hansı sözü azərbaycan dilində

hansı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hansı • 96.1742%
  • Hansı • 3.8063%
  • HANSI • 0.0172%
  • HAnsı • 0.0023%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 312.51 dəfə / 1 mln.
2002 •••••••••••••• 318.63
2003 •••••••••••• 268.89
2004 ••••••••••• 244.57
2005 •••••••••••• 270.59
2006 •••••••• 187.85
2007 •••••••• 178.44
2008 ••••••• 166.88
2009 ••••••••••• 255.01
2010 ••••••••••••• 291.38
2011 ••••••••••••• 290.57
2012 •••••••••••• 270.28
2013 •••••••••••••••••••• 477.44
2014 •••••••••••••••• 379.60
2015 ••••••••••••••••••• 430.06
2016 •••••••••••••••• 362.87
2017 •••••••••••••• 312.82
2018 ••••••••••••• 303.10
2019 ••••••••••••••••• 382.36
2020 ••••••••••••••••• 385.89

hansı sözünün leksik mənası və izahı

  • 1 əvəz. 1. İki və ya bir çox şeydən birini müəyyənləşdirəcək cavab almaq üçün sual kimi işlənir. Hansı əsərdən xoşunuz gəlir? Sitatları hansı məxəzlərdən götürmüsünüz? Hansı mərtəbədə yaşayırsınız? – Hansı qüvvələrin şəhərə hakim olması bəlli deyil idi. Çəmənzəminli. [Şah:] Vəzir, mənimçin hansı peşəni məsləhət görürsən? Ü.Hacıbəyov. 2. Ayırıcı, müəyyənləşdirici sual kimi işlənir. Hansı böyükdür, hansı kiçik? Bunlardan hansı müdirdir, hansı müavin? – [Məşədi İbad:] Bir deyin görüm, xanım hansınızdır, qulluqçu hansınız? Ü.Hacıbəyov. 3. Bir şəxsin, ya şeyin keyfiyyəti, xüsusiyyəti, xassəsi haqqında sual bildirir. Hansı məziyyətinə görə onu bu qədər xoşlayırlar? – Söylə, şirinlikdə, hansı fidanda; Hansı gülüstanda, hansı cahanda; Ey yoldaş, ey qadın, sənin varın var? M.Müşfiq. 4. Bir şeyin əmələgəlmə vaxtı, ardıcıllığı haqqında sual kimi işlənir. Hadisə hansı ayda baş vermişdir? Siz hansı ildə anadan olmuşsunuz? – Bunu istiyirik bilək ki, aya bu papaqlar [müsəlman papaqları] hansı əsrdən və nə vaxt bu tövr bizim içimizdə adət olubdur? C.Məmmədquluzadə. 5. “Hər bir”, “hər hansı”, “hər hansı bir” mənasında işlənir. Hansı adamı dindirsəniz, eyni cavabı eşidəcəksiniz. Hansı kitabı açsanız, tapa bilərsiniz. – Hankı səmtə, hankı yana; Hey uçsam da, yuvam sənsən. S.Vurğun. [Cahan Əsgərə:] Hansı bəyin və ya tacirin qızını istəsən, gedim, sənə alım. Ü.Hacıbəyov. // Eyni mənada əsasən inkar cümlələrində işlədilir. Hansı şagird usta olmağa çalışmır? 6. Qeyri-müəyyənlik bildirir. Bilmirəm, hansı ağzıgöyçək deyib ki, “insan əşrəfiməxluqatdır”? M.Hüseyn. ◊ Hansı ki – təyin budaq cümləsini baş cümləyə bağlayan və baş cümlədə olan ismi budaq cümlədə əvəz edən bağlayıcı. Niyə cavab vermədin; o demaqoq hərifə? Hansı ki, srağagün; məni tənqid elədi? R.Rza.

    Azərbaycan dilinin izahlı lüğəti / hansı

hansı sözünün rus dilinə tərcüməsi

  • 1 мест. 1. который (обозначает вопрос о порядке выбора предметов), какой. Bunlardan hansı böyükdür, hansı kiçik? который (какой) из них старший, который (какой) младший? 2. какой: 1) обозначает вопрос о качестве, свойстве чего-л. Siz hansı fikirdəsiniz? какого вы мнения?, hansı otaqdadır? в какой он (она, оно) комнате?, hansı kitabı sevirsiniz? какую книгу любите?, hansı tamaşalar xoşunuza gəlir? какие спектакли вам нравятся? 2) употребляется для выражения вопроса о порядке выбора, порядке следования, о времени появления предметов. Hansı ildənsiniz? какого вы года рождения?, hadisə hansı ayda baş vermişdir? в каком месяце произошло это событие? 3) присоединяет придаточное определительное, соответствует по значению слову который (кто). Hansı qalib gəlsə, mükafatı da o alacaq кто (какой из них) победит, тот и получит приз 4) присоединяет придаточное дополнительное. Deyin görüm, Nizaminin “Xəmsə”sinə hansı əsərlər daxildir? скажите (ответьте мне), какие произведения входят в “Хамсу” Низами? ◊ hansı yuvanın quşudur? kim что за птица? кто; hansı üzlə с каким лицом, с какими глазами; hansı ixtiyarla по какому праву; hansı olur-olsun какой бы ни был, всё равно какой

    Azərbaycanca-rusca lüğət / hansı

hansı sözünün inglis dilinə tərcüməsi

  • 1 əv. 1. what sort of; what; Siz hansı musiqini xoşlayırsınız? What sort of music do you like? Bu gün hansı gündür? What day is it today? 2. what, which; Bu kitablardan hansını istəyirsiniz? Which of these books do you want?

    Azərbaycanca-ingiliscə lüğət / hansı

hansı sözünün fransız dilinə tərcüməsi

hansı sözünün türk dilinə tərcüməsi

"hansı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hansı nədir? #hansı sözünün mənası #hansı nə deməkdir? #hansı sözünün izahı #hansı sözünün yazılışı #hansı necə yazılır? #hansı sözünün düzgün yazılışı #hansı leksik mənası #hansı sözünün sinonimi #hansı sözünün yaxın mənalı sözlər #hansı sözünün əks mənası #hansı sözünün etimologiyası #hansı sözünün orfoqrafiyası #hansı rusca #hansı inglisça #hansı fransızca #hansı sözünün istifadəsi #sözlük