Nəzəralı
Nəzəralı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Nəzəralı kəndi Zərdab rayon mərkəzindən 14 km cənub-şərqdə, Kür çayı sahilində yerləşir.
Sakinlərin dediyinə görə, kəndin əsl adı Nəzəralıxan olub. Güman olunur ki, 1800-cü illərdə Zərdab icmasının Şıxbağı kəndindən çıxmış bəzi ailələr bir zamanlar Nəzəralıxan adlı milyonçunun xidmətində olmuş və buna görə də bu yaşayış məntəqəsi yarandığı gündən həmin xanın adı ilə adlandırılmışdır.
Nəzəralıda məktəb, xidmət obyektləri və s. var.
Nəzəralı kəndi Zərdab rayon mərkəzindən 14 km Cənub-Şərqdə, Kür çayı sahilndə yerləşir.
Ərazisi 618,23 hektardır.
Əhalisi 210 nəfər.
Kənddə Hacı Əhməd (Abdurəhmanlı), Yaqublu, İsmayıluşağı kimi böyük nəsillər var.