mannalı sözü azərbaycan dilində

mannalı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mannalı • 66.6667%
  • Mannalı • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mannalı Aza
Aza — Manna dövlətinin ikinci hökmdarı, hökmdar İranzunun oğlu və Ullusununun qardaşı.Aza da atası İranzu kimi Assura meylli siyasət yürütmüşdü. Lakin, o, çox az hakimiyyət sürdü və tezliklə Urartu ilə ittifaq tərəfdarları tərəfindən məğlubiyyətə uğradı. Urartu ilə ittifaq bağlamış Manna canişinləri uişdişli Baqdatti və zikertulu Metatti Azanın əleyhinə çıxdılar. Aza öz dövləti ərazisində müdafiəyə çəkilməyə məcbur oldu. O, "çıxılmaz Uauş dağı"nda (Səhənd) möhkəmləndi, lakin düşmənlərini yənə bilmədi və öldürüldü. Azanın öldürülməsindən qəzəblənən Assur hökmdarı II Sarqon qatilləri cəzalandırmaq üçün e.ə. 716-cı ildə Mannaya yürüş etdi. Bu haqqda Dur Şarukkin (Xorsabad) sarayının V zalındakı divar yazısında deyilir: "...Hakimiyyətimin altıncı ilində Urartulu Ursa, Mannalılar ölkəsinin canişinləri Uişdişli Baq [dattini və] Zikertulu [Metattini] Şarrukinin (Assuriyalı) və hökmdarlarının oğlu Azanın əleyhinə qaldırdı və [....] Mannalılar ölkəsində qiyam edib, sıldırım Ua[uş] dağında öz hökmdarları Azanın meyitini atdılar. Manna ölkəsinin intiqamını almaq və onu Assuriyanın tabeliyinə qaytarmaq üçün Aşşura, mənim ağama əllərimi ucaltdım və Uauş dağında, Azanın meyitinin atıldığı yerdə Baqdattinin dərisini soydum və Mannalılara göstərdim. Ullusununu, onun (Azanın) qardaşını taxta əyləşdirdilər, mən də ona bütün [....] Mannalılar ölkəsini tabe etdim." Aza — Manna dövlətinin ikinci hökmdarı, hökmdar İranzunun oğlu və Ullusununun qardaşı.Aza da atası İranzu kimi Assura meylli siyasət yürütmüşdü.
Mannalılar
Mannallılar — Azərbaycanda yaşayan yerli etnoslardan biri.Manna ərazisi er. əvvəl III minillikdən başlayaraq kuti və lulubelərin məskun olduqları ərazi olduğuna görə, mannalar (yaxud mannalılar) onların birbaşa varisləri sayılır. İ. M. Dyakonov yazır ki, Manna dövləti lulube-kuti dövlət qurumu idi. Tarixşünaslıqda Manna müəyyən bir etnosun adı kimi nəzərə alınır. Q. A. Melikişvili yazır ki, Manna yerli etnik addır. Ölkə orada yaşayan Manna etnosunun adı ilə adlanmışdır. Manna əvvəlcə konkret bir tayfanın, sonra tayfa birləşməsinin, daha sonra er. əv. IX əsrin 30-cu illərindən Azərbaycan ərazisində ilk dövlət qurumunun adıdır. Bu dövlət er.
Mannalıların şəxs adları
Mannalıların şəxs adları – Mannalıların mixi yazılı mənbələrdə qorunaraq dövrümüzə çatmış şəxs adları. A m e k a – İranşünaslar bu adı farsca sayırlar. Q. Qeybullayev isə qeyd edir ki, bu ad türkcə amaq, omaq – qıvraq, xoş təbiətli, cəld, yaxşı əhval – ruhiyyəli sözündədir. Midiyada Amaxar (er. əv. 821-ci il), Qara dənizin şimal çöllərində skiflərdə Amak (er. əv. VII əsr) və sarmatlarda Amaqaşəxs adları ilə müqayisə olurdu. Türk dillərində m – b əvəzlənməsinə görə Abaqa xan (Elxanilər sülaləsində xan adı, XIII əsr), XIV əsrdə Sibirdə Tumen xanlığının xanı İbak, XVII əsrdə Altayda teleutlarda Abak şəxs adları ilə müqayisə olunur. M u s a s i n – Şumercə mu – mənim, sa, za – ürək və Sin (Ay allahının adı) sözlərindən ibarət teofor addır.

"mannalı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mannalı nədir? #mannalı sözünün mənası #mannalı nə deməkdir? #mannalı sözünün izahı #mannalı sözünün yazılışı #mannalı necə yazılır? #mannalı sözünün düzgün yazılışı #mannalı leksik mənası #mannalı sözünün sinonimi #mannalı sözünün yaxın mənalı sözlər #mannalı sözünün əks mənası #mannalı sözünün etimologiyası #mannalı sözünün orfoqrafiyası #mannalı rusca #mannalı inglisça #mannalı fransızca #mannalı sözünün istifadəsi #sözlük