* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. etnoqr. Xalq adətincə toyda, nişanda paylanan şirni, pul və s. [Toyda] o qədər xələt, o qədər nəmər yığıldı ki, hədsizhesabsız. “Koroğlu”. Xanım nəmər bağışladı; Ələsgər yazdı dəftərə. Aşıq Ələsgər.
Azərbaycan dilinin izahlı lüğəti / nəmər2 1. Toyda, nişanda paylanan şirni, pul və s. 2. dial. Toyda ev sahibinə və aşığa verilən pul. O qədər nəmər yığılır ki, mehtər iki ata yükləyir, yenə yarısı yerdə qalır. (“Baxış-Leyla”) * Hasan paşa dedi: – Atın yeyəsi çoxdan ölüb. Atı hərlə, nəmərini al, get! (“Seydi və Pəri”)
Azərbaycan dastanlarının leksikası / nəmər1 сущ. этногр. подарок, вознаграждение (обычно в виде денег); сладости, раздаваемые на свадьбе
Azərbaycanca-rusca lüğət / nəmər1 сущ. этногр. халкьдин адетдалди мехъерик, лишандик пайдай ширинлух, пул ва мс.
Azərbaycanca-ləzgicə lüğəti / nəmərI (Quba) bəzəkli keçə II (Ağdərə, Cəbrayıl, Gəncə, Hamamlı, İmişli, Qazax, Laçın, Mingəçevir, Sabirabad, Tərtər) 1. toyda ev sahibinə və aşığa verilən pul (Gəncə, Gədəbəy, Qazax, Laçın); – Xörəyi yeyif üş manat nəmər verdim (Qazax); – Bir manat maηa ver, nəmər verəjəm pulum yoxdu (Laçın) 2. toyda paylanan şirniyyat (Ağdərə, Cəbrayıl, Laçın, Sabirabad). – Aşığın nəməri bir manatdı (Gəncə); – Bizə yaxşı nəmər payladılar (Cəbrayıl) 3. oğlan evlənəndə və qız ərə gedəndə onlara verilən hədiyyə (Qazax, Borçalı)
Azərbaycan dilinin dialektoloji lüğəti.