Naməniya qəzası
Nömaniyyə qəzası (ərəb. قضاء النعمانية) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Nömaniyyə şəhəridir.
== Ərazisi ==
2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.116 km² ərazini əhatə edir.
== İnzibati-ərazi bölgüsü ==
İnzibati cəhətdən iki nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Nömaniyyə nahiyyəsi (ərəbcə: ناحية النعمانية) və Ahrər nahiyyəsi (ərəbcə: ناحية الاحرار).
== Əhalisi ==
2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 107.618 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Nömaniyyə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 11,78%-ni təşkil edirdi.
=== Etnik tərkibi ===
Qəzada əhali əsasən ərəblərdən, qismən isə türkmanlardan ibarətdir. Qəzada yaşayan türkmanlar Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdurlar.