hazırlamaq sözü azərbaycan dilində

hazırlamaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hazırlamaq • 99.8447%
  • Hazırlamaq • 0.1243%
  • HAZIRLAMAQ • 0.0311%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 21.99 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 47.97
2003 ••••••••••••• 30.71
2004 ••••••••••••••• 36.05
2005 ••••••••••• 25.64
2006 •••••••••••••••••••• 49.33
2007 •••••••••• 24.53
2008 ••••••••••• 27.04
2009 ••••••••••••••••• 39.84
2010 ••••••••• 21.79
2011 ••••••••• 21.10
2012 •••••••••• 22.46
2013 •••••••• 18.23
2014 •••••• 13.90
2015 •••••••• 17.35
2016 ••••••• 16.31
2017 ••••• 10.41
2018 ••••• 10.04
2019 •••••••• 18.22
2020 •••••••• 18.70

hazırlamaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. İşlətmək və ya istifadə üçün yararlı hala salmaq, hazır etmək. Avtomaşını yola hazırlamaq. Vannanı hazırlamaq. Yorğan-döşəyi hazırlamaq. – Mələk penisillin iynəsini vuraraq bankaları hazırlayırdı. M.İbrahimov. Şahmar yola düşmək üçün yenidən hazırladığı çamadanı da götürüb babasının yanına keçdi. B.Bayramov. // Hər hansı məqsəd üçün öyrətmək, lazımi bilik vermək, təlim etmək. Kadr hazırlamaq. Mütəxəssislər hazırlamaq. Uşağı birinci sinfə hazırlamaq. – İndi də diş həkimləri hazırlamaq üçün texnikum düzəldirlər. C.Məmmədquluzadə. Müəllim olmaq bir zövq isə müəllim hazırlamaq min bir zövqdür. S.Rəhimov. 2. Bir şeyi yerinə yetirmək, həyata keçirmək üzərində çalışmaq, əlləşmək. Rolunu hazırlamaq. Tamaşa hazırlamaq. Layihə hazırlamaq. 3. Xörək və s. bişmiş bişirmək, bişmiş hazır etmək. Xörək hazırlamaq. Qəlyanaltı hazırlamaq. Uşaq üçün südlüsıyıq hazırlamaq. – Müşgünaz çayı dəmə qoyub mətbəxdə Ənvər üçün xörək hazırlayırdı. Ə.Vəliyev. // Çay qoymaq. Gülsənəm arvad səhər tezdən qalxıb sobanı qalamış və oğlu üçün çay hazırlamışdı. M.Hüseyn. // Süfrə salmaq, yemək-içmək üçün lazım olan hər şeyi süfrə üzərinə qoymaq. Süfrəni də nə zamandır; hazırlamış evdə nənə. M.Dilbazi. 4. Sonradan işlətmək üçün tədarük etmək, ehtiyatını görmək, hazır etmək. Heyvanlar üçün yem hazırlamaq. Qışa odun hazırlamaq. – [Mehriban] …Zeynalın sevdiyi içkini bazardan aldırıb hazırlar və süfrəyə gətirərdi. S.Hüseyn. Uşaq qələm və mürəkkəb-kağız hazırlayıb nə yazacağını gözlədi. Ə.Vəliyev. 5. Bir iş görmək niyyətində olmaq, bir şey etməyə hazırlaşmaq, bir şey qurmaq. Hiylə hazırlamaq. Tələ hazırlamaq. 6. Qayırmaq, düzəltmək. Dərman hazırlamaq. Metaldan detallar hazırlamaq. Fabrik üsulu ilə məmulat hazırlamaq. – [Tapdıq] iki gün əlləşdi. Ancaq şananın barmaqlarını hazırlaya bildi. Ə.Vəliyev. Aslan və yoldaşlarının hazırladığı maket orada idi. M.Rzaquluzadə. 7. Qabaqcadan düşünüb yazmaq, tərtib etmək, hazır etmək. Ərizə hazırlamaq. Rəisin adına məktub hazırlamaq. // Qabaqcadan düşünüb nəzərdə tutmaq, hazır etmək, yadda saxlamaq. Cavab hazırlamaq. – Elə bil Zeynal cavabını qabaqcadan hazırlamışdı. B.Bayramov. 8. Olmuş və ya gözlənilən acı bir hadisə xəbərini dərk etmək üçün birində qabaqcadan müvafiq əhval-ruhiyyə yaratmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / hazırlamaq

hazırlamaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

hazırlamaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. готовит, приготовить, подготовить, изготовить; 2. выработать; 3. препарировать;

    Azərbaycanca-rusca lüğət / hazırlamaq
  • 2 глаг. 1. готовить: 1) приводить в годное к употреблению, использованию состояние; приготовлять, приготовить. Maşını reysə hazırlamaq готовить машину к рейсу, xəstəni cərrahiyyə əməliyyatına hazırlamaq готовить больного к операции 2) обучать для какой-л. цели, давать необходимые знания; подготовлять, подготовить. Kadrlar hazırlamaq готовить кадры, kənd təsərrüfatı üçün mütəxəssislər hazırlamaq готовить специалистов для сельского хозяйства, zabitlər hazırlamaq готовить офицеров, ali məktəbə hazırlamaq kimi подготовить в вуз кого 3) трудиться над выполнением, осуществлением чего-л.; разрабатывать что-л.; приготовить. Dərslərini hazırlamaq готовить уроки, tamaşa hazırlamaq готовить спектакль, layihə hazırlamaq готовить проект, məruzə hazırlamaq готовить доклад 4) приготовлять пищу; стряпать. Nahar yeməyi hazırlamaq готовить обед 5) замышлять что-л., собираться сделать что-л. Çevriliş hazırlamaq готовить переворот, sui-qəsd hazırlamaq готовить покушение на кого-л. (заговор против кого- л.), sürpriz hazırlamaq готовить сюрприз 2. приготовлять, приготовить: 1) заранее, заблаговременно заготовить для употребления, использования; создать запас чего-л. Qışa odun hazırlamaq (tədarük etmək) приготовить дрова к зиме (заготовить дров на зиму), mal-qara üçün yem hazırlamaq (tədarük etmək) заготовить корм для скота 2) сделать, изготовить. Dərman (preparat) hazırlamaq приготовить лекарство (препарат) 3) заранее составить, придумать. Proqram hazırlamaq приготовить программу 4) предварительными сообщениями настроить, расположить к восприятию чего-л. (как правило, неприятного); подготовить. Bəd (ağır) xəbərə hazırlamaq приготовить (подготовить) к неприятной новости (к тяжелому известию); özünü psixoloji cəhətdən hazırlamaq подготовить себя психологически, zəmin hazırlamaq приготовить (подготовить) почву 3. подготовлять, подготовить (заранее привести в порядок всё необходимое для использования, применения, употребления). Məqalə üçün material hazırlamaq подготовить материал для статьи, hücum hazırlamaq подготовить наступление 4. изготовлять, изготавливать, изготовить: 1) сделать при помощи инструментов, станков и т.п. Məmulatlar hazırlamaq изготовлять изделия, dəzgahda detallar hazırlamaq изготовлять детали на станке, zavod cihaz hazırlayır завод изготовляет приборы, metaldan hazırlamaq изготовлять из металла, göndən hazırlamaq изготовлять из кожи 2) воен. привести в боевую готовность. Tüfəng və avtomatları hazırlamaq (hazır vəziyyətə gətirmək) изготовить ружья и автоматы 5. заготовлять, заготовить (заранее приготовить что либо). Qabaqcadan buraxılış vərəqələri hazırlamaq заготовить пропуска, qarşıdakı təftiş üçün bütün sənədləri qabaqcadan hazırlamaq lazımdır нужно заготовить все документы для предстоящей ревизии

    Azərbaycanca-rusca lüğət / hazırlamaq

hazırlamaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to prepare (d.), to make* (d.) ready; 2. (öyrətmək) to train (d. for), to coach (for, in), dərsini ~ to do* one’s homework; kitabı çapa ~ to make* the book ready for the press, to prepare the book for the press; bir kəsi imtahana ~ to coach smb. for an examination; Mən şagirdləri ingilis dili imtahanlarına hazırlayıram I coach pupils for English examinations; bir kəsi zəhmətə ~ to train smb. for work; 3. (bişirmək) to cook (d.), to make* (d.); nahar ~ to cook / to make* dinner

    Azərbaycanca-ingiliscə lüğət / hazırlamaq

hazırlamaq sözünün fransız dilinə tərcüməsi

hazırlamaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. гьазурун, гьазур авун (1. авун; чурун (мес. хапӀа); 2. эцигун, ругун, дем къачун (мес. чай); 3. вегьин, акаюн, туькӀуьрун (мес. суфра); 4. тадарак авун (мес. кӀарасар, ем); 5. винел кӀвалахун, алахъун; туькӀуьрун (мес. план, гьилле); 6. авун, расун, дуьзарун; dərman hazırlamaq дарман гьазурун).

    Azərbaycanca-ləzgicə lüğəti / hazırlamaq

hazırlamaq sözünün türk dilinə tərcüməsi

"hazırlamaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hazırlamaq nədir? #hazırlamaq sözünün mənası #hazırlamaq nə deməkdir? #hazırlamaq sözünün izahı #hazırlamaq sözünün yazılışı #hazırlamaq necə yazılır? #hazırlamaq sözünün düzgün yazılışı #hazırlamaq leksik mənası #hazırlamaq sözünün sinonimi #hazırlamaq sözünün yaxın mənalı sözlər #hazırlamaq sözünün əks mənası #hazırlamaq sözünün etimologiyası #hazırlamaq sözünün orfoqrafiyası #hazırlamaq rusca #hazırlamaq inglisça #hazırlamaq fransızca #hazırlamaq sözünün istifadəsi #sözlük