Mansi dili
Mansi dili (köhnə adı voqul dili Vagil (Voqulka) — mansi dilində Vool) çayının adından götürülüb) — mansi xalqının dili. Mansilər fin-uqor dilləri ailəsinin uqor yarımailəsinin ob-uqor qrupuna aiddir. Təxmini hesablamara görə mansi dilini ana dili kimi 37,1 % təşkil edir. Rus dilini doğma dil kimi 62 %, 1 %-dən azı sibir-tatar dili, komi, xantı və nenes dillərini qəbul edir. Tədqiqatlara görə mansı dili ural dillərindən ən çox macar dilinə yaxınır. Oxşarlıq leksikda, qramatikada və fonetikada özünü göstərir.
== Dialektlər ==
4 dialekt qrupu var:
Şimal (Sosva, Lyapin və Yuxarı Lozva çayları sahillərində)
Qərb (orta və aşağı Lozva, Pelm)
Şərq (Konda üzrə)
Cənub (Tavda üzrə).
Ərazi böyülüyünə görə dialektlər arasında fərq çox güclüdür. Sosvin və kondin dialketlər arasında fərq isə həddən artıq böyükdür. Ədəbi mansı dilinin əsası kimi sosvin dialekti götürülüb.