* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. və zərf [ər.] 1. Bir işi icra etmək üçün lazım olan hər şeyi olan; amadə. Mən hazıram, gedə bilərik. Yola düşməyə hələ hazır deyil. Çıxışa hazır olmaq. – Qapının ağzında nökər Vəli hazır durubdur. Ü.Hacıbəyov. Qanadın üstündə o mehribanım; Uzanıb deyir ki: “Mən hazıram, sür”. M.Rahim. 2. Bir işi görməyə razı olan, həvəs, meyil göstərən. O bizimlə getməyə hazırdır. Sizi saatlarla dinləməyə hazıram. – Zeynal Şərifzadənin göstərəcəyi yol ilə getməyə hazır idi. S.Hüseyn. Çarpışmağa biz hazır; Yerlərlə, fələklərlə. A.Şaiq. 3. Hazırlanmış; işlənməyə, istifadəyə yarar vəziyyətdə olan. Nahar hazırdır. Maşın hazırdır, bizi gözləyir. – Stolun üstündə nə ki lazım idi, hamısı hazır olmuşdu. N.Nərimanov. Bir az keçmədən çay hazır oldu. Ə.Vəliyev. // Tikilmiş və ya hazırlanmış halda satılan (sifarişli ziddi). Hazır paltar. Hazır ayaqqabı. Hazır şalvar. // Qabaqcadan düşünülmüş, qabaqcadan fikirdə tutulmuş, hazırlanmış (söz, cavab və s. haqqında). Hazır cavab. Hazır ibarələr. // Hazırlanmış, yetişdirilmiş, öyrədilmiş, təlim keçmiş. Hazır mütəxəssis. – [Əhməd Salmana:] Oxumalıyıq… Sonra bir müddət keçmiş, hazır kadrımız da olar, kiçik bir təşkilat yaparıq. Çəmənzəminli. 4. Söhbəti gedən yerdə olan, şəxsən orada iştirak edən (qaib ziddi). 5. İndi ki, madam ki, lap yerində. Hazır gəlmisən, bu işi də gör. Hazır yazırsan, bu sözləri də əlavə et. 6. Hazırda şəklində zərf – indi, bu saat, indilikdə, indiki halda. Hazırda Atabəy məmləkətlərinin bir tək müttəfiqi və dostu yoxdur. M.S.Ordubadi. İçərişəhərin hazırda beş darvazası varsa da, keçmişdə bunlar dörd imiş. H.Sarabski. ◊ Hazıra qonmaq – başqalarının əməyi ilə meydana gəlmiş bir şeyə şərik çıxmaq. Hazıra nazir – başqalarının əməyi ilə meydana gətirilmiş bir şeyə şərik çıxmaq istəyən və ya şərik çıxan adam haqqında. Hazıra (hazırına) nazir olmaq – bax hazıra qonmaq. [Ata:] Müftə çörəyi sən yeyirsən, hazırına nazir olmusan. Ə.Vəliyev. Hazır ol! hərb. – hazırolma komandası. Bayraqdarların dalınca gedən şeypurçular qoşuna “Hazır ol!” – işarəsi verincə, qırx min qılınc bir kərə qınından çıxdı. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / hazır1 HAZIR (bir işi icra etmək üçün lazım olan hər şeyi olan) [Nəriman:] Bir az xərclik verim, iyirmi bir ötər, iyirmi ikinci günü yanınızda hazıram (Ə.Vəliyev); AMADƏ (köhn.) Xərəyimdir həmişə amadə; Kim yaşar men kimi dünyadə? (A.Səhhət); KƏMƏRBƏSTƏ Mənim səksən pəhləvanım – deyir daim kəmərbəstə; Yüz milyona dönər dəstə, sıralansa Araz üstə (X.Rza); MÜNTƏZİR Nə üçün tək gəzirsən; Olmaya ki, bağçada birinə müntəzirsən! (M.Rahim).
Azərbaycan dilinin sinonimlər lüğəti / hazır2 I прил. готовый: 1. сделавший все необходимые приготовления, подготовившийся к чему-л. Yürüşə hazır dəstə готовый к походу отряд, imtahana hazır tələbə готовый к экзамену студент, yola düşməyə hazır готовый к отправке 2. выражающий согласие, расположенный что-л. сделать. Hər şeyə hazır готовый на все, köməyə hazır готовый на помощь, dinləməyə hazır готовый слушать 3. приготовленный, годный к употреблению, использованию. Hazır məhsul готовый урожай, hazır nahar готовый обед, hazır geyim (paltar) готовая одежда, hazır iş готовая работа 4. заранее обдуманный, сложившийся (о мыслях, фразах). Hazır cavab готовый ответ, hazır ibarələr готовые фразы; hazırdır готов(-а, -о, -ы); yola hazırdır готов в дорогу, işə hazırdır готов к работе, Vətən uğrunda ölümə hazırdır (он) готов умереть за Родину II нареч. наготове. Silahını hazır saxlamaq держать оружие наготове; hazır etmək: 1. готовить, подготавливать, подготовить; 2. готовить, заготавливать, заготовить; 3. готовить, приготавливать, приготовить; hazır olmaq: 1) быть готовым, подготовленным 2) быть готовым, заготовленным 3) быть готовым, приготовленным; hazır ol! будь готов! (hazır olun! будьте готовы!)
Azərbaycanca-rusca lüğət / hazır1 s. ready (for); prepared (for); Yemək (nahar) hazırdır Dinner is ready
Azərbaycanca-ingiliscə lüğət / hazır1 1. прил., нареч. гьазур; hazır papaq гьазур бармак; mən hazıram зун гьазур я; xörək hazırdır къафун гьазур я; 2. hazırda нареч. гила, исятда, алай вахтунда; ** hazıra qonmaq гьазурдал назир хьун (масабурун зегьметдалди арадал атай са затӀуниз шерик акъатун, шерик хьун); hazıra nazir гьазурдал салават, гьазурдан назир (масабурун зегьметдалди арадал атай са затӀуниз шерик жез кӀандай ва я шерик жедай касдин гьакъинда); hazıra (hazırına) nazir olmaq кил. hazıra qonmaq; hazır ol! воен. гьазур хьухь! (гьазур хьун патал гудай команда).
Azərbaycanca-ləzgicə lüğəti / hazır