Anna sözü azərbaycan dilində

Anna

Yazılış

  • Anna • 99.4602%
  • ANNA • 0.3199%
  • anna • 0.1799%
  • AnnA • 0.0400%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kiprli Anna
Kiprli Anna (yun. Άννα της Κύπρου; it. Anna di Cipro) (24 sentyabr 1418, Nikosiya, Nikosiya rayonu[d] – 11 noyabr 1462, Cenevrə, Cenevrə kantonu) — Savoyya hersoqu Lüdovikin xanımı, Savoyya hersoqinası. Atası Kipr kralı Yanoş, anası isə onun ikinci xanımı Burbonlu Şarlottadır. 9 avqust 1431-ci ildə bağlanan sazişlə Savoyya hersoqluğunun varisi Şahzadə Amadeusla nişanlansa da, cəmi 20 gün sonra vəliəhd anidən vəfat etdi. Ancaq tərəflər arasında əlaqələri qırmamaq üçün Anna 1 yanvar 1432-ci ildə bağlanan yeni sazişlə hersoqun ikinci oğlu və yeni varisi Lüdoviklə nişanlandı. Cütlüyün toy mərasimi 12 fevral 1434-cü ildə Şamberidə keçirildi və bir neçə ay sonra — 7 noyabrda hersoq oğlunu naib təyin edərək dövlət işlərindən uzaqlaşdığını elan etdi. Buna baxmayaraq V Feliks adını alıb antipapa seçildiyi tarixədək (1440) hersoqluğun idarəsindən rəsmi şəkildə əl çəkmədi. Əri Savoyyalı Lüdovik isə ədəbiyyatla məşğul olur, hersoqluğun idarəsini xanımına həvalə etmişdi. Tez-tez əyləncələr tərtibləyən Annanın dəbdəbəli həyatı bir çox kəndlinin və əsilzadənin etirazına səbəb olmuşdu.
Klevezli Anna
Klevezli Anna (ing. Anne of Cleves;ən tezi 21 sentyabr 1515 və ən geci 22 sentyabr 1515, ən tezi 28 iyun 1515 və ən geci 1 iyul 1515 və ya 1515, Düsseldorf, Berq hersoqluğu, Müqəddəs Roma imperiyası – 16 iyul 1557 və ya 17 iyul 1557, London) — İngiltərə kralı VIII Henrinin dördüncü qadınıdır. Klevez Hersoqu III Conun qızıdır. == Gənclik illəri == Anna Klevez hersoqu III Con və Julich-Berg hersoqinası Mariyanın qızıdır. Gənclik illəri ilə bağlı məlumat çox azdır. Lord Lisle və Tomas Kromvellin tərtibi ilə VIII Henri ilə evlənmişdir. Bütün tarixi qaynaqlar bu cütlüyün bir-birini sevmədiyini və hətta VIII Henrinin Annaya düşmən olduğunu qeyd edir. Kralın nifrət bəsləməsinə səbəb isə Annanın həddindən artıq qürurlu və şöhrətpərəst olmasıdır. Klevezli Anna xalq arasında və sarayda çox sevilmiş, getdiyi hər yerdə hədiyyələrlə qarşılanmışdır. Ancaq kral boşanmaq istəmiş, beləliklə 6 aylıq kraliçalıqdan sonra Anna boşanaraq saraydan ayrılmışdır.
Mariya Anna
Mariya Anna (isp. María Ana de España) (18 avqust 1606, Eskorial – 13 may 1646, Lins, Ens[d]) – İspaniya infantası, Müqəddəs Roma imperatoru III Ferdinandın xanımı. Fərqli zamanlarda ərinin yerinə naibə olaraq xidmət etmişdir. Atası İspaniya kralı III Filipp, anası isə Avstriyalı Marqaritadır. == Həyatı == === Uşaqlıq illəri === Mariya Anna 18 avqust 1606-cı ildə Madrid yaxınlığındakı Eskorial sarayında İspaniya kralı III Filipin qızı olaraq dünyaya gəldi. Valideynləri ikinci dərəcəli qohum idi. Belə ki, atası III Filipin babası V Karl və anası Marqaritanın babası I Ferdinand qardaş idi. Uşaq yaşlarından etibarən Mariya Annanın evlilik məsələsi atasının siyasi planlarında istifadə olundu. İlk namizədi dayısı olan Müqəddəs Roma imperatoru II Ferdinandın böyük oğlu və varisi Con-Karl idi. Ancaq nişanlısı 26 dekabr 1619-cu ildə anidən vəfat etdi və nişan pozuldu.
Anna Başta
Anna Başta (10 iyul 1996, Tolyatti, Rusiya) — Rusiyanı və Azərbaycanı təmsil edən qılıncoynadan, Avropa Çempionatının qalibi. == Karyerası == Anna Başta birinci uğuruna 2013-cü ilin mayında İslandiyada baş tutan FIE Qran-Pri turnirində imza atdı. Turnirdə bütün rəqiblərinə qalib gələn Anna Başta qızıl medalın sahibi oldu. 2014-cü ildə yeniyetmələr arasında Rusiya Çempionatının qalibi olan Anna Başta, 2015-ci ilin martında yeniyetmələr arasında Avropa Çempionatının, aprelində isə gənclər arasında Dünya Çempionatının bürünc medallarına sahib oldu. Anna Başta 2015-ci ilin iyulunda Cənubi Koreyanın Kvanju şəhərində baş tutan Univerisiada Oyunlarında mübarizə apardı. Komanda turnirində gümüş medala sahib olan Anna Başta sablya turnirində qızıl medalın sahibi oldu. 2017-ci ildə Dünya Çempionatında mübarizə aparsa da, debütu uğursuz oldu. Həmin il Gürcüstanın Tbilisi şəhərində baş tutan Avropa Çempionarında isə Anna Başta gümüş medalın sahibi oldu (Komanda turnirində). 2019-cu ildə Azərbaycan Qılıncoynatma Federasiyası tərəfindən Anna Başta Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2019-cu il Anna Başta üçün triumf ili oldu.
Anna Belyayeva
Anna Belyayeva (28 aprel 1987) — 2004–2010-cu illərdə Belarusu, 2011–2013-cü illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi. == Karyerası == 2004–2010-cu illərdə Belarus yığmasının heyətində mübarizə aparan Anna Belyayeva 17 beynəlxalq turnirin cəmi dördündə medallara sahib oldu. 2006-cı ildə Austrian Ladies Open beynəlxalq turnirində gümüş medala, 2007-ci ildə gənclər arasında Dünya Çempionatında bürünc medala, 2010-cu ildə Almaniya Qran-Prisində isə qızıl medala sahib olan Anna Belyayevanın ən ciddi uğuru 2008-ci ilin aprelində Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatında bürünc medala sahib olmaq oldu. Digər turnirlərdə isə Anna Belyayeva medala sahib ola bilmədi. 2011-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) Anna Belyayevanı Azərbaycan yığmasının heyətinə dəvət elədi. Nəticədə Anna Belyayeva həmin dəvəti qəbul elədi və 2011-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı. Anna Belyayeva 2011-ci ilin iyununda Austrian Ladies Open beynəlxalq turnirinin bürünc medalına sahib oldu, iyulda isə Qızıl Qran-Pri beynəlxalq turnirini 12-ci pillədə başa vurdu. 2012-ci ilin aprelində isə Anna Belyayeva Çində baş tutan Dünya Olimpiya Təsnifat Turnirini üçüncü pillədə başa vurdu və olimpiya lisenziyasına sahib ola bilmədi. Sentyabrda Qızıl Qran-Pri beynəlxalq turnirini 7-ci, Dünya Çempionatını isə 8-ci pillədə başa vuran Anna Belyayeva, noyabrda Rusiyada baş tutan Moscow Lights beynəlxalq turnirinin gümüş medalına sahib oldu. 2013-cü il isə Anna Belyayeva üçün uğurlu mövsüm oldu.
Anna Demidenko
Anna Demidenko (ukr. Ганна Демиденко; 25 yanvar 1951, Vereskunı[d], Çerniqov vilayəti), təxəllüsü ilə Anna Veres (ukr. Ганна Верес) — Ukrayna şairi, Leonid Qlibov adına Ədəbi Mükafatın laureatı. == Həyatı == Anna Demidenko 25 yanvar 1951-ci ildə Ukrayna SSR-də, Çerniqov vilayətinin Vereskunı kəndində anadan olmuşdur. O, Vereskuni orta məktəbini məktəbini və Kremençuq Pedaqoji Məktəbini bitirmişdir. Demidenko 1971–1976-cı illərdə Poltava Pedaqoji İnstitutununun Filologiya fakültəsində təhsil almışdır. O, Poltava vilayətinin kənd məktəblərində dərs demiş, metodist müəllim olmuşdur. Demidenko 2023-cü ildən etibarən Çerniqovda yaşayır. Demidenko Leonid Qlibov adına Ədəbi Mükafatın laureatı olmuşdur.
Anna Donat
Anna Donat (mac. Donáth Anna Júlia) — Macarıstan siyasətçisi. Momentum Hərəkatı Partiyasının üzvü, Partiyanın keçmiş sədri (2021-2022), Partiyanın vitse-prezidenti (2018-2021). 2019-cu ildən Avropa Parlamentinin üzvü, Yenilənən Avropa siyasi qrupunun üzvü. == Bioqrafiya == 6 aprel 1987-ci ildə Macarıstanın paytaxtı Budapeştdə Laslo Donat və İldiko Muntaq ailəsində anadan olub. Üç bacının ən kiçiyidir. Onun atası Laslo Donat pastor və Macarıstan Sosialist Fəhlə Partiyasından keçmiş Milli Assambleyanın üzvüdür. Onun ata tərəfdən babası Ferens Donat hüquqşünas idi və 1956-cı il Macarıstan üsyanı zamanı Macarıstan Sosialist İşçi Partiyası Mərkəzi Komitəsinin üç katibindən biri idi. Budapeştdə Bekaşmedyerdə Veres Peter Gimnaziyasını bitirmişdir. O, Budapeşt Universitetində sosiologiya, Amsterdam Universitetində miqrasiya və etnik tədqiqatlar üzrə təhsil alıb.
Anna Morozovskaya
Hanna Mykolayivna Morozovska (ukr. Ганна Миколаївна Морозовська; 29 iyun 1977, Kiyev) — Ukrayna fiziki. == Həyatı == Hanna Mykolayivna Morozovska 29 iyun 1980-ci ildə Ukraynada anadan olmuşdur. O, 1994–1999-cu illərdə Kiyev Milli Universitetinin Fizika fakültəsində təhsil almışdır. Morozovskaya magistratura pilləsini bitirdikdən sonra 1999–2003-cü illərdə Taras Şevçenko adına Kiyev Milli Universitetinin radiofizika, elektronika və kompüter sistemləri fakültəsində təhsil almışdır. O, ilk elmi işini 1999-cu ildə nəşr etdirmişdir. Morozovskaa 2003-cü ildə "Ferroelektriklərdə işığın səpilməsinin və mikrodomenlərin əmələ gəlməsinin fotoinduksiya prosesləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir (elmi rəhbər V. V. Obuxovski). O, 2004-cü ildən Ukrayna Milli Elmlər Akademiyasının Yarımkeçiricilər Fizikası İnstitutunda çalışır. Morozovskaa 2009-cu ildə "Ferroelektriklərin yerli qütb-aktiv xassələri və onların nanodomen strukturunun formalaşması" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 2012-ci ildə Ukrayna Milli Elmlər Akademiyasının Fizika İnstitutuna köçmüşdür.
Anna Veres
Anna İvanovna Veres (ukr. Га́нна Іва́нівна Ве́рес; 21 dekabr 1928, Obuxoviç[d] – 11 iyun 2003, Obuxoviç[d], Kiyev vilayəti) — Ukrayna xalq rəssamı, tikişçi və toxucusu. O, rəssam və toxucu Mariya Posobçukun qızı, rəssamlar Valentina və Elena Veresin anası idi. 1968-ci ildə Anna Vasilaşçuk ilə birlikdə Şevçenko Milli Mükafatına layiq görülmüşdür. == Bioqrafiyası == Anna İvanovna Veres 21 dekabr 1928-ci ildə Kiyev vilayətinin Vışqorod rayonunun Obuxoviç kəndində anadan olmuşdur. Anası rəssam Mariya Posobçuk idi. Veresin Valentina və Elena Veres adlı iki qızı da rəssam olmuşdur. Tarixçi N. M. Neveqanın sözlərinə görə, Posobçuk qızına bir çox bacarıqları öyrətmiş və o, bu bacarıqları qızlarına ötürmüşdür. Veres Kiyev şəhərinin Bastionni zolağında yerləşən bir evdə yaşayırdı. O, 11 iyun 2003-cü ildə Obuxoviçdə ölmüşdür.
Anna
Anna — qadın adı. Anna Favella — İtaliya aktrisası. Anna Freyd — avstriya mənşəli ingilis psixoloqu. Anna Maria Jopek — Polşa caz müğənnisi. Anna Qreki — Əlcəzair yazıçısı. Anna Rita Del Piano — İtaliya kino, televiziya və teatr aktrisası və teatr rejissoru. Anna Samoxina — Məşhur sovet və rus aktrisası Anna Svirşinskaya — Polyak şairəsi. Anna Pavlova Anna Pavlova (balerina) — rus balerina. Anna Pavlova (gimnast) — gimnast. Anna Kendriç — Anna-Liza — Anna Arnautova — Anna Ketli — Anna Koulman Led — Anna Qaplan — Anna Radklif — Anna Sorokin — Anna Atkins — Anna Karima — Anna Kastilo — Anna Palm de Rosa — Anna Zak — Anna Polina — Anna Şudt — Oxşar adlar Anne Haney — ABŞ aktyoru.
Anna-Liza
Anna-Liza (30 mart 1933, Oslo – 21 mart 2018, Oslo) — Norveç doğumlu Amerikalı qadın aktrisadır. Amerikan istehsalı film ve seriallarda yer almışdır.
Anna xatun
Anna Meqa Komnini (yun. Άννα Μεγάλη Κομνηνή; Anna Megalē Komnēnē) və ya Anna xatun (osman. آنا فاتنة, türk. Anna Hatun; 1447, Trabzon – 1463) — Bizans şahzadəsi. O, son Trabzon imperatoru II David və həyat yoldaşı Elena Kantakuzinanın qızı olmuşdur. Anna Osmanlı sultanı II Mehmedin xanımlarından biri olmuşdur. == Həyatı == Sultan II Mehmed 1453-cü ildə Konstantinopolu ələ keçirəndə atası onu arvad olaraq təklif etmişdir, lakin Mehmed bu təklifi rədd etmişdir. Buna baxmayaraq, 1461-ci ildə Mehmed Trabzonu fəth etdikdən sonra Annanı hərəminə əlavə etmək qərarına gəlmişdir. Bununla belə, cütlük arasında münasibət qeyri-dəqiqdir. Odur ki, II Mehmedin dövründə artıq bir neçə nəsildir ki, Osmanlı xanədanlığı varisliyə kənar müdaxilələrdən qaçmaq üçün artıq əcnəbi zadəgan qadınlardan uşaq sahibi olmurdu.
Anna Kendrik
Anna Kuk Kendrik (ing. Anna Cooke Kendrick; 9 avqust 1985, Portlend[d], Men ştatı) — ABŞ aktrisası. 1998-ci ildə rol aldığı "Ali cəmiyyət" Brodvey müzikalına görə "Toni" mükafatına namizəd olub. Komediya filmi "Düşərgə" və "Alatoran" film seriyası ilə tanınmağa başlayıb. "Up in the Air" və "Pitch Perfect" filmlərindəki roluna görə "Oskar" mükafatına namizəd göstərilib.
Anna Konkl
Anna Konkl (ing. Anna Konkle; 7 aprel 1987, Rendolf[d], Vermont) — amerikalı aktrisa, yazıçı və rejissor. O, Maya Erskin ilə birlikdə yaratdığı "PEN15" serialı ilə tanınır. Bu işinə görə 2019-cu ildə "Praymtaym Emmi" mükafatına namizəd göstərilib. == Həyatı == Anna Konkl 7 aprel 1987-ci ildə Vermont ştatında yerləşən Rendolf şəhərində doğulub. O, 1994-cü ildə valideynləri ilə birlikdə Massaçusetsin Scituate şəhərinə köçüb. O, gənc yaşında ikən valideynləri boşanıb. Anna Nyu-York Universitetinin nəzdində yaradılmış Tiş İncəsənət Məktəbinə daxil olub. Burada o, musiqili teatr üzrə təhsil alıb. Sonuncu kursda oxuyarkən Universitetin təşkil etdiyi təhsil proqramı çərçivəsində Amsterdama yollanıb.
ANNA News
ANNA News (Analytical Network News Agency) — Rusiya hökumətəmeylli xəbər agentliyi. Agentliyin adı əvvəllər "Abkhazian Network News Agency" mənasını verirdi. Baş ofisi Moskvaya köçdükdən sonra, 22 sentyabr 2017-ci ildə Roskomnadzorda qeydiyyatdan keçərkən "Abxaziya" sözü "Analitik" olaraq dəyişdirilmişdir. == Tarixi == ANNA News Abxaziya-Gürcüstan münaqişəsi hadisələrindən sonra 18 iyul 2011-ci ildə Abxaziyada kütləvi informasiya vasitələri kimi rəsmi qeydiyyata alınmışdır. Marat Musin tərəfindən 2018-ci ilin may ayında vəfat edənə qədər təsis edilmiş və idarə edilmişdir. Musin Moskva Dövlət Universitetində və Rusiya Dövlət Ticarət və İqtisadiyyat Universitetində işləmiş maliyyə kəşfiyyatı üzrə mütəxəssis idi. Agentlik Rusiya hökumətinin tərəfində mövqe tutur. Rusiya təbliğatını gücləndirən daha geniş nəşrlər şəbəkəsinin bir hissəsi hesab edilir. ANNA rus dilində nəşr edir və "2012-ci ildən bəri Suriyada vətəndaş müharibəsi ilə bağlı "YouTube"da insayder kadrların tədarükçüsü" kimi tanınır. ANNA üsyançılara qarşı əməliyyatlarında Suriya Silahlı Qüvvələri ilə əməkdaşlıq edir.
Anna (dəqiqləşdirmə)
Anna
Anna Apostolaki
Anna Apostolaki (yun. Άννα Αποστολάκη; 1880, Marqarit[d], Krit – 1958) — Yunanıstan arxeoloqu və muzey kuratoru. Əvvəlcə kurator, daha sonra Milli Dekorativ Sənət Muzeyinin direktoru vəzifələrində çalışan Anna Yunanıstanda ilk peşəkar arxeoloq qadın hesab olunur. Doktorluq dərəcəsi ilə məzun olan ilk qadınlardan biri olan Anna həm də Afina Arxeologiya Cəmiyyətinin ilk qadın üzvü və Xristian Arxeologiya Cəmiyyətinin ilk üzvlərindən idi. O, qədim tekstil sahəsində mütəxəssis idi və qədim naxışların və Yunanıstanın toxuculuq ənənələrinin qorunmasını təkcə qadınların ənənəvi işini dəstəkləmək deyil, həm də Yunanıstanın tarixinin müharibələrarası dövründə yunan millətçiliyini gücləndirmək üçün bir vasitə kimi görürdü. == Həyatı == Anna Apostolaki 1880-ci ildə o vaxtlar Osmanlı imperiyasının, indi isə Yunanıstanın bir hissəsi olan Krit adasında, Retimno vilayətində Marqarit şəhərində anadan olub. Atası əslən Elefterna şəhərindəndir. Osmanlı hakimiyyətinə qarşı yerli üsyanlar ailəsinin Pireyə, oradan da Afinaya qaçmasına səbəb olmuşdu. O, "Təhsilin Dostları Cəmiyyəti" tərəfindən idarə olunan "Arsakion" adlı qız məktəbində oxumuş və 1899-cu ildə müəllim kimi məzun olmuşdu. Müəllimlik həmin illərdə qadınların yiyələnə biləcəyi bir neçə peşədən biri idi.
Anna Borisoqlebskaya
Anna İvanovna Borisoqlebskaya (ukr. Га́нна Іва́нівна Борисоглі́бська; 13 (25) iyul 1868 və ya 26 dekabr 1867 (7 yanvar 1868), Sebej[d], Vitebsk quberniyası[d] – 29 sentyabr 1939, Kiyev) — ukraynalı kino və teatr aktrisası, Ukrayna SSR xalq artisti (1936). == Bioqrafiya == Anna Borislebskaya 13 iyul 1868-ci ildə Vitebsk quberniyasının (indiki Pskov vilayəti) Sebeji şəhərində anadan olmuşdur. Milliyyətinə görə o, özünü belarus-ukrayn-rus hesab edirdi. Borislebskaya uşaqlığını Xarkov quberniyasının İzyum şəhərində keçirib və təhsilini Xarkovdakı Xeyriyyə Cəmiyyəti məktəbində alıb. 1886-cı ildə Xarkov Universitetində müəllim adı almaq üçün imtahan vermiş və elə həmin il İzyum rayonunun Novoselovtsı kəndində müəllimlik etməyə başlamışdır. Borisoqlebskaya 29 sentyabr 1939-cu ildə Kiyevdə vəfat etmişdir. O Kiyevdə, Baykovo qəbiristanlığında dəfn edilib və qəbri Ukrayna Teatr Aktyorları İttifaqı tərəfindən qorunur. === Karyera === Uşaqlıqdan teatra maraq göstərib. O, peşəkar səhnəyə 1888-ci ildə qədəm qoyub.
Anna Filosofova
Anna Pavlovna Filosofova (rus. Анна Павловна Философова ; 5 (17) avqust 1837, Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası – 17 (30) mart 1912 və ya 16 (29) mart 1912, Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası) — rus feminist, İctimai xadim və xeyriyyəçi idi.
Anna Kovalenko
Anna Nikolayevna Kovalenko (ukr. Анна Миколаївна Коваленко; 5 may 1991, Buça, Kiyev vilayəti) — Ukrayna siyasi xadimi, aktivisti və jurnalisti. Kovalenko 13 oktyabr 2020-ci il tarixindən 4 avqust 2021-ci il tarixədək Çerniqov vilayətinin qubernatoru olmuşdur. O, bundan əvvəl 29 avqust 2019-cu ildən 10 sentyabr 2019-cu ildə istefaya gedənə qədər Ukraynanın xalq deputatı vəzifəsində çalışmışdır. Kovalenko "Xalqın Xidmətçisi"nin üzvüdür. 4 sentyabr 2019-cu ildən 22 aprel 2020-ci ilə qədər Kovalenko Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müavini olmuşdur.
Anna Torv
Anna Torv (7 iyun 1979, Melburn) — Eston əsilli, avstraliyalı aktrisa. Fox TV -də yayımlanan elmi-fantastik serialı Fringedə (2008–2013) canlandırdığı Olivya Danhm rolu ilə ardıcıl olaraq dörd dəfəTeleviziyada Ən Yaxşı Aktrisa nominasiyasında Saturn Mükafatına və Ən Yaxşı Qadın Oyunçu nominasiyasında Tənqidçilərin Seçdiyi Televiziya Mükafatına namizəd göstərildi.
Anna Şerbakova
Anna Şerbakova (28 mart 2004, Moskva) — fərdi proqramda çıxış edən rusiyalı xanım fiqurist. 2022-ci ilin fevralında Çində baş tutan XXIV Qış Olimpiya Oyunlarının çempionu. 2021-ci il Dünya Çempionatının qalibi. Avropa Çempionatlarının 2020 və 2022-ci illərdə gümüş medalçısı. Karyerası ərzində 24 turnirdə çıxış edən Anna Şerbakova onların 14-də qızıl, 6-da gümüş, 1-də isə bürünc medala sahib olub. Gənclər arasında ISU Qran-Pri turnirlərinin Bratislava və Kanada mərhələlərinin qalibi olan Şerbakova 2019-cu ildə Sarayevo şəhərində (Bosniya və Herseqovina) Avropa Gənclərinin Qış Olimpiya Festivalını qızıl, Zaqreb şəhərində (Xorvatiya) isə gənclər arasında Dünya Çempionatını gümüş medalla başa vurub. 2019-cu ildə İtaliyada Lombardia Trophy turnirini qızıl, 2021-ci ildə Macarıstanda Budapest Trophy turnirini gümüş medallarla başa vuran Anna Şerbakova ISU Qran-Pri turnirlərinin ABŞ (2019), Çin (2019), Fransa (2021) və İtaliya (2021) mərhələlərinin qalibi olub. Anna Şerbakova 2022-ci ildə Çində baş tutan XXIV Qış Olimpiya Oyunlarında qazandığı uğurlara görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən «Dostluq» ordeni ilə təltif edilib. == Həyatı == Anna Şerbakova 2004-cü il martın 28-də anadan olub. Anna Şerbakova 3.5 yaşından idmanla məşğul olmağa başlayıb.
Anna Qutsol
Anna Vasilyevna Qutsol (ukr. Гуцол Ганна Василівна ; 16 oktyabr 1984, Murmansk) — Ukraynalı feminist, fəal. Femen beynəlxalq qadın hərəkatının təsisçisi və lideri. Patriarxata, diktatura, din və seks-industriyaya qarşı etiraz mitinqlərində yarıçılpaq geyimi ilə diqqət çəkən fəal. == Həyatı == Anna Qutsol 16 oktyabr 1984-cü ildə Murmanskda anadan olub. 1991-ci ildə ailəsi Ukraynaya köçüb. Qutsol ailəsi ilə birgə Kiyevdə yaşayıb. O, ilk təhsilini də burada alıb. İxtisası iqtisadçıdır. İlk iş addımlarını şou-biznesdə çalışmaqla atıb.
Anna Dmitriyeva
Anna Vladimirovna Dmitriyeva (rus. А́нна Влади́мировна Дми́триева; 10 dekabr 1940, Moskva, SSRİ – 24 iyun 2024, Moskva, Rusiya) — Sovet tennisçisi, sovet və rus idman jurnalisti, şərhçi. "Ən yaxşı idman şərhçisi" nominasiyasında "Qızıl Mikrofon" mükafatının qalibi. Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi (2007), SSRİ-nin əməkdar idman ustası. Tək, qadın və qarışıq cütlüklər üzrə 18 qat SSRİ çempionu. Teleaparıcı Vladimir Molçanovun ögey bacısı. == Həyatı == 12 yaşında tennis oynamağa başlayıb. Bir ildən az müddətdə o, "Dinamo" komandasının tərkibində Moskva yeniyetmələr arasında çempionatda qalib gəldi və növbəti il o, həm də yeniyetmələrin təklər üzrə Moskva çempionu oldu. 16 yaşında ona böyüklər turnirlərində oynamağa icazə verildi və bir ildən sonra tək, qadın cütlüklər və qarışıq cütlüklərdə Moskva çempionu oldu. 2004-cü ildə Rusiya Tennisinin Şöhrət zalına daxil edilib.
Yorklu Anna
Yorklu Anna (ing. Anne of York; 2 noyabr 1475, Vestminster sarayı, Böyük London regionu[d] – 23 noyabr 1511) — İngiltərə kralı IV Eduardın və Elizabet Vudvilin qızı. Atasının ölümü və əmisi III Riçardın taxtı ələ keçirməsindən qısa müddət sonra, 8 yaşlı Anna mərhum kral IV Eduardın Elizabet Vudvildən doğulan digər övladları kimi qeyri-məşru elan olundu. Övladlarının canını qorumaq istəyən sabiq kraliça övladlarını sabiq kralın ailəsinin sığındığı Vestminster Abbadlığına yolladı. Bir ilə yaxın burada yaşayan uşaqlar, III Riçardın qardaşı uşaqlarının can təhlükəsizliyinə təminat verməsinin ardından azadlığa çıxarıldı. Böyük bacıları ilə birlikdə əmisinin himayəsində saraya göndərildi. Kiçik bacıları Brijit və Ketrin isə azyaşlı olmaları səbəbilə analarıyla qaldılar. III Riçardın ölümü və Henri Tüdorun hakimiyyəti ələ almasının ardından, IV Eduardın övladlarının qeyri-məşru olmasıyla bağlı yazılan qanun ləğv edildi. VII Henri Annanın ən böyük bacısı Elizabetlə evləndi. Annanın isə Şotlandiya kralı III Ceymsin oğullarından biriylə evləndirilməsi müzakirə edilsə də, çox keçmədən kralın öldürülməsiylə bu plan baş tutmadı.
Düsseldorflu Mariya Anna
Mariya Anna (isp. María Ana del Neoburgo) (28 oktyabr 1667 – 16 iyul 1740, Qvadalaxara, Kastiliya-La-Mança) — İspaniya kralının xanımı. == Mənbə == Beem, Charles (2019). Queenship in Early Modern Europe. Red Globe Press. ISBN 978-1137005083 Clark, George (author), Bromley, JS (ed) (1970). From the Nine Years War to the war of the Spanish Succession in The New Cambridge Modern History Volume VI. Cambridge University Press. ISBN 978-0521075244 Dosquet, Emilie (2016). The Desolation of the Palatinate as a European News Event in News Networks in Early Modern Europe. Brill.
Eleanor Anna Ormerod
Eleanor Anna Ormerod (ing. Eleanor Anne Ormerod; d. 11 may 1828 — ö. 19 iyul 1901) — ingilis entomoloqu. == Həyatı == Eleanor Ormerod iqtisadi entomologiya sahəsində fəxri doktorluq dərəcəsi almışdır. 1828-ci ildə İngiltərədə Qərbi Qlosterşirdə (İngiltərə) üst sinif bir ailənin 10 övladından biri olaraq dünyaya gəldi. Eleanor da bir çox digər qız uşaqları kimi ilk təhsilini evdə aldı və uşaqların təhsilinə böyük diqqət yetirən ağıllı, sənətçi qadın olan anası Sara tərəfindən yetişdirildi. Eleanor bacı və qardaşlarının da təhsil almasına kömək etdi. Bu təcrübəsi ona mikroskopdan istifadəni, anatomiyanın əsaslarını və canlıların təsnifatı üsullarını öyrətdi. Eleanor həm ailə kitabxanasını, həm də 800 hektarlıq malikanələrini kəşf edə bilmək üçün çox zaman xərclədi.
Epicranthes annamensis
Bulbophyllum abbrevilabium (lat. Bulbophyllum abbrevilabium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Hind-Çindən Malayziya adasına qədər ərazilərində yayılmışdır. == Sinonimləri == Epicranthes abbrevilabia (Carr) Garay & W.Kittr.
Jurinea annae
Jurinea annae (lat. Jurinea annae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Kofi Annan
Kofi Atta Annan (ing. Kofi Atta Annan; 8 aprel 1938-ci il, Kumasi, Qızıl Sahil, Britaniya İmperiyası — 18 avqust 2018-ci il Bern, İsveçrə) — Qanalı diplomat, Birləşmiş Millətlər Təşkilatının 7-ci Baş katibi (1997–2006), 2012-ci il fevralın 24-dən 31 avgusta qədər — BMT-nın və Ərəb Dövlətləri Liqasının Suriyadakı münaqişənin həllində xüsusi nümayəndəsi, 2001-ci ildə Nobel Sülh Mükafatının laureatı. == Bioqrafiya == Kofi Annan 1938-ci ildə sonradan müstəqil Qana Respublikasına çevrilən Britaniyanın Qızıl Sahil koloniyasında doğulub. 1954–1957-ci illərdə Keyp-Kost Mfantsipim metodist məktəbində oxumuş, sonra isə Kvame Nkruma adına Elm və Texnologiya Universitetində təhsil almışdır. Sonralar o, Ford Fondunun təqaüdü köməyi ilə ABŞ-nın Minnesota ştatının Sent-Pol şəhərində Makalester Kollecında təhsil almışdı və iqtisadiyyat üzrə bakalavr dərəcəsi almışdır. 1961–1962-ci illərdə İsveçrədə Jenevrə Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almışdı. Annan hələ tələbə olarkən, 1962-ci ildən BMT-də Ümumdünya Səhiyyə Təşkilatının bir əməkdaş olaraq işə başladı. Sonra BMT-nin digər strukturlarında — Əfqanıstakı BMT İqtisadi Komissiyasında Addis Ababa şəhərində işləmişdir; Cenevrədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının ofisinə rəhbərlik etmişdir. Annan ingilis, fransız, akan dili, və digər Afrika dillərini yaxşı bilirdi. === Kofi Annanın Suriya ilə bağlı sülh təşəbbüsləri === BMT-nin sabiq baş katibi Kofi Annan 2012-ci il fevralın 23-də Suriyada diplomatik mühiti qorumaq üçün BMT və ƏDL-nın Suriya üzrə xüsusi nümayəndəsi təyin olundu.
Kofi Atta Annan
Kofi Atta Annan (ing. Kofi Atta Annan; 8 aprel 1938-ci il, Kumasi, Qızıl Sahil, Britaniya İmperiyası — 18 avqust 2018-ci il Bern, İsveçrə) — Qanalı diplomat, Birləşmiş Millətlər Təşkilatının 7-ci Baş katibi (1997–2006), 2012-ci il fevralın 24-dən 31 avgusta qədər — BMT-nın və Ərəb Dövlətləri Liqasının Suriyadakı münaqişənin həllində xüsusi nümayəndəsi, 2001-ci ildə Nobel Sülh Mükafatının laureatı. == Bioqrafiya == Kofi Annan 1938-ci ildə sonradan müstəqil Qana Respublikasına çevrilən Britaniyanın Qızıl Sahil koloniyasında doğulub. 1954–1957-ci illərdə Keyp-Kost Mfantsipim metodist məktəbində oxumuş, sonra isə Kvame Nkruma adına Elm və Texnologiya Universitetində təhsil almışdır. Sonralar o, Ford Fondunun təqaüdü köməyi ilə ABŞ-nın Minnesota ştatının Sent-Pol şəhərində Makalester Kollecında təhsil almışdı və iqtisadiyyat üzrə bakalavr dərəcəsi almışdır. 1961–1962-ci illərdə İsveçrədə Jenevrə Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almışdı. Annan hələ tələbə olarkən, 1962-ci ildən BMT-də Ümumdünya Səhiyyə Təşkilatının bir əməkdaş olaraq işə başladı. Sonra BMT-nin digər strukturlarında — Əfqanıstakı BMT İqtisadi Komissiyasında Addis Ababa şəhərində işləmişdir; Cenevrədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının ofisinə rəhbərlik etmişdir. Annan ingilis, fransız, akan dili, və digər Afrika dillərini yaxşı bilirdi. === Kofi Annanın Suriya ilə bağlı sülh təşəbbüsləri === BMT-nin sabiq baş katibi Kofi Annan 2012-ci il fevralın 23-də Suriyada diplomatik mühiti qorumaq üçün BMT və ƏDL-nın Suriya üzrə xüsusi nümayəndəsi təyin olundu.
Kraliça Annanın yay sarayı
Kraliça Annanın Yay sarayı və ya Belveder sarayı (çex. Letohrádek královny Anny, Belvedér) – İntibah dövrünə aid saray; Praqa qəsrinin yaxınlığındakı Kral bağında yerləşir. Saray 1538—1565-ci illərdə inşa olunmuşdur. == Sarayın xüsusiyyətləri == İntibah üslubundakı Yay sarayı Müqəddəs Roma imperatoru I Ferdinandın əmri ilə 1538-1565-ci illərdə inşa edilmiş və ondan daha öncə yaradılan Kral bağlarının bir hissəsinə çevrilmişdi. Saray onun həyat yoldaşı Anna Yagellonkaya hədiyyə kimi bağışlanmışdır. Lakin sevimli həyat yoldaşı 1547-ci ildə, özünün on beşinci uşağını doğarkən ölmüşdür və bu da Ferdinandın hədsiz qəm-qüssəsinə səbəb olmuşdur. İmperatorun özü isə 1541-ci ildə baş vermiş yanğın səbəbindən, Praqa şəhərini tərk etmək məcburiyyətində qalır və sarayın tamamlanmasını görə bilmir. Həmçinin, son tədqiqat araşdırmaları onun göstərir ki, binanı bəzəyən çoxsaylı relyeflər və onların mifoloji mövzusu o zaman hakim olmuş avtoritar hakimiyyəti, yəni Mərkəzi Avropada uzun illər hökm sürmüş Habsburq sülaləsininin güc və qüvvətini nümayiş etdirirdi. Bununla belə, bu cür mövzunu hökmdarın şəxsi həyat yoldaşı üçün nəzərdə tutulmuş bir tikintidə deyil, daha çox reprezentativ məqsədlərlə istifadə edildiyini təxmin etmək olar. == Tikinti xronologiyası == Sarayın tikintisi 1538-ci ilin aprel ayında, italyan memarı Covanni Spatsio və italyan bənna və heykəltəraşı Paolo della Stellanın iştirakı ilə başlamışdır.
Kraliça Annanın Əsasnaməsi
Kraliça Annanın Əsasnaməsi — 1709-cu ildə imzalanmış, 10 aprel 1710-cu ildə İngiltərədə elan edilmiş müəlliflik hüququ haqqında ilk qanun. "Kraliça Annanın Əsasnaməsi" (Statute of Anne) adlanan bu qanun dünyada nəşr edilən əsərin qorunmasına şəxsi hüquq verən intellektual mülkiyyət haqqında ilk akt olmuşdur.
Mariya Anna Madia
Mariya Anna Madia (Marianna kimi tanınan; it. Maria Anna Madia; 5 sentyabr 1980, Roma, İtaliya) — İtaliyalı siyasətçi, İtaliya Demokratik Partiyasının üzvü. == Həyatı == 1980-ci ildə Romada anadan olmuşdur. Onun ulu babası hüquqşünas və jurnalist kimi fəaliyyət göstərmiş Titta Madia olub. O, Roma Lycée Chateaubriandin-də təhsil almış və siyasi elm sahəsi üzrə məzun olmuşdur. 2008–2013-cü illərdə və 2013-cü ildən bugünədək İtaliya Deputatlar Palatasının üzvüdür. 21 fevral 2014 o, Dövlət İdarəçiliyi və Sadələşdirilməsi (it. Dipartimento per la Pubblica Amministrazione e la Semplificazione) naziridir. 2013-cü ilin iyununda kinoprodüser Mario Gianani ilə ailə qurmuşdur. Onların iki övladı var: Francesco və Margherita anadan olub 7 aprel 2014-cü ildə onların övladı dünyaya gəlmişdir..
Mariya Anna Motsart
Mariya Anna Valburqa İqnatiya Motsart (Nannerl) (30 iyul 1751[…], Zalsburq, Zalsburq arxiyepiskopluğu[d], Müqəddəs Roma imperiyası – 29 oktyabr 1829[…], Zalsburq, Avstriya imperiyası) — Volfqanq Amadey Motsartın böyük bacısı. Anası — Anna Mariya Pertl, atası — Leopold Motsart. Ailə dairəsində və dostları arasında Mariya Annanı Nannerl adlandırırdılar. == Bioqrafiya == === Bədii yaradıcılığı === Nannerl 7 yaşından etibarən klavesin çalmağa başladı. Kiçik qardaşı və atası ilə, uşaqlıqdan Avropaya konsertlərlə səyahət etdi. 11 yaşından etibarən ən ağır sonataları və harpsixordda konsertlər ifa etdi. Əvvəlcə o və Volfqanq istedadlı musiqiçilər baxımından hətta bərabər hesab olunurdular: 1765-ci ildə Londonda Anna atasının yazdığı konsert üçün böyük pul toplamağa bacardı. Ancaq atası çox tezliklə Nannerlin musiqi məşqlərini mükəmməl yerinə yetirməsinə baxmayaraq musiqisini bəstələmədiyini gördü. Və tədricən Motsart bir ulduz oldu və Anna Mariya yalnız duetlərdə ortaq oldu. Gənc Motsart bacısının bacarıqlarını yüksək qiymətləndirirdi, 1781-ci ilin sentyabrında Vyanadan ona yazdı: === Karyeradan imtina və evlilik === Nannerl heç vaxt qardaşının kölgəsindən çıxa bilmədi: Zalsburqda fortepiano dərsləri verməyə başladı.
Märchen der Werwolf - The Annals of Veight
Der Werwolf: The Annals of Veight (azərb. Qurd adam: Veyt salnamələri‎) və ya Yaponiyada tanınan adı ilə Jinrou e no Tensei, Maou no Fukukan (人狼への転生、魔王の副官, azərb. Qurd adama çevrilmə, Demon lordunun düşərgəsi‎) – Nishieda-nın rəssamlığı ilə Hyougetsu tərəfindən yazılan ranobe seriyası. Alternativ kainata qurd adam kimi dirilən Veyt adlı personajdan bəhs edir. Hyougetsu ranobeni Shōsetsuka ni Narō saytı vasitəsilə yayımlamağa başlamışdır. Earth Star Entertainment 2015-ci ilin noyabrında ranobeni nəşr etməyə başlamışdır. İndiyə qədər 7 cildi buraxılmışdır. Bundan əlavə, iki manqa adaptasiyası istehsal olunmuşdur. J-Novel Club ranobeni ingilis dilinə tərcümə edərək saytında yayımlamışdır. Qurd adam kimi yenidən dirilən Veyt Demon lordunun üçüncü alayına vitse-komandir titulu ilə komandanlıq edir.
Müqəddəs Anna ordeni
Müqəddəs Anna ordeni — 1735-ci ildə təsis edilmiş Rusiya imperiyasının ali mükafatı. (rus.) Order of St. Anna Arxivləşdirilib 2008-11-07 at the Wayback Machine (rus.) History of the order of St.
Müqəddəs Anna qalası
Müqəddəs Anna qalası —  abidə Rostov vilayəti Staroçerkassk şəhəri ərazisində yerləşir. Üstəlik Staroçerkassk muzey-qoruq komplesinin filialını təşkil edir. Rusiya imperiyasına məxsus olan XVIII əsrə əsas istinadgah məntəqələrindən biri. Müqəddəs Anna qalası qalasının inşasına 1730-cı ildə başlanılmışdır. Bu qala növbəsi ildə tam hazır vəziyyətə gətirilmişdir. Qalanının tikintisi Rusiya imperatriçası Anna İoannovnanın əmri ilə həyata keçirilmişdir. Qəsrin tikintisi zamanı Vasilev kurqanlarının qruntundan istifdə edilmişdir. Bir müddət qala rusiyanın varpostu olmuşdur. Qala Rusiya imperiyasının cənub torpaqlarına nəzarəti həyata keçirmək və kazak dəstələrini diqqətdə saxlamaq məqsədinə xidmət edirdi. Müəyyən dövrdən sonra Müqəddəs Anna qalası Dimitri Rostovski qalasına öz əhəmiyyətinə görə uduzmağa başlamışdı.
Rahimberdi Annamoradnejad
Rahimberdi Annamoradnejad - Iranlı şəhər plançıyısıdır. O Mazanadaran Universitetində coğrafiya və şəhər planlayıçısıdır. O həmçinin planlayıcı üzrə direktordu. 2008: Географическое представление о Бендер-Торкемен. 2011: Введение в городских скверах. 2014 принципы планирования населенных пунктов. ↑ Rahimberdi Annamoradnejad (англ.) // Wikipedia. — 2017-03-18. ↑ ایرنا - 23 پژوهشگر برتر دانشگاه مازندران تجلیل شدند. www.irna.ir.
Stay (Anna Odobesku mahnısı)
Stay (azərb. Qal‎) — Moldovanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Anna Odobesku "Stay" mahnısı ilə Moldovanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı Qeorqios Kalpakidis, Tomas Reyl, Ceppe Reyl və Mariya Broberq tərəfindən bəstələnmişdir.
Annalen der Physik
"Annalen der Physik" ("Fizika annalları") — fizika problemlərinə həsr olunmuş Almaniya elmi jurnalı. 1799-cu ildən nəşr olunan jurnal ən qədim elmi jurnallardan biridir. Eksperimental, nəzəri, tətbiqi və riyazi fizika, eləcə də əlaqəli sahələr üzrə orijinal məqalələr dərc edir. Bütün məqalələr əvvəlcədən nəzərdən keçirilir. XIX əsrin sonundan etibarən jurnalın hər il təxminən 1,000 səhifə olmaqla üç nömrəsi çıxırdı. Hal-hazırda ildə 12 kitab çap olunur, ümumilikdə 800 səhifəyə yaxındır. == Tarixi == Almaniyada ilk fizika jurnalları 1790–1794-cü illərdə nəşr olunan "Journal der Physik və Neues Journal der Physik" (1795–1797) idi. 1799-cu ildə onları əvəz edən "Annalen der Physik"in fəaliyyəti daha uğurlu olmuş, 2 əsrdən çox nəşr edilmişdir. Tarixində adını iki dəfə dəyişmiş: "Annalen der Physik und der physikalischen Chemie" (1819–1824), "Annalen der Physik und Chemie" (1824–1899), lakin 1899-cu ildə orijinal adına qayıtmışdır. Jurnal XIX–XX əsrlərdə Almaniya fizikasının sürətli inkişafına fəal töhfə vermişdir.

anna sözünün leksik mənası və izahı

"anna" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#anna nədir? #anna sözünün mənası #anna nə deməkdir? #anna sözünün izahı #anna sözünün yazılışı #anna necə yazılır? #anna sözünün düzgün yazılışı #anna leksik mənası #anna sözünün sinonimi #anna sözünün yaxın mənalı sözlər #anna sözünün əks mənası #anna sözünün etimologiyası #anna sözünün orfoqrafiyası #anna rusca #anna inglisça #anna fransızca #anna sözünün istifadəsi #sözlük