Məmər
Məmər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Məmər kəndinin adı ərəb mənşəli məmər sözündən olub, “çay keçidi” və ya “dağ keçidi” mənasındadır. Adlandırmada yaşayış məntəqəsinin fiziki-coğrafi mövqeyi əsas rol oynamışdır. Yaşayış məntəqəsi vaxtilə Həkəri çayının keçid (məmər) yerində salındığı üçün belə adlandırılmışdır.