nəfəs sözü azərbaycan dilində

nəfəs

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nəfəs • 93.2026%
  • Nəfəs • 6.7306%
  • NƏFƏS • 0.0669%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nəfəs
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesi.
Molla Nəfəs
Molla Nəfəs (Tanrıverdi; 1810, Türkmənistan – 1862) – şair. "Zöhrə-Tahif", "Baba Rövşən", "Gülüstan" adlı əsərlərin müəllifi. Molla Nəfəs 1810-cu ildə Türkmənistanın(horasanin)Serahs ilcesinde (Saragt ilcesinde) dunyaya geliyor… Bu uşaq ilk təhsilini dövrünün ziyalı sənətkarlarından olan atası Qədirverdinin evində açdığı məktəbdə alır. Sonra Mərvdə məşhur pedaqoq kimi tanınan Molla Məmmədsalihin yanında təhsilini davam etdirir.. Oranı bitirdikdə isə atası onu o dövrün məşhur təhsil ocaqlarından olan Buxara və Xivə mədrəsələrində oxumağa göndərir. Gələcəyin şairi bu şəhərlərdəki mədrəsələrdə tanınmış alimlərdən dərs alır, Türk, ərəb və fars dillərini öyrənməklə yanaşı həmin dövrdə tədris olunan elmləri, o cümlədən ilahiyyat, riyaziyyat, hesab, həndəsə, nücum, kimya, dil, ədəbiyyat, tarix, coğrafiya fənlərinin də sahəsində dərin bilik əldə edir. Ədəbiyyata xüsusi maraq duyan gənc şair Buxarada və Xivədə klassik Şərq poeziyasının Xoca Əhməd Yəsəvi, Füzuli, Nəsimi, Nəvai, Nizami, Sədi, Hafiz, Cami kimi nümayəndələrinin əsərlərini, habelə şifahi xalq ədəbiyyatını, dastan və nağılları diqqətlə öyrənir. Ədəbiyyat nəzəriyyəsi, bədii ifadə vasitələri, ədəbi janrlar, bir sözlə, Şərq poetik sistemi haqqında dərin bilik qazanır. Mərvdən Tanrıverdi kimi gedən uşaq illər sonra vətəninə mükəmməl təhsil görmüş ziyalı və heca vəznində şeirlər yazan şair Molla Nəfəs kimi qayıdır. Şairin şeirlərindən anlaşılır ki, o, gəncliyində Durduxal adlı bir qıza aşiq olur.
Nəfəs (dəqiqləşdirmə)
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesi.
Nəfəs alma
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesidir. Aerobik orqanizmlər enerji çıxarmaq üçün tənəffüs yolu ilə oksigenə ehtiyac duyar. Nəfəs almaq bədənin ehtiyacı olan oksigenin alınıb karbondioksidin atıldığı yeganə prosesdir. Qaz dəyişimi, ağciyər alveoları və ağciyər kapilyar damarlarındakı qan arasında, qazların passiv diffuziyası ilə meydana gəlir. Qandakı ayrılmış qazlar, ürəyin qanı dövr etdirməsi ilə və qan dövranı sistemi vasitəsilə bütün orqanizmə yayılır. Nəfəs alma prosesi, nəfəs alma (inspirasya) və nəfəs vermə (ekspirasya) mərhələlərindən ibarətdir. Normal fizioloji sərhədlər içərisindəki nəfəs almağın tibbi termini opnedir. Karbondioksidin atılmasına əlavə olaraq nəfəs almaqla orqanizmdən su da atılır. Alveola diffuziya məruz qalan su səbəbi ilə nəfəs %100 nəmdən ibarətdir.
Nəfəs alətləri
Nəfəsli musiqi (çalğı) alətləri (üfləmə alətlər) — havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur. Bu alətlərin ilk sadə nümunələri eramızdan bir neçə min il əvvəl qarğı və qamışdan hazırlanmışdır. Bu ənənə dövrümüzə qədər yaşamış və bu gün də davam etdirilir. Hazırda bir neçə nəfəsli musiqi aləti: ney, tütək, musiqar, sümsü və onun növləri qarğı və qamışdan hazırlanır. Nəfəsli musiqi alətləri sümükdən, heyvanların buynuzundan, gildən, müxtəlif ağac növlərindən, mis və digər materiallardan da hazırlanır. Çağımızda hazırlanma materialına görə üfləmə alətlər iki yerə bölünür: Mis alətlər – truba, kornet, trombon, tuba, valtorna və s. Ağac alətlər – fleyta, hoboy, klarnet, faqot və s. Nəfəsli musiqi alətlərinin texniki və bədii imkanları o qədər də geniş deyil. Bu da, hər şeydən əvvəl, onların səs diapazonunun məhdudluğu ilə əlaqədardır. Bu alətlər arasında daha çox istifadə olunanı zurnadır ki, onun da səs düzümü iki oktavadan artıq deyildir.
Nəfəs borusu
Nəfəs borusu, traxeya (yun. trachus hərfi mənası kontur, hüdud deməkdir, lat. trachea) — qırtlağın ardı olub, qida borusunun önündə yerləşmişdir. Formaca silindrə bənzəyir, ancaq öndən arxaya doğru bir az yastılaşmışdır. Uzunluğu təxminən 9-15 sm və diametri yuxarıda və aşağıda dar, ortada isə genişdir, eni 1,5-2,7 sm-ə bərabərdir. Nəfəs borusu orta xəttə yerləşərək topoqrafik cəhətcə iki hissəyə bölünür: Boyun hissə — lat. pars cervicalis; Döş hissə — lat. pars thoraica (thoracica). Traxeyanın intubasiyası Traxeotomiya Prof.
Nəfəs darlığı
Nəfəs darlığı (dispnoe) — orqanizmin adaptiv funksiyalarından biri olub çox vaxt tənəffüs tezliyində, ritmində və dərinliyində dəyişikliklərlə ifadə edilir, tez-tez hava çatışmazlığı hissləri ilə müşayiət olunur. Ürək xəstəliyində nəfəs darlığı fiziki gərginlik zamanı, sonra isə istirahətdə, xüsusilə üfüqi vəziyyətdə, xəstələri oturmağa məcbur edir (ortopne). Ürək xəstəliyi ilə şiddətli nəfəs darlığı (adətən gecə) hücumları ürək astmasının təzahürüdür; bu hallarda nəfəs darlığı inspiratordur (tənəffüs çətinliyi). Ekspirator nəfəs darlığı (ekshalasiyada çətinlik) kiçik bronxların və bronxiolların lümeni daraldıqda (məsələn, bronxial astma ilə) və ya ağciyər toxumasının elastikliyinin itirilməsi ilə (məsələn, xroniki ağciyər amfizemi ilə) baş verir. Serebral dispnoe tənəffüs mərkəzinin birbaşa qıcıqlanması ilə baş verir ( şiş, qanaxma və s.). Bundan əlavə, nəfəs darlığı zəhərli və narkotik qazlarla, freonlarla zəhərlənmələr, həmçinin şiddətli həyəcan, qəzəb, isteriya, qorxu və s.
Nəfəs musiqi alətləri
Nəfəsli musiqi (çalğı) alətləri (üfləmə alətlər) — havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur. Bu alətlərin ilk sadə nümunələri eramızdan bir neçə min il əvvəl qarğı və qamışdan hazırlanmışdır. Bu ənənə dövrümüzə qədər yaşamış və bu gün də davam etdirilir. Hazırda bir neçə nəfəsli musiqi aləti: ney, tütək, musiqar, sümsü və onun növləri qarğı və qamışdan hazırlanır. Nəfəsli musiqi alətləri sümükdən, heyvanların buynuzundan, gildən, müxtəlif ağac növlərindən, mis və digər materiallardan da hazırlanır. Çağımızda hazırlanma materialına görə üfləmə alətlər iki yerə bölünür: Mis alətlər – truba, kornet, trombon, tuba, valtorna və s. Ağac alətlər – fleyta, hoboy, klarnet, faqot və s. Nəfəsli musiqi alətlərinin texniki və bədii imkanları o qədər də geniş deyil. Bu da, hər şeydən əvvəl, onların səs diapazonunun məhdudluğu ilə əlaqədardır. Bu alətlər arasında daha çox istifadə olunanı zurnadır ki, onun da səs düzümü iki oktavadan artıq deyildir.
Nəfəs nəfəsə (roman)
Nəfəs nəfəsə (tr. Nefes Nefese) - türk yazıçısı Ayşe Kulinin 2002-ci ildə nəşr olunmuş romanı. Osmanlı dövlətinin son Sağlamlıq naziri Fazıl Rəşad Paşanın qızı Selva yəhudi oğlan Rafaelə aşiq olur. Lakin ailəsi buna qarşı çıxır və nəticədə ailəsi onları tərk edir. Selva və Rafael Fransaya köçürlər. Amma onlar burada da sakitçilik tapa bilmirlər. İkinci dünya müharibəsinin başlaması onların həyatını alt-üst edir. Onlar hər an nasistlər tərəfindən ölüm düşərgələrinə aparılmaq qorxusu ilə yaşayırlar. Həmin dövrdə isə Türkiyə müharibəyə qarışmadan, nə Almaniyanın, nə də müttəfiqlərin tərəfini tutaraq öz yoluna davam edirdi... Ayşe Kulin bu romanında həm o dövrdə Türkiyənin müharibədən böyük zərər görmədən çıxmasını təmin edən insanların fəaliyyətindən, həm də Selva ilə Rafaelin İstambuldan Marselə, Ankaradan Qahirəyə qədər olan səyahətlərində öz canları bahasına olsa da yüzlərlə yəhudinin həyatı xilas etməsindən söhbət açır.
Üzük-nəfəs borusu bağı
Üzük-nəfəs borusu bağı (lat.
Çalış, nəfəs alma (film, 2006)
Çalış, nəfəs alma — Rejissor Alina Abdullayevanın çəkdiyi Azərbaycan filmi. Filmdə iki qəhrəman var — bir qədər yaşlı kişi və cavan qız. Kişi astma xəstəliyinə tutulub, nəfəs almaqda böyük problemləri var. Qız isə gənc, gözəldir, həyatda sevinmək üçün hər şeyi var. Ancaq o… nəfəsini saxlayır, özünü sevdiyi insan kimi hiss edib, ona kömək edə bilmək üçün… Və hər ikisi paradoksal və eyni zamanda təhlükəli oyun oynayırlar — kim daha çox nəfəsini saxlayacaq. Onlar dərindən nəfəs alıb donurlar. Filmdə əsas məqsədlərdən biri fikri təsvir dili ilə tamaşaçılara çatdırmaqdır. Buna görə də filmdə dialoqlardan çox az istifadə olunub. Film İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinin "Avanti" proqramı və Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına çəkilib. Filmin büdcəsi 20 min manat təşkil edib.
Kəskin nəfəs yolları pozulması sindromu
Şok ağciyər (kəskin respirator distress sindromu) — ağciyər alveolyar sisteminə xas olan hüceyrə komponentlərinin (epitelial və endotel hüceyrələri) ciddi şəkildə təsirləndiyi kəskin bir vəziyyətdir. ARDS prosesi ağciyərlərdə geniş yayılmış iltihabın sürətlə başlaması və bütün alveolları təsir edən zədələnmə (diffuz alveolyar zədə — DAD) ilə tənəffüs çatışmazlığının bir növüdür. Əgər törədici aradan qaldırıla bilsə, xəstədə olan səthi tapıntılar qısa müddətdə yox olacaq. Törədici güclü olduğu hallarda tənəffüs dəstəyi tələb edən intensiv hipoksiya (oksigen aclığı) vəziyyəti inkişaf edir. Orta ölüm: 50% (yaşlılarda 90%). Sağ qala bilən xəstələrdə tənəffüs funksiyalarına ciddi təsir göstərən ağciyərlərdə geniş yayılmış toxuma məhvi (xroniki interstisial ağciyər xəstəliyi) baş verə bilər.
Nəfəsli musiqi alətləri
Nəfəsli musiqi (çalğı) alətləri (üfləmə alətlər) — havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur. Bu alətlərin ilk sadə nümunələri eramızdan bir neçə min il əvvəl qarğı və qamışdan hazırlanmışdır. Bu ənənə dövrümüzə qədər yaşamış və bu gün də davam etdirilir. Hazırda bir neçə nəfəsli musiqi aləti: ney, tütək, musiqar, sümsü və onun növləri qarğı və qamışdan hazırlanır. Nəfəsli musiqi alətləri sümükdən, heyvanların buynuzundan, gildən, müxtəlif ağac növlərindən, mis və digər materiallardan da hazırlanır. Çağımızda hazırlanma materialına görə üfləmə alətlər iki yerə bölünür: Mis alətlər – truba, kornet, trombon, tuba, valtorna və s. Ağac alətlər – fleyta, hoboy, klarnet, faqot və s. Nəfəsli musiqi alətlərinin texniki və bədii imkanları o qədər də geniş deyil. Bu da, hər şeydən əvvəl, onların səs diapazonunun məhdudluğu ilə əlaqədardır. Bu alətlər arasında daha çox istifadə olunanı zurnadır ki, onun da səs düzümü iki oktavadan artıq deyildir.
Nəfəslik
Nəfəslik (rus. фо́рточка) — kiçik bir ventilyasiya pəncərəsidir. Adətən bir pəncərə şüşəsinin çərçivəsini əhatə edir və bütün pəncərədən asılı olmayaraq həncamalarda açılır. Nəfəsliklər Rusiyada və digər postsovet ölkələrində geniş istifadə olunur. Nəfəslik soyuq iqlimə malik ölkələr üçün səciyyəvidir, harada həddən artıq sərinləşdirmədən otağı havalandırmağa ehtiyac var. Qaz halında olan zərrəciklərin kütlələri yüngül olduğu üçün evin tavanına doğru hərəkət etməsini nəzərə alaraq, nəfəslik pəncərənin üst hissəsinə yerləşdirilmişdir. Kilidlə təyin edilə bilər.
Nəfəsçəkmə təcnis
Nəfəsçəkmə təcnis — aşıq poeziyasında təcnis şeir formasının şəkillərindən biri. Təcnisin ən çətin növlərindən biri də gedər-gəlməz və ya nəfəsçəkmə təcnisdir. Bu formalı şeir onu qoşan, düzən sənətkarın daha çox ifaçılıq səriştəsi, güclü səs diapozonu olması, mahir saz çalmaq məharəti ilə əlaqədardır. Nəfəsçəkmə təcnisdə "hüff" şəklində nəfəsin geri çəkilməsi ilə rədif yaradılır. Çox nadir hallarda yaranan nəfəsçəkmə təcnisin müsəddəs formalı bir nümunəsinə Aşıq Əsədin yaradıcılığında rast gəlinir: Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Qafqaz nəfəsotu
Şərqi Avropada, Zaqafqaziyada, Qazaxstanda, Şimali Qafqazda və Qərbi Sibirin cənubunda yayılmışdır. Yabanı halda Kiçik Qafqazın mərkəzi hissəsində təsadüf edilir. Qarabağda (Xanbulaqda) yayılmışdır. Azərbaycanın nadir bitkisidir. CR B1ab(ı, ıı, ııı,)+2ab(ı, ıı, ııı). Quru kasıb şamlıqlarda, çöllərdə, yamaclarda, yolların ətra-fında rast gəlinir. Çox deyildir. Təbiətdə hündürlüyü 80 sm-ə qədər olan koldur. Budaqları düz və ya əyilən, bozumtul-qonur və ya bozdur. Zoğları ipək-vari, ağımtıl-boz tükcüklüdür.
Qurbanmurad Nəfəsov
Qurbanmurad Bazarbay oğlu Nəfəsov (türkm. Gurbanmurad Nepesov, erm. Կուրբանմուրադ Բազարբայի Նեֆեսով, rus. Гурбанмырат Базарбаевич Непесов; ləqəbləri "Basmaç" və "Türkmən"; 1969, Boldumsaz rayonu[d], Daşoğuz vilayəti – 1992, Dağlıq Qarabağ Respublikası) — türkmənəsilli SSRİ və Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsi iştirakçısı. O, ölümündən sonra Ermənistan Respublikasının "İgidliyə görə" medalı ilə təltif edilmişdir (2009). Nəfəsov "Yerablur" hərbi qəbiristanlığında dəfn edilən yeganə müsəlmandır. Qurbanmurad Bazarbay oğlu Nəfəsov 1969-cu ildə Türkmənistan SSR-in Kalininski rayonunda (indiki Boldumsaz rayonu) anadan olmuşdur. O, SSRİ Silahlı Qüvvələri sıralarında xidmət etmiş, Əfqanıstan müharibəsində iştirak etmişdir. SSRİ qüvvələri daxilində erməni hərbçilərlə eyni sırada xidmət edən Nəfəsov döyüşlər zamanı ağır yaralanmışdır. Buradakı erməni əsgərlərindən biri ona qan verərək onun həyatını xilas etmiş, sonrakı döyüşlərində birində həlak olmuşdur.
Rus nəfəsotu
Şərqi Sibirin quru çınqıllı sahələrində, Avropa, Qərbi Asiya, Şimali Afrika və Makroneziyada yayılmışdır. Qafqazda 6, Azərbaycanda isə 1 növü məlumdur. Hündürlüyü 1,5-2 m, dik qalxan budaqlara, üçər yarpaqlara malik olan koldur. Yarpaqcıqları tərs yumurtavari, oturaq, alt tərəfdən ipəkvari tükcüklüdür. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri qızılı-sarı rəngdə olub, tək-tək salxımlarda yerləşir. Meyvələri avqust ayında yetişir. Paxlası xətvari, qara rəngli, tükcüklü olub, 3 sm uzunluqdadır. Bu növ şaxtaya, quraqlığa dözümlü və işıqsevəndir. Mərkəzi Nəbatat bağında introduksiya edilmişdir.
Son nəfəsədək (film, 2018)
Son nəfəsədək — Ermənilərin Azərbaycana qarşı təcavüzünün başlandığı 1988-ci ildən Xocalı faciəsinə kimi bir dövrü əhatə edən, Qarabağ həqiqətlərinin gizlin tərəflərini ictimaiyyətin diqqətinə çatdıran bədii film. Real hadisələr əsasında çəkilən “Son nəfəsədək” filmində Qarabağ müharibəsi dövründə qəhrəmanların göstərdiyi rəşadət canlandırılıb. Filmin ssenaristi və Baş prodüseri Nurəddin Aslanov şahidi olduğu real hadisələri lentə alıb. Onun sözlərinə görə, filmin orijinal tərəflərindən biri, Qarabağ müharibəsinin lap ilkin mərhələsindən Xocalı soyqırımına qədər olan dövrü əhatə etməsidir. Film həmin dövrdə son nəfəsinədək igidlik göstərərək, torpağını qoruyan Yavər İsgəndərov və silahdaşlarının döyüş yolundan bəhs edir. Filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissor Elnur Əliyev, quruluşçu operator Cavid Orucov, bəstəkarı Yaşar Baxış, quruluşçu rəssam Mehriban Əfəndi, icraçı prodüseri Rövşən Quliyev, redaktoru Kamran Qasımovdur. 100 dəqiqəlik filmin istehsalı “Frame” Production, kreativ media və PR koordinasiya işləri isə “AzerNewMedia” tərəfindən həyata keçirilib. 1989-cu ildə Sovet İttifaqının ucqar həbsxanalarından birində cəza çəkən Yavər (İlqar Cahangir) doğma torpağına, Qarabağa – Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə qayıdır. Amma burada hər şey dəyişib, erməni silahlılarının dinc azərbaycanlılara divan tutması sovet sülhməramlılarının bölgəyə yeridilməsi ilə nəticələnib. Üstəlik Yavərin illərboyu sevdiyi və evlənməyə hazırlaşdığı Qarateldən də (Ülviyyə Rza) xəbər yoxdur.
Səhranın nəfəsi
"Səhranın nəfəsi" (ing. Desert Breath) — Rəssamlar Danaya ilə Aleksandra Stratou və Stella Konstantinidesin iki il ərzində qum konuslardan yaratdıqları əsər. Kosmosdan görünür. 100 min kvadrat metr ərazini əhatə edir. Əsər üzərində iş 1997-ci ilin mart ayının 7-də başa çatıb.
Çaqqal nəfəsi (film, 2013)
Çaqqal nəfəsi — İranlı rejissor Babək Şirinsifətin çoxseriyalı filmi. Kriminal melodram janrında olan serialin əsas ana xətti bir neçə paralel süjet üzərində qurulub. Film iki qadının taleyindən bəhs edir. Təsüdüfi bir qətl törətdiyi üçün həbsxanaya düşmüş Nərgiz adlı gənc qadının (33-35 yaş) həbsxanadan çıxdıqdan sonra başına gələnlər və keçmişdə biznes fəaliyyətiylə məşğul olub, lakin kimlərsə tərəfindən şərlənib həbsxanaya saldırılan Gülarə adlı yaşlı qadının öz günasızlığını sübut etmək yolunda apardığı mübarizəsi yer alıb. “Çaqqal nəfəsi” adlı serialda əməkdar artist Qurban İsmayılov, Gülzar Qurbanova, Rasim Cəfərov, Elgün Həmidov və digər tanınmış aktyorlar rol alıb. Ekran əsərində tanınmış teleaparıcı Səxavət Nur da debütünü edib. Filmin ssenari müəllifi İlqar Fəhmidir. Seriala musiqini iranlı bəstəkar Hamid Sabet yazıb.
Son nəfəsədək
Son nəfəsədək — Ermənilərin Azərbaycana qarşı təcavüzünün başlandığı 1988-ci ildən Xocalı faciəsinə kimi bir dövrü əhatə edən, Qarabağ həqiqətlərinin gizlin tərəflərini ictimaiyyətin diqqətinə çatdıran bədii film. == Məzmun == Real hadisələr əsasında çəkilən “Son nəfəsədək” filmində Qarabağ müharibəsi dövründə qəhrəmanların göstərdiyi rəşadət canlandırılıb. Filmin ssenaristi və Baş prodüseri Nurəddin Aslanov şahidi olduğu real hadisələri lentə alıb. Onun sözlərinə görə, filmin orijinal tərəflərindən biri, Qarabağ müharibəsinin lap ilkin mərhələsindən Xocalı soyqırımına qədər olan dövrü əhatə etməsidir. Film həmin dövrdə son nəfəsinədək igidlik göstərərək, torpağını qoruyan Yavər İsgəndərov və silahdaşlarının döyüş yolundan bəhs edir. Filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissor Elnur Əliyev, quruluşçu operator Cavid Orucov, bəstəkarı Yaşar Baxış, quruluşçu rəssam Mehriban Əfəndi, icraçı prodüseri Rövşən Quliyev, redaktoru Kamran Qasımovdur. 100 dəqiqəlik filmin istehsalı “Frame” Production, kreativ media və PR koordinasiya işləri isə “AzerNewMedia” tərəfindən həyata keçirilib. === Sujet xətti === 1989-cu ildə Sovet İttifaqının ucqar həbsxanalarından birində cəza çəkən Yavər (İlqar Cahangir) doğma torpağına, Qarabağa – Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə qayıdır. Amma burada hər şey dəyişib, erməni silahlılarının dinc azərbaycanlılara divan tutması sovet sülhməramlılarının bölgəyə yeridilməsi ilə nəticələnib. Üstəlik Yavərin illərboyu sevdiyi və evlənməyə hazırlaşdığı Qarateldən də (Ülviyyə Rza) xəbər yoxdur.

nəfəs sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Ciyərlə havanı içəri alıb buraxma (insan və heyvanlarda oksigen udub karbon qazı buraxma prosesi). Nəfəs üzvləri. Dərindən nəfəs almaq. // Ciyərlə alınıb buraxılan hava. [Müəllim və Tellinin] başları birbirinə çox yaxın olduğu üçün hər ikisi birbirinin nəfəsindən gələn sıcaqlığı hiss edirdi. S.Hüseyn. Əmirxanı oyatmayır, dincəlsin deyə; Bəzən onun nəfəsinə qulaq da asır. S.Vurğun. // məc. Əlamət, iz, qoxu, təzahür. Yazın ilk nəfəsi eşidilməyə başladığı bir gündə o, bütün bədəninin od kimi yandığını hiss etdi. M.İbrahimov. Yol onu dik qalxan bir yoxuşa gətirib çıxararkən yolçu üzündə, yaxınlığı hiss olunan dağların soyuq nəfəsini duydu. Ə.Məmmədxanlı. □ Nəfəs(ini) dərmək – müvəqqəti rahatlanmaq, dincəlmək üçün dayanmaq, azacıq istirahət etmək, yorğunluğunu almaq. [Muzdur] axır bir nəfəsini dərib pulun hesabına getməyə başladı. S.M.Qənizadə. Bir hovur oturub nəfəs dərməyə bir daş kölgəsi də yox idi. Mir Cəlal. Nəfəsi qaralmaq (daralmaq, darıxmaq, tutulmaq) – boğulmaq, çətinliklə nəfəs almaq, tövşümək, təngnəfəs olmaq. [Yasavul:] Başınıza dönüm, ay ağa, ağzımı elə bağlasınlar ki, nəfəsim darıxmasın. N.Vəzirov. Xalidənin halına qalmaq lazım idi, nəfəsi qaralmış idi. S.Hüseyn. Nəfəsini qısmaq (gizləmək) – susmaq, sükut etmək, dinməmək. [Cavahir xatunun] hər bir kəlməsini yaxşı eşitmək üçün hamı nəfəsini qısıb dinlədi. M.Hüseyn. 2. məc. köhn. “Söz”, “dil” mənasında. Heç doğru deyil bunun nəfəsi; Nə qəzetdir, tamam pul tələsi. S.Ə.Şirvani. Süleyman bəy keçmiş günlərdən – Tiflis, Kislovodsk, Vladiqafqaz, Moskva səyahətlərindən qızğın bir nəfəs ilə laf vurmaqda idi. Ə.Haqverdiyev. 3. “Səs” mənasında. Xanəndənin nəfəsi dinləyiciləri valeh etdi. ◊ Nəfəs almaq (çəkmək) – 1) dincəlmək, istirahət etmək. [Qəhrəman:] Bizimkilər irəliləyəndə mən yoldaşlarım ilə bir az asudə nəfəs alırdıq. H.Nəzərli; 2) rahatlanmaq, sakitləşmək, əziyyətdən qurtarmaq, iztirab və gərginlikdən qurtarmaq. Hamının qəlbindən xof-xətər getdi və hamı [Məhəmməd Qacarın] qətlindən sonra asudə və arxayın nəfəs aldılar. F.Köçərli. Gənc ailə asudə nəfəs alaraq xoşbəxt yaşayışına yenidən davam etməyə başladı. Çəmənzəminli. Nəfəs vermək – ruhlandırmaq, həvəsləndirmək, ruh vermək. Ətrafdan baxan hər bir kəs sanki Fərhadoğlunun ürək döyüntüsünü eşidib ona cürət və nəfəs verirdi. S.Rəhimov. Nəfəs vurmaq din. – uğursuz söz demək, göz vurmaq, nifrin tökmək, qarğımaq. Nəfəsdən düşmək – əldən düşmək, üzülmək, taqətdən düşmək, incimək, əziyyət çəkmək. [İsrafil:] Ay arvad, altıma bir şey sal, nəfəsdən düşmüşəm. Ə.Haqverdiyev. Nəfəsi kəsilmək – 1) əldən düşmək, taqətdən düşmək, üzülmək; 2) məc. ölmək. Qızın gözləri çoxdan axmış, nəfəsi kəsilmişdi. Mir Cəlal. Nəfəsini kəsmək – 1) əldən salmaq, taqətdən salmaq, üzmək. Bu iş nəfəsimi kəsdi; 2) öldürmək. [Mirzə Heydər:] …Tez buyur yazım, bəlkə Hacı oyandı elədi, mənim nəfəsimi kəsər. Ə.Haqverdiyev. Qatilləri onun nəfəsini kəsmək istəyirdilər. S.Hüseyn. Bir nəfəs – bir an, bir dəqiqə, bir saniyə. İstəriz azad olaq zindani-qəmdən bir nəfəs. M.Hadi. Son nəfəsdə – can üstə, ölərkən. Son nəfəsə qədər (kimi) – həyatının axırına kimi, ölənə kimi, ölənəcən. …Qız yaxşı adama rast gələrsə, son nəfəsinə qədər sədaqət və məhəbbət saçaraq yaşayacaqdı. M.İbrahimov. …Həyat özü darülfünundur, insan son nəfəsinə qədər öyrənməlidir. Ə.Sadıq.

    Azərbaycan dilinin izahlı lüğəti / nəfəs
  • 2 ə. 1) ciyərə alınıb-verilən hava; 2) az vaxt, az müddət.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / nəfəs

nəfəs sözünün etimologiyası

  • 1 Ərəb mənşəlidir, tənəffüs sözü ilə eyni kökə malikdir. Bizdə nəfəs sözünün əvəzinə tin (din) və soluq kəlmələri mövcud olub. Hazırda din -lə -mək, din -şə -mək sözlərində həmin din sözü özünü mühafizə edir. “Вздох” mənasını diniş sözü də əks etdirib (indi işlədilmir). Nəfəs dərmək idiomu da mövcuddur. Bura­dakı dərmək sözü “toplamaq” anlamını əks etdirir: özünə gəlmək, nəfəsini top­layıb güc əldə etmək və s. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / nəfəs

nəfəs sözünün rus dilinə tərcüməsi

  • 1 дух, дыхание, вздох

    Azərbaycanca-rusca lüğət / nəfəs
  • 2 I сущ. дыхание: 1) вбирание и выпускание воздуха лёгкими. Nəfəs üzvləri органы дыхания, burunla nəfəsalma мед. носовое дыхание 2) воздух, выходящий из лёгких при выдохе. Nəfəsini hiss etmək kimin чувствовать чьё дыхание, nəfəsilə əllərini qızdırmaq (isindirmək) согревать руки своим дыханием 3) перен. проявление чего-л., веяние, дуновение. Baharın nəfəsi duyulur чувствуется дыхание весны II прил. дыхательный (служащий для дыхания). Nəfəs borusu мед. дыхательное горло, трахея ◊ bir nəfəsə: 1. одним духом; 2. залпом; nəfəs almaq (çəkmək): 1. дышать. Asan (rahat) nəfəs almaq легко дышать 2. (nəfəsini dərmək) передохнуть; indi rahat nəfəs ala bilərsən теперь можешь успокоиться; nəfəs almaq olmur harada хоть топор вешай где (о душном, прокуренном помещении); nəfəs almağa (çəkməyə) vaxtı olmamaq дохнуть, продохнуть (дышать) некогда; nəfəs almağa (çəkməyə) yer yoxdur дохнуть, вздохнуть негде; nəfəs almadan на одном дыхании, без остановки; nəfəs vermək kimə придавать бодрость, ободрять, воодушевлять, вдохновлять кого; nəfəsdən düşmək обессилеть, ослабеть, выбиться из сил, умориться; nəfəsdən salmaq kimi загонять, загнать кого; nəfəsi qaralmaq (daralmaq, darıxmaq, tutulmaq) дышать с трудом, задыхаться; nəfəsi qarnına getdi kimin nədən дух захватило у кого от чего; nəfəsi darıxır kimin душно кому; nəfəsi kəsilir kimin еле дышит кто; nəfəsi kəsilmək: 1. обессилеть, ослабевать, ослабеть; выбиваться, выбиться из сил, умориться; 2. умереть, испустить дух; nəfəsi tutulur kimin дух занимается (захватывает) у кого; nəfəsini dərmədən не переводя дыхания; nəfəsini dərmək перевести дух, передохнуть; nəfəsini kəsmək kimin: 1. утомлять, утомить кого 2. убивать, убить кого; nəfəsini çəkincə одним духом, быстро; son nəfəsdə при последнем издыхании; перед смертью; son nəfəsə qədər (kimi), son nəfəsədək до последнего дыхания; son nəfəsidir kimin последний вздох у кого

    Azərbaycanca-rusca lüğət / nəfəs

nəfəs sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. breath, breathing; respiration; bir ~ə at one go, at one gulp; bir ~ə içmək to drink* at one gulp / at a gulp; ~ almaq 1) to breathe, to respire; to take* breath; 2) to rest a little; ~ dərmək to take* a breath; to take* a short rest; ~i boğulmaq / darıxmaq to choke, to suffocate; məc. to be* strangled (by); istidən ~i darıxmaq to suffocate with heat; hirsdən ~i daralmaq to choke with anger; ~i gəlmək to breathe; to respire; ~ dərmək to recover one’s breath, to take* a breath II. s. respiratory; ~ borusu anat. windpipe; ~ üzvləri the respiratory organs; ~ sistemi respiratory system

    Azərbaycanca-ingiliscə lüğət / nəfəs

nəfəs sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. respiration f, haleine f, souffle m ; ~ almaq respirer vi ; ~ vermək expirer vi ; ~ini dərmək reposer (se) un peu, prendre haleine ; ~ saxlamaq retenir son haleine ; bir ~ə d’une seule haleine ; bir ~ə içmək boire vt d’un trait ; qəzəbdən ~i daralmaq suffoquer vi de colère ; bir kəsin ~ini kəsmək couper le souffle à qn ; 2) sif. respiratoire adj ; ~ yolları voies f pl respiratoires ; ~ borusu trachée f ; ~ sistemi système m respiratoire

    Azərbaycanca-fransızca lüğət / nəfəs

nəfəs sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. нефес (1. нефес къачун (жигерривди гьава къенез къачуна къецел ахкъудун; жигерралди къачуз ахъайзавай гьава ); dərindən nəfəs almaq дериндай нефес къачун; 2. пер. ял, лишан, гел, ни; 4. ял; nəfəs(ini) dərmək ял ягъун, ял акъадарун, ял ягъун патал акъвазун, юргъунвал къачун; nəfəsi qaralmaq (daralmaq, darıxmaq, tutulmaq) ял кьун, нефес кьун, каш кьун, нефес дар хьун, бамиш хьун, четинвилелди нефес къачун, каш ягъун, каш-кашахъ татун; nəfəsini qısmaq (gizləmək) ял кьун, рахун тавун, кисун; 3. пер. куьгьн. гаф, чӀал; 4. “ван” манада); 2. нефесдин; нефес къачун патал тир (мес. органар); ** nəfəs almaq (çəkmək) нефес къачун (чӀугун); а) ял ягъун; б) регьят хьун, азабдикай (азиятдикай) хкатун, секин хьун; nəfəs vermək нефес гун, руьгь гун, руьгь кутун, ашкъида ттун, гьевесда ттун; nəfəs vurmaq дин. татугай гаф лугьун, вил ягъун, къаргъишун; nəfəsdən düşmək тӀакь атӀун, аман атӀун, такьатдай аватун, гъилерай фин, инжиклу хьун, бейкеф хьун, азият чӀугун; nəfəsi kəsilmək а) аман атӀун, тӀакь атӀун, такьатдай аватун; б) пер. кьин; nəfəsini kəsmək а) аман атӀун, тӀакь атӀун, такьатдай авудун; б) ял атӀун, ял кьун, яна кьин; bir nəfəs са гьелен, са герен, са декъикъа, са секунд; son nəfəsdə эхир нефесда, ччан гудамаз, рекьидамаз; son nəfəsə qədər (kimi) эхир нефесдалди, эхир нефесдал кьван, ччанда ччан амай кьван, уьмуьрдин эхирдалди, рекьир кьван, рекьидалди.

    Azərbaycanca-ləzgicə lüğəti / nəfəs

nəfəs sözünün türk dilinə tərcüməsi

"nəfəs" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nəfəs nədir? #nəfəs sözünün mənası #nəfəs nə deməkdir? #nəfəs sözünün izahı #nəfəs sözünün yazılışı #nəfəs necə yazılır? #nəfəs sözünün düzgün yazılışı #nəfəs leksik mənası #nəfəs sözünün sinonimi #nəfəs sözünün yaxın mənalı sözlər #nəfəs sözünün əks mənası #nəfəs sözünün etimologiyası #nəfəs sözünün orfoqrafiyası #nəfəs rusca #nəfəs inglisça #nəfəs fransızca #nəfəs sözünün istifadəsi #sözlük