* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••••••••••• | 3.43 |
2003 | ••••••••••••••• | 3.94 |
2004 | •••••••• | 2.02 |
2005 | ••••• | 1.35 |
2006 | •••••••• | 2.03 |
2007 | •••••••••••••••••••• | 5.50 |
2008 | •••••••••••••••••• | 4.87 |
2009 | ••••••••••••••••• | 4.48 |
2010 | ••••••••••••••••••• | 5.17 |
2011 | ••••••••••••••••• | 4.63 |
2012 | ••••••••••••••••• | 4.65 |
2013 | ••••••••••••••• | 3.94 |
2014 | •••••••••• | 2.75 |
2015 | ••••••••••••••• | 3.91 |
2016 | ••••••••••••• | 3.47 |
2017 | •••••••••••••••••• | 4.88 |
2018 | •••••••••••••••• | 4.34 |
2019 | •••••••••••••• | 3.76 |
2020 | ••••••••••• | 2.92 |
1 is. [ər.] 1. Bir şeylə məşğul olma, bir iş görmə arzusu: meyil, istək. Oxumaq həvəsi. Uşağın mütaliəyə böyük həvəsi var. Getməyə heç həvəsim yoxdur. – Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qədər azaldı ki, başıbəlalı düdüyü bilmərrə gözdən saldı. C.Məmmədquluzadə. Evi, otağı səliqəyə salmaq, yeni ili bir təmizlik içərisində qarşılamaq ümumi bir həvəs idi. H.Sarabski. □ Həvəs etmək (göstərmək) – bax həvəslənmək. Lakin həvəs eyləməzdi Leyli; Olmazdı bu ləhvü ləəbə meyli. Füzuli. Teymur nədənsə bu evə gəlməyə daha çox həvəs göstərirdi. H.Seyidbəyli. Həvəs oyanmaq – maraq oyanmaq, arzu oyanmaq. [Oğlanın] zehnində bu adamı öyrənmək, onun sirlərini bilmək üçün böyük bir həvəs oyandı H.Nəzərli. Həvəsdən düşmək – bir işi görməyi daha istəməmək, həvəsi, marağı soyumaq, daha həvəsi olmamaq. [Mahmud Sevincə:] …Mən gündəngünə həvəsdən düşdüm. Z.Xəlil. Həvəsə düşmək (gəlmək) – bax həvəslənmək. …[Qoşqar] kranın altında gölləndikcə ortasından xırdaca deşik açılıb burulğan kimi burulan suya baxdı və təzədən həvəsə düşüb qurşaqdan yuxarı soyundu. İ.Hüseynov. Həvəsə gətirmək (salmaq) – bax həvəsləndirmək. Çaqqallar pusquda durdu; Həvəsə saldılar qurdu. M.Dilbazi. Həvəsi gəlmək (doğmaq) – bax həvəslənmək. Leylək Ələmdar çovğunun, azanın və zənglərin qat-qarış səslərinə qulaq verir, onda bir qarət həvəsi doğurdu. S.Rəhimov. [Pərşan:] Bağçamız nəyə desən dəyər, adamın həvəsi gəlir baxsın. M.İbrahimov. Həvəsi soyumaq – bax həvəsdən düşmək. // Keçici, müvəqqəti, keçib-gedən arzu, meyil. O da bir həvəs idi, gəldi, keçdi. 2. Nəşə, zövq. Tərlan xanım böyük yaradıcılıq həvəsi içərisində idi. S.Rəhimov. Şeyda bülbül bir həvəsdə; Gözü yolda, könlü səsdə. Aşıq Hüseyn. 3. Həvəslə şəklində zərf – ürəkdən, qəlbdən, can-dildən, məmnuniyyətlə. Bir əməllə, bir arzuyla alışıb onlar; Bir məqsədin yollarına düşdü həvəslə. S.Vurğun. Fərman nəşə və həvəslə öz ekskavatorunda işləyirdi. Ə.Sadıq.
Azərbaycan dilinin izahlı lüğəti / həvəs2 HƏVƏS (müxtəlif mənalarda) [Veysəl:] ..Həvəsim yoxdur.. (B.Bayramov); EHTİRAS Tükənməyən həvəsim; Yaratmaq ehtirasım; Arzuma dönük olmuş... (B.Vahabzadə); KÖNÜL Nigar: ..qızın könlü Yusifdədir (N.Nərimanov); EŞQ ..Əsgərlər hücum eşqi ilə çırpınırdılar (S.Vəliyev); MARAQ Tamaşaya maraq, sirkə axın azalmırdı (H.Abbaszadə); MEYİL Qaraca qızın özünün oynamağa meyli yox idi (S.S.Axundov); MƏHƏBBƏT ..müsəlmanların yekə papaqlara məhəbbəti o vədədən başlayıb.. (C.Məmmədquluzadə); ŞÖVQ Tahirzadə: Məsmə bacı, qızın oxumağa çox can atır, çox şövqü var (Mir Calal).
Azərbaycan dilinin sinonimlər lüğəti / həvəs1 влечение, призвание, рвение, увлечение, охота, страсть, склонность, наклонность, стремление (к чему)
Azərbaycanca-rusca lüğət / həvəs2 сущ. 1. охота: 1) желание, внутреннее стремление, склонность к чемулибо. Musiqiyə həvəs охота к музыке, oxumaq həvəsi желание учиться, boş danışmağa həvəs охота к пустословию 2) половое возбуждение (у самок животных); см. hövr 2. пед. - псих. влечение (сильное стремление, непреодолимая склонность к кому-л., чему-л.). Bütün gözəlliklərə daxili həvəs внутреннее влечение ко всему прекрасному, şerə həvəs влечение к поэзии 3. увлечение: 1) большой, повышенный интерес к чему-л., занятие, всецело поглощающее кого-л. İdmana həvəs увлечение спортом, şahmata həvəs увлечение шахматами 2) воодушевление; восторженное, приподнятое состояние 4. пед. псих. призвание (склонность, способность к какому-л. делу, занятию). Rəssamlığa həvəs призвание к живописи, elmə həvəs призвание к науке 5. склонность (расположенность к какой-л. деятельности, занятиям, а также одаренность в каком-л. отношении). Hərbi qulluq həvəsi склонность к военной службе 6. рвение (сильное стремление к выполнению чего-л., большое усердие в чём-л.). Rəhbər işə həvəs рвение к руководящей работе 7. настроение (расположение, желание делать что-л., заняться чем-л.). Oynamağa həvəsim yoxdur нет настроения играть; danışmaq həvəsi настроение поговорить ◊ həvəsi olmaq иметь охоту, интерес, желание; həvəsim qaçdı у меня пропала охота; həvəsə gəlmək 1) приохочиваться, приохотиться (развивать, развить в себе охоту заниматься чем-л., делать что-л.) 2) приходить, прийти в охоту (о самках животных); həvəsə gətirmək приохочивать, приохотить к чему-л., вызывать, вызвать охоту, желание, интерес у кого-л.; həvəsini qaçırmaq kimin отбивать, отбить охоту у кого к чемулибо; həvəsdən salmaq см. həvəsini qaçırmaq; həvəsdən düşmək терять, потерять охоту, интерес, желание; həvəs göstərmək nəyə проявить охоту к чему, həvəs oyatmaq возбудить охоту; həvəsdir bəsdir хорошенького понемногу
Azərbaycanca-rusca lüğət / həvəs1 i. wish, inclination (to, for); disposition (to); enthusiasm, animation; interest; desire (for); longing (for); ~dən düşmək to lose* desire, to be* indifferent; ~dən salmaq to cause smb. to lose desire to smth.; ~ə salmaq / gətirmək to excite (d.), to cause (d.) to wish; ~ə gəlmək to take* a liking (to+ger.), to acquire a taste (for + ger.); ~i olmaq to have* desire / interest (in); ~ doğurmaq to arouse / to rouse interest (for); ~ göstərmək to show* interest (in); öz ~i ilə by one’s own wish, following one’s inclination; ~lə danışmaq to speak* with enthusiasm / with animation
Azərbaycanca-ingiliscə lüğət / həvəs1 is. envie f ; intérêt m ; désir m ; passion f de qch ; penchant m, goût m pour ; ~dən düşmək devenir vi (ê) indifférent, -e ; ~ə gəlmək prendre goût à qch ; öz ~i ilə pour convenances personnelles, de bon gré ; ~lə danışmaq parler avec passion
Azərbaycanca-fransızca lüğət / həvəs1 [ər.] сущ. гьевес (1. са затӀунал алай рикӀ; са затӀуниз авай ашкъи; майилвал, кӀанивал; həvəs etmək (göstərmək) гьевес авун, гьевес къалурун; həvəs oyanmaq гьевес къарагъун, гьевесда гьатун; həvəsdən düşmək гьевесдай аватун, гьевес амукь тавун, къайи хьун (са кардивай ва мс.); həvəsə düşmək (gəlmək) гьевесда гьатун, гьевесдиз атун (кил. həvəslənmək); həvəsə gətirmək (salmaq) гьевесдиз гъун, гьевесда ттун (кил. həvəsləndirmək); həvəsi doğmaq (gəlmək) гьевес атун (кил. həvəslənmək); həvəsi soyumaq кил. həvəsdən düşmək; 2. алатдай, алатна фидай, вахтуналди тир мурад, ашкъи; 3. həvəslə нареч. гьевесдивди, рикӀин къеняй, рикӀяй, ашкъидалди).
Azərbaycanca-ləzgicə lüğəti / həvəsə. 1) meyl, istək; 2) nəşə, zövq.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətibir şeylə məşğul olma, bir iş görmə arzusu, meyl, istək.
Azərbaycan kişi adlarının izahlı lüğəti