* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Təbiətdə çox yayılmış, karbonla birləşdikdə polad və çuqun əmələ gətirən bozrəngli ağır kimyəvi element. Dəmir mədəni. Dəmir parçası. – Ahənrüba … dəmiri cəzb edir, yəni özünə çəkir. C.Məmmədquluzadə. // Dəmir parçası, dəmir təbəqəsi, dəmir çubuq. Aslan həyətdə paslı dəmir üstündə oturub, Bayramın yolunu gözləyirdi. M.Hüseyn. // Ümumiyyətlə, dəmirdən qayrılmış şey, ya şeylər. Evin damı dəmirdir. Qapı dəmirdəndir. 2. Dəmirdən qayrılmış, dəmirdən hazırlanmış. Dəmir kassa. Dəmir mil. – [Gülsənəm] otağın düz ortasında qoyulmuş dəmir peçi qaladı. M.Hüseyn. // Məc. mənada. Dəmir qanadlar. – Dəmir atlar dolaşır şimalın meşəsini. R.Rza. 3. tib. Tərkibində dəmir preparatı olan dərman. 4. məc. Möhkəm, yenilməz, sarsılmaz. Dəmir iradə. – [Qara kişi] sərt xasiyyətli, dəmir iradəli, eyni zamanda mehriban qəlbli bir adam idi. Ə.Sadıq. // məc. Eyni mənada təşbeh və müqayisələrdə. Dəmir, beton kimi sıxdır sıramız. M.Müşfiq. Hər tərəfdə yeni dünya qurulur; Sərt sulara dəmir bəndlər vurulur. Z.Xəlil. ◊ Dəmir dövrü arxeol. – ibtidai icma dövründə insanların əmək alətləri qayırmaq üçün əsas material olaraq dəmir işlətməyə başladıqları dövr. Dəmir yolu – 1) qatarların hərəkət etməsi üçün relsli yol. Dəmir yolu çəkmək. – O ki qaldı, nə bilim, dəmir yolu, telefon, teleqram … onların mənasını Əhməd bəy başa düşmür. C.Məmmədquluzadə; 2) relsli yollara, qatarlara və qatarların hərəkətinə xidmət və bu işləri təşkil etməklə məşğul olan idarələrin məcmusu. Dəmir yolunda işləmək.
Azərbaycan dilinin izahlı lüğəti / dəmir1 “Od” anlamını verən göy (kömür) sözü ilə bağlıdır. Səbəbi isə odur ki, dəmiri istehsal etmək üçün oddan istifadə olunub. Göydəmir sözü sinonimlər birləşməsidir və rəng (tünd kül rəngində olur) bildirir. Fonetik cəhətdən fərq çox olsa da, kömür sözü ilə yaxınlığı qalır. Kömürün “göy”lə bağlılığı isə aksiomdur. Göydəmir sözünün bir mənası “bərkimiş (закаленный) dəmir” deməkdir. Səbəbi isə odur ki, dəmiri bərkitmək üçün qızdırıb (göy bununla bağlı işlədilib), sonra suya salırlar. Hərfi mənada “qızdırılmış dəmir” kimi başa düşülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dəmir1 DƏMİR [Arvad] corabı yerə atıb dəmir maşanı götürdü və sobanın ağzını açıb közləri qarışdırdı (İ.Əfəndiyev); AHƏN (kl.əd.) Heç kimsəni eşq oduna düşməsin; Ahəni əridir, daşı yandırır (Aşıq Ələsgər).
Azərbaycan dilinin sinonimlər lüğəti / dəmir2 I сущ. железо: 1. химический элемент, тяжёлый ковкий металл серебристого цвета. Dəmir oksidləri оксиды железа 2. изделие из железа. тех. Bərəqə dəmir листовое железо, qırçınlı dəmir гофрированное железо, qurşaq dəmir обручное железо, döyülən dəmir ковкое железо, zolaq dəmir полосовое железо, prokat dəmir прокатное железо, sinklənmiş dəmir оцинкованное железо 3. мед. лекарство, содержащее препарат железа. Dəmir askorbinatı аскорбинат железа II прил. 1. железный: 1) сделанный из железа. Dəmir boru железная труба, dəmir qapı железная дверь, dəmir məftil железная проволока, dəmir pilləkən железная лестница 2) относящийся к железу. Dəmir kuporosu железный купорос, dəmir tozu железный порошок 3) содержащий в себе железо. Dəmir damarlar тех. железные жилы, dəmir duzları железные соли, dəmir suları железные воды, dəmir filizi железная руда 4) перен. непоколебимый, твёрдый. Dəmir iradə железная воля 5) сильный, крепкий. Dəmir (kimi) bədən железный организм, dəmir (kimi) əzələlər железные мускулы 6) строгий, твёрдый, крепкий. Dəmir intizam железная дисциплина 2. тех. жестяной; dəmir yolu железная дорога; dəmir qırıntıları тех. железный лом, металлолом, dəmir ərintiləri ферросплавы, dəmir gənə зоол. железница, dəmir dövrü железный век (эпоха первобытной культуры, когда человек начал применять железо) ◊ dəmir kimi möhkəm крепкий как железо; dəmiri isti-isti döyərlər куй железо, пока (оно) горячо
Azərbaycanca-rusca lüğət / dəmir1 I. i. iron; (məmulat) hardware; ◊ Dəmiri isti-isti döyərlər at. söz. Strike the iron while it is hot II. s. iron; ~ darvaza iron gates; ~ çubuq iron rods; ◊ ~ iradə iron will; ~ intizam iron discipline; ◊ ~ dövrü (əsri) the Iron Age; ~ yolu railway; amer. railroad ◊ ~ pərdə the Iron Curtain
Azərbaycanca-ingiliscə lüğət / dəmir1 is. fer m ◊ ata. söz. ~i isti-isti döyərlər Il faut battre le fer tant qu’il est chaud
Azərbaycanca-fransızca lüğət / dəmir1 сущ. 1. ракь; // ракьун; ракьукай авур, ракьукай расай; dəmir çubuq ракьун тӀвал; dəmir qapı ракьун рак; 2. мед. ракь квай дарман; 3. пер. ракь хьтин, гзаф кӀеви, мягькем, къарсун тийир; ** dəmir dövrü археол. ракьун девир (сифтегьан инсанри кӀвалахдай алатар расун патал ракьукай менфят къачуз авалай девир); dəmir yolu а) ракьун рехъ, рельсер авай рехъ; б) ракьун рекьериз, поездриз, поездрин гьерекатдиз хидмет ийидай ва и ихьтин крар тешкил авуналди машгъул тир идарайрин кӀватӀал; в) ракьун рекьин; ракьун рекьерин.
Azərbaycanca-ləzgicə lüğəti / dəmir