manna sözü azərbaycan dilində

manna

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • manna • 53.3557%
  • Manna • 46.6443%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Manna
Manna (akkad. Mannai), Minni (ivr. ‏מנּי‏‎) və ya Manas — e.ə. IX əsr–e.ə. VI əsrlərdə tarixi Azərbaycan ərazisində, indiki Cənubi Azərbaycanın şimal-qərbindəki Urmiya gölünün sahilində qədim dövlət. Manna yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət hesab edilir. Paytaxtı İzirtu şəhəridir. Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi. Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullubi, turukki tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.
Manna dili
Manna dili və ya Manna türkcəsi — Azərbaycanda (Güney Azərbaycanda) mövcud olmuş Manna Yanzuluğunun rəsmi dövlət dili. Manna dilinin hansı dil ailəsinə aid olduğu dəqiq bilinmir. Lakin, Manna yanzularının (krallarının) adlarının və Manna toponimlərinin türk sözü kimi yozulduğuna görə, Manna dilinin türk dili olduğunu azdan-çoxdan əminliklə demək olar.
Manna dövləti
Manna (akkad. Mannai), Minni (ivr. ‏מנּי‏‎) və ya Manas — e.ə. IX əsr–e.ə. VI əsrlərdə tarixi Azərbaycan ərazisində, indiki Cənubi Azərbaycanın şimal-qərbindəki Urmiya gölünün sahilində qədim dövlət. Manna yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət hesab edilir. Paytaxtı İzirtu şəhəridir. Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi. Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullubi, turukki tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.
Manna toponimləri
Manna toponimləri – Manna ərazisində yayaılmış toponimlər. Həmin toponimlərinin bir çoxu bu gün də tarixi Azərbaycan ərazisində qalmaqdadır. Manna tarixindən yazmış bütün tədqiqatçılar Assur və Urartu mənbələrində çəkilmiş Manna toponimlərinin bir hissəsinin qədim Şərq dillərində olmadığını söyləyərək izahını verə bilməmiş və onları qədim yerli adlar adlandıraraq üstündən keçmişlər. Əsasən asur mənbələrində çəkildiklərinə görə bu adlar həmin dilin fonetik qanunlarına tabe edilmiş və nəticədə, yerli formaları fonetik dəyişikliyə uğramışdır. Manna və Midiya adlarının Qədim Şərq dillərinin fonetikasına uyğun şəkildə gəlib çatması da onların həqiqi formalarını müəyyən etməyə çətinlik yaratmışdır. Çətinliklərdən biri də odur ki, assur dilində adların sonlarına əlavə olunan "u" adlıq hal şəkilçisini bəzi adlarda köklü "u" sonluğundan ayırmaq çətinliyə səbəb olmuşdur. P a r s i n d u – E. A. Qrantovski bu adı İranmənşəli saymış və onu Fars (Pars) etnonimi ilə bağlamışdır. Q. Qeybullayev isə qeyd edir ki, mənbədə, Parsindunun Ameka adlı bir hakimin qalası olması deyilir. Ehtimal ki, bu qala er. əv.
Manna yarması
Manna yarması — buğdanın üyüdülüb ələnilməsiylə əldə edilən bir qida maddəsidir. Manna yarması dənəcikləri 125–140 mikro metr böyüklüyündə, sarı rəngdə, parlaq və bucaqlıdır. Manna yarması istehsalında ümumiyyətlə sərt buğda istifadə edilir. Manna yarması uşaq və pəhriz qidası üçün geniş istifadə olunan əsas qida məhsuludur. Bu yarmanı un dəyirmanında buğdanın sortlu üyüdülməsi nəticəsində alırlar. Manna yarmasının çıxarı emal olunan dənin 2%-ni təşkil edir. Yumşaq və bərk buğdadan alınan manna yarması tərkibindən və quruluşundan asılı olaraq "M", "MT" və "T" markası ilə buraxılır. "M" markalı yarmanı yumşaq yarımşüşəvari və şüşəvari buğdadan, "T" markalı yarmanı bərk buğdadan, "MT" markalı yarmanı isə bərk və yumşaq buğdaların qarışığından alırlar. Manna yarmasından birinci xörəklərin, sıyıqların və şirin xörəklərin hazırlanmasında istifadə edilir. Manna yarması qida dəyəri yüksək olan bir yeməkdir.
Mannalar
Mannallılar — Azərbaycanda yaşayan yerli etnoslardan biri. Manna ərazisi er. əvvəl III minillikdən başlayaraq kuti və lulubelərin məskun olduqları ərazi olduğuna görə, mannalar (yaxud mannalılar) onların birbaşa varisləri sayılır. İ. M. Dyakonov yazır ki, Manna dövləti lulube-kuti dövlət qurumu idi. Tarixşünaslıqda Manna müəyyən bir etnosun adı kimi nəzərə alınır. Q. A. Melikişvili yazır ki, Manna yerli etnik addır. Ölkə orada yaşayan Manna etnosunun adı ilə adlanmışdır. Manna əvvəlcə konkret bir tayfanın, sonra tayfa birləşməsinin, daha sonra er. əv. IX əsrin 30-cu illərindən Azərbaycan ərazisində ilk dövlət qurumunun adıdır.
Mannalı Aza
Aza — Manna dövlətinin ikinci hökmdarı, hökmdar İranzunun oğlu və Ullusununun qardaşı. Aza da atası İranzu kimi Assura meylli siyasət yürütmüşdü. Lakin, o, çox az hakimiyyət sürdü və tezliklə Urartu ilə ittifaq tərəfdarları tərəfindən məğlubiyyətə uğradı. Urartu ilə ittifaq bağlamış Manna canişinləri uişdişli Baqdatti və zikertulu Metatti Azanın əleyhinə çıxdılar. Aza öz dövləti ərazisində müdafiəyə çəkilməyə məcbur oldu. O, "çıxılmaz Uauş dağı"nda (Səhənd) möhkəmləndi, lakin düşmənlərini yənə bilmədi və öldürüldü. Azanın öldürülməsindən qəzəblənən Assur hökmdarı II Sarqon qatilləri cəzalandırmaq üçün e.ə. 716-cı ildə Mannaya yürüş etdi. Bu haqqda Dur Şarukkin (Xorsabad) sarayının V zalındakı divar yazısında deyilir: "...Hakimiyyətimin altıncı ilində Urartulu Ursa, Mannalılar ölkəsinin canişinləri Uişdişli Baq [dattini və] Zikertulu [Metattini] Şarrukinin (Assuriyalı) və hökmdarlarının oğlu Azanın əleyhinə qaldırdı və [....] Mannalılar ölkəsində qiyam edib, sıldırım Ua[uş] dağında öz hökmdarları Azanın meyitini atdılar. Manna ölkəsinin intiqamını almaq və onu Assuriyanın tabeliyinə qaytarmaq üçün Aşşura, mənim ağama əllərimi ucaltdım və Uauş dağında, Azanın meyitinin atıldığı yerdə Baqdattinin dərisini soydum və Mannalılara göstərdim.
Mannalılar
Mannallılar — Azərbaycanda yaşayan yerli etnoslardan biri. Manna ərazisi er. əvvəl III minillikdən başlayaraq kuti və lulubelərin məskun olduqları ərazi olduğuna görə, mannalar (yaxud mannalılar) onların birbaşa varisləri sayılır. İ. M. Dyakonov yazır ki, Manna dövləti lulube-kuti dövlət qurumu idi. Tarixşünaslıqda Manna müəyyən bir etnosun adı kimi nəzərə alınır. Q. A. Melikişvili yazır ki, Manna yerli etnik addır. Ölkə orada yaşayan Manna etnosunun adı ilə adlanmışdır. Manna əvvəlcə konkret bir tayfanın, sonra tayfa birləşməsinin, daha sonra er. əv. IX əsrin 30-cu illərindən Azərbaycan ərazisində ilk dövlət qurumunun adıdır.
Mannalıların şəxs adları
Mannalıların şəxs adları – Mannalıların mixi yazılı mənbələrdə qorunaraq dövrümüzə çatmış şəxs adları. A m e k a – İranşünaslar bu adı farsca sayırlar. Q. Qeybullayev isə qeyd edir ki, bu ad türkcə amaq, omaq – qıvraq, xoş təbiətli, cəld, yaxşı əhval – ruhiyyəli sözündədir. Midiyada Amaxar (er. əv. 821-ci il), Qara dənizin şimal çöllərində skiflərdə Amak (er. əv. VII əsr) və sarmatlarda Amaqaşəxs adları ilə müqayisə olurdu. Türk dillərində m – b əvəzlənməsinə görə Abaqa xan (Elxanilər sülaləsində xan adı, XIII əsr), XIV əsrdə Sibirdə Tumen xanlığının xanı İbak, XVII əsrdə Altayda teleutlarda Abak şəxs adları ilə müqayisə olunur. M u s a s i n – Şumercə mu – mənim, sa, za – ürək və Sin (Ay allahının adı) sözlərindən ibarət teofor addır.
Mannar adası
Mannar (sinh. දිස්ත්රික්කය, tam. மன்னர் ஐலன்ட்) — Şri-Lankaya məxsus olan ada. Ada Polk boğazında yerləşir. Sahəsi 130 km²-dir. 2003-cü il məluumatına görəadada 45307 nəfər yaşayır. Hər kvadarat km əraziyə 348,515 nəfər düşür. Şri-Lanka adasından şimal-qərbdə yerləşir. Ən böyük yaşayış mənqədəsi Mannar şəhəridir. Mannar şəhərindən başqa burada Talaimannar, Pesalai, Karisal, Siruththoppu adlı yaşayış məntəqələri vardır.
Səma mannası
Səma mannası — dini əfsanəyə görə səhrada dolaşan israillilər üçün göydən tökülən azuqə (Yunan: μάννα;Ərəbcə: اَلْمَنُ;bəzən mana, kişi və ya manna kimi də istifadə olunur); Xristanların Müqəddəs Kitabı İncilə görə, bu, İsrail övladlarının Misirdən çıxdıqdan sonra və Kənanı fəth etməzdən əvvəl səhra səfərləri zamanı Allahın onlara göndərdiyi yeməkdir. Bu yemək Quranda üç dəfə qeyd edilmişdir. Manna Müqəddəs Kitabın "Çıxış" kitabının 16-cı fəslində, "Saylar"ın 11-ci fəslində və Quranın 2-ci fəslində rast gəlinir. Çıxış kitabının 16-cı fəslindəki qeydlərə görə, israillilər Misiri tərk etdikdən sonra ikinci ayın 15-də manna peyda oldu. O zaman Musa israilliləri Elimlə Sinay arasındakı Sin səhrasına apardı. Yeməyə heç nə yox idi. İsrail xalqı Musaya şikayət etdi ki, aclıqdan öləcəklər. Sonra Rəbb Musaya İsrail övladlarına yemək verəcəyini vəd etdi. Həmin gecə Yehova onlara yemək üçün manna göndərməyə başladı və o gündən israillilər 40 il fasiləsiz manna yedilər. Manna gecə vaxtı şehlə birlikdə düşərgəyə düşdü və bu, don kimi bir az yuvarlaq bir şey idi.
Yuka Mannami
Yuika Mannami (萬波ユカ, 23 avqust 1992, Mie prefekturası) – Yaponiya fotomodeli. The Society Management (Nyu-York), Elite Model Management (Paris, London, Barselona), Why Not Model Management (Milan), Donna Models (Tokio) agentlikləri ilə əməkdaşlıq edir. Yuka Mannami 23 avqust 1992-ci ildə Yaponiyanın Mie prefekturasında anadan olmuşdur. 18 yaşına kimi balerina olmuşdur. Mannami karyerasına tibb bacısı kimi başlamışdır. 23 yaşında ikən Instagram vasitəsilə kəşf edilmiş və Tokiodakı Fendi şousunda model kimi çıxış etmişdir. Shiseido, Uniqlo, Givenchy, Gap, Nordstrom, Aldo Shoes və Bottega Veneta kimi brendlərin reklamlarında iştirak etmişdir. Manami "Teen Vogue", "Harper's Bazaar Hong Kong", "CR Fashion Book", "Vogue Italia" və "American Vogue" jurnallarında model kimi görünmüşdür.
Əlfir Mannapov
Əlfir Mannapov (başq. Маннапов Әлфир Ғабдулла улы; 24 fevral 1954, Buzdək rayonu, Başqırd MSSR) — Rus və başqırd bioloq. Biologiya elmləri doktoru (1999), professor (1999). 2010-cu ildən etibarən K. A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında Balıqçılıq və Arıçılıq şöbəsinin müdiridir, 2006–2010-cu illərdə eyni yerdə arıçılıq şöbəsinin müdiri və 1991–96, 2000–2006-cı illərdə Başqırd Dövlət Aqrar Universitetinin Arıçılıq kafedrasının müdiri. Rusiya Federasiyasının Ali Peşə Təhsilinin Fəxri İşçisi (2013). Başqırdıstan Respublikasının əməkdar elm xadimi (2003). Kənddə anadan olub. BASSR-in Buzdək rayonunun Köhnə Boqadı. Başqırd Kənd Təsərrüfatı İnstitutunun (indiki Başqırdıstan Dövlət Aqrar Universiteti zoopark mühəndisliyi fakültəsini arıçılıq ixtisasını fərqlənmə diplomu ilə bitirib, sonra 1981-ci ilə qədər orada çalışır. 2000-ci ildən bəri Başqırdıstan Dövlət Aqrar Universitetində dissertasiya şurasının sədri olur.

manna sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. разг. манная, манная крупа (крупа, приготовленная из мелкоразмолотой пшеницы). Manna yarması манная крупа, манная, манка II прил. манный (приготовленный из манной крупы). Manna sıyığı манная каша

    Azərbaycanca-rusca lüğət / manna

"manna" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#manna nədir? #manna sözünün mənası #manna nə deməkdir? #manna sözünün izahı #manna sözünün yazılışı #manna necə yazılır? #manna sözünün düzgün yazılışı #manna leksik mənası #manna sözünün sinonimi #manna sözünün yaxın mənalı sözlər #manna sözünün əks mənası #manna sözünün etimologiyası #manna sözünün orfoqrafiyası #manna rusca #manna inglisça #manna fransızca #manna sözünün istifadəsi #sözlük