namərd sözü azərbaycan dilində

namərd

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • namərd • 81.3725%
  • Namərd • 16.1765%
  • NAMƏRD • 2.4510%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Namərdqala
QIZ QALASI – digər adları: Mamır Qalası, Çarek Qalası Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndi yaxınlığında yerləşən orta əsrlərə aid müdafiə tikilisi. == Haqqında == Azərbaycanın dağ qalaları içərisində Gədəbəydəki Namərd qala yaxşı durumda olması, tikinti materialı, ən başlıcası isə memarlıq biçimlərinin son dərəcə monumentallığı ilə seçilir. Hazırda Namərdqalanın nə vaxt və hansı tarixi zərurətə görə tikilməsi məlum deyil. Əsas inşaat materialı və tikinti-memarlıq xüsusiyyətlərinə görə araşdırmaçılar onu XII əsr – Eldənizlər dövrünün əsəri sayırlar.Vardan Araveltsinin verdiyi məlumatlara görə, Çarek Qalası 1204-cü ildə İvane Zakaryanın hakimiyətinə keçmişdir.Kirakos Gəncəlinin qeydlərinə görə 1220-ci ildə, monqol-tatar yürüşlərindən qaçan alban katolikosu İohan (1195–1235) Çarek qalasına sığınmış və kilsə mərkəzini buraya daşımışdır.1224-cü ildə isə Ğatağa Noyin artıq bölgədə monqol-tatar hakimiyətini bərqərar edir. == Mövqeyi == Qalanın yerləşdiyi ərazi Söyüdlü kəndindən təxminən 7–10 km məsafədəki sıx meşəli-dağlı bölgədir. Kənddən 7 km aralıda zirvəsinin qeyri-adi silueti ilə bir dağ diqqəti özünə çəkir. Yaxınlaşdıqca zirvədəki memarlıq kütlələri yavaş-yavaş aydınlaşır. Qarşıda əzəmətli bir qala bu əlçatmaz yerlərdə insan əlinin möcüzəsi kimi yüksəlir. Qala əldən -ayaqdan uzaq bir yerdə, çox ağır dağ şəraitində tikilmişdir. Dağ qalalarının çoxunda olduğu kimi bu qalalı dağ da silsilədə ada vəziyyəti tutur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.43 dəfə / 1 mln.
2003 •••••••• 0.39
2004 ••••••• 0.34
2005 •••••••••••••• 0.67
2006 •••••••••••••• 0.68
2007 ••••• 0.21
2008 ••••• 0.24
2009 ••••••••••••• 0.64
2010 •••••••• 0.36
2011 ••••••••••••••••• 0.86
2012 ••••••••••• 0.52
2013 •••••••••••••••••••• 1.02
2014 ••••••• 0.34
2015 •••••••••• 0.51
2016 •••• 0.17
2018 ••• 0.15
2020 •••••••• 0.40

namərd sözünün leksik mənası və izahı

  • 1 sif. [fars.] Alçaq, müxənnəs, nakişi, əclaf. Namərd adam. // Vəfasız. [Serqo:] Gözəl eşqində könül yanar, sızlar; İnsaf, mərhəmət yox namərd fələkdə. H.Cavid. □ Namərd çıxmaq – əhdi pozmaq, vəfasızlıq etmək, xain çıxmaq, xəyanət eləmək. Gülnar xanım bir vaxt ayıldı, baxıb gördü, ay dad-bidad, heç kəs yoxdu. Elə o saat bildi ki, qız namərd çıxıb. (Nağıl). // İs. mənasında. [Koroğlu:] Xəbər alın o namərdin zatını; Aparıbdı mərd igidin atını. “Koroğlu”. Namərd körpüsündən rahət keçincə; Razıyam apara o sellər məni. Q.Zakir. [Pəri xanım:] Mən gərək ürəyimi sındıran, mənə zülm edən namərddən qisas alam. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / namərd

namərd sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 rəzil — alçaq — əclaf — xain — iblis — qəddar

    Azərbaycan dilinin sinonimlər lüğəti / namərd
  • 3 NAMƏRD Namərdin dünyada çox çəkdim bəhsin; Namusun, qeyrətin, arın görmədim (Aşıq Ələsgər); MÜXƏNNƏT Belə müxənnətlərin görən zaman üzünü; Eşidəndə rəngbərəng hiylə dolu sözünü; Nə qədər iyrənirsən (M.Rahim); MÜXƏNNƏS Müxənnəsdə səxa, nakəsdə kərəm; Namərdin cibində pul ola bilməz (Aşıq Ələsgər); NAKİŞİ [Mürsəl:] İlqarından dönən, adını pozan, verdiyi sözə əməl eləmiyən nakişidir! (Ə.Vəliyev); ƏCLAF (bax), XAİN (bax).

    Azərbaycan dilinin sinonimlər lüğəti / namərd

namərd sözünün antonimləri (əks mənalı sözlər)

namərd sözünün rus dilinə tərcüməsi

  • 1 1. вероломный, коварный, низкий, подлый; 2. изменник, предатель (в отношении друга, товарища);

    Azərbaycanca-rusca lüğət / namərd
  • 2 I прил. низкий, подлый; бесчестный. Namərd adam подлый человек 2. вероломный II сущ. негодяй, подлец

    Azərbaycanca-rusca lüğət / namərd

namərd sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. traitor; betrayer; a man* of mean birth; (qadın) traitress II. s. mean, treacherous; base, insidious; low perfidious; ~ hərəkət mean / low trick

    Azərbaycanca-ingiliscə lüğət / namərd

namərd sözünün fransız dilinə tərcüməsi

namərd sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] прил. намерд, усал, алчах, ламатӀ; // вафасуз; namərd çıxmaq намерд акъатун, хаин акъатун, вафасузвал авун, хиянат авун.

    Azərbaycanca-ləzgicə lüğəti / namərd

namərd sözünün türk dilinə tərcüməsi

namərd sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. «kişi olmayan» 1) rəzil, alçaq; 2) vəfasız, sözünün üstündə durmayan.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"namərd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#namərd nədir? #namərd sözünün mənası #namərd nə deməkdir? #namərd sözünün izahı #namərd sözünün yazılışı #namərd necə yazılır? #namərd sözünün düzgün yazılışı #namərd leksik mənası #namərd sözünün sinonimi #namərd sözünün yaxın mənalı sözlər #namərd sözünün əks mənası #namərd sözünün etimologiyası #namərd sözünün orfoqrafiyası #namərd rusca #namərd inglisça #namərd fransızca #namərd sözünün istifadəsi #sözlük