* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Nazirliyə (1-ci mənada) başçılıq edən hökumət üzvü. Maliyyə naziri. Maarif naziri. – Nazir onları öz kabinəsində qəbul etdi. S.Hüseyn. Bakıdan nazir kəndə gələndə birbaş maşını sürür tarlaya, kolxozçularla görüşür. Ə.Sadıq. 2. Nəzarət edən, baxan, idarə edən; inspektor (2-ci mənada). …Günlərin bir günü məktəbin naziri içəri girib uşaqlara deyir… C.Məmmədquluzadə. Birdən qapı açıldı, məktəbin naziri (inspektoru) qızarmış bir halda üzərimizə … elə çığırdı ki, yoldaşlarımızdan bəziləri qorxularından ağlamağa başladı. T.Ş.Simurq. ◊ Hazıra (hazırına) nazir – bax hazır.
Azərbaycan dilinin izahlı lüğəti / nazir3 ə. 1) baxan; 2) nazirliyə başçılıq edən hökumət üzvü.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / nazir1 Ərəbcə nəzər, nəzarət sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / nazir1 1. NAZİR (hökumət üzvü) [Qoca neft sahibkarı:] Cənab nazir, yaxşı olardı ki, general həzrətlərinə bu barədə heç olmasa bir balaca işarə vuraydınız (Ə.Məmmədxanlı); VƏKİL (köhn.) İldınm: Bilmirəm, ancaq bu arqadaş böyük bir dövlət vəkilidir (C.Cabbarlı). 2. nazir bax inspektor 1
Azərbaycan dilinin sinonimlər lüğəti / nazir2 I сущ. 1. министр (член правительста, возглавляющий высшее правительственное учреждение, ведающее отдельной отраслью хозяйства или государственного управления). Təhsil naziri министр образования, xarici işlər naziri министр иностранных дел, baş nazir премьер-министр, maliyyə naziri министр финансов, mədəniyyat naziri министр культуры 2. устар. инспектор (представитель педагогической администрации в учебных заведениях до 1917 г.) II прил. министерский. Nazir vəzifəsi министерский пост
Azərbaycanca-rusca lüğət / nazir1 I. i. minister; (ABŞ-da) secretary; Baş ~ Prime Minister; Xarici işlər ~i Minister for Foreign / External Affairs; (İngiltərədə) Foreign Secretary; (ABŞ-da) Secretary of State; Daxili işlər ~i Minister for Internal-Home Affairs; (İngiltərədə) Home Secretary; (ABŞ-da) Secretary of the Interior; Maliyyə ~i Minister for Finance; (İngiltərədə) Chancellor of the Exchequer; Müdafiə ~i (İngiltərədə) Defence Minister; Secretary of State for Defence; (ABŞ-da) Secretary of Defence; ◊ Portfelsiz ~ Minister without portfolio II. s. ministerial; ~ funksiyası ministerial function; ~ vəzifəsi ministerial duty
Azərbaycanca-ingiliscə lüğət / nazir1 is. ministre m ; baş ~ premier ministre ; Xarici işlər ~i ministre des Affaires étrangères ; Təhsil ~i ministre de l’Education ; Daxili işlər ~i ministre de l’Intérieur ; Mədəniyyət ~i ministre de la Culture ; Səhiyyə ~i ministre de la Santé ; Müdafiə ~i ministre de la Défense ; Maliyyə ~i ministre des Finances ; İqtisadi İnkişaf ~i ministre du développement économique ; portfelsiz ~ ministre sans portefeuille ; ~ vəzifəsi poste m ministériel ; ~ müavini vice-ministre m
Azərbaycanca-fransızca lüğət / nazir1 [ər.] сущ. назир (1. министр; 2. назарат ийидай, килигдай, идара ийидай; инспектор); ** hazıra (hazırına) nazir кил. hazır.
Azərbaycanca-ləzgicə lüğəti / nazir