiyi zaman ortaya çıxan konkret təcrübədir.
Konspirasiya nəzəriyyəsi
Konspirasiya nəzəriyyəsi (və ya daha öncə konspirologiya - ing. conspiracy theory və q.yun. λόγος, loqos) ictimaiyyət tərəfindən müəyyən bir şəkildə qəbul edilmiş hər hansı bir hadisə haqqında inkişaf etdirilmiş, ictimaiyyətdən gizli saxlandığı iddia edilən məlumatlarla və ya hadisənin arxasındakı görünməyən güclərlə əlaqələndirilən alternativ şərhlərə verilən addır. Bəziləri konspirasiya nəzəriyyələri çıxaran kəsləri paranoik, diqqəti cəlb etməyə çalışan ya da səhv istiqamətləndirmələrlə cəmiyyəti yanıldaraq bundan siyasi, iqtisadi (ya da mediatik) çıxar təmin etməyə çalışan kəslər olaraq görür və iddiaları gülünc və əhəmiyyətsiz qəbul edirlər. Kənar yandan bu tip iddialar məşhur mədəniyyət sahəsində hər vaxt özünə yer tapa və diqqəti cəlb etməyi bacara bilmişdir. Konspirasiya nəzəriyyəsinin daha əvvəlki dövrlərdə konspirologiya (ing. conspirology) adlandırılması da təsadüfi deyil. Belə ki, konspirologiyaya həqiqətən də ciddi bir elm kimi baxan dönəmlər olub. Mişel Fuko iddia edirdi ki, hələ XVI əsrdə bir şeyin və ya səbəbin üst-üstə düşməsi və işarəsi dünyanın harmoniya və ardıcıllığının sübutu hesab edilirdi. Lakin 19-cu əsrdən başlayaraq işarələr arasında əlaqə axtarmağı pis və xoşagəlməz hala gətirdilər.
Koqnitiv dissonans nəzəriyyəsi
Koqnitiv dissonans — psixologiya nəzəriyyəsi. Amerika psixoloqu Leon Festinger tərəfindən 1957-ci ildə təklif olunmuşdur. Bu nəzəriyyəyə görə şəxs iki, bir birinə əks pozisiyanın və ya dərk edərək (cognition – koqnisiya) qəbul etdiyi ideyanın təsiri altındadırsa bu onda psixoloji gərginlik yaradır. Başqa sözlə, insan bir işi istəməyərək, şüurlu surətdə bu hərəkətlə razılaşmayaraq görürsə və ya istəyərək gördüyü işin doğru olmadığını bilirsə bu, onu narahat edir. Məsələn, nikotinin sağlamlığa zərər vurduğunu bilə bilə siqaret çəkmək, köklüyə meylli adamın, çəkisini artıracağını bildiyi halda çox yeməsi, şəxsin, imtahana hazırlaşmayacağı təqdirdə kəsiləcəyini bildiyi halda kənar, əyləncəli işlərə daha cox həvəs göstərməsi. Sadalanan hallarda insanın düzgün hesab etdiyi baxışla (pozisiya) onun hərəkəti və ya istəyi arasında uyğunsuzluq (dissonans) mövcuddur. Bu isə insanın şüurunda gərginlik, sıxıntı yaradır. Bir birinə uyğun gəlməyən iki pozisiyanın təsiri altında olan şəxs üzləşdiyi dilemmanı həll etmək və onu narahat edən gərginliyi azaltmaq üçün üç növ davranışdan istifadə edir: bu pozisiyalardan birini dəyişmək (məsələn, əylənməyi sonraya saxlayıb imtahana hazırlaşmaq); dissonans təşkil edən pozisiyalar barədə əvvəl qəbul etdiyi mühümlüyün azaldılması (məsələn, əgər imtahandan birinci dəfə qiymət almasa, ikinci cəhd imkanından istifadə edə bilmə fikri); bu iki pozisiyanı barışdıran mövqe tutulması (məsələn, əvvəl verilmiş imtahanlardan sonra istirahət etmə haqqının olması). == Mənbə == A. Colman. Oxford Dictionary of Psychology.
Köhülbulaq (Nəzərkəhrizi dehistanı)
Köhülbulaq (fars. كهل بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 162 nəfər yaşayır (43 ailə).
Lamark nəzəriyyəsi
Lamarkizm — 19-cu əsrin əvvəllərində fransız alim-təbiətşünas Jan-Batist Lamarkın “Zoologiya fəlsəfəsi” (1809) traktatında irəli sürdüyü nəzəriyyəyə əsaslanan təkamül konsepsiyasıdır. J.Lamarkın fikirləri müasir elm çərçivəsində tamamilə şərh olunmayan 18-ci əsrin bir sıra konsepsiyalarına əsaslanır. (Passiv başlanğıc kimi Tanrının ilkin yaratdığı materiya və onun həyata keçirilməsi üçün nizam və enerji kimi təbiət; xüsusi “canlı maddə”dən qurulmuş üzvi cisimlərdə dövr edən “incə mayelər” şəklində efirin ən mühüm rol oynadığı beş element anlayışı; qeyri-üzvi və üzvi maddələrdən həyatın, o cümlədən onun mürəkkəb formalarının daim kortəbii əmələ gəlməsi; növlərin nəsli kəsilməsinin inkarı; "aşağı heyvanlarda" sinir sisteminin və cinsi çoxalmanın mövcudluğunun inkarı və s.). Buna görə, müasir “Lamarkizm” onları yalnız ən ümumi mənada xatırladır. Geniş mənada, Lamark nəzəriyyələrinə müxtəlif təkamül nəzəriyyələri daxildir (əsasən 19-cu əsr — 20-ci əsrin birinci üçdə birində meydana çıxanları), burada "canlı maddə" və orqanizmlərə xas təkmilləşmə istəyi təkamülün əsas hərəkətverici qüvvəsi hesab olunur. Bir qayda olaraq, bu cür nəzəriyyələrdə orqanların "məşq etməsi" və "məşq etməməsi" nin onların təkamül taleyinə təsirinə böyük əhəmiyyət verilir, çünki məşq etməyi və ya məşq etməməyin nəticələrinin irsi ötürülə biləcəyi güman edilir. == Mükəmməlliyə can atma prinsipi == Lamark bütün heyvanları təşkilinin mürəkkəbliyinə görə altı pilləyə, səviyyəyə (və ya onun dediyi kimi “qradasiyalara”) böldü. İnsanlara ən uzaq olanı infuzorlar, insanlara ən yaxını isə məməlilərdir. Eyni zamanda, bütün canlıların sadədən mürəkkəbə doğru inkişaf etmək, “pillələri” yüksəltmək istəyi xasdır. Canlılar aləmində daim hamar təkamül baş verir.

nəzər sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Baxma, baxış, baxmaq tərzi, gözlərin ifadəsi. Xoş nəzərlə baxmaq. Acıqlı nəzərlərlə süzmək. Küskün nəzər. İncik nəzər. – Ey gül, nə əcəb silsileyi-müşki-tərin var; Ahu nəzərin var! M.Ə.Sabir. [Ağsaqqal qocalar] … qorxaq nəzərləri ilə bizi salamladılar. H.Nəzərli. // Göz, baxış. …Hamının nəzəri onlara tərəf çevrildi. Mir Cəlal. 2. məc. Nəzərində şəklində – …gözündə, …təsəvvüründə, …düşüncəsinə görə. İşlərimiz avropalıların nəzərində elə bir … əhəmiyyətli əhvalatdır ki, … onlar indiyədək neçə cild kitablar yazıblar. C.Məmmədquluzadə. …Fərruxun nəzərində tamam başqa bir aləm açıldı. Mir Cəlal. 3. Göz, diqqət, himayə, kömək. Səməd dərhal Nadirin yanına yüyürüb [dedi:] – Bacıoğlu, xoş gəlmisən, sənin nəzərin bizim üstümüzdən əskik olmasın. B.Talıblı. 4. məc. Bədbəxtlik, uğursuzluq, gözə gəlmə, gözdəymə. [Qadın:] …Mat-məəttəl qalmışam ki, bu nə bəladı, nəzərdi, gözdü, afətdi. Mir Cəlal. ◊ Nəzər dəymək – bax göz dəymək (“göz”də). Tanrıdan əhdim budur; Dəyməsin nəzər sənə. (Bayatı). Nəzər etmək (yetirmək, qılmaq) – nəzər salmaq, diqqət etmək, fikir vermək, maraqlanmaq, göz yetirmək. Nəzərdə tutmaq (saxlamaq) – nəzərə almaq, fikirdə tutmaq, haqqında düşünmək. [Aslanov:] Mollayev məni də çağırtdırıb, nəzərdə tut ki, bu gün bərk vuruşa bilərik. M.Hüseyn. Əntərzadə bütün bu mülahizələri nəzərdə tutub, bədii hissəyə hazırlıq görməmişdir. Mir Cəlal. Nəzərdən düşmək (çıxmaq) – unudulmaq, yaddan çıxmaq, etibardan düşmək; gözdən düşmək. Gövhəri-əşkim kimi düşdün nəzərdən aqibət. S.Ə.Şirvani. [Sara:] …Səni sevəndən sonra hər bir şey nəzərimdən çıxıb. C.Cabbarlı. Nəzərdən keçirmək – gözdən keçirmək, baxmaq, göz yetirmək. …Onların mənzillərini nəzərdən keçirdik. M.S.Ordubadi. [Oğlan] daş-qaşı bir-bir ehtiyatla götürüb, yanından sallanan qiymət kağızını nəzərdən keçirdi. S.Rəhimov. Nəzərdən qaçırmaq – diqqətsizlik üzündən unutmaq, gözdən qaçırmaq, yaddan çıxarmaq. [Sədr:] …Lazımi idarələr bunu nəzərdən qaçırmışlar… C.Cabbarlı. Nəzərdən qaçmaq – bax gözdən qaçmaq (“göz”də). Bu şanlı vəzifəm, inan, şübhəsiz; Mənim nəzərimdən qaçmayıb, qaçmaz. S.Rüstəm. Nəzərə almaq – bax nəzərdə tutmaq. Deyirəm, ölməyini, ay kişi, bir al nəzərə. M.Ə.Sabir. Nəzərə gəlmək – 1) görünmək, …kimi görünmək. Rəngi saralmış, başının tükləri ağarmış Şaban altmış yaşında nəzərə gəlirdi. Ə.Haqverdiyev; 2) bax gözə gəlmək 3-cü mənada (“göz”də). Nəzərə vermək – maraq oyatmaq, nəzər-diqqəti cəlb etdirmək, nəzərə çarpdırmaq. [Ağa Kərim:] Sənin canın üçün bir növ ilə səni Hacı Qafurun arvadının yanında nəzərə verdim. M.F.Axundzadə. [Mirzə İsmayıl:] Sonra mən səni xanın nəzərinə verərəm. Ə.Haqverdiyev. Nəzəri cəlb etmək – maraq oyatmaq, diqqəti cəlb etmək, hamının marağına səbəb olmaq. Bu sel kimi axan müxtəlif dəstələr sırasında hamının nəzərini özünə cəlb edən Azərbaycan qadınları dəstəsi idi. S.S.Axundov.

    Azərbaycan dilinin izahlı lüğəti / nəzər
  • 2 baxış, baxma; fikir, mülahizə.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / nəzər
  • 3 ə. 1) baxma, baxış, göz yetirmə; 2) göz; 3) fikir, mülahizə, düşüncə, rəy; 4) iltifat, etina; 5) gözə gətirmə, göz dəymə; 6) etibar; 7) qəbul etmə.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / nəzər

nəzər sözünün sinonimləri (yaxın mənalı sözlər)

nəzər sözünün rus dilinə tərcüməsi

  • 1 1. взгляд, воззрение; 2. внимание; 3. дурной глаз;

    Azərbaycanca-rusca lüğət / nəzər
  • 2 сущ. 1 взгляд, взор: 1) устремлённость, направленность глаз, зрения на кого-, на что-л. Nəzərdən keçirmək обвести взглядом, nəzər salmaq nəyə бросить взгляд на что 2) выражение глаз. Qüssəli nəzərlər печальные взгляды, aydın nəzər ясный взгляд, xoş nəzər добрый взгляд, sərt nəzər суровый взгляд, iti nəzər острый взгляд, şübhəli nəzər подозрительный взгляд, sakit nəzər спокойный взгляд 2. глаз (дурной глаз, сглаз). Pis nəzərdən qorumaq беречь от дурного глаза, nəzərə inanmaq верить в сглаз ◊ nəzər dairəsi поле зрения, nəzər dairəsindən çıxmaq выпадать из поля зрения; nəzər yetirmək обращать, обратить внимание; nəzər salmaq kimə, nəyə бросать, бросить взгляд на кого, на что; вскидывать, вскинуть глаза (взгляд) на кого, на что; nəzərdə tutmaq (saxlamaq) kimi, nəyi иметь в виду кого, что; nəzərdə tutulmaq иметься в виду, nəzərdən çıxarmaq kimi, nəyi упускать, упустить из виду кого, что; nəzərdən qaçmaq быть упущенным из виду, nəzərdən düşmək упасть в чьих-л. глазах, nəzərdən keçirmək nəyi пробежать глазами что, по чему; nəzərdən kənarda вне поля зрения чьего-л.; nəzərdən salmaq kimi унизить кого в чьих-л. глазах; nəzərə almaq nəyi принимать, принять во внимание что; nəzərə çarpmaq бросаться, броситься в глаза; nəzəri cəlb etmək привлекать, привлечь внимание; nəzərində ucalmaq kimin вырасти в чьих глазах; nəzərində ucaltmaq kimin kimi, nəyi возвышать, возвысить кого, что в глазах чьих, кого; nəzərindən düşmək упасть в чьём-л. мнении; nəzərindən heç bir şeyi qaçırmamaq ничего не упускать из виду; nəzərindən qaçırmaq упускать, упустить из виду; nəzərinə çatdırmaq: 1. доводить, довести до чьего-л. сведения; 2. ставить, поставить на вид кому что-л.; nəzər dəyib kimə сглазили кого, nəzərə gəlmək быть подверженным дурному глазу

    Azərbaycanca-rusca lüğət / nəzər

nəzər sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. look; gaze, stare; fixed look; (ani) glance; (təkidedici) glare; ~ salmaq to glance (at), to cast* a glance / to have a look (at); (ani tərzdə) to dart / to shoot* a glance (at), to fling* one’s eyes (at, over); ~ə almaq to pay* attention, to take* into account / consideration; ~ə çarpmaq / dəymək to be* striking, to arrest smb.’s attention; ~də saxlamaq / tutmaq to intend (+to inf.), to mean* (+to inf.); ~dən qaçırılmaq not to be* taken into account / consideration; ~dən qaçırmaq to lose* sight of smth., not to bear* smth. in mind, to forget* smth, not to take* smth. into account / consideration; Nəzərdə saxlayın ki... Don’t forget that...; ~dən düşmək to lose* prestige, to fall* from favour; ~dən keçirmək to look through / over; (tələsik) to glance / to run* over; 2. (rəy) view; opinion; attitude; Mənim nəzərimcə... In my opinion..., To my mind...; ilk ~dən at first sight; 3. attention; notice; ~ yetirmək to pay* attention (to), to give* / to pay* heed (to); bir kəsin ~ini bir şeyə cəlb etmək to draw* / to direct smb.’s attention to smth.; 4. the evil eye; Uşağa nəzər dəydi The evil eye has been cast upon the child

    Azərbaycanca-ingiliscə lüğət / nəzər

nəzər sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) regard m ; ötəri ~ coup d’ oeil m rapide ; ~ salmaq jeter un coup d’ oeil ; ~ə almaq prendre vt en considération ; ~ə çarpmaq sauter vi aux yeux ; 2) vue f ; ~də saxlamaq avoir qn, qch en vue ; ~dən qaçırmaq ne pas prendre vt en considération ; bir kəsin ~ində aux yeux de qn ; ~ nöqtəsi point m de vue ; 3) attention f ; ~ yetirmək faire attention à qn, à qch ; ~inə çatdırmaq porter qch à l’attention de qn ; 4) mauvais oeil m ; ~ə inanmaq croire au mauvais oeil ; ~ə gəlmək subir le mauvais oeil, être envoûté, -e

    Azərbaycanca-fransızca lüğət / nəzər

nəzər sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. назар (1. килигун, килигунин тегьер; вил; 2. nəzərində пер. назарда, ...виляй, ...хиялдай, ...фикирдай, ...фагьумуниз килигна; 3. вил, дикъет, куьмек, нафакьа; 4. пер. бедбахтвал, вил акьун, чӀал хьун, назар хьун); ** nəzər dəymək кил. göz (göz dəymək); nəzərdə tutmaq (saxlamaq) назарда кьун (хуьн), фикирда кьун, гьакъинда фагьумун (фикирун); nəzərdən düşmək (çıxmaq) назардай аватун (акъатун), рикӀелай алатун, ихтибардай аватун; виляй аватун; nəzərdən keçirmək вил экъуьрун, килигун; nəzərə almaq кил. nəzərdə tutmaq.

    Azərbaycanca-ləzgicə lüğəti / nəzər

nəzər sözünün türk dilinə tərcüməsi

"nəzər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nəzər nədir? #nəzər sözünün mənası #nəzər nə deməkdir? #nəzər sözünün izahı #nəzər sözünün yazılışı #nəzər necə yazılır? #nəzər sözünün düzgün yazılışı #nəzər leksik mənası #nəzər sözünün sinonimi #nəzər sözünün yaxın mənalı sözlər #nəzər sözünün əks mənası #nəzər sözünün etimologiyası #nəzər sözünün orfoqrafiyası #nəzər rusca #nəzər inglisça #nəzər fransızca #nəzər sözünün istifadəsi #sözlük