* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Qana batmış, qana bulaşmış. Qanlı paltar. Qanlı silah. – Fəhlələrdən bir neçə nəfəri Qurbanın qanlı cənazəsini kazarmaya gətirirlər. M.İbrahimov. 2. Qanla dolu, qanla qarışıq, içində qan olan. Qanlı irin. Qanlı ishal. Qanlı, yara. 3. Çoxlu qurbanlara, çoxlu adam qırılmasına, çoxlu qan axıdılmasına səbəb olan. Qanlı toqquşma. Qanlı vuruşma. – Qanlı müharibələrin şahidi olan İçərişəhər hər yandan qalın barı və bürclərlə əhatə edilmişdi. A.Şaiq. Açılmasın qanlı hərbin bir də qara qanadları. M.Dilbazi. // məc. Öldürücü, canalıcı. Könül dost kuyinə etdikcə güzər; Qanlı qəmzəsinə etməzmi həzər? M.V.Vidadi. 4. Öz vəhşilikləri ilə, adam öldürməklə özünü ləkələmiş, vəhşi, yırtıcı. Faşizmin qanlı cəlladları. 5. is. Qatil. Qanlıdan qada əskik olmaz. (Ata. sözü). Gəh gözdə, gəh könüldə xədəngin məkan tutar; Hər qanda olsa qanlını, əlbəttə, qan tutar. Füzuli. Əzrayılı qanlı tutmasın anam; Məni bir kirpiyi peykan öldürür… Aşıq Ələsgər. Doğrudur, xalqın sözü: Qanlını qan tutarmış; Bəzən də bir içim su əjdahanı boğarmış. H.Cavid. // Düşmən, qan düşməni. [Əsəd bəy:] Hər bir halda qanlı qanlıdan əl çəkməz. C.Cabbarlı. Bir oxla ayrılmışdı Sara nişanlısından; Düşündü: “İntiqam al, gəl, onun qanlısından”. Ə.Cavad. Burada [Göytəpədə] çox adamlar əlini Qurana basıb günahsız olduğuna and içmiş, çox qanlılar barışdırılmışdı. İ.Şıxlı. 6. Çox bişməmiş, çiyhal, alabişmiş. İgid canlı, kabab qanlı (gərək). (Məsəl). 7. məc. dan. Qeyrətçəkən, təəssübçəkən; öz xalqının və vətəninin təəssübünü, qeyrətini çəkən. O, çox qanlı adamdır. ◊ Qanlı göz yaşları – acı-acı ağlama, yanıqlı-yanıqlı ağlama. Dizi üstə əzəl alıb başımı; Sildi lütf ilə qanlı göz yaşımı. A.Səhhət.
Azərbaycan dilinin izahlı lüğəti / qanlı1 Gözümdən qanlı yaş axır deyirik. Əslində, heç bir qan görünmür və olmur. Qaqauz dilində bu ifadə “горючие слезы” anlamında işlədilir. Sözün əsli köylü (qaynamaq) “yaş” deməkdir, göy isə “od” anlamını verir. Yanıqlı yaş (yanıqlı oxuyur deyirik) ifadəsi təhriflə bağlı qanlı yaş formasına düşüb. Deməli, burada qanlı sözünün məcazi mənasından yox, orijinalın təhrifindən söz açmalıyıq. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qanlı1 QANLI I is. Qatil. Hər bir halda qanlı qanlıdan əl çəkməz (C.Cabbarlı). QANLI II sif. Qana batmış, qana bulaşmış. Fəhlələrdən bir neçə nəfəri Qurbanın qanlı cənazəsini kazarmaya gətirdilər (M.İbrahimov).
Azərbaycan dilinin omonimlər lüğəti / qanlı1 1. кровавый, кровянистый, окровавленный; 2. кровопролитный; 3. перен. кровный враг;
Azərbaycanca-rusca lüğət / qanlı2 I прил. 1. кровавый: 1. залитый кровью, окровавленный. Qanlı izlər кровавые следы 2) с примесью крови. мед. Qanlı köpük кровавая пена, qanlı bəlğəm кровавая мокрота 3) сопровождаемый пролитием крови, множеством жертв. Qanlı cinayətlər кровавые преступления, qanlı fəlakətlər кровавые события, qanlı cəza tədbirləri кровавые репрессии 2. кровопролитный. Qanlı vuruşmalar кровопролитные бои II сущ. 1. убийца, человекоубийца, душегуб 2. враг, кровный враг ◊ qanlı divan tutmaq устроить кровавую баню (о массовом убийстве людей); qanlı bazar günü истор. кровавое воскресенье; qanlı göz yaşları кровавые слезы
Azərbaycanca-rusca lüğət / qanlı1 s. bloody, sanguinary, bloodstained, murderous; ~ vuruşmalar bloody / sanguinary battles; ~ əllər sanguinary hands; ~ qanunlar sanguinary laws; ~ tarix bloodstained history; ~ olmaq (düşmən) 1) to be* deadly enemy / bloody feud; 2) d.d. to be* sensible / reasonable
Azərbaycanca-ingiliscə lüğət / qanlı1 sif. 1) sanglant, -e, ensanglanté, -e, saignant, -e ; 2) meurtrier m, tueur m, assassin m ◊ ~ göz yaşları larmes f pl sanglantes ; ~ divan tutmaq faire un (vérirable) carnage à
Azərbaycanca-fransızca lüğət / qanlı1 прил. 1. иви алай, ивидай кьацӀай, ивидай ктад хьайи (мес. ппек); // ивиди риченвай, ивидал хьайи (мес. мийит); 2. къене иви авай, иви квай, иви акахьай (мес. ирин); 3. гзаф ивияр экъичуниз (авахьуниз), инсанар рекьиниз (телеф хьуниз) себеб жедай (мес. дяве); // пер. ччан къачудай, рекьидай; 4. итимар рекьидай, вагьши, регьимсуз (мес. жаллатӀ); 5. къатил, жаллатӀ; душман, мидя; 6. бегьем чурун тавур, зурхъум чрай, иви кумай, чигвал кумай (мес. кабаб); 7. пер. рах. вичин халкьдин, дигедин гъейрат чӀугвадай, гъейратлу; ** qanlı göz yaşları куз-куз шехьун, вилин накъвар авадарун.
Azərbaycanca-ləzgicə lüğəti / qanlı