nəzəriy sözü azərbaycan dilində

nəzəriy

Yazılış

  • nəzəriy • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hüceyrə nəzəriyyəsi
Hüceyrə nəzəriyyəsi — canlı aləmin: bitkilərin, heyvanların və digər canlı orqanizmlərin yaranma və inkişafının ümumqəbulolunmuş və məxrəcləşdirilmiş prinsiplərini əhatə edən, hüceyrənin hər bir canlı orqanizmin təşkil olunduğu toxumaların vahid struktur elementi olduğunu sübut edən bir nəzəriyyə. == Ümumi məlumat == Hüceyrə nəzəriyyəsi biologiya elminin əsasını qoymuş, təkamül baxışlarının meydana çıxmasına səbəb olan bir nəzəriyyə olub, XIX əsrin ortalarında təşəkkül tapmışdır. Hüceyrə nəzəriyyəsinin əsası 1839-cu ildə alman alimləri Şvann Teodor, Mattias Yakob Şleyden və tərəfindən hüceyrə üzərində aparmış olduqları təcrübə və müşahidələr əsasında qoyulmuş olmuşdur. Tədqiqatlarına əsaslanaraq Şvann Teodor və Mattias Yakob Şleyden ilk dəfə olaraq sübut etmişdirlər ki, hər bir orqanizmin quruluş vahidi hüceyrədir. Bitkilər, heyvanlar və bakteriyalar ümumi oxşar quruluşa malikdirlər. Sonralar bu qənaət orqanizmin tamlığını bir daha təsdiqləmişdir. Şvann Teodor və Mattias Yakob Şleyden elmə "hüceyrəsiz həyat yoxdur" ifadəsini gətirmişlər. == Hüceyrə nəzəriyyəsinin prinsipləri == === Əsas prinsiplər === Müasir hüceyrə nəzəriyyəsi aşağıdakı əsas prinsipləri özündə birləşdirir: Hüceyrə — canlı orqanizmin quruluş, həyat, böyümə və inkişaf vahididir, "hüceyrəsiz həyat yoxdur";. Hüceyrə — tamlığı bir çox elementlərin bir-biri ilə qanunauyğun şəkildə əlaqələrindən ibarət olan vahid sistemdir; Bütün orqanizmlərin hüceyrələri quruluşuna, kimyəvi tərkibinə və funksiyasına görə oxşardırlar; Hər bir hüceyrənin bölünməsindən yeni hüceyrələr əmələ gəlir; Çoxhüceyrəlilərdə hüceyrələr toxumaları və toxumalar isə öz növbəsində orqanizmləri təşkil edir. Hər bir orqanizmin həyatı onu təşkil edən hüceyrələrin həyatından asılıdır; Çoxhüceyrəli orqanizmlərin hüceyrələri özünəməxsus gen dəstinə malik olur ki, bu da onların morfoloji və funksional müxtəliflikliyini təmin etmiş olur.
Hüququn tənzimləyici nəzəriyyəsi
Hüququn tənzimləyici nəzəriyyəsi — tərəfdarlarının bütün ölkə üçün vahid bir nizamı qorumaq üçün qurulduğuna inanan qanunun mənşəyi nəzəriyyələrindən biri. Nəzəriyyə Asiya ölkələrində və Rusiyada yayılmışdır. == Mahiyyəti == Hüququn tənzimləyici nəzəriyyəsi gələcəyə baxan bir nəzəriyyədir. Qanunun sonrakı inkişafında əldə edəcəyi xüsusiyyətləri əks etdirir. Nəzəriyyə sifarişə əsaslanır (kompleks konsepsiya kimi). == Nəzəriyyənin müsbət və mənfi cəhətləri == "Tənzimləmə nəzəriyyəsinin üstünlükləri:" tarixi faktlarla və tarixin inkişafı ilə koordinasiya; tarixi mənbələrə güvənir; "Tənzimləmə nəzəriyyəsinin mənfi cəhətləri:" maksimalizm; tək tənzimləmə vasitəsi qanun deyil == İstinadlar == == Ədəbiyyat == Чепурнова Н. М., Серёгин А. В.. ТЕОРИЯ ГОСУДАРСТВА И ПРАВА: Учебное пособие. – М.: ЕАОИ, 2007., 2007. Головистикова А. Н., Дмитриев Ю. А. Теория государства и права: Учебник.-М.: Изд-во Эксмо, 2005 Кашанина Т. В. Происхождение государства и права. Учеб.
Həndəsi qurmalar nəzəriyyəsi
Həndəsi qurmalar nəzəriyyəsi — həndəsənin müəyyən alətlərin köməyi ilə həndəsi fiqurların qurulması üsullarını öyrənən bölməsidir. Həndəsi qurmalar təkcə, Evklid həndəsəsində deyil, digər həndəsələrdə də (sferik həndəsədə, proyektiv həndəsədə, Lobaçevski həndəsəsində və s.) öyrənilir. Həndəsi qurmalar təkcə müstəvi üzərində deyil, fəzada da baxılır. Həndəsi qurmalar üçün işlədilən klassik alətlər pərgar və xətkeşdir (bölgüsü olmayan birtərəfli xətkeş). Buna baxmayaraq, digər alətlərin köməyi ilə də həndəsi qurmalara baxılır. Məsələn, yalnız pərgarın köməyi ilə (Mor-Maskeroni qurmaları), müstəvi üzərində çevrə və onun mərkəzi verilibsə, təkcə, xətkeşin köməyi ilə (Şteyner qurmaları) qıraqları paralel olan ikitərəfli xətkeşlə, üçbucaq xətkeşlə (düzbucaqlı üçbucağın modeli) və s. alətlərin köməyi ilə həll edilən həndəsi qurmalar var. Müstəvi üzərində və fəzada bütün həndəsi qurmalar qurmanın postulatlarına (konstruktiv həndəsənin askiomları), yəni sadə, elementar qurmalara əsaslanır. Əgər verilmiş qurma məsələsi sonlu sayda elementar qurmalara gətirilirsə, bu qurma məsələsi həll olunmuş hesab olunur. Təbiidir ki, hər bir qurma alətinin özünün konstruktiv gücü var.
Kainatın böyüməsi nəzəriyyəsi
Kainatın daim böyüməsi — xüsusi nəzəriyyə. Kainat həm məkan həm zamanda sonsuz olduğuna görə, inkişaf daim kəmiyyət keyfiyyət dəyişikliyi kimi baş verir. Mövcud kainatın hüdudlarından qırağa iki yolla çıxmaq olar. Birinci tanrı vasitəsilə. İkincisi isə kainatın öz məzmununu artırmaqla, yəni onu öyrənməklə, onun bugünkü hüdudlarından qırağa çıxmaq olar. Zariyat surəsi / 47'ci ayə : "Göyü qüdrətlə yaratdıq, və onu genişləndirməkdəyik == Fəlsəfədə kainatın genişlənməsinə münasibət == Subyektiv fəlsəfəyə görə biliklər real dünyanın əksi deyil, real dünya biliklərin əksidir. Yəni real dünya biliklərin proyeksiyasıdır. Belə çıxır ki səbəb mütləq biliklərdi , nəticə isə kainat ya da ki onun hələlik tam olmaması. Obyektiv fəlsəfəyə görə isə biliklər real dünyadan qaynaqlanır. Bu isə o deməkdir ki biliklər, daha doğrusu onların hələlik tam olmaması, nəticədir, mütləq dünya isə səbəb.
Kainatın genişlənməsi nəzəriyyəsi
Kainatın daim böyüməsi — xüsusi nəzəriyyə. Kainat həm məkan həm zamanda sonsuz olduğuna görə, inkişaf daim kəmiyyət keyfiyyət dəyişikliyi kimi baş verir. Mövcud kainatın hüdudlarından qırağa iki yolla çıxmaq olar. Birinci tanrı vasitəsilə. İkincisi isə kainatın öz məzmununu artırmaqla, yəni onu öyrənməklə, onun bugünkü hüdudlarından qırağa çıxmaq olar. Zariyat surəsi / 47'ci ayə : "Göyü qüdrətlə yaratdıq, və onu genişləndirməkdəyik == Fəlsəfədə kainatın genişlənməsinə münasibət == Subyektiv fəlsəfəyə görə biliklər real dünyanın əksi deyil, real dünya biliklərin əksidir. Yəni real dünya biliklərin proyeksiyasıdır. Belə çıxır ki səbəb mütləq biliklərdi , nəticə isə kainat ya da ki onun hələlik tam olmaması. Obyektiv fəlsəfəyə görə isə biliklər real dünyadan qaynaqlanır. Bu isə o deməkdir ki biliklər, daha doğrusu onların hələlik tam olmaması, nəticədir, mütləq dünya isə səbəb.
Keyns iqtisadi nəzəriyyəsi
Keyns iqtisadiyyatı (Keynsçilik də adlanır) Con Meynard Keynsin iqtisadiyyat nəzəriyyələrini təsvir edir. Keyns “Məşğulluq, faiz və pullar haqqında ümumi nəzəriyyə” kitabında öz nəzəriyyələri haqqında yazmışdır. Kitab 1936-cı ildə nəşr edilmişdir. == Con Meynard Keyns == 1936-cı ildə “Məşğulluq, faiz və pullar haqqında ümumi nəzəriyyə” (ing. The General Theory of Employment, Interestand Money) kitabı nəşr edildikdən sonra Con Meynard Keynsin adı iqtisadi çökmə zamanı resessiya ilə mübarizədə vergi və büdcə stimullaşdırılması ideyası ilə əlaqələndirildi. Bu ideya İkinci dünya müharibəsindən sonra 30 il müddətində elə məşhurluq qazanmışdı ki, ABŞ prezidenti Riçard Nikson 1971-ci ildə bildirmişdi ki, “biz artıq hamımız Keynsçiyik”. 1980-1990-cı illərdə Keynsin ideyaları öz cəlbediciliyini itirməyə başlasa da, 2007-2009-cu illərin maliyyə böhranı zamanı yenidən xatırlandı. Bununla yanaşı, Keynsin ideyaları nə qədər sadə və inandırıcı olsa da, kəskin mübahisələrə səbəb olurdu. Hələ 1960-cı illərdə alimin fikirləri onun tərəfdarları arasında belə fikir ayrılığına səbəb olurdu. Keynsin əsas yaraddığı nəzəriyyə bir çox ədəbiyyatlarda İqtisadi tsikllər nəzəriyyəsi adı ilə məşhurdur.
Kimyəvi quruluş nəzəriyyəsi
Quruluş nəzəriyyəsi və ya Butlerov nəzəriyyəsi — 1861-ci ildə məşhur rus kimyaçısı A.M.Butlerov tərəfindən kəşf edilmişdir. Quruluş nəzəriyyəsi radikal və tiplər nəzəriyyəsinin müsbət cəhətlərindən və valentlik qanunundan istifadə edərək, o vaxta qədərki məlum faktları düzgün izah etmiş, naməlum faktları və maddələri də qabaqcadan bilmişdir. == Nəzəriyyənin əsasları == Bu nəzəriyyəyə görə: Üzvi birləşmələrdə karbon dördvalentlidir və karbon valentlərinin dördü də eyni qiymətlidir; karbon atomları başqa atomlarla birləşə bildiyi kimi, bir-birlədə birləşərək uzun karbon zəncirləri əmələ gətirir. Karbon atomları bu zəncirlərin əmələ gəlməsinə öz valentlərinin bir qismini sərf edir, karbonun qalan valentləri isə hidrogen, oksigen və başqa atomlarla birləşməyə sərf olunur. Başqa atomlardan fərqli olaraq, karbon atomlarının zəncirləri davamlı olur; maddələrin molekullarında, atomlar arasinda müəyyən kimyəvi əlaqə vardır ki, A.M.Butlerova görə, bina kimyəvi quruluş deyilir. Hər bir kimyəvi maddəni yalnız ona məxsus bir quruluş formulu ilə ifadə etmək olar; maddənin kimyəvi xassəsi onun molekulunun tərkibindən və kimyəvi quruluşundan asılıdır; eyni molekul çəkili və eyni tərkibli maddələrin müxtəlif kimyəvi quruluşda olması izomerlik hadisəsini törədir; ayrı-ayrı reaksiyalar zamanı molekulların ancaq müəyyən hissəsi dəyişir, buna görə də reaksiya məhsullarını öyrənməklə maddələrin kimyəvi quruluşunu müəyyən etmək olar; molekulun tərkibinə daxil olan atomların kimyəvi xassəsi (reaksiya qabiliyyəti) onların molekuldakı mövqeyindən asılıdır. Bu xassələrin dəyişməsi, əsasən, həmin atomla bilavasitə birləşən qonşu atomların təsiri ilə izah olunur. == Quruluş nəzəriyyəsinin əhəmiyyəti == A.M. Butlerovun quruluş nəzəriyyəsi əsasında maddələrin quruluş formulunu müəyyən etmək asandır. Bu nəzəriyyəyə əsasən, aşağıdakı bəzi üzvi birləşmələrin quruluşu verilir. Qeyd etmək lazımdır ki quruluş nəzəriyyəsi molekulların fəza quruluşunu nəzərə almır.
Kino nəzəriyyəsi
Kino nəzəriyyəsi — tarixən daim inkişaf edən kino mühitinin rəsmi əsas atributlarını şübhə altına almaqla başlayan və ya filmin gerçəkliyə olan münasibətini anlamaq üçün konseptual çərçivələri təmin edən və kino araşdırmalarının akademik intizamı daxilindəki elmi yanaşmaların məcmusu. Digər sənətlər, fərdi tamaşaçılar və ümumilikdə cəmiyyət. Kino nəzəriyyəsi bu üç fənni bir-biri ilə əlaqələndirsə də, ümumi kino tənqidi və ya kino tarixi ilə qarışdırılmamalıdır. Kino nəzəriyyəsi dilçilikdən və ədəbi nəzəriyyədən qaynaqlanaraq yaranmışdır və film fəlsəfəsi ilə üst-üstə düşür. == Tarixi == Erkən kino nəzəriyyəsi səssiz dövrdə ortaya çıxıb və əsasən mühitin vacib elementlərini müəyyənləşdirməklə maraqlanırdı. Kino nəzəriyyəsi, əsasən Cermen Dulyak, Lui Dellyok, Jan Epşteyn, Sergey Eyzenşteyn, Lev Kuleşov və Dziqa Vertov kimi rejissorların əsərləri və Rudolf Arnheim, Bela Balass və Sieqfried Krakauer kimi kino nəzəriyyəçiləri tərəfindən inkişaf etdirildi. Bu mütəfəkkirlər filmin reallıqdan nə ilə fərqləndiyini və bunun düzgün bir sənət forması sayıla biləcəyini vurğuladılar. İkinci Dünya Müharibəsindən sonrakı illərdə fransız kino tənqidçisi və nəzəriyyəçisi Andre Bazin kinoya belə yanaşmaya qarşı çıxaraq, filmin mahiyyətinin reallıqdan fərqli olmasında deyil, reallığın bir növ davamı, mexaniki olaraq çoxalma qabiliyyətində olduğunu iddia etdi. 1960–1970-ci illərdə kino nəzəriyyəsi psixoanaliz, genderşünaslıq, antropologiya, ədəbi nəzəriyyə, semiotika və dilçilik kimi müəyyən fənlərdən konsepsiyalar idxal edən akademiyalarda yerləşdi. Lakin, 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərinə qədər kino tədqiqatlarında üstünlük təşkil edən və film yazmaq, istehsal, redaktənin praktiki elementlərinə yönəlmiş hökmranlıq edən humanist, avtoritet nəzəriyyəni yerindən qaldırmaqla Amerika universitetlərində məşhurlaşdı.
Klonal seleksiya nəzəriyyəsi
Klonal seleksiya nəzəriyyəsi — Qazanılmış immun sisteminin işləmə mexanizmini izah edən immunoloji nəzəriyyədir. Bu nəzəriyyə Avstraliyalı həkim Frenk Makfarleyn Börnet tərəfindən 1957-ci ildə irəli sürülmüşdür. Bu nəzəriyyəyə görə orqanizmin milyardlarla limfositləri milyonlarla klonları əmələ gətirir. Limfositlərin inkişafı zamanı hər bir klonun hüceyrələri (klon-ailəcik deməkdir) genetik gəhətcə yalnız müəyyən bir quruluşlu antigenbirləşdirən reseptorun sintezi üçün proqramlaşdırılır. Yəni klonlar bir birilərindən səthlərindəki bu reseptorlara görə fərqlənirlər. Klon daxilindəki hüceyrələr isə eyni reseptorlara malikdirlər. Ona görə də , orqanizmdə hazır şəkildə, antigenlə qarşılaşmaqdan asılı olmayaraq , milyonlarla müxtəlif reseptorlar mövcuddurlar. Buna antigenbirləşdirən reseptorlar repertuarı deyilir. Adi, normal halda klon daxilindəki hüceyrələrin miqdarı cüzi olduğundan, onlar orqanizmə düşmüş antigenə qarşı adekvat (müvafiq) immunoloji reaksiya yarada bilmirlər. Antigenin müvafiq klonlarla tutulması və antigen-reseptor kompleksinin yaranması həmin klonların hüceyrələrini aktivləşdirir.
Kolbun təcrübəli öyrənmə nəzəriyyəsi
Kolbun təcrübəli öyrənmə nəzəriyyəsi (ing. Kolb's experiential learning) — 1984-cü ildə Devid Kolb tərəfindən modeli açıqlanan öyrənmə nəzəriyyəsi. O, bu nəzəriyyəsini ortaya atarkən Berlində psixoloq olan Kurt Levinin yanaşmalarından ilhamlanıb. Təbrübəli öyrənmə nəzəriyyəsi bir şəxsin bacarıq və iş öhdəliklərinin ölçülməsi və dəyərləndirilməsini əhatə edən metoddur. Bu nəzəriyyə iki səviyyədə dəyərləndirilir: dördmərhələli öyrənmə periodu və dörd fərqli öyrənmə metodu. Kolbun nəzəriyyəsi təcrübə, qavrayış, idrak davranışı özündə birləşdirən yanaşmaya sahibdir. == Təcrübəli öyrənmə periodu == Öyrənmə periodu konkret təcrübə, reflektiv müşahidə, mücərrəd konseptləşdirmə və aktiv təcrübələr mərhələsini əhatə edir. Bu metoddan istifadə edən şəxs period boyunca irəlilədikcə təsirli nəticə əldə edir. Öyrənən şəxs məntiqə uyğun olaraq periodun istənilən bir məhələsindən qoşularaq onu davam etdirə bilər. İlk mərhələ öyrənən şəxsin yeni bir anlayışla qarşılaşdığı və ya bildiyi bir anlayışı təkrar mənimsədiyi zaman ortaya çıxan konkret təcrübədir.
Konspirasiya nəzəriyyəsi
Konspirasiya nəzəriyyəsi (və ya daha öncə konspirologiya - ing. conspiracy theory və q.yun. λόγος, loqos) ictimaiyyət tərəfindən müəyyən bir şəkildə qəbul edilmiş hər hansı bir hadisə haqqında inkişaf etdirilmiş, ictimaiyyətdən gizli saxlandığı iddia edilən məlumatlarla və ya hadisənin arxasındakı görünməyən güclərlə əlaqələndirilən alternativ şərhlərə verilən addır. Bəziləri konspirasiya nəzəriyyələri çıxaran kəsləri paranoik, diqqəti cəlb etməyə çalışan ya da səhv istiqamətləndirmələrlə cəmiyyəti yanıldaraq bundan siyasi, iqtisadi (ya da mediatik) çıxar təmin etməyə çalışan kəslər olaraq görür və iddiaları gülünc və əhəmiyyətsiz qəbul edirlər. Kənar yandan bu tip iddialar məşhur mədəniyyət sahəsində hər vaxt özünə yer tapa və diqqəti cəlb etməyi bacara bilmişdir. Konspirasiya nəzəriyyəsinin daha əvvəlki dövrlərdə konspirologiya (ing. conspirology) adlandırılması da təsadüfi deyil. Belə ki, konspirologiyaya həqiqətən də ciddi bir elm kimi baxan dönəmlər olub. Mişel Fuko iddia edirdi ki, hələ XVI əsrdə bir şeyin və ya səbəbin üst-üstə düşməsi və işarəsi dünyanın harmoniya və ardıcıllığının sübutu hesab edilirdi. Lakin 19-cu əsrdən başlayaraq işarələr arasında əlaqə axtarmağı pis və xoşagəlməz hala gətirdilər.
Koqnitiv dissonans nəzəriyyəsi
Koqnitiv dissonans — psixologiya nəzəriyyəsi. Amerika psixoloqu Leon Festinger tərəfindən 1957-ci ildə təklif olunmuşdur. Bu nəzəriyyəyə görə şəxs iki, bir birinə əks pozisiyanın və ya dərk edərək (cognition – koqnisiya) qəbul etdiyi ideyanın təsiri altındadırsa bu onda psixoloji gərginlik yaradır. Başqa sözlə, insan bir işi istəməyərək, şüurlu surətdə bu hərəkətlə razılaşmayaraq görürsə və ya istəyərək gördüyü işin doğru olmadığını bilirsə bu, onu narahat edir. Məsələn, nikotinin sağlamlığa zərər vurduğunu bilə bilə siqaret çəkmək, köklüyə meylli adamın, çəkisini artıracağını bildiyi halda çox yeməsi, şəxsin, imtahana hazırlaşmayacağı təqdirdə kəsiləcəyini bildiyi halda kənar, əyləncəli işlərə daha cox həvəs göstərməsi. Sadalanan hallarda insanın düzgün hesab etdiyi baxışla (pozisiya) onun hərəkəti və ya istəyi arasında uyğunsuzluq (dissonans) mövcuddur. Bu isə insanın şüurunda gərginlik, sıxıntı yaradır. Bir birinə uyğun gəlməyən iki pozisiyanın təsiri altında olan şəxs üzləşdiyi dilemmanı həll etmək və onu narahat edən gərginliyi azaltmaq üçün üç növ davranışdan istifadə edir: bu pozisiyalardan birini dəyişmək (məsələn, əylənməyi sonraya saxlayıb imtahana hazırlaşmaq); dissonans təşkil edən pozisiyalar barədə əvvəl qəbul etdiyi mühümlüyün azaldılması (məsələn, əgər imtahandan birinci dəfə qiymət almasa, ikinci cəhd imkanından istifadə edə bilmə fikri); bu iki pozisiyanı barışdıran mövqe tutulması (məsələn, əvvəl verilmiş imtahanlardan sonra istirahət etmə haqqının olması). == Mənbə == A. Colman. Oxford Dictionary of Psychology.
Kristal sahə nəzəriyyəsi
Kristal sahə nəzəriyyəsi — mahiyyətcə kimyəvi rabitənin klassik nəzəriyyəsinə yaxın olub, kompleksəmələgətirici ilə liqandlar arasında yalnız elektrostatik qarşılıqlı təsiri qəbul edir. Kristal sahə nəzəriyyəsinin riyazi hesablamaları ilk dəfə 1929-cu ildə alman alimi Bete tərəfindən aparılmışdır. == İzahı == Klassik təsəvvürlərdən fərqli olaraq, kristal sahə nəzəriyyəsində liqandların kompleksəmələgətiricinin elektronlarına təsiri nəzərdə tutulur. başqa sözlə, kristal sahə nəzəriyyəsi kompleksəmələgəlmə prosesi ilə əlaqədar olaraq bütün hadisələri kompleksəmələgətiricinin sərbəst ionlarının (məsələn, Co3+, Fe2+ və s.) liqandların elektrostatik sahəsinə düşməsi zamanı elektron təbəqələrində gedən dəyişikliklə izah etməyə çalışır. Müəyyən edilmişdir ki, kompleks birləşmələrdə liqandların elektrostatik sahəsi, bərk maddələrin kristal şəbəkələrini təşkil edən ionların yerləşdiyi elektrostatik sahə ilə tamamilə oxşardır. Məsələn, [Fe(CN)6]4--də Fe2+ ionu altı liqandın elektrostatik sahəsi təsirində olduğu kimi, NaCl-in kristal şəbəkəsində Na+ ionu da altı Cl- ionun elektrostatik sahəsində yerləşir. Həm də hər iki halda fəza mərkəzində müsbət yüklü ion yerləşən oktaedr əmələ gəlir. Beləliklə, kompleks birləşmələrdə kompleksəmələgətirici ionun vəziyyəti ilə kristal şəbəkələrində müsbət ionların vəziyyəti arasında belə oxşarlığın mövcudluğuna əsasən kompleks birləşmələrin tədqiqi ilə məşğul olan bu nəzəriyyə kristal sahə nəzəriyyəsi adını almışdır. Liqandların yaratdığı sahə qüvvətli olduqda Δ qiyməti də böyük olur. Liqandların sahəsi ilə Δ qiymətinin arasındakı emprik asılılıq aşağıdakı kimidir: I− < Br− < S2− < SCN− < Cl− < NO3− < N3− < F− < OH− < C2O42− < H2O < NCS− < CH3CN < py < NH3 < en < bipy < phen < NO2− < PPh3 < CN− < CO Δ qiyməti artır.
Lamark nəzəriyyəsi
Lamarkizm — 19-cu əsrin əvvəllərində fransız alim-təbiətşünas Jan-Batist Lamarkın “Zoologiya fəlsəfəsi” (1809) traktatında irəli sürdüyü nəzəriyyəyə əsaslanan təkamül konsepsiyasıdır. J.Lamarkın fikirləri müasir elm çərçivəsində tamamilə şərh olunmayan 18-ci əsrin bir sıra konsepsiyalarına əsaslanır. (Passiv başlanğıc kimi Tanrının ilkin yaratdığı materiya və onun həyata keçirilməsi üçün nizam və enerji kimi təbiət; xüsusi “canlı maddə”dən qurulmuş üzvi cisimlərdə dövr edən “incə mayelər” şəklində efirin ən mühüm rol oynadığı beş element anlayışı; qeyri-üzvi və üzvi maddələrdən həyatın, o cümlədən onun mürəkkəb formalarının daim kortəbii əmələ gəlməsi; növlərin nəsli kəsilməsinin inkarı; "aşağı heyvanlarda" sinir sisteminin və cinsi çoxalmanın mövcudluğunun inkarı və s.). Buna görə, müasir “Lamarkizm” onları yalnız ən ümumi mənada xatırladır. Geniş mənada, Lamark nəzəriyyələrinə müxtəlif təkamül nəzəriyyələri daxildir (əsasən 19-cu əsr — 20-ci əsrin birinci üçdə birində meydana çıxanları), burada "canlı maddə" və orqanizmlərə xas təkmilləşmə istəyi təkamülün əsas hərəkətverici qüvvəsi hesab olunur. Bir qayda olaraq, bu cür nəzəriyyələrdə orqanların "məşq etməsi" və "məşq etməməsi" nin onların təkamül taleyinə təsirinə böyük əhəmiyyət verilir, çünki məşq etməyi və ya məşq etməməyin nəticələrinin irsi ötürülə biləcəyi güman edilir. == Mükəmməlliyə can atma prinsipi == Lamark bütün heyvanları təşkilinin mürəkkəbliyinə görə altı pilləyə, səviyyəyə (və ya onun dediyi kimi “qradasiyalara”) böldü. İnsanlara ən uzaq olanı infuzorlar, insanlara ən yaxını isə məməlilərdir. Eyni zamanda, bütün canlıların sadədən mürəkkəbə doğru inkişaf etmək, “pillələri” yüksəltmək istəyi xasdır. Canlılar aləmində daim hamar təkamül baş verir.
Liberal nəzəriyyə
Liberalizm — azadlıq, idarə edilənin razılığı və qanun qarşısında bərabərlik anlayışlarına əsaslanan siyasi və mənəvi fəlsəfə. Liberallar müxtəlif fikirləri müdafiə edir, ancaq onlar əsasən azad bazar, azad ticarət, məhdud dövlət, fərdi hüquqlar (mülki hüquqlar və insan hüquqları buna daxil olmaqla), kapitalizm, demokratiya, sekulyarizm, gender bərabərliyi, irqi bərabərlik, internasionalizm, söz azadlığı, mətbuat azadlığını və din azadlığını dəstəkləyirlər. Liberalizmə ən çox uyğun gələn siyasi rəng sarıdır. Liberalizm Maarifçilik dövründə ayrı bir siyasi hərəkata çevrilmişdir. Bu, həmin dövrün Qərb filosofları və iqtisadçıları arasında olduqca populyar idi. Liberalizm Zadəganlıq Sosial normalarını, dövlət dinini, mütləq monarxiyanı, kralların ilahi hüququnu və mühafizəkarlığı aradan qaldırmış, əvəzinə isə nümayəndəli demokratiya və hüququn aliliyini təqdim etmişdir. Liberallar həmçinin, merkantilist siyasətə, kral monopoliyalarına və ticarətə qoyulan digər maneələrə son qoymuş, azad bazar və azad ticarəti populyarlaşdırmışdır. Filosof Con Lokk adətən liberalizmin banisi hesab edilir. O, sosial müqavilə anlayışında irəli sürmüşdür ki, hər bir şəxsin həyat, azadlıq və mülk haqqında təbii hüququ var və dövlətlər bu hüquqları tapdalamamalıdır. Böyük Britaniya liberal ənənəsi demokratiyanın genişləndirilməsini vurğulasa da, Fransa liberalizmi avtoritarizmin rəddini vurğulayır və milliyətçilik ilə yaxından əlaqəlidir.
Litogenez nəzəriyyəsi
Litogenez nəzəriyyəsi — litologiyanın çöküntü və süxurəmələgəlmənin ümumi qanunauyğunluqlarını əhatə və şərh edən ümumiləşdirici bölməsi. Litogenezin bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən bir neçə konsepsiyası irəli sürülmüşdür. Pustovalova (1940) görə əsas prinsip maddələrin miqrasiya yollarında müxtəlif qruplara ayrılmasıdır. Belə ki, qırıntı hissəciklər üçün onların parçalanmasının əsas səbəbi ölçü və xüsusi çəkilərinin fərqlənməsi, həll olmuş maddələr üçün isə kimyəvi xassələrin fərqidir. Maddələrin kimyəvi diferensiasiyası mexaniki diferensiasiyasının son mərhələsində başlayır və davam edir. diferensiasiyanın gedişində orqanizmlər heç bir rol oynamır, yalnız prosesi bir qədər sürətləndirə bilər. Pustovalov hesab edir ki, çökmə diferensiasiyasının gedişi planetar xarakterlidir. Lakin bu nəzəriyyədə diagenez mərhələsinə fikir verilməmiş, vulkanogen-çökmə litogenezin spesifik xüsusiyyətləri, ümumiyyətlə, nəzərdən keçirilməmişdir. Straxovun (1956) təklif etdiyi litogenez nəzəriyyəsində Yer səthində çöküntü süxurəmələgəlməsində 4 litogenez tipi fərqləndirilir; buz, humid, arid və vulkanogen-çökmə. Bu tiplərin hər biri, geoloji keçmişdə olduğu kimi, Yer səthində qanunauyğun yerləşmişdir.
M-nəzəriyyə
M-nəzəriyyə — Kainatın yaranmasında zamanı müxtəlif qüvvələr böyük rol oynamışdır. Kainatın tamamlanmasını müəyyən etmək üçün nəzəriyyə müvcud olmalıdır. Məhz bu nəzəriyyə M-nəzəriyyədir. Bu nəzəriyyə A. Eynşteynin nəzəriyyəsində sonra əldə edəlmiş ilk böyük nailiyyətdir. Bu nəzəriyyə özündə kvant mexanikasını və nisbilik nəzəriyyəsini birləşdirir. Ona görə də bu yeganə belə nəzəriyyə sayılır. Kainatın yaranmasını M-nəzəriyyə sayəsində ifadə olunan strun nəzəriyyəsi də verir, belə ki, əslində bu iki nəzəriyyə eynidir. Burada "M"-sehrli, ana, matrisa mənalarında işlənilir. Nəzəriyəyə görə kainat subatomlardan təşkil olunub. Ümumi nisbilik nəzəriyyəsinə görə Kainat Qara dəliklərdən, Böyük partlayışdan ibarət olduğu halda, Kvant nəzəriyyəsi bunun tam əksinədir.
Maşın və mexanizmlər nəzəriyyəsi
Maşın və mexanizmlər nəzəriyyəsi — maşın və mexanizmlərin tədqiqi və layihələndirilməsinin ümumi üsulları haqqında elmdir. Bu sahə ilk dəfə olaraq alman alimi Rölo tərəfindən fənn kimi ali təhsil sisteminə daxil edilmişdir. Mexanizmlər nəzəriyyəsində →maşın, aparat və →cihazların konkret tətbiq sahəsindən asılı olmayaraq bütün hallar üçün eyni olan mexanizmlərin xassələri öyrənilir (məsələn: dişli çarxlar). Elmin digər sahəsini, müxtəlif sahə maşınları üçün ümumi olan tədqiqat və layihələndirmə üsullarını öyrənən maşınlar nəzəriyyəsi təşkil edir. Mexanizmlər istənilən maşının əsasını təşkil etdiyindən bu iki sahə bir -biri ilə sıx əlaqədədir. == Məqsədi == Maşın və mexanizmlər nəzəriyyəsinin məqsədləri müxtəlifdir. Bunları aşağıdakı əsas qruplarda birləşdirmək mümkündür: mexanizmlərin sintezi, maşın və mexanizmlərin dinamikası (dinamik analiz) və maşın-avtomatlar nəzəriyyəsi. Sintez methodu ilə mexanizmin verilmiş hərəkətin icrası üçün lazım olan parametrləri tapılır. Mexanizmlərin dinamikasının araşdırılması onun bəndlərinin xarici qüvvələrin təsiri altında hərəkətinin öyrənilməsinə xidmət edir. Maşın-avtomatlar nəzəriyyəsinin əsasında onların ayrı-ayrı mexanizmlərinin uyğunlaşdırılmış şəkildə qurulma sxemləri və optimal iş şəraitinin təminatı durur.
Mexanizm dizayn nəzəriyyəsi
Mexanizm dizayn nəzəriyyəsi (ing. mechanism design) — oyunçuların rasional hərəkət etdikləri və iqtisadi aktyorların hərəkətlərinin sosial seçim funksiyası üçün optimal bir həllə səbəb olduğu istədikləri hədəflərə çatmaq üçün mexanizmlər və təşviqlərin yaradılmasına yanaşma olan iqtisadiyyat və oyun nəzəriyyəsi sahəsində bir iş. Bu yanaşma ilk dəfə 1960-cı ildə Leonid Qurviç tərəfindən təklif edilmişdir. == Yaranma tarixi == Leonid Qurviç 1959-1960-cı illərdə iqtisadi resursların əsas müddəalarını ilk dəfə "Resursların bölüşdürülməsi proseslərindəki optimallıq və informasiya səmərəliliyi" məqaləsində formalaşdırmış, 1973-cü ildə həqiqət xüsusiyyətini, daha sonra identifikasiya prinsipini formalaşdırmış və 2006-cı ildə birlikdə Stanley Reiter [ru] ilə "İqtisadi Mexanizmlərin Dizaynı [en]" mexanizmlərinin dizaynı haqqında bir kitab nəşr olundu. Erik Maskin 1980-1984-cü illər üçün məqalələrində "tətbiqetmə nəzəriyyəsi" deyilən bir sənəd hazırladı: lazımi xüsusiyyətlərə sahib olması üçün belə bir protokolun tərtib edilməsi. Və Roger Myerson 1979-1985-ci illər üçün sənədlərində bu yanaşmanı auksionlara tətbiq etmişdir . İsveç Kral Elmlər Akademiyası, 2007-ci ildə Alfred Nobel İqtisadiyyat Memorial Mükafatını Leonid Gurviç, Eric Maskin və Roger Myerson'a "optimal qaynaq bölgüsü mexanizmləri nəzəriyyəsinin təməlini qoyduğuna görə" verdi. == Tərifi == İqtisadi mexanizmlərin dizaynı - ayrı-ayrı iqtisadi agentlərin hərəkətlərinin sosial seçim funksiyası üçün optimal bir həllə gətirib çıxardığı qarşılıqlı əlaqə mexanizmi yaradan yanaşmadır. Mexanizm - iqtisadi agentlərin qarşılıqlı əlaqəsidir, strateji oyun formasıdır. Oyun oyunçuların (iqtisadi agentlərin) hərəkətlərinin təsviri və bir sıra hərəkətlərin nəticəsidir.
Modernləşmə nəzəriyyəsi
Müasirləşmə nəzəriyyəsi cəmiyyətlərdəki modernləşmə prosesini izah etmək üçün istifadə olunur. 1950-ci və 1960-cı illərin "klassik" modernləşmə nəzəriyyələri Karl Marks, Emil Durkheim və Maks Veberin qismən oxunmasının sosioloji təhlillərinə əsaslanmış və Harvard sosioloqu Talkott Parsonsun yazılarından güclü şəkildə təsirlənmişdir. Modernləşmə nəzəriyyəsi 1950 və 1960-cı illərdə sosial elmlərdə dominant paradiqmaya çevrildi, sonra dərin nüfuz etdi. O, 1991-ci ildən sonra, Frensis Fukuyama Soyuq Müharibənin sona çatması haqqında modernləşmə nəzəriyyəsinin və daha ümumən ümumbəşəri tarixin təsdiqi kimi yazdığı zaman geri qayıtdı. Bununla belə, nəzəriyyə mübahisəli bir model olaraq qalır. Modernləşmə "pre-modern" və ya "ənənəvi" cəmiyyətdən "modern" cəmiyyətə tədricən keçid modelini nəzərdə tutur. Modernləşmə nəzəriyyəsi ənənəvi cəmiyyətlərin daha müasir təcrübələri mənimsədikcə inkişaf edəcəyini göstərir. Modernləşmə nəzəriyyəsinin tərəfdarları müasir dövlətlərin daha zəngin və güclü olduğunu və onların vətəndaşlarının daha yüksək həyat səviyyəsindən istifadə etməkdə daha azad olduğunu iddia edirlər. Yeni məlumat texnologiyası və nəqliyyat, rabitə və istehsalatda ənənəvi metodların yenilənməsi zərurəti kimi inkişaflar modernləşməni zəruri edir və ya ən azından status-kvoya üstünlük verir. Bu baxış tənqidi çətinləşdirir, çünki o, bu cür hadisələrin insanların qarşılıqlı əlaqəsinin sərhədlərini idarə etdiyini nəzərdə tutur, əksinə deyil.
Molekulyar-kinetik nəzəriyyə
Molekulyar-kinetik nəzəriyyə (və ya qazların kinetik nəzəriyyəsi) — XIX əsrdə yaranan və maddənin, əsasən də qazların quruluşuna nəzər salan nəzəriyyə. == Nəzəriyyənin əsas müddəaları == Təbiətdə mövcud olan bütün maddələrin xassələri, onların daxili quruluşları ilə müəyyən olunur. Bu səbəbdən, maddənin quruluşunu öyrənmək ən mühüm problemlərdən biridir. Maddə haqqında ilk fikir eramızdan əvvəl IV əsrdə yunan mütəfəkkiri Aristotel tərəfindən irəli sürülmüşdür. Demokritə görə, maddənin ən kiçik və bölünməz hissəciyi atomlardır. Yunanca tərcüməsi "bölünməz" olan atom sözünün bir termin kimi qəbul olunma səbəbi də, məhz budur. Maddə quruluşu haqqında o dövr üçün çox ciddi sayılan bu fikir nə Demokritin özü, nə də onun ardıclıları tərəfindən inkişaf etdirilməmişdir – atomların təbiəti və onların bir-biri ilə qarşılıqlı münasibətləri haqqında heç bir fikir söylənməmişdir. Maddə quruluşu haqqındakı atomistik ideyalar, fizikanın elmi əsasları- nın qoyulduğu sayılan XVII əsrdən inkişaf etməyə başlamışdır. Elə bu vaxtdan etibarən maddə quruluşunun molekulyar-kinetik nəzəriyyəsinin tə- məli qoyulmağa başlamışdır. Uzun müddət bu sahədə aparılan tədqiqat işlə- rinin nəticəsi olaraq XIX əsrin II yarısında molekulyar-kinetik nəzəriyyə, əsas etibarilə Maksvel, Bolsman və Klauzius tərəfindən inkişaf etdirilərək mükəmməl şəklə salınmışdır.
Molekulyar orbitallar nəzəriyyəsi
Molekulyar orbitallar nəzəriyyəsi(MON) - molekullar çoxnüvəli hissəciklərdir və onların ətrafənda elektron örtüyünün olmasını göstərir. == İzahı == Molekulyar orbitallar nəzəriyyəsi digər kvant mexaniki nəzəriyyələrdən prinsipcə tamamilə fərqlənməklə molekulda mövcud müxtəlif nüvələrə çoxmərkəzli bir nüvə kimi baxır və onda atomların orbitalları əsasında kvant ədədlərinin kompleksi ilə səciyyələnən molekulyar orbitallar sisteminin qurulmasını qəbul edir. Molekulyar orbitallar sisteminin elektronlarla tamamlanması prosesində Pauli prinsipinin şərtləri gözlənilir. Burada həmçinin Hund qaydasının şərtləri ödənildiyi üçün elektronlar əvvəlcə burada daha aşağı enerjiyə malik olan orbitalları tutur. Lakin, molekulyar orbitallar nəzəriyyəsi elektronların atomdakı halı ilə molekuldakı halı arasında fərq olmasını qəbul edir. Doğrudan da, kimyəvi rabitənin əmələ gəlməsi zamanı qarşılıqlı təsirdə olan hər iki atomun xarici elektronlarının vəziyyəti bu və ya digər dərəcədə dəyişir. Bu dəyişiklik daxili elektronlara, demək olar ki, aid olmur. Lakin rabitənin əmələ gəlməsində bilavasitə iştirak edən xarici elektronlar nəticə etibarı ilə ayrı-ayrı atomlara deyil, molekula aid olduğundan, onların energetik halı molekulun bütün həcmi boyu yayılmış yeni orbitallarla təsvir edilir. Başqa sözlə, rabitənin əmələ gəlməsində iştirak edən elektronlar molekul həcminin bütün nöqtələrində yerləşə bilər. Lakin elektronların olma ehtimalı bu nöqtələrin hamısında eyni ola bilməz.
Monetar dövriyyə nəzəriyyəsi
Monetar dövriyyə nəzəriyyəsi — tez-tez postkeynsçilik məktəbi ilə əlaqəli olan pul yaradıcılığının qeyri-adi bir pul iqtisadiyyatı nəzəriyyəsidir. Pulun bank sektoru tərəfindən ekzogen yolla deyil, daxili bankın borc vermə yolu ilə yaradıldığını müdafiə edir; bu, daxili pul nəzəriyyəsidir. Buna dövrə dizaynı və sirkulyasiya yanaşması da deyilir. == Mükəmməl nəzəriyyə ilə təzad == Pul yaratmağın əsas iqtisadi nəzəriyyələrindən əsas fərq budur ki, sxematik yanaşma, pulu bank sektoru tərəfindən ekzogen olaraq deyil, mərkəzi bankın borc vermə yolu ilə hökumət tərəfindən yaradıldığını iddia edir: yəni iqtisadiyyat pul deyil (daxili) pul yaradır. bəzi xarici agent tərəfindən təmin olunur (ekzogen olaraq). Bu nəzəri fərqlər bir sıra fərqli nəticələrə və siyasət reseptlərinə səbəb olur; Sxem, digər şərtlər daxilində, ehtiyat şərtlərinə əsaslanan pul nəzəriyyəsini rədd edir və pulun banklara borc vermə yolu ilə yarandığını, bunun yalnız mərkəzi bank tərəfindən nudged pulun yenidən borc verilməsi əvəzinə, mərkəzi bankdan ehtiyat götürdüyünü iddia edir. Bunun əvəzinə, pul multiplikatoru kapitalın adekvatlıq nisbətlərindən, yəni kapitalının risk ölçülən aktivlərə nisbətindən yaranır. == Dövriyyə modeli == Sxemlər tanış bank hesabları və debet və ya kredit kartı əməliyyatları baxımından anlamaq asandır: bank depozitləri sadəcə bank hesabı dəftərindəki bir girişdir (sikkələr - veksellər) və alış, alıcının bank hesabından pul çıxır və tacirin bank hesabına əlavə edilir. === Əməliyyatlar === Digər pul nəzəriyyələrində olduğu kimi, sxemlər də müəyyən bir nisbətdə qızıl kimi bir əmtəə ilə dəyişdirilə bilən pul və kredit pulları arasında fərq qoyur. Nəzəriyyə, kommersiya bankları tərəfindən yaradılan kredit pullarını mərkəzi bank pulundan əldə edilən deyil, birincil (ən azı müasir iqtisadiyyatda) hesab edir - kredit pulları pul sisteminə nəzarət edir.
Musiqi nəzəriyyəsi
Musiqi nəzəriyyəsi termini ümumiyyətlə iki fərqli, lakin əlaqəli mənalarda istifadə olunur: Musiqinin əsas tərkib hissələri. Bu, musiqini araşdıran, təsnif edən və hətta bəstələyən elm sahəsidir. Musiqi nəzəriyyəsi ilk mənada musiqinin əsas quruluş hissələrini müəyyənləşdirir(not, açar, ritm və s.). Başqa sözlə, musiqi dilinin qaydalarını müəyyənləşdirir və istifadəsini izah edir. İkinci mənasında musiqi nəzəriyyəsi 1950-ci illərdən sonra xüsusilə Şimali Amerika qitəsində musiqişünaslıqdan ayrıldı və musiqini öz-özünə öyrənən bir elm sahəsinə çevrildi. Musiqişünaslıqdan və etnomusiqişünaslıqdan fərqli olaraq müsbət elmlərdən (riyaziyyat, fizika və s.) İstifadə edir. Musiqinin bünövrəsini bütün musiqiçilər öyrənsə də, ancaq musiqinin elmi araşdırılması yalnız musiqi nəzəriyyəçiləri tərəfindən aparılır. == Tarix == Musiqi nəzəriyyəsinin Pifaqordan başlayaraq qədim və uzun bir tarixi var. Şərq musiqisində nəzəriyyə tarixi Kindi ilə başlayır.
Müqavilə nəzəriyyəsi
Müqavilə nəzəriyyəsi (ing. Contract theory) — müasir iqtisadi nəzəriyyənin (bir qayda olaraq) asimmetrik məlumat şəraitində iqtisadi subyektlər tərəfindən müqavilə parametrlərinin müəyyənləşdirilməsini nəzərdən keçirən bölməsi. Müqavilə nəzəriyyəsi mikroiqtisadiyyatındakı standart təcrübə müəyyən ədədi kommunal strukturlar üçün qərar qəbul edən şəxsin davranışını təmsil etmək və daha sonra optimal qərarları təyin etmək üçün optimallaşdırma alqoritmi tətbiq etməkdir. Bu prosedur, mənəvi təhlükə, mənfi seçim və siqnal kimi təyin olunan bir neçə tipik vəziyyət üçün müqavilə nəzəriyyəsi çərçivəsində istifadə edilmişdir. Bu modellərin mahiyyəti, agentləri sığorta müqaviləsi altında da uyğun hərəkətlərə vadar etmək üçün nəzəri yolları tapmaqdır. Bu model ailəsi ilə əldə edilən əsas nəticələrə aşağıdakılar daxildir: əsas və agentin faydalı quruluşunun riyazi xüsusiyyətləri, fərziyyələrin rahatlaması və müqavilə əlaqələrinin müvəqqəti quruluşundakı dəyişikliklər və digərləri. Gözlənilən fayda nəzəriyyəsinə uyğun olaraq bəzi fon Neymann-Morgenştern kommunal funksiyalarının maksimumlaşdırıcıları kimi insanları modelləşdirmək adətdir. == Agentlik problemlərinin əsas modelləri == === Mənəvi ziyan === Əxlaqi təhlükə modellərində məlumat asimmetriyası, agentin bir agentin hərəkətlərini müşahidə edə və ya yoxlaya bilməməsidir. Müşahidə oluna bilən və yoxlanıla bilən məhsuldan asılı olan nəticələrə əsaslanan müqavilələr çox vaxt agentin əsas şəxsin mənafeyi naminə hərəkət etməsi üçün stimul yaratmaq üçün istifadə edilə bilər. Bununla birlikdə, agentlər riskə qarşı olduqda, bu cür müqavilələr yalnız ikinci səviyyədən daha aşağı olur, çünki stimullar tam sığortanı istisna edir .

"nəzəriy" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nəzəriy nədir? #nəzəriy sözünün mənası #nəzəriy nə deməkdir? #nəzəriy sözünün izahı #nəzəriy sözünün yazılışı #nəzəriy necə yazılır? #nəzəriy sözünün düzgün yazılışı #nəzəriy leksik mənası #nəzəriy sözünün sinonimi #nəzəriy sözünün yaxın mənalı sözlər #nəzəriy sözünün əks mənası #nəzəriy sözünün etimologiyası #nəzəriy sözünün orfoqrafiyası #nəzəriy rusca #nəzəriy inglisça #nəzəriy fransızca #nəzəriy sözünün istifadəsi #sözlük