nökər sözü azərbaycan dilində

nökər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nökər • 75.6098%
  • Nökər • 20.7317%
  • NÖKƏR • 3.6585%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nökər
Nökər (peşə) — müxtəlif ev işləri görənlər və ümumiyyətlə işəgötürənin evində yaşayan şəxs. Nökər (Monqolustan) — orta əsrlərdə monqol əyanlarının silahlı dəstəsinin üzvləri.
Nökər (Monqolustan)
Nökər (mold. нөхөр; mənası – dost, yoldaş) — XI–XII əsrlərdə Monqolustanda feodal münasibəylərinin yarandığı dövrdə əyanların silahlı dəstəsinin üzvləri. == Tarixi == XIII əsrin əvvəllərindən monqol xanlarının (Çingiz xan və b.) şəxsi qvardiyasını təşkil etmişdir. Nökərlərdən müharibə vaxtı döyüşçü, dinc dövrdə isə keşikçi, "ev qulluqçusu" kimi istifadə olunmuşdur. Onlar igid və sadiq döyüşçülər idilər. Çingiz xanın ən görkəmli generallarının çoxu nökər idi. XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İranda və Mərkəzi Asiyada "xidmətçi", "qulluqçu" mənasında işlədilmişdir.
Nökər (peşə)
Nökər, qulluqçu və ya xidmətçi — müxtəlif ev işləri görənlər və ümumiyyətlə işəgötürənin evində yaşayan şəxs. Böyük evlərdə müxtəlif vəzifələri yerinə yetirən çox sayda nökər ola bilər. Onlar çox vaxt daxili bir iyerarxiya meydana gətirirlər. == Etimologiyası == Nökər sözü Azərbaycan dilinə monqol dilindən keçmişdir, mənası "dost", "yoldaş" deməkdir. Monqol əyanlarının silahlı dəstəsinin üzvləri olan nökərlərdən götürülmüşdür. XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İranda və Mərkəzi Asiyada yayılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == The Duties of Servants; by a member of the aristocracy, author of 'Manners and Rules of Good Society'. London: F. Warne & Co., 1894 A Few Rules for the Manners of Servants in Good Families. Ladies' Sanitary Association, 1901 The Servants' Practical Guide: a handbook of duties and rules; by the author of 'Manners and Tone of Good Society'. London: Frederick Warne & Co., [1880] The Management of Servants: a practical guide to the routine of domestic service; by the author of "Manners and Tone of Good Society." (the same work under a different title) Dawes, Frank (1973) Not in Front of the Servants: domestic service in England 1850–1939.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.21 dəfə / 1 mln.
2003 ••••••••••••••• 0.39
2004 ••••••••••••• 0.34
2007 •••••••• 0.21
2008 ••••••••• 0.24
2009 •••••••••••••••••• 0.48
2010 •••••••••••••••••••• 0.54
2011 ••••••• 0.17
2013 ••••••••••• 0.29
2014 ••••••• 0.17
2015 ••••••• 0.17
2019 •••••• 0.14
2020 •••••••••••••••••••• 0.53

nökər sözünün leksik mənası və izahı

  • 1 is. Keçmişdə ağasına xidmət edən və onun şəxsi tapşırıqlarını yerinə yetirən ev xidmətçisi (oğlan). [Əhməd tacirbaşı] özü sərkarını, sarbanını, bir də nökərlərini, gözəgələn igidlərini götürüb çıxdı bir uca təpənin başına. “Koroğlu”. Nökər içəri daxil olub, Bahadıra: – Bir şəxs sizi görmək istəyir, – dedi. N.Nərimanov. // nifr. Başqasına qulluq göstərən, yaltaqlıq edən adam haqqında.

    Azərbaycan dilinin izahlı lüğəti / nökər

nökər sözünün etimologiyası

  • 1 Monqol sözüdür, ilkin mənası “əməkdaş”, “silahdaş” demək olub. Sonra məna tamam dəyişib və farslardakı “gəda” anlamına uyğun məna kəsb edib. Nökər bizdə tarixən “qulluqçu” (ağanın qulluqçusu) mənasında işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / nökər

nökər sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 gədə — qulluqçu — xidmətçi

    Azərbaycan dilinin sinonimlər lüğəti / nökər
  • 2 NÖKƏR [Aşıq Vəli:] Hər nə buyurursunuz nökəriniz Vəli can ilən-baş ilən qulluğunuzda hazırdır (N.Vəzirov); GƏDA (dan.) Rəhmə gəlib, padşahım, deməzsən; Harda qalıb bu dərgahın gədası (Q.Zakir); GƏDƏ (dan.) Sara bibi: Zeynəbin atası Yumurta Heydər kim idi? Murad bəyin qapısının gədəsi deyilmiydi? (Qantəmir); LAKEY (köhn.) Burjuaziyanın lakeyləri Bakıda aclığın müdhiş ellərini Sovet hökumətinin əleyhinə qaldırmaq vaxtı yetişdiyini hiss etdi (M.S.Ordubadi); XİDMƏTÇİ (bax).

    Azərbaycan dilinin sinonimlər lüğəti / nökər

nökər sözünün antonimləri (əks mənalı sözlər)

nökər sözünün rus dilinə tərcüməsi

  • 1 слуга, прислужник

    Azərbaycanca-rusca lüğət / nökər
  • 2 сущ. слуга: 1. человек для личных услуг при господах 2. перен. тот, кто служит кому-л., чему-л., выполняет чью-л. волю 3. перен. тот, кто прислуживается, прислужник

    Azərbaycanca-rusca lüğət / nökər

nökər sözünün inglis dilinə tərcüməsi

nökər sözünün fransız dilinə tərcüməsi

  • 1 is. serviteur m, servante f ; domestique m, f ; valet m ; laquais m invar evin ~ləri domesticité f d’une maison ; ~ saxlamaq tenir des domestiques, des valets

    Azərbaycanca-fransızca lüğət / nökər

nökər sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. нуькер, нуьквер (виликра агъадин кӀвалин къуллугъчи гада); 2. пер. масабуруз къуллугъ ийидай, ялтахвал ийидай кас.

    Azərbaycanca-ləzgicə lüğəti / nökər

nökər sözünün türk dilinə tərcüməsi

"nökər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nökər nədir? #nökər sözünün mənası #nökər nə deməkdir? #nökər sözünün izahı #nökər sözünün yazılışı #nökər necə yazılır? #nökər sözünün düzgün yazılışı #nökər leksik mənası #nökər sözünün sinonimi #nökər sözünün yaxın mənalı sözlər #nökər sözünün əks mənası #nökər sözünün etimologiyası #nökər sözünün orfoqrafiyası #nökər rusca #nökər inglisça #nökər fransızca #nökər sözünün istifadəsi #sözlük