nəzəri-intellektual sözü azərbaycan dilində

nəzəri-intellektual

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nəzəri-intellektual • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İntellektual
İntellektual (latınca intellegere – dərk etmək, latınca ‘inter’ arasında və ‘legere’ seçmək sözlərindən) ümumilikdə elm və ya incəsənət sahəsində təhsil almış şəxslərə deyilir. Çox vaxt bu anlayış ali təhsillilərlərə sinonim kimi də işlədilir. Əsasən Qərbdə geniş yayılmışdır. Keçmiş Sovetlər ölkəsində isə bunun əvəzinə ziyalılar daha çox işlədilir. Sosioloqlar üçün intellektuallar öz yazı və danışıq qabiliyyəti ilə, onların məsğul olduğu kompitentlik sahəsindən kənara çıxaraq ictimai məsələlər haqqında bəzi hallarda tənqidi danışan şəxslədrdir. Onların uğuru yaşadıqları cəmiyyətin göstəricilərinə əsaslanaraq özünü təsdiqləndirmək qabiliyyəti ilə bağlı olur. İntellektualın Teodor Qeiqer (Theodor Geiger) tərəfindən verilmiş başqa tərifinə əsasən: Buraya o şəxslər aiddirlər ki, onlar öz peşə kompetensiyaları ilə dini, estetik və ya elmi həyat anlamlarını qağa çəkir və ya rasional həyat tərzi üçün nəzəri əsaslar yaradırlar. Ziyalı şəxs o vaxt intellektuala çevrilir ki, o öz fəaliyyət sahəsindən kənara çıxaraq hər hansı bir məsələ haqqında ictimai şəkildə çıxış etsin. Ali təhsilli və intellektual anlayışlarının bir-brinə sinonim işlədilməsi heç də həmişə düzgün deyildir. Ona görə ki, intellektuala sahib olan şəxs cəmiyyətdə daha yüksək dəyərləndirilir.
Nəzəri astronomiya
Nəzəri astronomiya — astronomik obyektləri və astronomik hadisələri təsvir etmək üçün fizika və kimyanın analitik modellərini istifadə etməkdir. Ptolemaiosun Almagest nəzəri astronomiya üzərinə mükəmməl bir məqalə ilə birlikdə hesablama üçün praktik bir əl kitabı olsa da, yenə də uyuşmayan müşahidələri uzlaşdırmaq üçün bir çox güzəşt verməyi ehtiva edir. Nəzəri astronomiya ümumiyyətlə Johannes Kepler (1571–1630) və Keplərin qanunları ilə başlamış olaraq qəbul edilir. Müşahidə ilə bərabərdir. Astronomiyanın ümumi tarixi XVI əsrin sonundan XIX əsrin sonuna qədər Günəş Sisteminin identifikator və nəzəri astronomisinin tarixiylə əlaqədardır. Müasir astronomiya tarixindəki əsərlər arasında ümumi tarixlər, milli və təşkilati tarixlər, cihazları, identifikator astronomiya, nəzəri astronomiya, konumsal astronomiya və astrofizika yer alır. Göy elm, ulduzlar və qalaktik formalaşması və səma mexanikası modellemek üçün hesablama texnikalarını mənimsəmək üçün erkəndən başlamışdı. Nəzəri astronomiya baxımından, riyazi ifadə məqbul dərəcədə doğru olmalıdır, ancaq spesifik problemlərdə istifadə edildiyində, daha irəli riyazi analizə tabe tutula bilən bir formada olmalıdır. Bilinən gərçək, nəzəri astronomiya, göylərdə olan hər ulduzun yerini, ölçüsünü və istiliyini təxmin edə bilməz (və deyilməz). Nəzəri astronomiya, göy cisimlərinin görünüşcə kompleks, lakin vaxtaşırı hərəkətlərini analiz edərək cəmlənmişdir.
Nəzəri fizika
Nəzəri fizika — fizikanın obyektlərin və sistemlərin riyazi modellərindən və mücərrədliyindən yararlanaraq təbiət və kainatda baş verən hadisələri izah eləməyə, təxmin eləməyə və səmərəliləşdirməyə çalışan bölməsidir. Eksperimental fizikanın "əksi" sayıla bilər. Eksperimental fizika alətlərdən və cihazlardan istifadə edərək həmin təbiət və kainat hadisələrini incəliklərini ayırd eləməyə çalışır. Elmin inkişafı təcrübələrlə nəzəriyyənin arasındakı əlaqədən asılıdır. Bəzi hallarda isə nəzəri fizika riyaziyyatın ciddi standardları ilə vəhdət təşkil edərək təcrübələrə və müşahidələrə kiçik çəki payı saxlayır. Məsələn, xüsusi nisbilik nəzəriyyəsinin inkişaf etdirilməsi dövründə Albert Eynşteyn Lorentz transformasiyalarıla məşğul olarkən Yerin efirdəki sürüşməsi haqqında olan Mayklson-Morli eksperimentinin məlumatlarından heç istifadə eləməmişdi. Amma, Eynşteyn Nobel mükafatını isə fotoelektrik effektini izah etdiyinə görə qazanmışdı, hansı ki, həmin effektin təcrübi nəticələri əldə olunanda nəzəri izahının verilməsində çətinliklər var idi. == Ümumi baxış == Fiziki nəzəriyyə fiziki hadisələrin modelidir. Nəzəriyyənin fərziyyələri müşahidələrlə üst-üstə düşdüyü müddətdə müzakirə olunur. Bir fiziki nəzəriyyənin keyfiyyəti onun vasitəsilə təxmin olunmuş yeni fərziyyələri ortaya qoya bilmə bacarağına görə də ölçülür ki, hansı ki, müşahidələrlə təsdiqlənməlidir.
Nəzəri mexanika
Nəzəri mexanika — mexaniki hərəkətlər haqqında ümumi qanunları və cisimlərin qarşılıqlı təsirini öyrənən elmdir. Fizikanın bir bölməsi olmuş nəzəri mexanika özünə aksiomlar şəklində fundamental əsas yaradaraq ayrıca elmsahəsi kimi inkişaf etmişdir. O texnikada tətbiqi xarakter daşıdığından geniş tətbiq olunur. Nyutona görə "nəzəri mexanika istənilən qüvvə ilə yaradılmış hərəkətlər haqqında və istənilən hərəkəti yaratmaq üçün tələb olunan isbat olunmuş qüvvələr haqqında elmdir". Nəzəri mexanika aksiomalara əsaslanan bir qanunlara əsaslanır. Bu aksiomlar tətbiqi mexanikanın həqiqəti haqqında induktiv xarakter daşıyır. Nəzəri mexanika deduktiv xarakterə malikdir. Təcrübələrdən əldə edilmiş aksiomalara əsaslanan nəzəri mexanika qanunları sərt riyazi asılılıqlar əsasında təsvir olunurlar. Nəzəri mexanika təbiət elmlərinin bir hissəsinə olub hissələr yox onların modelləri ilə işləyən riyazi üsullardan istifiadə edir. Belə modellərə aşağıdaklar aiddirlər: materiya nöqtəsi və materiya nöqtələr çoxluğu, mütləq bərk cism və bərk cismlər sistemi, bütöv mühitin deformasiyası.Adətən nəzəri mexanikada aşağıdakı bölmələri vardır: kinematika statika dinamikaNəzəri mexanikada istifadə olunan riyazi üsullar: vektor hesabatı v.
İntellektual tarix
İntellektual tarix — ziyalıların tarixi, yəni müxtəlif ideyalar yaradan, müzakirə edən, təbliğ edən insanların tarixi. Saf fəlsəfə tarixindən (müvafiq olaraq: elm, ədəbiyyat və s.) və onun sıx bağlı olduğu ideyalar tarixindən fərqli olaraq, intellektual tarix ideyaları öz daşıyıcılarının mədəniyyəti, tərcümeyi-halı, sosial-mədəni mühiti vasitəsilə öyrənir. == Terminologiya məsələləri == Amerika tarixşünaslığında intellektual tarix bu anlayışın iki kateqoriyası kimi başa düşülür. Birincisi XX əsrin əvvəllərində Ceyms Harvi Robinsonun "Yeni Tarix" adlanan əsəri ilə birlikdə yaranıb və xüsusi tədqiqat sahəsi kimi artıq Perri Millerin adı ilə bağlıdır. Bu konsepsiyanın başqa bir kateqoriyası A. O. Lovcoyun təklif etdiyi tərifə aiddir. O, artıq öz tədqiqat obyektinə, onun öyrənilməsi üzrə fəaliyyət planına, öz metodologiyasına və "öz institusional məkanına — "Journal of the History of Ideas" — yə malik olan subyektə istinad edir. 1940-cı ildə Lovejoy tərəfindən əsası qoyulmuş İdeyaların Tarixi jurnalı (Journal for the History of Ideas). Avropada heç bir tərif geniş yayılmayıb. Almaniyada, bir qayda olaraq, Geistesgeschich tetermini əsasən istifadə olunur. İtaliyada storia intellettuale termini belə yaranmayıb, Delio Cantimori də əsərlərində bundan istifadə etməyib.
İntellektual terminal
İntellektual terminal (ing. intelligent terminal; rus. интеллектуальный терминал; türk. programlanır uçbirimi) – öz yaddaşı, prosessoru, proqramlaşdırılan avadanlıqları olan və əsas prosessordan asılı olmadan müəyyən funksiyaları yerinə yetirə bilən terminal. Fərdi kompüter terminal emulyasiyası vasitələrindən və ya kommunikasiya proqram təminatından istifadə etdikdə onu intellektual terminal hesab etmək olar. Ancaq, adətən, intellektual terminallar daxil edilən verilənləri yalnız ekrana və ya printerə yönəldə bilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Teya (nəzəri planet)
Teya (ing. Theia) — Günəş sisteminin ilkin dövrlərində mövcud olduğuna inanılan və Böyük toqquşma fərziyyəsinə görə bundan 4,31 milyard il əvvəl Yerlə toqquşaraq yox olan planet. Fərziyyəyə görə Teya təqribən Mars ölçüsündə idi və 6000 km diametri vardı. Los-Anceles Kaliforniya Universitetində geoloq olan Eduard Yanq Apollon 12, Apollon 15 və Apollon 17 missiyaları zamanı gətirilən süxur nümunələrini müşahidə edərək, əvvəl təklif olunan fərziyyənin əksinə olan Teya planetinin Yerə üstdən dəydiyi düşüncəsini ortaya atmışdır. Təklif olunan toqquşma modelinə görə Teyanın qalıqları Yerin ətrafında toplanaraq tədricən Ayı formalaşdırmışdır. Bəzi alimlər düşünür ki, Yer ətrafı orbitə saçılan qalıqlardan əvvəlcə iki peyk formalaşdı və sonradan onlar birləşərək bu gün bildiyimiz Ayı meydana gətirdi. Böyük toqquşma fərziyyəsi Yerin nüvəsinin gözləniləndən daha böyük olmasının səbəbini də açıqlayır. Belə ki, toqquşma nəticəsində Teyanın mantiya və nüvəsi Yerlə qarışmışdır. Teya adı yunan mifologiyası ilə bağlıdır. Belə ki, Teya yunan mifologiyasında Ay ilahəsi hesab olunan Selenanın anasıdır.
İntellektual veilənlər bazası
İntellektual verilənlər bazası
İntellektual veilənlər bazası (ing. intelligent database, rus. интеллектуальная база данных, türk. akıllı veritabanı) – sərbəst müəyyən olunmuş və birmənalı olmayan termin; adətən, informasiyanı məntiqi, təbii və əlverişli üsullarla emal edən verilənlər bazalarının idarəolunması sistemlərini təsvir etmək üçün istifadə olunur. Bundan başqa, intellektual verilənlər bazasında axtarış təkcə ənənəvi üsullarla deyil, həm də qabaqcadan göstərilmiş qaydaların, əlaqələrin və hətta verilənlərin təhlilinin köməyilə aparılır. İntellektual verilənlər bazalarına ekspert sistemləri, hipermedia və hipermətn sistemləri, eləcə də informasiyanın interaktiv seçilməsi vasitələri aiddir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı
Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı (ing. World Intellectual Property Organization; həmçinin Ümumdünya İntellektual Mülkiyyətin Mühafizəsi Təşkilatı) — BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatı. Stokholm konvensiyasına uyğun olaraq yaradılmışdır və Cenevrə şəhərində yerləşir. ÜƏMT-nin hazırkı Baş Direktoru 2008-ci il oktyabrın 1-də vəzifəsinin icrasına başlamış Frensis Harridir. Üzv dövlətlərin sayı 189-dur. Azərbaycan 1995-ci ildən bu təşkilatın üzvüdür. Əqli mülkiyyət sənaye mülkiyyətinə və ədəbi, musiqi, bədii, fotoqrafiya, kinematoqrafiya və audiovizual əsərlərə olan hüquqdur. ÜƏMT-nin rəsmi məqsədi iştirakçı ölkələrin yaratdığı ittifaqlar arasında inzibati qarşılıqlı fəaliyyət və dövlətlər arasında əməkdaşlıq yolu ilə əqli mülkiyyətin mühafizəsinə yardım göstərməkdir. ÜƏMT yeni beynəlxalq müqavilələrin bağlanmasına, milli qanunvericiliyin təkmilləşməsinə təsir göstərir, texniki və hüquqi yardım göstərir, elmi tədqiqatların nəticələrini və seminarların mətnlərini dərc etdirir. Rəhbər orqanları Baş assambleya (məclis), əlaqələndirm üzrə komitə, konfrans, sənaye mülkiyyətinə dair informasiya üzrə daimi komitə və beynəlxalq bürodur.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) — Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və hərəkət marşrutlarının optimallaşdırılmasına nəzarət edən, 2022-ci il fevral ayının 7-nə qədər BNA tərkibində, həmin tarixdən Daxili İşlər Nazirliyinin tabeliyinə verilən qurum. == Tarixi == Müasir şəhərin uğurlu və dinamik inkişafı üçün onun tələbatına uyğun nəqliyyat sisteminin olması vacibdir. Belə nəqliyyat sistemi şəhərin sərnişin və yük daşımaları tələbatından bir addım öndə olmalıdır. Beynəlxalq təcrübədə şəhər yollarının həddindən artıq yüklənməsi problemi yolların sıxlığını artırmadan yol hərəkətini və şəhər sərnişin nəqliyyatını müvafiq küçə-yol şəbəkəsində effektiv surətdə idarə edə bilən intellektual nəqliyyat sistemləri (İNS) texnologiyalarının tətbiqi hesabına həll olunur. İNS – yol hərəkətinin idarə edilməsi, bütün nəqliyyat növlərinin (fərdi, ictimai, yük) işinin monitorinqi və idarə edilməsi, region ərazisində nəqliyyat xidmətinin təşkili haqqında vətəndaşların və müəssisələrin məlumatlandırılması məsələlərini həll edən qarşılıqlı əlaqəli avtomatlaşdırılmış sistemlər kompleksidir. Nəqliyyatı intellektual idarəetmə sistemində informasiya axınlarının istiqamətləri: GPS Şəxsi nəqliyyat Təhlükəsiz ictimai nəqliyyat Piyada/sərnişin İstifadəedicisi Nəqliyyat axının manitorinqi Parketmə Ağıllı dayanacaq Ağıllı işıqfor === İNS-in tətbiqinin əsas məqsədi === yol hərəkətinin təhlükəsizliyinin artırılması; küçə-yol şəbəkəsinin keçiricilik qabiliyyətinin artırılması; yol hərəkəti iştirakçılarına xidmətin keyfiyyətinin artırılması; ətraf mühitə nəqliyyat axınlarının zərərli təsirinin azaldılması; nəqliyyatın fəaliyyətinin səmərəliliyinin artırılması; şəhər ictimai sərnişin nəqliyyatının nüfuzunun artırılması; şəhərin investisiya və turist cəlbediciliyinin artırılması; == Yaradılması == 2007-ci ildə NİİM haqqında Prezident İlham Əliyevin fərmanı verilib. 2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Cənubi Koreya Respublikasının "SK C&C" şirkəti ilə razılıq əldə olunmuş, yeni sistemin layihəsi hazırlanmış və icrasına başlanmışdır. 2009-cu il aprelin 6-da Prezident İlham Əliyevin iştirakı ilə mərkəzin təməlqoyma mərasimi keçirilmişdir. 2011-ci il dekabrın 29-da isə Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışı olmuşdur.2011-ci ilin sonundan etibarən fəaliyyətə başlayan Mərkəz Nəqliyyat Nazirliyi tabeliyinə verilib. Mərkəzin yaradılmasında əsas məqsəd Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsindən, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsindən, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsindən və hərəkət marşrutlarının optimallaşdırılmasından ibarətdir.
Nəqliyyatın intellektual idarəetmə sistemləri
Nəqliyyatın intellektual idarəetmə sistemləri (İNS ing. Intelligent transportation system) — yol hərəkətinin idarə edilməsi, bütün nəqliyyat növlərinin (fərdi, ictimai, yük) işinin monitorinqi və idarə edilməsi, region ərazisində nəqliyyat xidmətinin təşkili haqqında vətəndaşların və müəssisələrin məlumatlandırılması məsələlərini həll edən qarşılıqlı əlaqəli avtomatlaşdırılmış sistemlər kompleksidir. Getdikcə meqapolisə çevrilən Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin daha mütərəqqi və davamlı texnologiyalara əsaslanaraq inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülüb. Məqsəd, bu sahədə göstərilən xidmətin keyfiyyətini artırmaqdır. == Tarixi == Müasir şəhərin uğurlu və dinamik inkişafı üçün onun tələbatına uyğun nəqliyyat sisteminin olması vacibdir. Belə nəqliyyat sistemi şəhərin sərnişin və yük daşımaları tələbatından bir addım öndə olmalıdır. Beynəlxalq təcrübədə şəhər yollarının həddindən artıq yüklənməsi problemi yolların sıxlığını artırmadan yol hərəkətini və şəhər sərnişin nəqliyyatını müvafiq küçə-yol şəbəkəsində effektiv surətdə idarə edə bilən intellektual nəqliyyat sistemləri (İNS) texnologiyalarının tətbiqi hesabına həll olunur. İNS – yol hərəkətinin idarə edilməsi, bütün nəqliyyat növlərinin (fərdi, ictimai, yük) işinin monitorinqi və idarə edilməsi, region ərazisində nəqliyyat xidmətinin təşkili haqqında vətəndaşların və müəssisələrin məlumatlandırılması məsələlərini həll edən qarşılıqlı əlaqəli avtomatlaşdırılmış sistemlər kompleksidir. Nəqliyyatı intellektual idarəetmə sistemində informasiya axınlarının istiqamətləri: GPS Şəxsi nəqliyyat Təhlükəsiz ictimai nəqliyyat Piyada/sərnişin İstifadəedicisi Nəqliyyat axının manitorinqi Parketmə Ağıllı dayanacaq Ağıllı işıqfor === İNS-in tətbiqinin əsas məqsədi === yol hərəkətinin təhlükəsizliyinin artırılması; küçə-yol şəbəkəsinin keçiricilik qabiliyyətinin artırılması; yol hərəkəti iştirakçılarına xidmətin keyfiyyətinin artırılması; ətraf mühitə nəqliyyat axınlarının zərərli təsirinin azaldılması; nəqliyyatın fəaliyyətinin səmərəliliyinin artırılması; şəhər ictimai sərnişin nəqliyyatının nüfuzunun artırılması; şəhərin investisiya və turist cəlbediciliyinin artırılması; == İntellektual nəqliyyat texnologiyaları == İNS istifadə olunan texnologiyalarla fərqlənir: sadə avtomobil naviqasiya sistemləri, işıqforun idarəedilməsi, yük idarəetmə sistemləri, müxtəlif siqnal sistemləri (məlumat lövhələri daxil olmaqla), nömrə tanıma sistemləri və nəqliyyat vasitələrinin sürət qeydiyyatı sistemləri, video nəzarət sistemləri, həmçinin digər sistemlər, parklama idarəetməsi və məlumat sistemləri (PGI) sistemləri, hava xidmətləri, körpü açma sistemləri və digərləri kimi müxtəlif mənbələrdən məlumat və rəylərini özündə birləşdirir. Bundan əlavə, İNS, modelləşdirmə və əvvəllər yığılmış məlumatlara əsaslanan proqnozlaşdırma texnologiyalarından istifadə edə bilər.
Xəmsə Milli İntellektual Oyunu
Xəmsə — 2007-ci ildə Nə? Harada? Nə zaman? oyunu üzrə Azərbaycan çempionu Faiq Hüseynov tərəfindən yaradılmış beynəlxalq statuslu milli intellektual komanda oyunu. == Oyunun tarixi == Oyun ilk dəfə 2007-ci il 2 fevral tarixində geniş auditoriyaya təqdim olunmuşdur. 2007-ci ilin yayından 2018-ci il avqustun 17-dək televeriliş şəklində ilk dəfə İctimai Televiziyada yayımlanıb. Verilişin aparıcısı kanalın idman oyunları şərhçisi Tural Dadaşovdur. 2014-cü ilin sonuna müxtəlif yaş qrupları — məktəblilər, tələbələr, böyüklər arasında ölkə çempionatları mütəmadi keçirilir. 2011-ci ilin iyulundan etibarən "Xəmsə" oyunu Gürcüstanın Batumi şəhərində hər il mütəmadi keçirilən İntellektual oyunlar üzrə Cənubi Qafqaz çempionatının, 2012-ci ildən isə həmin çempionatın yeni formatı olan Qara dəniz açıq çempionatının yarış proqramına daxil edilmişdir. 2011-ci ilin sentyabrında oyun Ukraynanın Odessa şəhərində keçirilən Nə?
Nəzəri və tətbiqi kimya (jurnal)
Pure and Applied Chemistry Almaniyada mərkəzi yerləşən Beynəlxalq Fundamental və Tətbiqi Kimya İttifaqı adından Valter de Qrüyter tərəfindən aylıq nəşr olunan elmi jurnaldır. Jurnalda Kimya ilə əlaqəli materiallar dərc olunur.
Beynəlxalq Nəzəri və Tətbiqi Fizika İttifaqı
Beynəlxalq Nəzəri və Tətbiqi Fizika İttifaqı ing. International Union of Pure and Applied Physics,fizika ilə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatıdır. Elm üzrə Beynəlxalq şuranın üzvüdür. Beynəlxalq Nəzəri və Tətbiqi Fizika İttifaqının hədəfləri: fizikanın ümumdünya inkişafına,kömək fizika sahəsində beynəlxalq əməkdaşlığın dəstəyi, bəşəriyyətin problemlərinin həlli üçün fizikanın tətbiqi.
Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı
Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı (İYUPAK, ing. International Union of Pure and Applied Chemistry, IUPAC) — kimya sahəsində tərəqqiyə dəstək verən beynəlxalq qeyri-hökumət təşkilatı. Milli təşkilatlardan ibarətdir. Kimyəvi elementlərin adlandırılması və standartlarının hazırlanması üzrə nüfuzlu təşkilat hesab edilir. Elm üzrə Beynəlxalq Şuranın üzvüdür (ing. International Council for Science, ICSU). == Tarixi == 1919-cu ildə yaradılıb.
Azərbaycanda təşkil edilən intellektual yarışların siyahısı
Aşağıdakı siyahıda Azərbaycanda təşkil edilən intellektual yarışlar verilib.
Elm Tarixi və Elmşünaslıq (Beynəlxalq elmi-nəzəri jurnal)
"Elm Tarixi və Elmşünaslıq'' jurnalı — Beynəlxalq elmi-nəzəri jurnal. Dünyada, o cümlədən Azərbaycanda elmin inkişaf tarixi, kəşflər və ixtiralar, müasir elmi nailiyyətlər, elm tarixi və elmşünaslığın aktual problemləri ilə bağlı məqalələr dərc edilir.

Oxşar sözlər

#nəzəri-intellektual nədir? #nəzəri-intellektual sözünün mənası #nəzəri-intellektual nə deməkdir? #nəzəri-intellektual sözünün izahı #nəzəri-intellektual sözünün yazılışı #nəzəri-intellektual necə yazılır? #nəzəri-intellektual sözünün düzgün yazılışı #nəzəri-intellektual leksik mənası #nəzəri-intellektual sözünün sinonimi #nəzəri-intellektual sözünün yaxın mənalı sözlər #nəzəri-intellektual sözünün əks mənası #nəzəri-intellektual sözünün etimologiyası #nəzəri-intellektual sözünün orfoqrafiyası #nəzəri-intellektual rusca #nəzəri-intellektual inglisça #nəzəri-intellektual fransızca #nəzəri-intellektual sözünün istifadəsi #sözlük