hadis sözü azərbaycan dilində

hadis

Yazılış

  • hadis • 90.1235%
  • Hadis • 9.8765%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cənubi Koreya Boinqi ilə hadisə (1983)
Cənubi Koreya Boinqi ilə hadisə — 1983-cü il sentyabrın 1-də Koreyanın 007 Aviareysi (Boeing 747), kommersiya təyyarəsi Sovet hava məkanına daxil olanda, Sovet İttifaqı reaktiv qırıcısı (SU-15) tərəfindən vurulan hadisə. Təyyarədə ABŞ Konqresmeni Lorens MakDonald da daxil olmaqla 269 nəfər həlak olmuşdur. Öz uçuş xəttindən çıxmış Koreya Hava Yollarının 007 reysi ilə uçan mülki xidmət təyyarəsinin Sovet reaktiv təyyarəsi tərəfindən vurulması hadisəsi Birləşmiş Ştatlar-Sovet münasibətlərindəki gərginliyi gücləndirmişdir. 1983-cü il avqustun 31-dən sentyabrın 1-nə keçən gecə SSRİ-nin Kamçatka yarımadasına, az sonra isə Saxalinin hava ərazisinə icazəsiz daxil olan naməlum təyyarə aşkarlanmışdır. Onu yerə endirmək üçün havaya sovet qırıcıları qaldırılmış və yad təyyarəyə ən yaxın hava limanında enmə əmri verilmişdir. Radar ekranlarında ABŞ-nin "RC-135" kəşfiyyat təyyarəsi kimi görünən bu obyekt, əslində "Boinq-747" markalı adi sərnişin təyyarəsi olub. Qırıcılardan verilən təkidli enmək əmrinə baxmayaraq "Boinq" SSRİ ərazisi üzərində qanunsuz uçuşunu davam etdirmişdir. Ekipajı yerə endirmək üçün bütün səylər nəticəsiz qaldıqda yad təyyarə havada saat 18:22:20-də vurulur. Cənubi Koreyaya məxsus olan Nyu-York–Seul reysi ilə uçan bu sərnişin təyyarəsində 269 nəfər günahsız insan həlak oldu. Səhərisi gün dünya ictimayiəti ayağa qalxmış, etiraz dalğaları yer üzünü bürüdü.
Dyatlov Keçidi hadisəsi
Dyatlov keçidi insidenti — 1–2 fevral 1959-cu il tarixində Ural dağlarında 9 xizəkçinin müəmmalı şəkildə öldüyü hadisə. Hadisə Xolat-Syaxıl (rus. Холат-Сяхыл) dağının şərqində yerləşən aşırımda baş vermışdir. Bu hadisədən sonra aşırım qrupun lideri olan İqor Alekseyeviç Dyatlovun soyadı ilə adlandırılmağa başlanmışdır. Tədqiqatçılar xizəkçilərin hadisə gecəsi bilinməyən bir səbəblə çadırlarını cırmaq məcburiyyətində qaldıqlarını, yalın ayaqla −30 ° C-də və güclü qar yağışında çadırdan kənarda tapıldıqlarını demişdilər. Tapılan cəsədlərin ikisinin kəlləsində; digər ikisinin qabırğalarında sınıqlar müəyyən edilmişdir. 1959-cu ildə Sovet İttifaqının Sverdlovsk vilayətindəki Ural dağları boyunca xizək ekspedisiyası üçün bir qrup yaradıldı.23 yaşlı radio mühəndisi olan İqor Dyatlov qrupun lideri seçildi. Səkkiz kişi və iki qadından ibarət qrupun hər bir üzvü xizək turu təcrübəsi olan təcrübəli II dərəcəli yürüşçülər idi və geri qayıtdıqdan sonra III dərəcəli sertifikat alacaqdılar. O vaxt Sovet İttifaqında mövcud olan ən yüksək sertifikat bu idi və namizədlərdən 300 kilometr (190 mil) keçməsini tələb olunurdu. Georgy Krivonischenkoy (13 yanvar 1936) Yuri Doroshenkoy (29 yanvar 1938) Zinaida Kolmogorov (12 yanvar 1937) Rüstəm Slobodin (7 fevral 1935) Alexandr Zolotaryov (2 fevral 1921) Alexandr Kolevatov (16 noyabr 1934) Ludmilla Dubinina (12 may 1938) Nicolay Vladimiroviç (5 iyun 1935) İqor Dyatlov (13 yanvar 1936) Yuriy Yudin (19 iyul 1937) 25 yanvar 1959-cu il səhərin erkən saatlarında Sverdlovsk vilayətinin şimal əyalətinin mərkəzində yerləşən şəhərə İvdel (Ивдель) qatarı ilə gəldi.
Düşənbə hadisələri
Düşənbə hadisələri (rus. Массовые беспорядки в Душанбе) — 1990-cu ilin 12–14 fevral tarixlərində Tacikistan Sovet Sosialist Respublikasının paytaxtı Düşənbə şəhərində yaşayan etnik ermənilər, ruslar və taciklərlərə qarşı tacik millətçilər tərəfindən gercəkləşdirilmiş poqrom. Hadisələr nəticəsində 26 nəfər həlak olmuş, 565 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisələr müxtəlif mənbələrdə Sovet Sosialist Respublikaları İttifaqının dağılması ilə müşahidə olunan hökumət əleyhinə nümayişlər kimi də təqdim olunmuşdur.
Elektromaqnit hadisəsi
Fantana Alba hadisəsi
Fantana Alba hadisəsi başqa adı ilə Fantana Alba qətliamı (rum. Masacrul de la Fântâna Albă) — 1 aprel 1941-ci ildə Ukrayna SSR-i Çernovit vilayətinin Belaya Krinitsa (rum. Fântâna Albă) kəndində baş vermiş faciə. Rumıniya və Moldova hakimiyyətlərinin bəyanatlarına görə, SSRİ və Rumıniya dövlətlərinin sərhədini keçməyə cəhd edən 3000 nəfər sovet sərhədçiləri tərəfindən güllələnmişdir. DTK arxivlərinin rəsmi məlumatlarında yalnız 48 nəfər öldürülən vətəndaşdan bəhs edilir, lakin Rumıniya hakimiyyəti sağ qalan şahidlərin ifadələrinə əsaslanaraq, XDİK-in həyata keçirdiyi kütləvi həbslər və deportasiyaların xüsusilə qəddar üsullarla həyata keçirildiyini iddia etmişdir. 1940-cı ilin iyun ayında əvvəllər Rumıniyanın tərkibində olan Bessarabiya və Şimali Bukovina SSRİ dövlətinə birləşdirildi. Rumıniya dövlətinin hərbi və siyasi rəhbərliyi sonradan Sovet Moldaviyasının tərkibinə daxil olan torpaqları tərk etmək məcburiyyətində qalmışdır. Ailələrin bəziləri sovet vətəndaşlığını alaraq tamamilə SSRİ ərazisində qaldı, lakin bəzi ailələr yeni sərhədlə ayrıldı. Bununla əlaqədar bir çox ailə üzvləri həm sovet, həm də Rumıniya sərhədçilərinin icazəsi ilə, həm də bu icazə olmadan sərhədi keçməyə cəhd etmişdilər. Sovet-Rumıniya sərhədinin mühafizəsi Çernivtsidən 7,5 km cənubda olan hissəyə nəzarət edən XDİK-ın 97-ci Çernivtsi sərhəd dəstəsi tərəfindən həyata keçirilirdi (İkinci Dünya müharibəsinin əvvəlində Rumıniya və alman qoşunlarına qarşı ilk döyüşləri də aparmışdır).
Fiziki hadisələr
Cisimlərin daxilində, xaricində, onların iştirakı ilə baş verən hadisələr fiziki hadisələrdir. Fiziki hadisələr zamanı maddənin aqreqat halı, forması və s. dəyişir. Suyun donması, buzun əriməsi, mayenin buxarlanması, metalların döyülərək müxtəlif formalara salınması, neftin fraksiyalara ayrılması, qarışıqların süzmə, buxarlandırma, distillə, çökdürmə, kristallaşma, maqnitlə və xromatoqrafiya üsulu ilə ayrılması və s. fiziki hadisələrdir. Fiziki hadisələr 7 qrupa bölünür: mexaniki işıq elektrik maqnit səs istilik atom Mexaniki hadisələr cisimlərin bir-birinə nəzərən zamanı baş verir. Yelləncəyin hərəkəti, təyyarənin uçuşu, Yerin Günəş ətrafında hərəkəti və s. buna misal ola bilər. İşıq hadisələri işıq şüalarının təsiri ilə baş verən hadisələrdir. Məsələn,göy qurşağının yaranma, işığın yanması, günəş işığının şüşəyə yansıması və s.
Fərqanə hadisələri
Fərqanə hadisələri (türk. Fergana Olayları) — 1989-cu ilin 1-5 iyun tarixlərində Özbəkistan Sovet Sosialist Respublikasının Fərqanə vadisi olaraq adlandırılan bölgəsində yaşayan Axısqa türklərinə qarşı yerli özbəklər tərəfindən gercəkləşdirilmiş poqrom. Hadisələr nəticəsində, dəqiq necə nəfərin öldürüldüyü məlum olmasa da, həmin ildən etibarən Özbəkistanda yaşayan 100 minə yaxın axısqa türkü bölgəni tərk edərək, qonşu ölkələrin ərazilərinə sığınmışdır. 1944-cü ildə etnik mənsubiyyətləri səbəbindən Türkiyə-SSRİ sərhədi üçün təhdid olaraq qəbul edilən Axısqa türklərinin Mərkəzi Asiyada yerləşən sovet respublikalarına köçürülməsinə qərar verilmişdir. Köçürülmə prosesinin 1944-cü ilin 14 noyabr tarixində başladılmış cəmisi 24 saat ərzində yekunlaşıdırılmışdır. Həmin tarixdə Gürcüstan Sovet Sosialist Respublikasının Ahalsıx bölgəsində yaşayan 86 min axısqa türkü başda Qazaxıstan Sovet Sosialist Respublikası, Qırğızıstan Sovet Sosialist Respublikası və Azərbaycan Sovet Sosialist Respublikasının ərazilərinə köçürülmüşdür. İnsanların mal-qara üçün nəzərdə tutulmuş yük vaqonlarında 10 günə yaxın yol getməsi nəticəsində, ən azı 18 min nəfər axısqa türkünün köçürülmə prosesi zamanı həlak olduğu ehtimal olunur. Özbəkistan Sovet Sosialist Respublikası axısqalıların ən kompakt yaşadığı Sovet Respublikası olmuşdur. Belə ki, 1988-ci ilin məlumatına əsasən bu Respublikada 110 minə yaxın etnik axısqa türkü yaşamaqda idi. Fərqanə vadisi, axısqalıların Özbəkistanda ən kompakt yaşadığı yer olmuşdur.
Gümülcinə hadisələri
Komotini hadisələri və ya Gümülcinə hadisələri (türk. Gümülcine olayları) — 29 yanvar 1990-cı ildə Yunanıstanın şimalındakı Komotini regionunda yerli yunan xristianlar və etnik türk azlıq nümayəndələri arasında baş vermiş kütləvi zorakılıq halı. Hadisələr etnik türk millət vəkili Sadiq Əhmədin Yunanıstan məhkəməsi tərəfindən mühakimə olunaraq həbs edilməsi ilə bağlı başlamışdır. 400 mağaza talan edilmiş, iki türkdilli qəzetin ofisi qarət olunmuşdur. Toqquşmalar bir etnik yunanın bir müsəlman tərəfindən öldürülməsindən sonra başlamışdır. Hadisələr zamanı türklərdən itki olmamışdır. Avropa Şurası tərəfindən Qərbi Frakiyada yaşayan müsəlman azlığın bir hissəsi kimi tanınan türklərin sayı fərqli hesablamalara görə, 50,000 ilə 130,000 arasında dəyişir. "Türk azlığı" ifadəsi Yunanıstan hökuməti tərəfindən "müsəlman yunanlar" ifadəsini işlətməklə rəsmi olaraq rədd edilir. Türklərə qarşı ayrı-seçkilik ABŞ və Avropa Parlamenti tərəfindən tənqid edilmişdir. 26 yanvar 1990-cı ildə Yunanıstan məhkəməsi 2 türk liderini siyasi təşkilatlarında "türk" sözünü işlətdiklərinə görə həbs etmişdir.
Gürcüstan hadisəsi
Gürcüstan hadisəsi – Rusiya imperiyasında baş verən Oktyabr inqilabı və Rusiya Vətəndaş müharibəsinin ardınca 1922-ci ildə Gürcüstan torpaqlarında sosializmin gərəkdirdiyi sosial və siyasi dəyişikliklərin necə reallaşdırılacağına dair bolşevik rəhbər heyəti arasında çıxan siyasi anlaşmazlıq və bunun ardınca baş verən hadisələr nəzərdə tutulur. Gürcü torpaqlarının Qırmızı Ordu tərəfindən məcburiyyətlə Sovet hakimiyyətinə daxil edilməsindən sonra yerli gürcü rəhbərlər Filib Maharadze və Polikarp Mdivani ilə onların mərkəzdəki rəhbərləri mövqeyindəki İosif Stalin və Orconikidze arasında fikir ayrılıqları yaşanmışdı. Fikir ayrılığının kökləri qarışıq idi. Gürcü bolşeviklər Moskvadan muxtar olmaq istəyərkən, mərkəzdəkilər gürcü, azəbaycanlı və erməni torpaqlarını bir araya alacaq olan Cənubi Qafqaz Sovet Federativ Sosialist Respublikasını qurmaq istəməkdə idilər. Gürcüstan hadisəsi eyni zamanda ölmək üzrə olan bolşevik lider Vladimir Leninin məsələyə daxil olması ilə qarmaşıq hala gəlmişdir. Sonunda Stalin-Orconikidze xətti partiyada qəbul edilsə də, Lenin ilə Stalinin arası pozulacaq, bu vəziyyət Lenin Vəsiyyəti də daxil olmaqla, son yazılarına təsir etmişdir. Gürcüstan torpaqlarında Sovet hakimiyyəti Qırmızı Ordunun fevral-mart 1921-ci il dövründəki hərbi hərəkatı nəticəsində təmin edildi. Bu hərbi səfər əsasəən Sovnarkomun Millətlər üzrə komissarı olan Stalin ilə Cənubi Qafqaz Bölgə Komitəsinin rəhbəri olan Orconikidze tərəfindən həyata keçirildi. Qırmızı Ordunun bölgəyə gəlməsindən əvvəl yerli bolşevilər arasında Gürcüstanla necə davranmalı məsələsində fikir ayrılıqları mövcud idi. Stalin və Orconikidze menşevik hakimiyyətindəki Gürcüstanın dərhal sovetləşdirilməsini istəyərkən, Trotski Gürcüstanın daxilində hazırlanacaq üsyan ilə oranın sovetləşdirilməsini istəyirdi.
Gəncə hadisələri (2018)
Gəncə iğtişaşları və ya digər adı ilə Gəncə hadisələri — 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş verən iğtişaş. Rəsmi məlumatlara əsasən iğtişaşlardan bir həftə əvvəl, iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov tərəfindən Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi olundu. Sui-qəsd cəhdindən sonra Yunis Səfərovu müdafiə edən bir qrup şəxs Gəncə şəhərində iğtişaşlar törətdi. İğtişaşlar 2 polisin öldürülməsi, onlarla insanın yaralanması və 54 nəfərin həbs edilməsi ilə yadda qaldı. 2018-ci il iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçi Qasım Aşbazov Gəncə meriyasının inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldı və xəstəxanaya yerləşdirildi. Bir müddət sonra 1983-cü ildə Gəncədə anadan olan Rusiya vətəndaşı Yunis Səfərovun dərhal həmin ərazidə xidmət aparan polislər tərəfindən saxladıldığı məlum oldu. Bir müddət sonra bir sıra KİV-ləri həm Elmar Vəliyevin, həm də Qasım Aşbazov xəstəxanada vəfat etdiyi haqqında xəbərlər yaydı. Amma xəbərlər həqiqətə uyğun deyildi. İyulun 6-da isə Elmar Vəliyevin müalicəsini İsraildə davam etdirəcəyi bildirildi. Elmar Vəliyevə qarşı sui-qəsdə ittiham olunan Yunis Rafiq oğlu Səfərov, 1983-cü il sentyabr ayının 29-da Gəncə şəhərində anadan olub.
Hadisə
Hadisə və ya olay — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir.
Hadisə-güdümlü proqramlaşdırma
Hadisə-güdümlü proqramlaşdırma, hadisələrlə idarə olunan proqramlaşdırma – proqramın daim hər hansı hadisənin baş verib-verməməsini (məsələn, klavişin basılmasını və ya siçanın yerdəyişməsini) “izləməsi” və onlara reaksiya verməsinə əsaslanan proqramlaşdırma üslubu. Belə yanaşma Apple Macintosh kompüterlərində işləyən, demək olar ki, bütün proqramlar üçün tələb olunur; o, Microsoft Windows kimi qrafik istifadəçi interfeyslərinin əksəriyyətində də tətbiq olunur.
Hadisə (ad)
Hadisə
Hadisə (dəqiqləşdirmə)
Hadisə
Hadisə (müğənni)
Hadisə Açıqgöz (22 oktyabr 1985, Mol[d], Flamand regionu[d]) — Belçikada doğulmuş, həm Belçika, həm Türkiyə vətəndaşı olan müğənni və televiziya aparıcısı. Belçikada təşkil olunan "Pop İdol" yarışması ilə tanınmışdır. Hadisə 22 oktyabr 1985-ci ildə Anvers şəhəri yaxınlığında yerləşən Mol qəsəbəsində anadan olmuşdur. Atası əslən ləzgi, anası isə qumuq kökənlidir . Ailəsi Sivasın Yıldızeli ilçəsinin Yavu və Fındıcak kəndlərindəndir. 2003-cü ildə Türkiyədəki Pop Star müsabiqəsinin oxşarı olan Pop İdol müsabiqəsində iştirak etmişdir. Bu müsabiqənin qalibi olmasa da, təşkilatçılar ona mahnılarından ibarət albom çıxarmasını təklif etmişdirlər. Hadisənin ilk klipi Sweat 1 noyabr 2004-cü ildə televiziya ekranlarına çıxdı. Bu mahnının uğurlu alınması ilə klipləri musiqi kanallarında tez-tez göstərilməyə başlandı. İkinci albomu Stir Me Up, 6 may 2005-ci ildə çıxdı və Avropada bəyənildi.
Hadisə Açıqgöz
Hadisə Açıqgöz (22 oktyabr 1985, Mol[d], Flamand regionu[d]) — Belçikada doğulmuş, həm Belçika, həm Türkiyə vətəndaşı olan müğənni və televiziya aparıcısı. Belçikada təşkil olunan "Pop İdol" yarışması ilə tanınmışdır. Hadisə 22 oktyabr 1985-ci ildə Anvers şəhəri yaxınlığında yerləşən Mol qəsəbəsində anadan olmuşdur. Atası əslən ləzgi, anası isə qumuq kökənlidir . Ailəsi Sivasın Yıldızeli ilçəsinin Yavu və Fındıcak kəndlərindəndir. 2003-cü ildə Türkiyədəki Pop Star müsabiqəsinin oxşarı olan Pop İdol müsabiqəsində iştirak etmişdir. Bu müsabiqənin qalibi olmasa da, təşkilatçılar ona mahnılarından ibarət albom çıxarmasını təklif etmişdirlər. Hadisənin ilk klipi Sweat 1 noyabr 2004-cü ildə televiziya ekranlarına çıxdı. Bu mahnının uğurlu alınması ilə klipləri musiqi kanallarında tez-tez göstərilməyə başlandı. İkinci albomu Stir Me Up, 6 may 2005-ci ildə çıxdı və Avropada bəyənildi.
Hadisə var (roman)
Hadisə var — Orxan Kamalın yazdığı və 1958-ci ildə nəşr olunan roman. Müəllif romanı 1954-cü ildə yazıb. Kitab Xanımın ferması trilogiyasının ilk kitabıdır. Çukurovanın çətin insan münasibətlərindən bəhs edən Xanımın ferması trilogiyasının ilk kitabı olan Hadisə var, dəyişən ictimai münasibətlərin insanların həyatını və şüurunu necə yönləndirdiyini və dəyişdirdiyini izah edən bir romandır. Hadisə var, torpağını itirərək yoxsullaşan kəndlilərlə güclənən mülkədarlar arasındakı gərgin münasibətləri müzakirə edərkən, bu münasibət çərçivəsində kimliklərinin yenidən qurulmasının şahidi olur.
Hadisə Üfüqü Teleskopu
Hadisə Üfüqü Teleskopu (HÜT) (ing. Event Horizon Telescope (EHT)) radio teleskop sistemi olub qlobal teleskop şəbəkəsi təşkil edir. Hadisə Üfüqü Tekeskopu layihəsi Yer kürəsinin müxtəlif nöqtələrində bir-birindən uzaqda bucaq imkanı kifayət qədər olan 8 kəskin uzun bazisli interferometrik stansiyalardan məlumatları birləşdirərək super massiv Qara Dəliyin Hadisə Üfüqü kimi nəhəng obyekləri müşahidə etməyə imkan verir. Proyektin hədəfi Yer Kürəsindən ən böyük bucaq diametrində iki Qara Dəliyi müşahidə etməkdir. Müşahidə məntəqələri cD tipli ovalvari super nəhəng Messier 87 qalaktikasının mərkəzindəki Qara Dəlik və Süd Yolu qalaktikanısının mərkəzində yerləşən Sagittarius A* Qara Dəliyidir. Hadisə Üfüqü Teleskopu Əməkdaşlığı özünün ilk uğurlu nəticəsini 10 aprel 2019-cu il tarixdə eynianda 6 müxtəlif bölgələrdə keçirilmiş mətbuat konfransında açıqlamışdır. Məlumatda birbaşa Messier 87 qalaktikasının mərkəzindəki Qara dəliyin şəkli göstərilərək M87 adı altında qeyd olunmuşdur. Elmi nəticələr 6 məqalədə The Astrophysical Journal Letters jurnalının 875-ci sayında nəşr olunmuşdur.
Hadisə üfüqü
Hadisə üfüqü — işıq və maddənin artıq qaça bilmədiyi bölgəni sərhədləyən qurşaq. Hadisə üfüqü hər hansı bir fiziki araşdırma edə bilmədiyimiz bir kosmos parçasıdır. Nə hadisə üfüqündən kənarı bilinən qanunlarla açıqlama imkanı var, nə də orada nə olub bitdiyini bilməyin bir yolu var. Bir ulduzun hadisə üfüqü ulduzun çökmədən əvvəlki kütləsi ilə mütənasibdir. Məsələn, kütləsi 10 günəş kütləsi olan bir ulduz içə çöküb qara dəlik halına gəldiyində diametri 60 km olan bir hadisə üfüqünə sahib olur. Bir qara dəlik maddə udduqca hadisə üfüqünü genişlədir, hadisə üfüqü genişləndikcə də daha güclü qravitasiya sahəsinə sahib olur. Qara dəliyin hadisə üfüqündə nəzəri olaraq zaman tamamən dayanır. Bəzi qara dəliklərdə iki hadisə üfüqü vardır. Bəziləri "hadisə üfüqü" termini yerinə qara dəliyə çox da uyğun olmayan "qara dəliyin səthi" terminini istifadə edirlər. (Terminin uyğun olmamasının səbəbi bir planet və ya ulduzdakı kimi qatı və qazlardan təşkil olan bir səthinin olmamağıdır.) Lakin burada bəzi xüsusi xüsusiyyətlər göstərən bir bölgədən danışılmır; bir müşahidəçi qara dəliyə üfüqü aşacaq qədər yaxınlaşmış ola bilsəydi, özünə səth təəssürat sağlayacaq heç bir xüsusiyyət və ya dəyişiklik hiss edə bilməyəcəkdi.
Hadisə üfüqü (film, 1997)
Hadisələr
Hadisə və ya olay — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir.
Hadisələrin emalı
Hadisələrin emalı – əməliyyat sistemlərinin Mac OS, Microsoft Windows, UNIX və OS/2 kimi güclü arxitekturalarında dəstəklənən proqram funksiyası. Əvvəllər proqramlar qarşılıqlı əlaqədə ola biləcəyi bütün qurğuları (məsələn: klaviatura, siçan, printer, disksürən, ardıcıl port) soruşmalı (mahiyyətcə qabaqcadan duymalı) idi. Proqram vasitəsi çox həssas deyildisə, tez-tez eyni anda baş verən iki hadisədən biri itə bilərdi. Hadisələrin emalı bu problemi həll etməyə imkan verir: Ən tez-tez baş verən hadisələrin növbəsi təşkil edilir ki, onları da proqram ardıcıl olaraq emal edir (yeri gəlmişkən, hadisələrin bəzi tipləri daha yüksək öncəlikləri hesabına üstünlüyə malik ola bilər). Hadisələr konkret əməliyyat sisteminin müəyyənləşdirdiyi bir neçə tipdən birinə aid ola bilər: siçanın düyməsinin və ya klaviaturanın klavişinin basılması, diskin dəyişdirilməsi, siçanın pəncərədə çıqqıldadılması, qurğunun drayverindən informasiyanın alınması və s.
Hadisənin öyrənilməsi metodu
Keys üsulu və ya Keys metodu (ing. Case method; case-study) Hadisənin öyrənilməsi (case study) hadisəni yaradan səbəblərin, onun hərəkət verici amillərinin aşkara cıxarılması məqsədilə bu hadisənin bütün dərinliyi ilə tədqiq edilməsindən ibarətdir. Hadisə öyrənilməsi metodundan təhsil, sosial psixologiya, sosiologiya, siyasət, iqtisadiyyat kimi sahələrdə istifadə edilir. Məsələn, sahibkar olmaq istəyən bir şəxsin, öz işini açarkən keçdiyi mərhələləri öyrənmək və analiz etmək bu sahədəki çatışmazlıqlar və hansı addımlar atılarsa onların aradan qaldırıla bıləcəyi haqqında qiymətli məlumatlar verə bilər. Psixologiya sahəsində son dövrlərə qədər hadisənin öyrənilməsindən ən çox istifadə olunan yer neyropsixologiya idi. Tədqiqiatçılar beynin müxtəlif sahələrinin zədələnməsinə məruz qalmış insanların davranışındakı dəyişiklikləri öyrənərək sinir sisteminin fəaliyyəti haqqında dəyərli məlumatlar əldə edə bilirlər. Gündəlik psixologiyada isə insan davranışının, onun səbəblərinin öyrənilməsi üçün uzun müddət ümumiyyətlə kəmiyyət tədqiqiatlarına üstünlük verilmişdir, həm də tədqiqatlar daha çox laboratoriya təcrübələri üzərində qurulmuşdur. Lakin son illər təbii şəraitdə aparılan və ümumi şəkildə çöl tədqiqatları adlanan üsullara diqqət yetirilməyə başlandı. Bir çox tədqiqatçılar psixologiyanın gələcəyinin məhz təbii şəraitdə aparılan tədqiqatlar üzərində qurulacağını ehtimal edirlər. Tədqiqat metodlarına aid ədəbiyyatda hadisənin öyrənilməsi üsulunun bir neçə tipi göstərilir.
Halo (atmosfer hadisəsi)
Hibiya hadisəsi
Hibiya hadisəsi (日比谷焼打事件, Hibiya yakiuchi jiken) – Rus-yapon müharibəsini sonlandıran Portsmut sülh müqaviləsinə etiraz olaraq 5 sentyabr 1905-ci ildə Tokioda başlayan şəhər iğtişaşı. Yaponiya donanması Rusiya donanmasını Tsuşima döyüşündə məğlub etməsinə, Port-Arturu ələ keçirməsinə və Mukden döyüşündə qələbə qazanmasına baxmayaraq Yaponiya ordusu Mancuriyada çox qalmış və Yaponiya iqtisadiyyatı artıq müharibə xərclərinə görə geriləməyə başlamışdır. Aktual müharibə vəziyyətini qəbul etməyən aktivist qruplar Portmust müqaviləsinin onlara sərf etməyən şərtlərinə etiraz etmək üçün Tokionun mərkəzindəki Hibiya parkında yığışmışdırlar. Etirazçılar xüsusilə Lyaodun yarımadasının və Saxalin adasının yarısının Rusiyaya qaytarılmasını və Rusiyanın Yaponiyaya heç bir təzminat ödəməməsinə etiraz etmişdirlər. Etirazçılar Hibiya parkında 5 sentyabr 1905-ci ilin axşamında toplaşmağa başlamışdırlar, lakin polislər parkın darvazalarına barikadalar qurmuşdurlar. 30.000 nəfərlik izdiham parka daxil olmağa çalışsa da, polislər darvazaları açmaqdan imtina etmişdirlər. Kütlə iğtişaş çıxarmış, İmperiya sarayına yürümüş və iki gün boyunca şəhərdə iğtişaşlar törətmişdir. İğtişaş başa çatana qədər iğtişaşçı kütlə 350-dən çox tikiliyə zərər vermişdir. Bu tikililərə daxili işlər nazirinin iqamətgahı və şəhərdəki polis məntəqələrinin 70%-i daxildir. 17 nəfər öldürülmüş, 450-dən çox polis, 48 yanğınsöndürən və vətəndaş yaralanmış, yüzlərlə insan həbs olunmuşdur.

hadis sözünün leksik mənası və izahı

"hadis" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hadis nədir? #hadis sözünün mənası #hadis nə deməkdir? #hadis sözünün izahı #hadis sözünün yazılışı #hadis necə yazılır? #hadis sözünün düzgün yazılışı #hadis leksik mənası #hadis sözünün sinonimi #hadis sözünün yaxın mənalı sözlər #hadis sözünün əks mənası #hadis sözünün etimologiyası #hadis sözünün orfoqrafiyası #hadis rusca #hadis inglisça #hadis fransızca #hadis sözünün istifadəsi #sözlük