nəğmə sözü azərbaycan dilində

nəğmə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nəğmə • 90.4315%
  • Nəğmə • 9.3809%
  • NƏĞMƏ • 0.1876%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nəğmə
Mahnı — musiqi ilə müşayiət olunan şeir, mətn. == Mahnı necə yarandı? == Azərbaycan musiqisinin, eləcə də digər xalq musiqiləri arasında ən çox işlənən və ən çox sevilən musiqi növü mahnıdır. Yəqin ki, mahnıların yaşı insanın, bəşər övladının yaşı ilə eynidir. Mahnının insanın danışmağa başlamasından əvvəl yaranması şübhə doğurmamalıdır: bu, sözsüz mahnılar, melodiyalar dövrü idi. Dilin, danışığın, sözün yaranmasından sonra isə sözlü mahnı, yəni şeiri müsiqi ilə ifa etməkdən yaranan söz-musiqi vəhdəti yarandı. Bu mahnıların müəllifləri həssas və istedadlı insanlar idilər. Musiqi alətləri meydana çıxdıqdan sonra mahnı üç ölçüyə malik oldu – səs, söz və çalğı (müşayiət). Bu dövrdə mahnı müəllifləri ya müğənnilər, ya çalğıçılar, ya da bu məclislərin istedadlı, musiqi duyumlu iştirakçıları arasından çıxırdı. Mahnılar ifa oluna-oluna cilalanır, yadda qalır, sevilir, nəsildən nəsilə yol gedirdi.
Roland haqqında nəğmə
"Roland haqqında nəğmə" (fr. La Chanson de Roland) — qədim fransız jestləri janrında ən məşhur və əhəmiyyətli qəhrəmanlıq şeirlərindən biridir, Ronseval dərəsində Böyük Karl ordusu ilə bask ordusu arasında gedən döyüşdən bəhs edir. Fransız ədəbiyyatının ən qədim əsas əsəridir. “Roland nəğməsi”nin qədim fransız dilində 9 əlyazması dövrümüzə qədər gəlib çatmışdır. 1129-1165-ci illər arasında Anglo-Norman ləhcəsində yazılmış və Oksford Universitetinin Bodleian Kitabxanasında saxlanılan Oksford əlyazması kanonik sayılır. Görünür, o, ehtiyac yarananda müğənninin yaddaşını təzələmək üçün istifadə olunan bir növ “şparqalka” olub. İki mənşə nəzəriyyəsi var: Bedier müəllifin müəyyən bir Turold, 12-ci əsrin din xadimi olduğuna inanır. Ramon Menendez Pidal dastanın tədricən meydana çıxması nəzəriyyəsini irəli sürür, onun özəyini nağılçılar işləyib hazırlayırlar. Əsər 778-ci ilin avqustunda İspaniyadakı təcavüzkar kampaniyadan qayıdan Böyük Karl qoşunlarının arxa mühafizə dəstəsinin Ronceval dərəsindəki döyüşdə ölümündən bəhs edir. Şeirdə Sarasenlər (mavrlar, ərəblər) frankların əleyhdarları kimi təqdim edilir, baxmayaraq ki, əslində Rolandın dəstəsi basklarla döyüşdə həlak olub.
Nəğmə dərsi (film, 1974)
Ömrün səhifələri 1974-cü ildə ekrana çıxan 3 hissəli kinoalmanax və novella. == Məzmun == Ömrün səhifələri İntermediyada novelladan novellaya keçid edilir. Hadisələr bir restoranda oğlundan telefon zəngi gözləyən bir adamın (Şəmsi Bədəlbəyli) ətrafında baş verir. Və bu restoranda Fazil (Fazil Salayev), Eldəniz (Eldəniz Zeynalov), Baladadaş (Şamil Süleymanov), Fəxrəddin (Fəxri Həsənov) və s. obrazlar da vardır. Birinci novellanı telefon gözləyən kişiyə Fazilin özü danışır. İkinci novella Baladadaşın özünün yadına düşür. Üçüncünü isə Fəxrəddin danışır. Rəqiblər Novellada küçəyə qoyulmuş iki pivə köşkünün satıcıları arasındakı çəkişmələrdən və rəqiblər arasında bu çəkişmələrin xeyirxah hisslər doğurmasından danışılır. Baladadaşın ilk məhəbbəti Burada ilk məhəbbətin təmiz və ülviliyindən söhbət açılır.
Nanay (nəğmə)
Nanay — mərasim nəğməsi. Ağızla çalınan oyun havası. Bu nəğmə adətən avazla oxunur və yallı ilə müşayiət edilir. Hər bir nanay vəsfi-hallardan və "nanay arası"ndan ibarətdir. "Nanay arası" həm də nanayın motivi sayılır. == Nanaylar Ağbaba mahalında == Ağbaba mahalında əhalinin özünəməxsus folkloru, adətləri vardı. Məsələn Güllübulaq kəndinin folkloru nanay adlanan mərasim nəğməsi ilə fərqlənir. Nanayların özünəməxsus xüsusiyyəti onda idi ki, bu nümunələrin xüsusi oxunma tərzi vardır. Ağbabada Nanaylar tırınqılara baxanda daha əvvəl yaranıb, formalaşıb. Nanaylar daha çox su, dədə-babaların inancları ilə bağlıdır.
Homer nəğmələri
Homer nəğmələri (yun. Ομηρικοί Ύμνοι) e.ə. VII–V əsrə aid tanrı və ilahələr şərəfinə və tərənnümünə həsr olunmuş 33 antik yunan poetik şer nümunələri külliyatı. == Başlıqlar == == İstinadlar == == Mənbələr == Thomas William Allen (Hrsg.): The Homeric Hymns. 2. Aufl. Oxford University Press, London 1936. Neuausgabe: Hakkert, Amsterdam 1980, ISBN 90-256-0820-5 Albert Gemoll (Hrsg.): Die Homerischen Hymnen. Teubner, Leipzig 1886 (mit Kommentar) Homerische Götterhymnen, Übersetzung von Thassilo von Scheffer. Jena, Diederichs 1927 Gerd von der Gönna und Erika Simon (Hrsg.): Homerische Hymnen.
Kümzaru nəğmələri
Kümçü nəğmələri — Azərbaycanda ipəkçiliyin inkişafı nəticəsində yaranmış spesifik sənət nəğmələri. İpəyin gözəlliyi, zərifliyi, göz oxşaması, sevinc gətirməsi, barama qurdlarının tərifi, baramaçı qızların hiss-həyəcanları bu nəğmələrin mövzusunu təşkil edir. Bu nəğmələrə bəzən gümçü-ipəkçi, yaxud kümzaru nəğmələri də deyilir. Barama qurdunu əzizləyən nümunədən bir parça: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Kümçü nəğmələri
Kümçü nəğmələri — Azərbaycanda ipəkçiliyin inkişafı nəticəsində yaranmış spesifik sənət nəğmələri. İpəyin gözəlliyi, zərifliyi, göz oxşaması, sevinc gətirməsi, barama qurdlarının tərifi, baramaçı qızların hiss-həyəcanları bu nəğmələrin mövzusunu təşkil edir. Bu nəğmələrə bəzən gümçü-ipəkçi, yaxud kümzaru nəğmələri də deyilir. Barama qurdunu əzizləyən nümunədən bir parça: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Mənim ömür nəğmələrim... (film, 2003)
== Məzmun == Altı nəfər gənc gözəl bir məkana istirahətə gəlirlər. Və burada onlar öz istək və arzularını poetik şəkildə dilə gətirirlər. == Film haqqında == Film-tamaşa İftixar Piriyevin şeirləri əsasında çəkilmişdir.
Mənim ömür nəğmələrim... (televiziya film-tamaşası, 2003)
== Məzmun == Altı nəfər gənc gözəl bir məkana istirahətə gəlirlər. Və burada onlar öz istək və arzularını poetik şəkildə dilə gətirirlər. == Film haqqında == Film-tamaşa İftixar Piriyevin şeirləri əsasında çəkilmişdir.
Mənim ömür nəğmələrim (film, 2003)
== Məzmun == Altı nəfər gənc gözəl bir məkana istirahətə gəlirlər. Və burada onlar öz istək və arzularını poetik şəkildə dilə gətirirlər. == Film haqqında == Film-tamaşa İftixar Piriyevin şeirləri əsasında çəkilmişdir.
Mərasim nəğmələri
Mərasim nəğmələri — Mərasim nəğmələri iki yerə ayrılır: mövsüm mərasimləri, məisət mərasimləri. Mövsüm mərasimləri daha çox ilin müəyyən fəsillərində, aylarında keçirilən mərasimlərlə bağlıdır. Məsələn, "Xıdır nəbi" mərasimi, "Kosa-kosa" mərasimi, yağış çağırma və yağış çox yağdığı zaman "Qodu-qodu" mərasimi və s. Məişət mərasimləri insanın doğulması, evlənməsi və vəfat etməsi ilə əlaqədar olan prosesləri əhatə edir. Bu zaman adqoyma, elçilik, nişanlama, xınayaxdı, toy, yaş kimi mərasimlərdə müəyyən məişət mərasim nəğmələrindən istifadə olunur.
Nəsrlə yazılmış Milad nəğməsi
Nəsrlə yazılmış Milad nəğməsi: Ruhlarla Yul hekayəsi (ing. A Christmas Carol. In Prose. Being a Ghost Story of Christmas) və ya daha çox "Milad nəğməsi" (ing. A Christmas Carol) — Çarlz Dikkens tərəfindən yazılmış povest-nağıl. Əsər ilk dəfə 1843-cü ildə Con Liçin orijinal illüstrasiyaları ilə Londonun "Chapman & Hall" nəşriyyat evi tərəfindən çap edilmişdir. "Milad nəğməsi" əsərində yaşlı Ebenecer Skrucun başına gələn hadisələrdən bəhs olunur. Milad bayramı ərəfəsində Skrucun yanına əvvəlcə onun keçmiş iş yoldaşı Ceykob Marlinin ruhu, daha sonra isə Keçmiş, İndiki və Gələcək Milad bayramının ruhları gəlir. Daha əvvəl qəddar və deyingən olan Skruc, ruhların ziyarətindən sonra daha mehriban və zərif adama çevrilir. Dikkensin "Milad nəğməsi"ni yazdığı dövrdə britaniyalılar Milad himnləri kimi köhnə ənənələrə yenidən baxır və Milad ağacı kimi yeni ənənələri mənimsəyirdilər.
Nəğməkar torpaq (film, 1981)
Nəğməkar torpaq — Azərbaycan istehsalı sənədli film. == Məzmun == Azərbaycanın incəsənət ustalarının iştirakı ilə çəkilmiş bu film kino dili ilə Azərbaycanın rəngarəng və günəşli palitrasını tamaşaçılara təqdim edir. Filmdə muğam musiqisi, müasir estrada mahnıları və xalq melodiyaları əsasında yaradılmış caz kompozisiyaları səslənir. == Film haqqında == Filmdə "Arşın mal alan" bədii filmindəki kadrlardan istifadə edilmişdir. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film 1-ci kateqoriyaya layiq görülmüşdür. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Vaqif Səmədoğlu, Ruslan Şahmalıyev Quruluşçu rejissor: Ruslan Şahmalıyev Quruluşçu operator: Kənan Məmmədov Bəstəkar: Tofiq Quliyev Musiqi rəhbəri: Tofiq Quliyev Redaktor: Faiq Dərgahov Səs operatoru: Akif Nuriyev Quruluşçu rəssam: Fikrət Əhədov Filmin direktoru: Tələt Rəhmanov, İbrahim Səfərov Mətni oxuyan: Şahmar Ələkbərov Musiqilərindən istifadə edilən bəstəkarlar: Üzeyir Hacıbəyov, Sergey Raxmaninov, Aleksandr Skryabin, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Polad Bülbüloğlu, Müslüm Maqomayev, Elza İbrahimova, Mehriban Əhmədova === Rollarda === Zilli Namazov — neftçi (titrlərdə yoxdur) Vəliəhd Vəliyev — neftçi (titrlərdə yoxdur) === Filmdə iştirak edənlər === Niyazi Rəşid Behbudov Müslüm Maqomayev Lütfiyar İmanov Zeynəb Xanlarova Fərhad Bədəlbəyli Habil Əliyev Polad Bülbüloğlu Gülarə Əliyeva Xuraman Qasımova Flora Kərimova Akif İslamzadə Aşıq Hüseyn Saraclı Xeyransa Məmmədova Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri Mirzə Fətəli Axundov Adına Azərbaycan Dövlət Opera və Balet Teatrı Azərbaycan Dövlət Rəqs Ansamblı "Qaya" Vokal-İnstrumental Ansamblı "Qarabağ bülbülləri" ansamblı == Sponsor == Mərkəzi Televiziya (Moskva) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Nəğməli inqilab
Nəğməli inqilab (est. laulev revolutsioon; latış. dziesmotā revolūcija‎; lit. dainuojanti revoliucija; rus. Поющая революция) — Soyuq müharibənin sonunda Baltikyanı ölkələrin – Estoniya, Latviya və Litvanın Sovet İttifaqından ayrılaraq müstəqilliklərini bərpa etmələri ilə nəticələnən hadisələri bildirmək üçün istifadə olunan ifadə. Bu termin Estoniyalı fəal və rəssam Hayns Valk tərəfindən 1988-ci ildə iyunun 10-dan 11-nə keçən gecə Tallin Mahnı Festivalı Meydanında kortəbii surətdə baş tutan və mahnılarla müşayiət olunan kütləvi nümayişlərdən bir həftə sonra nəşr olunmuş məqalədə irəli sürülmüşdür. Sonralar hər üç ölkə 2004-cü ildə Avropa İttifaqı və NATO-ya üzv olur. == Zəmin == İkinci Dünya müharibəsindən sonra Baltikyanı ölkələr əvvəlcə 1940-cı ildə, daha sonra isə 1944-cü ildə işğal və ilhaqdan sonra tam şəkildə SSRİ-nin tərkibinə daxil edildi. Mixail Qorbaçov 1985-ci ildə uğursuz Sovet iqtisadiyyatını stimullaşdırmaq və xüsusilə də istehlak malları, kooperativ biznesin liberallaşdırılması və xidmət iqtisadiyyatının genişləndirilməsi sahələrində məhsuldarlığı təşviq etmək ümidi ilə "qlasnost" (aşkarlıq) və "perestroyka" (yenidənqurma) siyasətini tətbiq etdi. Qlasnost islahatı Sovet İttifaqında siyasi azadlıqlara qoyulan məhdudiyyətləri ləğv etdi, hansı ki bu məhdudiyyətlər 1940-cı illərdə müharibə zamanı işğal edilən ərazilərdəki qeyri-rus xalqlarında problemlərə gətirib çıxarmışdı.
Nəğmələr
Nəğmələr – Azərbaycan ədəbiyyatında lirik növün ən qədim janrlarından biridir. Məzmunca bir neçə növü vardır: əmək nəğmələri, mərasim nəğmələri, mövsüm nəğmələri, qəhrəmanlıq nəğmələri. Əmək nəğmələrinin ilk nümunələri qədim insanların birgə əmək prosesində yaranmışdır. Holavarlar və sayaçı sözləri əmək nəğmələrinə daxildir. Holavarlar cütçülük və əkinçiliklə, sayaçı sözləri isə qoyunçuluqla bağlı yaranan nəğmələrdir. Qara kəlim aranda, Çıxar gün qızaranda. Xodaq murada çatar, Kəlindən bar alanda. (Holavar) Nənəm, a ağbaş qoyun, Qarlı dağlar aş, qoyun. Yağından plov olar, Quyruğundan aş, qoyun. (Sayaçı sözü) Mərasim (məişət) nəğmələri insanların məişəti və dünyagörüşü ilə bağlıdır.
Qaratoyuq nəğməsi
Səhər nəğməsi (film, 1950)
== Məzmun == Film-konsert Azərbaycan incəsənət ustalarının çıxışlarına həsr olunmuşdur.
Torpağın nəğməsi (film, 1980)
== Məzmun == Film Salyan bölgəsinin pambıqçılarından danışır.
Xalq Nəğməkarı (1963)
Xalq Nəğməkarı (1979)
== Məzmun == Film-konsert SSRİ xalq artisti Lütfiyar İmanova həsr olunmuşdur. Burada müğənninin Moskvada Böyük teatrdakı fəaliyyətindən danışılır. O, filmdə xalq mahnıları və müxtəlif operalardan ariyalar ifa edir == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Tofiq Mirzəyev Ssenari müəllifi: Tofiq Mirzəyev Operator: Rafiq Cavadov Səs operatoru: Ruhəngiz Qasımova == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 269.
Xalq Nəğməkarı (film, 1963)
Xalq nəğməkarı (film, 1979)
== Məzmun == Film-konsert SSRİ xalq artisti Lütfiyar İmanova həsr olunmuşdur. Burada müğənninin Moskvada Böyük teatrdakı fəaliyyətindən danışılır. O, filmdə xalq mahnıları və müxtəlif operalardan ariyalar ifa edir == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Tofiq Mirzəyev Ssenari müəllifi: Tofiq Mirzəyev Operator: Rafiq Cavadov Səs operatoru: Ruhəngiz Qasımova == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 269.
Yol Nəğməsi (film)
Yol Nəğməsi 1955-ci ildə Hindistanda çəkilmiş drammatik üslublu filmdir. Ssenarisini banqladeşli yazıçı Bibutibuşan Bandyopadyay qələmə almış, rejissorluğunu isə həmyerlisi Sətyajit Ray üstlənmişdir. Filmə Banqladeş hökuməti rəsmi tərəfdaş olmuş və mavi ekrana daşınmasında maddi cəhətdən sponsorluq etmişdir. Tamamilə qeyri-peşəkar kollektivin və cəmi 3 min dollarlıq kiçik bir məbləğin hesabına çəkilən film rejissorun Apu üçlüyü adlanan silsilə filmlərindən ikincisi və ən məşhurudur. Filmin arxa fon musiqi və janr səsləndirilməsi Ravi Şankar tərəfindən reallaşdırılmışdır. Film az müddət sonra Cannes Film festivalında Qızıl Palma mükafatına layiq görüldü. Eyni zamanda, Ən yaxşı film kateqoriyasında Bodil Mükafatının sahibi olaraq BAFTA mükafatına namizəd kimi irəli sürüldü. İştirakçılar Mövzusu Film 20-ci illərdə Hindistanın qərb əyalətlərinin birində Nişçindipur adlı kiçik bir kəndin yoxsul bir ailəsi haqqındadır. İllərdir bu kəndin sakini olan ailənin başçısı Harihar xəyalpərəst və bacarıqsız bir adamdır. Torpaq sahibinin kiçik işlərinə qaçan, dini mərasimlərdə insanlara dualar edərək az maaşla ailəsini dolandırmağa çalışan bir Buddist rahibidir.
Yol nəğməsi (film, 1955)
Yol Nəğməsi 1955-ci ildə Hindistanda çəkilmiş drammatik üslublu filmdir. Ssenarisini banqladeşli yazıçı Bibutibuşan Bandyopadyay qələmə almış, rejissorluğunu isə həmyerlisi Sətyajit Ray üstlənmişdir. Filmə Banqladeş hökuməti rəsmi tərəfdaş olmuş və mavi ekrana daşınmasında maddi cəhətdən sponsorluq etmişdir. Tamamilə qeyri-peşəkar kollektivin və cəmi 3 min dollarlıq kiçik bir məbləğin hesabına çəkilən film rejissorun Apu üçlüyü adlanan silsilə filmlərindən ikincisi və ən məşhurudur. Filmin arxa fon musiqi və janr səsləndirilməsi Ravi Şankar tərəfindən reallaşdırılmışdır. Film az müddət sonra Cannes Film festivalında Qızıl Palma mükafatına layiq görüldü. Eyni zamanda, Ən yaxşı film kateqoriyasında Bodil Mükafatının sahibi olaraq BAFTA mükafatına namizəd kimi irəli sürüldü. İştirakçılar Mövzusu Film 20-ci illərdə Hindistanın qərb əyalətlərinin birində Nişçindipur adlı kiçik bir kəndin yoxsul bir ailəsi haqqındadır. İllərdir bu kəndin sakini olan ailənin başçısı Harihar xəyalpərəst və bacarıqsız bir adamdır. Torpaq sahibinin kiçik işlərinə qaçan, dini mərasimlərdə insanlara dualar edərək az maaşla ailəsini dolandırmağa çalışan bir Buddist rahibidir.
Yusif Nəğməkar
Yusif Nəğməkar (Mədətov Yusif Məhiş oğlu; 15 iyun 1955, Birinci Aşıqlı, Jdanov rayonu) — şair, yazıçı, 1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Mədətov Yusif Məhiş oğlu 15 iyun 1955-ci ildə Beyləqan rayonunun Birinci Aşıqlı kəndində anadan olmuşdur. Orta təhsilini əvvəlcə Aşıqlı kənd 8-illik, sonra isə Beyləqan rayon 1 saylı orta məktəbində (1961–1971) almışdır. Kənd təsərrüfatı sahəsində 2 il çalışmış və eyni zamanda rayonda çıxan "Yüksəliş" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. Həmin illərdə şeirləri, oçerk və məqalələri, publisistik ədəbi-tənqidi yazıları ilə özünü oxucu auditoriyasına tanıtmışdır. Daha sonra N. Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsinə daxil olmuş və oranı bitirərək (1973–1977) Ana dili və Ədəbiyyat ixtisası almışdir. Həmin illər ərzində o, həmçinin ali jurnalistlik kurslarını bitirərək müvafiq ixtisasa da yiyələnmişdir. Təyinatla göndərildiyi Beyləqan rayonu Örənqala qəsəbə orta məktəbi və Orta Əlinəzərli kənd 8-illik məktəbində dil-ədəbiyyat və musiqi müəllimi işləmişdir. (1977–1983). Rayonda müəllim işlədiyi vaxtlarda mətbuatda- "Ədəbiyyat və İncəsənət", "Azərbaycan müəllimi", "Azərbaycan gəncləri" "Sovet kəndi" qəzetlərində, "Ulduz", "Azərbaycan", "Literaturnıy Azerbaydjcan" jurnallarında, "Sabir poeziya günləri", "Çinar pöhrələri", "Poeziya" və digər bu kimi ədəbi almanaxlarda yeni ruhlu şerləri ilə çıxış etmişdir.
Ürək nəğməsi (film, 1989)
== Məzmun == Film-portret Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti Tofiq Quliyevə həsr olunmuşdur. Burada yazıçı Mirzə İbrahimov, musiqiçi O.Lundstrem, rəssam Tahir Salahov, bəstəkar və müğənnilərdən Polad Bülbüloğlu, Müslüm Maqomayev, bəstəkarlardan Qara Qarayev, Kajlayev, musiqiçi Fərhad Bədəlbəyli onun barəsində söz deyirlər. Ekranda 1942-ci ilin kinoxronikası göstərilir: caz orkestri müharibə dövründə çıxş edir. Bizim günlərin kinoxronikasında biz Tofiq Quliyevi və Rəşid Behbudovu bir yerdə görürük, onların söhbətlərini dinləyirik. Müğənnilər məşhur bəstəkarın mahnılarını ifa edirlər. "Bəxtiyar" bədii filmində R.Behbudov mahnı oxuyur...

nəğmə sözünün leksik mənası və izahı

nəğmə sözünün etimologiyası

nəğmə sözünün sinonimləri (yaxın mənalı sözlər)

nəğmə sözünün rus dilinə tərcüməsi

  • 1 мелодия, песня, напев

    Azərbaycanca-rusca lüğət / nəğmə
  • 2 I сущ. 1. песня (небольшое музыкальное произведение для пения, написанное на стихотворный текст). Şən nəğmə весёлая песня, lirik nəğmə лирическая песня 2. пение (исполнение песен, арий и т.п. как искусство, занятие). Nəğmə dərsi урок пения, nəğmə müəllimi учитель пения II прил. песенный (относящийся к песне, свойственный ей). Xalq nəğmə (mahnı) yaradıcılığı песенное народное творчество

    Azərbaycanca-rusca lüğət / nəğmə

nəğmə sözünün inglis dilinə tərcüməsi

nəğmə sözünün fransız dilinə tərcüməsi

nəğmə sözünün ləzgi dilinə tərcüməsi

"nəğmə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nəğmə nədir? #nəğmə sözünün mənası #nəğmə nə deməkdir? #nəğmə sözünün izahı #nəğmə sözünün yazılışı #nəğmə necə yazılır? #nəğmə sözünün düzgün yazılışı #nəğmə leksik mənası #nəğmə sözünün sinonimi #nəğmə sözünün yaxın mənalı sözlər #nəğmə sözünün əks mənası #nəğmə sözünün etimologiyası #nəğmə sözünün orfoqrafiyası #nəğmə rusca #nəğmə inglisça #nəğmə fransızca #nəğmə sözünün istifadəsi #sözlük