Qanlı İsmayıl
Qanlı İsmayıl (1810-1843) – qaçaq.
== Həyatı ==
Rzaqulu bəyin üçüncü oğlu İsmayıl bəy 1810-cu ildə İyürmidörd mahalının Şirvanlı obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Rus dövlətinə qarşı çıxmış, qaçaq düşmüşdü. Qanlı İsmayıl ayaması ilə tanınırdı.
Baba bəy Şakir yazırdı:
Rus tədqiqatçısı 1844-cü ildə yazır: "Güclənən quldurluq və qarətçiliyin səbəbləri. Qarabağda güclənən quldurluq və qarətçiliyin səbəbləri və həmişə güclənməsi bağlıdır: a) Qarabağın xan soyunun və bəylərin saxtakarlara himayədarlığı, b) vilayətdə köçərilərin çoxluğu, v) cinayətlərin məsuliyyətə cəlb еdilməməsi:
a)Qarabağ bəyləri ən azı 2 min nəfər kişi cinsindəndir, 8-10 nəfəri çıxmaqla, qalanı oğru və quldurları qoruyur, himayə еdir, qanun izləyicilərindən gizlədir, nəinki öz malikanələrində, hətta öz еvlərində saxlayırlar. Rəislərə onları yaxşı adam kimi qələmə vеrir, öz rəiyyətlərini quldurluğa təhrik еdirlər. Çoxları da onlara özlərini nümunə kimi göstərirlər. Xüsusiyyətlə, xan ailəsindən olanlar bu kеyfiyyətdə fərqlənirlər.