ana sözü azərbaycan dilində

ana

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ana • 73.1267%
  • Ana • 26.3693%
  • ANA • 0.4961%
  • AnA • 0.0079%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
May Ana
Ana
Ana — uşağın bioloji valideyni və ya bu rolu sosial daşıyan qadın. Doğma anadan başqa ögey ana da ola bilər. Qadın doğduğu uşağın süd anası sayılır. Reproduktiv tibbin inkişafı ilə əlaqədar olaraq bioloji ananı genetik və surroqat olaraq iki qrupa bölürlər. Burada bioloji ana dedikdə yumurtalığındakı hüceyrələrdən uşaq formalaşan ana başa düşülür. Surroqat ana isə yalnız bətnində uşağı gəzdirən və doğan qadındır. Həmçinin Ana haqqında çoxlu əsərlər və şeirlər var.Bunlara misal olaraq Cəfər Cabbarlının "Ana" şeirini demək olar.Burada C.Cabbarlı balaca ikən itirdiyi anasına olan məhəbbətindən bəhs edilir. Həmçinin şeirin 2-ci və 3-cü bəndində Rusiyaya qarşı olan nifrətdən də bəhs edilir.
Ana!
Ana! (ing. Mother!) — Darren Aronofskinin rejissorluğu və ssenaristliyini etdiyi 2017-ci il ABŞ istehsalı filmidir. Baş rollarda Cennifer Lourens, Xaviyer Bardem, Ed Harris və Mişel Pfayfer iştirak edir. Psixoloji-qorxu janrında olan filmin əsas süjet xətti sakit və durğun həyat sürən qadın və ərinin evinin gözlənilməz qonaqlar tərəfindən basqını üzərinə qurulub. Ana! filmi ilk dəfə 5 sentyabr 2017-ci ildə 74-cü Venesiya Film Festivalında nümayiş etdirildi. Film həmçinin festivalın əsas mükafatı olan "Qızıl Şir" uğrunda müsabiqədə iştirak edib. Büdcəsi 30 milyon $ olan film bütün dünyada 44,5 milyon $ gəlir əldə edib. Film tənqidçilər tərəfindən birmənalı olaraq qarşılanmayıb.
Ambar Ana
Ambar Ana - türk və altay mifologiyasında qadınlıq ilahəsi. Qadınları və qadınların etdiyi işləri güdür. Qadınların işlərinə kömək edir. Onun şərəfinə təşkil edilən mərasimlər vardır. Qadın şamanlar ondan kömək diləyirlər. == Etimologiya == (Am / Em) kökündən törəmişdir. Bu kök türkcədə dişilik bildirir. Məsələn əmmək və əmizdirmək dişil məzmuna malikdir. Anbar mənasındakı ərəbcə ambar sözü ilə əlaqəsi yoxdur. Em kökü eyni zamanda yaxşılaşdırmaq və dərman mənalarıyla də əlaqəlidir.
Ana (albom)
Ana – Azərbaycan Respublikasının xalq artisti, müğənni Eyyub Yaqubovun üçüncü studiya albomu. == Albom haqqında == Albomda Əlibaba Məmmədov, Elçin İmanov, Fikrət Əmirov və s. şəxslərin bəstələri yer almışdır. Aranjimanların müəllifləri isə Eldar Məmmədov, Vasif Axundov, Elçin İmanov və Eldar Əzizlidir.
Ana (dəqiqləşdirmə)
Ana Ana!
Ana Dili
Ana dili — şəxsin doğulduğu vaxtdan etibarı ilə öyrəndiyi dil. Bəzi ölkələrə görə ana dili insanların aid olduqları milliyət ilə bağlıdır. Əgər bir şəxs fərqli dillərdə danışan ailədə böyüyübsə, bu vaxt onun birdən artıq ana dili olur və bu insanlar multilinqual adlanırlar. Bununla bərabər ikinci dil isə şəxsin öz dilindən başqa ayrı bir dil bilməsidir.
Ana Doqiç
Ana Doqiç (9 fevral 1979) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Ana Doqiç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Ana Harlamenko
Ana Harlamenko (rus. Анна Харлампиевна Харламенко; 15 iyul 1960, Komrat) — Moldova Respublikasından olan Qaqauziya jurnalisti və siyasətçisidir, 2008–2012 illərdə Qaqauziya Xalq Məclisinin sədri vəzifəsində çalışmışdır. == Siyasi fəaliyyət == Ana Harlamenko 15 iyul 1960-cı il tarixində Komrat şəhərində anadan olub. 6 №-li Liseyi bitirdikdən sonra 1976-cı ildə Komratdan, Kişinyovdakı "Gavril Musicescu" İncəsənət İnstitutunun (1979–1983) mədəniyyət direktoru ixtisasına qatılmışdır. Daha sonra Beynəlxalq İqtisadiyyat və Hüquq Akademiyasında jurnalistika ixtisası üzrə təhsil alıb (1996–1998). Kolleci bitirdikdən sonra "Leninçi Kovov" qəzetində müxbiri işləyir (1984–1989). Qaqauziyada separatçı meyllərin təşviqi ilə Ana Harlamenko " Qaqauz TV" televiziya kanalının direktoru oldu (1990–2000). Paralel olaraq, 1996–1998-ci illər arasında Qaqauziya İcraiyyə Komitəsinin mətbuat katibi vəzifəsində çalışıb. 2001–2006-cı illərdə Dövlət Komrat Universitetində professor olaraq dərs vermişdir. Bu dövrdə eyni zamanda Komrat İdman Liseyinin direktor müavini (2002–2003) və Qaqauziya Gənclər və İdman İdarəsinin direktor müavini (2003–2004) vəzifələrində çalışıb.
Ana Kopado
Ana Kopado (d. 31 mart 1980) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Ana Kopado, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu.
Ana Mena
Ana Mena Rojas (25 fevral 1997, Estepona[d], Əndəlüs) — İspaniya müğənnisi və aktrisası. Karyerasına 2009-cu ildə "Marisol, la película" teleserialı ilə başlamışdır.
Ana Pelaz
Ana Pelaz (24 sentyabr 1987) — İspaniyanı təmsil edən bədii gimnast. Ana Pelaz, İspaniyanı 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Ana Pelaz 2008-ci ildə İspaniyanın bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lara Qonzalez, Barbara Qonzalez, İsabel Paqan, Veronika Ruiz və Elizabet Salom ilə təsnifat mərhələsində 30.100 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Nayman Ana
Nayman Ana - türk və qırğız əfsanələrində adı çəkilən qadın. Manqurt dastanında oğlunu qurtarmağa çalışarkən ölür. Manqurt halına çevrilən oğlu tərəfindən öldürülmüşdür. Ruhu Dönənbəy (Dönenbay) adlı bir quşa çevrilmişdir. Məzarı müqəddəslik qazanmışdır. Naymanlar adlı bir türk-monqol boyu ilə əlaqəlidir. Monqolların səkkiz boyunun anası sayılır. == Etimologiya == (Nay/Yat) kökündən törəmişdir. Yayan, doğuran deməkdir. Monqolca səkkiz rəqəmi ilə əlaqəlidir.
Od Ana
Qəhrəman ana
Qəhrəman Ana — SSRİ-də çoxuşaqlı analara verilən fəxri ad. Ad və eyniadlı orden SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 iyul 1944-cü il tarixli qərarı ilə təsis edilib. Azərbaycanda çoxuşaqlı analara keçmiş SSRİ dövründə daha çox rast gəlinib. Amma sovetlər ölkəsində, o cümlədən Azərbaycanda hansısa qadının 18 övlad dünyaya gətirdiyi barədə heç yerdə məlumat getməyib. Bununla belə, sovet hökuməti 10 və daha çox uşaq doğub böyüdən qadınların sosial qayğısını ittifaq dağılan günədək diqqət mərkəzində saxlayıb. Belə qadınlar həm də "Qəhrəman ana", "Şöhrət", "Analıq şöhrəti", "Analıq şərəfi" ordenləri, "Arxa cəbhədə fədakar əməyə görə", "Rəşadətli əməyə görə" kimi orden və medallarla fərqləndirilib. Pensiya təminatı zamanı məhz bu insanlara böyük güzəştlər olunub. Sovet hökumətinin müxtəlif orden və medalları, o cümlədən "Qəhrəman Ana" ilə təltif etdiyi qadınlardan Azərbaycanda indi də yaşayan var. Amma onların nə hansısa sosial güzəştləri qüvvədədir, nə də dəqiq sayı bilinir. Azərbaycanda "Qəhrəman ana"ların sayı barədə sonuncu statistik hesablama 2005-ci ildə aparılıb.
Su Ana
Tereza Ana
Tereza Ana (tam adı Kəlküttəli Tereza Ana, əsl adı Aqnes Qonca Boyaçı. albanca Agneze Gonxhe Bojaxhiu; 26 avqust 1910[…], Üskub, Kosovo vilayəti, Osmanlı imperiyası – 5 sentyabr 1997[…], Kəlkətə) — katolik rahibə, rahibələr konqreqasiyası olan və kasıblara, xəstələrə xidmət edən Şəfqət Ordeninin yaradıcısı, Nobel Sülh Mükafatı laureatı. Tereza Ana Katolik Kilsəsi tərəfindən müqəddəslər sırasına daxil edilmişdir. O, 1997-ci ildə ABŞ-nin ali mükafatı olan Konqresin qızıl medalı ilə təltif edilib. == Həyatı == Əsl adı Aqnes Qondja Boyadjiu olan Tereza Ana 26 avqust 1910-cu ildə köhnə Yuqoslaviyanın Makedoniya bölgəsində anadan olub. Aqnes gənc ikən "Qardaşlar" adlı yerli təşkilata qoşulmuşdu. Katolik rahibin başçılığı ilə keçirilən mərasimlərdə iştirak edən Aqnes missionerliyə maraq göstərməyə başladı. 17 yaşı olanda Allah tərəfindən onun qarşısına müəyyən vəzifələrin qoyulduğunu iddia etdi. İrlandiyanın Loretto adlı missioner təşkilatına qoşulduqdan sonra Tereza adını götürdü. Hindistanda Müqəddəs Meri məktəbində dini dərslər keçməyə başladı.
Torpaq Ana
Ud Ana
Ud Ana — türk, monqol və altay mifologiyasında inək ilahə. Uy Ana və ya Ut Ana da deyilir. İnək Ana təbiri də istifadə edilər. Monqollar Üne (Üneğe) Ece deyərlər. Malları qoruyar. Gücü təmsil edir. Bəzi türk tayfaları, nəsillərinin inəkdən törədiyini inanar. Məsələn qırğızlar ilk analarının bir inək olduğuna və bir mağarada yaşadığına inanırlar. Qəhrəmanlardan olan buynuz anlayışı buğadan ilhamlanmışdır. Bu boynuzlar gücü işarələr və Ayın simvoludur.
Ulu Ana
Yel Ana
İlan Ana
İlan Ana - türk və altay mifologiyasında ilan ilahə. Çılan (Zılan, Ilan) Ana də deyilir. İlanların törədiyi əfsanəvi varlıq. Çox vaxt dişi olaraq təyin olunur. İlanlara hökm edər. İlan ordusunun başında bir gün dünyanı zəbt edəcəyindən qorxarlar. Ağ İlan olaraq təsir edilir. Yeraltı güclərini təmsil edir. İlan Ananın qarnının qızılı əli ilə sığallayan birinin hər şeyin sirrinə vaqif olacağına inanılar. Zılan (Zilan adıyla) tatarların və paytaxtları Qazanın simvolu olaraq qəbul edilmişdir.
Ana yasa
Konstitusiya və ya Anayasa — dövlətin ali qanunudur. Ali hüquqi qüvvəyə malikdir. Dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir. Vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. == Etimologiya == "Konstitusiya" sözündən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının vahid halda birləşmiş adını ifadə etmək məqsədilə istifadə olunmuşdur. Bu söz həmin dövrdə dövlətin təməl quruluşunu deyil, imperatorun xüsusi fəaliyyətini, əmrlərini ifadə etmək mənasında işlədilmişdir. "Konstitusiya" sözü "yaranmaq", "təşkil etmək", "meydana gətirmək", "qurmaq", "təsis etmək", "bərqərar etmək" mənalarını ifadə edən fransız dilindəki "constituer" felindən törəyən bir isimdir. Bu məntiqdən çıxış etsək, "constitution" sözü Azərbaycan dilində də "yaranma", "təşkil etmə", "meydana gətirmə", "qurma", "təsis etmə", "bərqərar etmə" kimi başa düşülməlidir. Fransız dilindəki "constituer" feli latınca "qoymaq", "yerləşdirmək", "meydana gətirmək", "təsis etmək" mənalarını verir. "Constituer" feli latınca "com" önsözü və "statuere" felindən yaranmışdır.
Ana südü
Ana südü — qadının süd vəzilərinin istehsal etdiyi qidalandırıcı maye. Həm hamiləlik - doğuş - ana südü ilə qidalanırma - ağuz - keçid - yetkin süd, həm də hər qidalanma zamanı - ön süd - arxa süd mərhələlərinə görə tərkibini dəyişir. Tərkibi körpəlik dövründə uşağın qidalanma tələblərinə cavab verir, həmçinin immuniteti qorumaq və uşağın böyüməsini tənzimləmək funksiyalarını yerinə yetirir. == Tərkibi == Quru maddələr — 11,9 % Yağ — 3,9 % Zülal — 1,0 % (в том числе казеина — 0,4 %) Laktoza — 6,8 % Mineral maddələr — 0,2 % Laktasiya dövründə ana südünün tərkibi laktasiya dövründən, günün vaxtından və hətta hər qidalanmanın əvvəlindən sonuna qədər dəyişir. Bəzi komponentlərin, məsələn, suda həll olunan vitaminlərin (asкorbin turşusu, nikotin turşuları, tiamin, riboflavin, piridoksin) tərkibi müəyyən dərəcədə ananın pəhrizindən asılıdır. Dəmir kimi digər komponentlərin tərkibi ananın pəhrizindən asılı deyildir . === Zülallar === Ana südündə zülalların ümumi miqdarı 0,9-1,0% təşkil edir ki, bu da inək südündən 2-3 dəfə azdır. Laktasiyanın başlanğıcında kazeinin tərkibi aşağıdır (zərdab proteini/kazein nisbəti 90:10); yetkin süddə kazeinin nisbəti daha yüksəkdir (zərdab proteini/kazein nisbəti 60:40). Kazein misellərinin ölçüsü 42 nm-dir. Qismən açılmış alfa-laktalbumin (ana südündən olan zərdab zülalı) və HAMLET adlanan olein turşusu kompleksi (iuman Alpha-Lactalbumin Made Lethal to Tumor Cells abbreviaturasıdır) həm in vitro, həm də şiş hüceyrələrinin - in vivo proqramlaşdırılmış ölümünə (apoptoza) səbəb olur. .
Xristianlıqda Ana
Theotokos (yunan : Θεοτόκος) və yaxud Xristianlıqda ana — Pravoslav Kilsəsində və Şərqi Katolik Kilsəsində İsanın anası Məryəm ana üçün istifadə edilən xristian dininə məxsus olan dini termindir. Yunanca Allah mənasını verən theos və dünyaya gətirmək mənasını verən tikto sözlərinin birləşməsindən əmələ gəlib, "Allahı dünyaya gətirən", "Allahın anası" mənasını verir. Bakirə Məryəmlə bağlı əsas xristian prinsiplərindən biri olub, onun Müqəddəs Üçlüyün ikinci şəxsi, bədəndəki Kəlam olan Allahın və dolayı yol ilə Theotokos və Allahın Anası olaraq İsa Məsihi dünyaya gətirməsi həqiqətini ifadə edir. "Allahın Anası" ("Allahı dünyaya gətirən") ifadəsi nə anası, nə də atası olmayan (digər qədim dinlər mövcud olan Allahların anaları olan qədim ilahələrdən fərqli olaraq) əbədi Allah Atanın anası demək deyildir. Bunun əksinə olaraq, əksər xristianlar inanırlar ki, Kəlam olan Allah əbədi olaraq Ata Allahdan doğulsa da, o, Məryəm ananın enkarnasiyasıdır ("bədənindən doğulmuş"). Başqa bir sözlə ifadə edilərsə, Allah-insan İsa Məsihin iki təbiəti mövcuddur: ilahi — Ata Allahdan və insani — Məryəm anadan gələn.
Harmonik analiz
Harmonik analiz — funksiyaların və yaxud siqnalların əsas dalğalarının superpozisiyası kimi təqdim edilməsi, Furye seriyası və Furye çevrilmələri anlayışlarının öyrənilməsi və ümumiləşdirilməsi ilə məşğul olan riyaziyyatın bir sahəsidir (yəni Furye analizinin genişləndirilmiş formasıdır). Son iki əsr müddətində o, ədədlər nəzəriyyəsi, təmsilçilik nəzəriyyəsi, siqnalların işlənməsi, kvant mexanikası, gelgit analizi və nevrologiya kimi müxtəlif sahələrdə tətbiqləri ilə geniş bir mövzuya çevrildi. "Harmonika" termini qədim yunanca "harmonikos" sözündən yaranmışdır, mənası "musiqidə mahir olan" deməkdir. Fiziki öz dəyər məsələlərində musiqi notlarının harmonikasının tezlikləri kimi tezlikləri bir-birinin tam ədədi olan dalğaları nəzərdə tutmağa başlamış, buna baxmayaraq, bu termin ilkin mənasından kənarda ümumiləşdirilmişdir. Rn-də klassik Fourier çevrilməsi hələ də davam edən tədqiqat sahəsidir, xüsusən olaraq temperli paylamalar kimi daha ümumi obyektlərdə Furye çevrilməsi ilə bağlıdır. Məsələn, biz f paylanmasına bəzi tələblər irəli sürsək, bu tələbləri f-nin Furye çevrilməsi baxımından tərcümə etməyə cəhd edə bilərik. Bunun nümunə olaraq Paley–Viener teoremini göstərə bilərik. Paley-Viener teoremi dərhal nəzərdə tutur ki, əgər f yığcam dəstəyin sıfırdan fərqli paylanmasıdırsa (bunlara yığcam dəstəyin funksiyaları daxildir), onda onun Furye çevrilməsi heç vaxt yığcam şəkildə dəstəklənmir (yəni, siqnal bir sahədə məhduddursa, o, digər sahədə qeyri-məhduddur.). Bu, harmonik analiz şəraitində qeyri-müəyyənlik prinsipinin çox sadə formasıdır. Furye seriyası harmonik analiz və funksional analiz arasında əlaqəni təmin edən Hilbert sahəsi konteksində çox rahat şəkildə öyrənilə bilər.
Hattlar (Anadolu)
Hattlar — e.ə. 2,500–2,000/1,700-cü illərdə Anadolunun mərkəzi və cənub-şərq hissəsində yerləşən Hatti ölkəsində (indiki Türkiyə) erkən və orta tunc dövründə məskunlaşan xalq. Ölkənin və xalqın adı sonradan onları fəth edən, Hind-Avropa dil ailəsinə mənsub olan hetlərə miras qalmışdır. == Məskunlaşma == Hattlar bir neçə şəhər dövlətində yaşayırdılar. Həmçinin, yaşadıqlara şəhərlərə bunlar aiddir: Arinna — əsas müqəddəs şəhər, Günəş ilahəsi Vurusemunun şəhəri. Purusxanda — eramızdan əvvəl 2400-cü il və sonrasında baş tutmuş hadisələr haqqında mənbələrdə qeyd edilmişdir. Alaca Höyükdə əvvəlki qazıntı təbəqəsində tapılmış, adı bilinməyən şəhər; Nerik — İldırım tanrısına sitayiş edildiyi şəhər. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Akurgal, Ekrem. The Hattian and Hittite Civilizations. Ankara: Ministry of Culture.
Hypericum anagalloides
Hypericum anagalloides (lat. Hypericum anagalloides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü.
II Anastasi
Artemi II Anastasi (yun. Αρτέμιος Ἀναστάσιος Β; VII əsr – 1 iyun 719, Konstantinopol) — 713-715-ci illərdə hakimiyyətdə olmuş Bizans imperatoru. == Hakimiyyətə gəlməsi == Əsl adı Artemidir. Əvvəlki imperatorların hakimiyyəti dövründə saray məmurlarından olan Artemi əvvəlki imperator Filippik Vardanın katibi idi. Trakiyanı tutub Bolqarlar üzərinə gedən Bizans ordusu üsyan qaldıraraq Konstantinopola dönərək paytaxtı ələ keçirdir. İmperator Filippi taxtdan endirirlər. Onun katibi olan Artemini imperator elan edərək tacı ona təhvil verirlər. Artemi II Anastasi adı ilə imperator elan edilir.Ancaq, II Anastasi adına kəsilən sikkələrdə Artemios Anastasios adını yazdıraraq öz adından da istifadə etmişdir.Hakimiyyətə gələn kimi, keçmiş imperatora üsyan qaldıran ordu rəhbərlərini və üsyanın təşkilatçılarını edam etdirir. II Anastasinin hakimiyyəti dövründə Əməvilər xilafətinin Bizans İmperiyasının Anadolu torpaqlarına hücumları xeyli intensivləşdi. 714-cü ildə Ərəb ordusu Qalatiyaya qədər irəlilədi.
Karaşaş ana türbəsi
Karaşaş-ana türbəsi (qaz. Гарашаш ана кесенисе) — Sayramın mərkəzi hissəsindəki Çimkentdəki XII–XIX əsrlərə aid tarix və memarlıq abidəsidir. Rəvayətə görə müqəddəs sufi Hoca Əhməd Yasəvinin anası orada dayanır. İndiki bina XIX əsrdə dağılmış orta əsr binasının yerində tikilmişdir. == Əfsanələr == Müqəddəslər Mədinət əl-Bəyda və İspidcab Müqaviləsində (17-ci illərin sonu — 18-ci əsrin əvvəlləri) təsvir olunan əfsanəyə görə, Karaşaş ana, Hocanın atası İbrahim-atanın [ru] ən məşhur müridi Şeyx Musanın qızı idi. Əhməd Yəsəvi. XVII əsrin sonlarına aid əfsanələr onu Daşkənddə müqəddəs sayılan Şeyx Ömər Bağistaninin qızı, bacısı və ya əmisi oğlu da adlandırır. Rəvayətə görə, Karaşaş ana dövrünün ən savadlı, savadlı və savadlı qadınlarından biri idi. Zadəgan və varlı bir ailədən salamlayan Karaşaş ana təkəbbürlü idi. İnsanlara xəyalları yozmağa və anlamağa kömək edən şəfa hədiyyə verdi.
Katolikos Anastas
Katolikos Anastas — Albaniyanın XXII katolikosu.
Katolikos II Anastas
Katolikos II Anastas - Albanların LXV katolikosu. == Katolikosluğu == Katolikos III Matteosdan sonra taxta çıxmışdır. Hakimiyyət illəri dəqiq deyil Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Krasnoe gölü (Anadır rayonu)
Krasnoe gölü (rus. Красное) — Anadır ovalığının ən böyük gölü. Rusiyanın Çukotka Muxtar Dairəsi, Anadır rayonu ərazisinə daxildir. Gölün yaxınlığında Krasneno kəndi yerləşir. == Tarixi məlumat == Göl sahili təşkil edən effuziv qayaların qırmızı və qəhvəyi tonlarına görə adlandırılmışdır. İlk xəritələrdə göl Krasnyano adlanırdı. Buna görə də köhnə rus əhalisinin ləhcəsində bu "zəngin, bol" mənasını verirdi. Anadırda yayayış təmin edildikdən bəri göldə müntəzəm yarmarkalar keçirilmişdir. == Hidrologiya == Krasnoe gölü Anadır çayının aşağı axınında yerləşir və olduqca geniş bir ərazini tutur. Qərbdən gölün hövzəsi Çikaev dağlarının yüksəklikləri ilə (280-390 m), şərqdən isə Rarıtkin silsiləsinin dağları ilə əhatələnir (350-420 m).
Kuzmanın anası
Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərmək — rus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində. Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir.
Kuzmanın anasını göstərmək
Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərmək — rus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində. Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir.
Kuzyanın anası
Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərmək — rus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində. Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir.
Kuzyanın anasını göstərmək
Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərmək — rus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində. Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir.
Laburnum anagyroides
Anagirayabənzər qızılıakasiya (lat. Laburnum anagyroides) — qızılıakasiya cinsinə aid bitki növü. == Sinonim == Cytisus laburnum L. Laburnum anagyroides subsp. alschingeri (Vis.) Hayek Laburnum anagyroides subsp. anagyroides Laburnum anagyroides subsp. jacquinianum (Wettst.) Hayek Laburnum vulgare J.Presl == Təbii yayılması == Cənubi və Qərbi Avropada, Kiçik Asiyada bitir. Fransadan-Balkana qədər olan ərazilərdə yayılmışdır. == Botaniki təsviri == 5–7 m hündürlükdə, boz-yaşıl və ya boz-qonur rəngli sallanan budaqları olan ağac və ya koldur. Cavan budaqları və çiçək zoğları gümüşü tükcüklərlə örtülüdür. Yarpaqları üçər olub, uzunsaplaqlı, yarpaqcıqları uzunsov-ellipsvari və ya tərs- yumurtavaridir, 3–8 sm uzunluqda, 1,5–3 sm enində, yarpaq ayasının üst səthi çılpaq, alt səthi gümüşü, xırda tükcüklüdür.
Laburnum anagyroides subsp. alschingeri
Anagirayabənzər qızılıakasiya (lat. Laburnum anagyroides) — qızılıakasiya cinsinə aid bitki növü. == Sinonim == Cytisus laburnum L. Laburnum anagyroides subsp. alschingeri (Vis.) Hayek Laburnum anagyroides subsp. anagyroides Laburnum anagyroides subsp. jacquinianum (Wettst.) Hayek Laburnum vulgare J.Presl == Təbii yayılması == Cənubi və Qərbi Avropada, Kiçik Asiyada bitir. Fransadan-Balkana qədər olan ərazilərdə yayılmışdır. == Botaniki təsviri == 5–7 m hündürlükdə, boz-yaşıl və ya boz-qonur rəngli sallanan budaqları olan ağac və ya koldur. Cavan budaqları və çiçək zoğları gümüşü tükcüklərlə örtülüdür. Yarpaqları üçər olub, uzunsaplaqlı, yarpaqcıqları uzunsov-ellipsvari və ya tərs- yumurtavaridir, 3–8 sm uzunluqda, 1,5–3 sm enində, yarpaq ayasının üst səthi çılpaq, alt səthi gümüşü, xırda tükcüklüdür.
Laburnum anagyroides subsp. anagyroides
Anagirayabənzər qızılıakasiya (lat. Laburnum anagyroides) — qızılıakasiya cinsinə aid bitki növü. == Sinonim == Cytisus laburnum L. Laburnum anagyroides subsp. alschingeri (Vis.) Hayek Laburnum anagyroides subsp. anagyroides Laburnum anagyroides subsp. jacquinianum (Wettst.) Hayek Laburnum vulgare J.Presl == Təbii yayılması == Cənubi və Qərbi Avropada, Kiçik Asiyada bitir. Fransadan-Balkana qədər olan ərazilərdə yayılmışdır. == Botaniki təsviri == 5–7 m hündürlükdə, boz-yaşıl və ya boz-qonur rəngli sallanan budaqları olan ağac və ya koldur. Cavan budaqları və çiçək zoğları gümüşü tükcüklərlə örtülüdür. Yarpaqları üçər olub, uzunsaplaqlı, yarpaqcıqları uzunsov-ellipsvari və ya tərs- yumurtavaridir, 3–8 sm uzunluqda, 1,5–3 sm enində, yarpaq ayasının üst səthi çılpaq, alt səthi gümüşü, xırda tükcüklüdür.
Laburnum anagyroides subsp. jacquinianum
Anagirayabənzər qızılıakasiya (lat. Laburnum anagyroides) — qızılıakasiya cinsinə aid bitki növü. == Sinonim == Cytisus laburnum L. Laburnum anagyroides subsp. alschingeri (Vis.) Hayek Laburnum anagyroides subsp. anagyroides Laburnum anagyroides subsp. jacquinianum (Wettst.) Hayek Laburnum vulgare J.Presl == Təbii yayılması == Cənubi və Qərbi Avropada, Kiçik Asiyada bitir. Fransadan-Balkana qədər olan ərazilərdə yayılmışdır. == Botaniki təsviri == 5–7 m hündürlükdə, boz-yaşıl və ya boz-qonur rəngli sallanan budaqları olan ağac və ya koldur. Cavan budaqları və çiçək zoğları gümüşü tükcüklərlə örtülüdür. Yarpaqları üçər olub, uzunsaplaqlı, yarpaqcıqları uzunsov-ellipsvari və ya tərs- yumurtavaridir, 3–8 sm uzunluqda, 1,5–3 sm enində, yarpaq ayasının üst səthi çılpaq, alt səthi gümüşü, xırda tükcüklüdür.
Lazer impuls analizi
Lazer impuls analizi — maye, bərk və pastavari maddələrin istilik keçiriciliyini və termal diffuziyasını ölçmək üçün son illərdə istifadə olunan metoddur. == Ümumi məlumat == Materialların termofiziki xüsusiyyətləri və alınnan son məhsullarda istilik köçürmələrinin optimallaşdırılması barədə məlumatlar sənayedə istifadə üçün vacib amillərdən biridir . Yarımkeçirici materialların, LED-lərin, optik disklərin yazılması və onların yaddaşı üçün texnologiyaların öyrənilməsində, düz ekranlar yaratmaqda incə plyonkaların termofiziki xüsusiyyətləri getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu, sənaye sahələrində cihaza xüsusi bir funksiya vermək üçün altlıqda ince bir tətbiq olunur. İncə plyonkaların fiziki xüsusiyyətləri həcmli olan materialların xüsusiyyətlərindən fərqləndiyindən, bu məlumat istilik proseslərinin dəqiq proqnozlaşdırıla bılən nəzarətinə ehtiyac duyur. Qalınlığı 80 nm-dən 20 mikrona qədər olan incə plyonkaların termofiziki xüsusiyyətlərini analiz etmək üçün, ümumi olaraq tanınan lazer flaş üsulu əsasında, məsələn, LAZER impuls cihazı LİNSEİS (TF-LFA) bir sıra yeni imkanlar təklif edir. == Yuksək sürətli lazer flaş metodu == (nümunənin arxa tərəfinin istiləşməsi, ön deteksiyası (RF)) İncə təbəqələrin və plyonkaların istilik xüsusiyyətləri həcmli olan müvafiq materialların xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə fərqləndiyindən, onların tədqiqi ücün klassik lazer flaş metodunun məhdudiyyətlərindən üstün bir üsul tələb olunur — yuksək sürətli lazer flaş metodu. Ölçmə, həndəsi standart lazer flaş üsulu ilə eynidir: detektor və lazer nümunənin qarşı tərəfində yerləşir. İQ detektorları incə qatların ölçməsi üçün çox asta olduğundan, deteksiya termo-əks (reflective) etdirici üsul ilə həyata keçirilir. Bu üsulun əsas məğzi, materialın qızdırıldığı zaman, onun səthinin əksedirici qabiliyyətinin dəyişilməsi istilik xüsusiyyətlərini müəyyən etmək üçün istifadə edilə bilər.
Maliyyə analizi
Maliyyə analizi — (maliyyə hesabatının təhlili, mühasibat təhlili və ya maliyyənin təhlili kimi də istinad edilir) biznesin, sub-biznesin və yaxud layihənin həyat qabiliyyətinin, sabitliyinin və gəlirliliyinin qiymətləndirilməsinə aiddir. Bu, maliyyə hesabatlarından və başqa hesabatlardan alınan məlumatlardan istifadə edən əmsallar və başqa metodlardan istifadə edərək hesabat hazırlayan mütəxəssislər tərəfindən həyata keçirilir. Adətən bu hesabatlar biznes qərarlarının qəbul edilməsində əsaslardan biri kimi yuxarı rəhbərliyə təqdim olunur. Maliyyə analizi müəssisənin aşağıdakıları edə biləcəyini müəyyən edə bilər: Əsas fəaliyyətinizi və yaxud fəaliyyətinizin bir hissəsini davam etdirmək və ya tam əksinə dayandırmaq; Öz məhsulunu hazırlamaq üçün müəyyən materiallar istehsal etmək və yaxud əldə etmək; Öz mallarınızın istehsalında müəyyən maşın və avadanlıqları əldə etmək və yaxud icarəyə vermək; Səhmləri buraxmaq və yaxud dövriyyə kapitalının artırılması üçün bank krediti haqqında danışıqlar aparmaq; İnvestisiya və yaxud kredit kapitalı ilə əlaqəli qərarlar qəbul etmək; Rəhbərliyə öz biznesinin həyata keçirilməsində müxtəlif alternativlər üzrə məlumatlı seçim etməyə imkan verən digər qərarlar qəbul etmək; == Şirkət səviyyəsində analiz == Maliyyə analitikləri tez-tez şirkətinin elementlərini aşağıdakı kimi qiymətləndirlər: Gəlirlilik – həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə gəlir əldə etmək və artımı saxlamaq qabiliyyətidir. Adətən, şirkətin gəlirlilik dərəcəsi şirkətin fəaliyyət nəticələri haqqında hesabat verən mənfəət və zərər hesabatına əsaslanır; Ödəmə qabiliyyəti – uzunmüddətli perspektivdə kreditorlar və başqa üçüncü şəxslər qarşısında öhdəliklərini ödəmək qabiliyyətidir; Likvidlik – təcili öhdəliklərin yerinə yetirilməsi zamanı müsbət pul axınını dəstəkləmək bacarığıdır; Stabillik – firmanın və yaxud şirkətin öz fəaliyyətini həyata keçirərkən əhəmiyyətli itkilərə məruz qalmadan, uzunmüddətli perspektivdə biznesdə qalmaq qabiliyyətidir. Şirkətin sabitliyinin qiymətləndirilməsi həm mənfəət və zərər hesabatının, həm də mühasibat balansının, həmçinin, başqa maliyyə və qeyri-maliyyə göstəricilərinin istifadəsini tələb edir. Həm ikinci, həm də üçüncü verilmiş şərtlər mühasibat balansına əsaslanır ki, bu da müəyyən bir vaxtda biznesin maliyyə vəziyyətini göstərir. == Üsullar == Maliyyə analitikləri tez-tez maliyyə göstəricilərini (ödəmə qabiliyyəti, gəlirlilik, artım və s.) müqayisə edirlər: Keçmiş göstəricilər – eyni şirkət üçün tarixi dövrlər üçün (məsələn, son 5 il ərzində) Gələcək göstəricilər – Tarixi şəxsiyyətlərdən və müəyyən riyazi və statistik üsullardan, o cümlədən indiki və gələcək dəyərlərdən istifadə etmək yolu ilə, bu ekstrapolyasiya üsulu maliyyə təhlilində səhvlərin əsas mənbəyidir, çünki keçmiş statistik məlumatlar gələcək perspektivlərin zəif proqnozlaşdırıcıları ola bilər. Müqayisəli göstəricilər – oxşar şirkətlər arasında müqayisə Maliyyə əmsallarının müqayisəsi maliyyə analizinin aparılmasının yalnız bir üsuludur. Maliyyə analitikləri faiz analizindən də istifadə edə bilərlər ki, bu da bir sıra rəqəmlərin bir baza məbləğindən faizlə azaldılmasını nəzərdə tuturdu.
Marin Anastasoviçi stadionu
Marin Anastasoviçi stadionu (rum. Stadionul Marin Anastasovici) — Rumıniyanın Curcu şəhərində yerləşən stadion. 8500 tamaşaçı tutumuna malikdir. "Astra" futbol klubu ev oyunlarını bu stadionda keçirir.
Modal analiz
Modal analiz — ölçmə texnologiyasında maşın sistemlərinin məxsusi tezlik halını təyin etmək üçün tətbiq olunan sınaq-analitik üsuldur. Bu üsul məcburi mexaniki yırğalanmaların ölçülməsi və analizi əsasında sınaq yolu ilə maşınların dinamiki xassələrinin araşdırılmasında geniş tətbiq edilir. == Mahiyyəti == Hesabi modal analizi, strukturu və model parametrləri əvvəlcədən məlum xətti əvəzləyici modelə əsaslanır. Modelin yaradılmasında həndəsəsi sadə olan cismlərdən: tir, dairəvi lövhə, dördbücaqlı lövhənin məxsusi tezliyi və yırğalanma forması əsas götürülür. Kompleks maşın sistemi bu sadə elementlərdən istifadə olunaraq modelləşdirilir və sistemin kütlə, sərtlik və titrəməsöndürmə matrisaları yaradılır. Məxsusi çevrəvi tezliklər, modal titrəməsöndürmə və məxsusi vektorlar kimi modal parametrlər analitik və ya ədədi üsulla həll olunaraq təyin edilir. Modal sözü də məxsusi vektorun ingilis dilində mənasını ifadə edir. Sınaq yolu ilə aparılan modal analizində modal kəmiyyətlər maşının yırğalanması zamanı ölçülən kəmiyyətlər əsasında tapılır. Bu halda xətti sistemin bütün xassələrinin ötürmə funksiyasında nəzərə alındığı hesab olunur. Belə ki, bu üsul iki hissəyə bölünür: Ötürücü funksiyanın ölçülməsi, Ötürücü funksiyanı qiymətləndirilməsi.
Monanthes anagensis
Monanthes anagensis (lat. Monanthes anagensis) — dovşankələmikimilər fəsiləsinin monanthes cinsinə aid bitki növü.
Mülk Rac Anand
Mülk Rac Anand – hind yazıçısı, alim, ictimai xadim. == Yaradıcılığı == Mülk Rac Anand Pəncab (1925) və London (1929) universitetlərini bitirmişdir. Beynəlxalq Sülh mükafatı laureatı (1953), Pəncab Universitetinin professorudur (1962). M.R. Anand ingilis dilində yazmışdır. Mütərəqqi hind yazıçıları cəmiyyətinin təşkilatçılarından olmuşdur (1936). Bəzi hekayələri Azərbaycan dilinə tərcümə olunmuşdur. O, Asiya və Afrika ölkələri yazıçıları ilə sovet əlaqə komitəsinin Bakıda keçirilmiş iclasında iştirak etmişdir (1966). == Romanları == “Toxunulmaz” (1935) “Kuli” (1936) “Yol” (1961) “Qəhrəmanın ölümü” (1963) “Sübhün çöhrəsi” (1964) “Toxunulmaz” (1935) “Kuli” (1936) romanları insanların zülmə, istibdada qarşı azadlıq mübarizəsinə həsr olunmuşdur.
Müqəddəs Məryəm Ana kilsəsi, Asen qalası
Müqəddəs Məryəm Ana kilsəsi (bolq. църква "Света Богородица", tsarkva "Sveta Bogoroditsa") - Asen qalasında yerləşən məşhur orta əsrlər şərqi ortodoks kilsəsinə verilən addır. Bolqarıstanın cənubundakı Plovdiv vilayətinin Rodop dağlarında Asenovqrad yaxınlığında yerləşir. XII əsrdə tikildiyi təxmin edilir və iki hissədən ibarətdir: yuxarı hissə - kilsə, aşağı hissə - naməlum. Kilsənin narteksi üzərində dördbucaqlı qüllə, növünə görə Balkanlardakı ən qədim qüllə hesab edilir. Kilsənin üst hissəsindəki divarlarda freska parçaları vardır. == Yer və tarix == Müqəddəs Məryəm Ana kilsəsinin ərazisi Plovdivdən Smilyana qədər, Asenovqrad qəsəbəsindən (orta əsrlərdə Stenimaços) cənuba doğru 2 kilometrlik məsafə boyunca uzanır. Kilsə zamanında güclü müdafiə olunan hal-hazırda isə dağıdılmış vəziyyətdə olan Asen qalasının bir hissəsidir. Kilsənin inşa edilmə tarixi ilə bağlı bir neçə fərqli fikirlər var. Beləki kilsənin yaranma tarixi bir çox alimlər tərəfindən XII əsr olaraq qəbul edilsə də, bəziləri kilsənin XI və ya XIII əsrdə yaradılması fikrini qəbul edir.
Müqəddəs Məryəm Ana kilsəsi (Asen qalası)
Müqəddəs Məryəm Ana kilsəsi (bolq. църква "Света Богородица", tsarkva "Sveta Bogoroditsa") - Asen qalasında yerləşən məşhur orta əsrlər şərqi ortodoks kilsəsinə verilən addır. Bolqarıstanın cənubundakı Plovdiv vilayətinin Rodop dağlarında Asenovqrad yaxınlığında yerləşir. XII əsrdə tikildiyi təxmin edilir və iki hissədən ibarətdir: yuxarı hissə - kilsə, aşağı hissə - naməlum. Kilsənin narteksi üzərində dördbucaqlı qüllə, növünə görə Balkanlardakı ən qədim qüllə hesab edilir. Kilsənin üst hissəsindəki divarlarda freska parçaları vardır. == Yer və tarix == Müqəddəs Məryəm Ana kilsəsinin ərazisi Plovdivdən Smilyana qədər, Asenovqrad qəsəbəsindən (orta əsrlərdə Stenimaços) cənuba doğru 2 kilometrlik məsafə boyunca uzanır. Kilsə zamanında güclü müdafiə olunan hal-hazırda isə dağıdılmış vəziyyətdə olan Asen qalasının bir hissəsidir. Kilsənin inşa edilmə tarixi ilə bağlı bir neçə fərqli fikirlər var. Beləki kilsənin yaranma tarixi bir çox alimlər tərəfindən XII əsr olaraq qəbul edilsə də, bəziləri kilsənin XI və ya XIII əsrdə yaradılması fikrini qəbul edir.

ana sözünün leksik mənası və izahı

  • 1 is. 1. Övladı olan qadın. Ana məhəbbəti. Mehriban ana. Bütün qədim şairlər analarının südü ilə yoğrulmuş dildə yazırdılar. – Anasına bax, qızını al. (Məsəl). [Zeynəb:] Eh, Dilrüba, sən özün də ana olacaqsan. M.S.Ordubadi. Gəlinin sözləri anasını da kövrəltdi. Çəmənzəminli. Dörd ay vardı, ananın gözləri yol çəkirdi. S.Rüstəm. // Məc. mənada. Zaman bizə bir anadır; Biz zamanın övladıyıq! S.Vurğun. 2. Öz balalarına nisbətən heyvan, balası olan heyvan. Quzular analarını əmirlər. Pişiyin balası lap anasına oxşayır. 3. Yaşlı qadına hörmətlə müraciət. Ana, bir az su verin. 4. məc. Bir şeyin əsas qismi, mərkəzi, kökü mənasında. Ana çay. Ana zoğ. Ana dili. – Bütün ana və qol arxlar təmizlənib qaydaya salınmışdır. // məc. Bəsləyici, qidalandırıcı, tərbiyələndirici. Hündür dağlar sizin ilə öyünür; Anasınız çay, bulağa, buludlar. H.K.Sanılı. 5. məc. Müxtəlif oyunlarda başçı. Uşaqlardan bir nəfər nüfuzlusu “ana” (oyun başçısı) olardı. H.Sarabski. ◊ Ana bətni – ana qarnı, uşaqlıq. Bəlkə də onların [Bab və Bəhanın] ana bətnindən alim doğulduğuna inananlar tapılırdı. M.S.Ordubadi. Ana Vətən, ana torpaq, ana yurd tənt. – Vətən. Onun sadə həyatını mən bilirəm; Bilir bizim ana torpaq, ana vətən. S.Vurğun. Mən deyirdim ki, bir gün varıb ana yurduna; Öpərsiniz anamın toz basan məzarını… A.İldırım. Ana dili – bir adamın doğma dili, körpəlikdən öz ataanasından öyrəndiyi dil. …Ərəb və fars kəlmə və ibarələrinin şövq və həvəsində olub, ehtiyac olmadığı halda onları ana dilinə qatıb qarışdırmaq, bizim əqidəmizcə, böyük səhvdir. F.Köçərli. Füzuli bayraq etdi doğma ana dilini; O bu dildə ilk dəfə “Leyli-Məcnun” yaratdı. B.Vahabzadə. Ana xətti – əsas, mühüm cəhət. Lakin özlüyündə müstəqil olan bütün bu musiqi parçaları arasında müəyyən bir rabitənin varlığı və bununla da bütün nömrələrin bir ana xəttinə əsaslanması lazımdır. Ə.Bədəlbəyli. Ana südü kimi məc. – halal, qanuni. [Həsən:] Ay mirzə, Allahı sevərsən, kasıb adamam, mənim evimi yıxma, yediyin nahar da ana südü kimi halalın olsun. Ə.Haqverdiyev. Ana uşağı məc. – utancaq, dilsiz-ağızsız, fağır. Dördillik məktəb həyatında özünü ana uşağı kimi aparan Səlim birdən-birə dəyişdi. M.Hüseyn. Anadan olmaq – doğulmaq. Nurəddin … anadan olandan öz şəhərlərindən başqa bir yer görməmişdi. S.S.Axundov. Anan ölsün! – təəssüf, kədər bildirir. [Əhməd:] …Dərdlər dərmanı tapılmaz məgərinki bu kitabların içində… Anan ölsün kitab yazan!… N.Vəzirov. Anası mələr qalmaq – ölmək. Anası ölmüş (ölsün) – 1) yazıq, fağır, biçarə, bədbəxt (təəssüf bildirir). [Məsmə:] Təzəlikdə heç xəbər-ətər yoxdur. Anası ölmüş [Bəndalı] düşdü qürbətə, yaman düşdü. Mir Cəlal. Səlbi təzədən dilləndi: – Anası ölmüşü harada qoyub gəldin? Ə.Vəliyev; 2) qoçaq, zirək (tərif yerində işlənir). Anasını ağlar (mələr) qoymaq – divan tutmaq, öldürmək, bədbəxt etmək, müsibətə uğratmaq. [Rəşid:] …Yadında saxla, mənim tikəmə əl uzadanın anasını ağlar qoyaram. İ.Şıxlı. Anasını ağlatmaq – zülm etmək, divan tutmaq, bərk cəzalandırmaq, öldürmək. [İsmayıl bəy:] Sən məni şahid yaz, mən onun [Camal bəyin] anasını ağladım. N.Vəzirov. Güldü, sinəsini dağladıb haqqın; Güldü, anasını ağladıb haqqın. B.Vahabzadə. Anası vayına oturmaq – ölmək. Uşaqların anası dan. – evfemistik yol ilə ərin öz arvadının adını çəkməmək üçün işlətdiyi ifadə. [Kərəməli:] Eşitməyibsənmi ilan vuran yatar, ac yatmaz. Səndən də üzüm qara, uşaqların anası da yorğana bürünüb hıçqırırdı. İ.Şıxlı.

    Azərbaycan dilinin izahlı lüğəti / ana

ana sözünün etimologiyası

  • 1 Tuva dilində bu sözün yerinə iyə (qida verən) işlədilir. Görünür, ana sözü iyə sözünün dəyişmiş formasıdır. İyə isə öz növbəsində yemək feili ilə bağlıdır, “кормилица” deməkdir ( mənbələrdə ana sözünün ruscaya tərcüməsi məhz bu cür verilmişdir). 

    Azərbaycan dilinin etimologiya lüğəti / ana

ana sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 ANA [Pərviz:] Anam mənim sözümə inanmayıb çantama baxdı (M.İbrahimov); CİCİ (dial.) Muxtar: Ay cici, sən burada neyləyirsən? (M.Hüseyn); MADƏR (arx.) Didə məxmur, özü misli-mələk; Madəri onda edər böylə dilək (A.Səhhət); MAMA (dan.) Zeynal: Mamam da maşına mindirəcəm (İ.Məlikzadə); MƏMƏ (məh.) Yaşar: Məmə, bu kaftar məni çox incidəcək? (S.Rəhman); NƏNƏ (dan.) Güləbətin: Həmzə necədir, nənə, işləri yaxşıdırmı? (M.İbrahimov); VALİDƏ (arx.) Validəsi oğurluğu anladı; Yavrusunu nə qarğıdı, nə danladı (A.Səhhət).

    Azərbaycan dilinin sinonimlər lüğəti / ana

ana sözünün rus dilinə tərcüməsi

  • 1 1. мать, мама; 2. материнский, родной;

    Azərbaycanca-rusca lüğət / ana
  • 2 I сущ. 1. мать: 1) женщина по отношению к её детям. Çoxuşaqlı ana многодетная мать, mehriban ana ласковая мать, doğma ana родная мать, ana boyunda в утробе матери 2) перен. источник жизни, основа существования. Dağlar çayların anasıdır горы – родная мать рекам 2. матка: 1) самка-производительница у животных. Quzular analarının üstünə yüyürüşür ягнята бегут к маткам 2) самка пчёл 3. мама 4. простореч. мамаша (обращение к пожилой женщине); Qəhrəman ana мать-героиня, Ana Vətən Родина-Мать, Мать-Родина II прил. 1. материнский: 1) относящийся к матери, принадлежащий, свойственный ей. Ana məhəbbəti материнская любовь, ana qəlbi материнское сердце, ana laylası материнская колыбельная, ana qoynu материнское объятие, ana qayğısı материнская забота 2) такой, в котором зарождается что-л. новое. Ana hüceyrə материнская клетка, ana məhlul материнский раствор, ana süxur материнская порода, ana ulduz астр. материнская звезда 2. мамин, маменькин. Ana uşağı маменькин сын, маменькина дочь 3. родной. Ana torpaq родная земля, ana dili родной язык, ana yurd родная сторона (родной край) 4. маточный. Ana bitkilər маточные растения, ana qayka маточная гайка 5. главный, основной, центральный. Ana xətt главная линия, ana (əsas) yol главная дорога; anadan olmaq родиться, рождаться ◊ ana söyüşü söymək ругаться матом; ana xətlə getmək идти столбовой дорогой; anasını ağlatmaq kimin показать кузькину мать к ому; anasının oğlu бесчестный, негодяй; anası ölmüş несчастный, жалкий; ana südü ilə с молоком матери; ana südü kimi halal olsun! на доброе здоровье!

    Azərbaycanca-rusca lüğət / ana

ana sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. mother; d.d. mamma; amer. mum, ma; qəhrəman ~ Mother Heroine; ~dan olmaq bax doğulmaq; çox uşaqlı ~ mother of many children, mother of a large family; dul ~ unmarried mother; mehriban ~ kind mother; qəddar ~ a cruel mother; doğma ~ one’s own mother; ~ kimi motherlike II. s. 1. maternal; moth er, motherly; ~ hissiyatı maternal instinct ~ baba maternal grandfather; ~ nənə mater nal grandmother; ~ vətən mother coun try; ~ məhəbbəti mother love; 2. native; ~ torpaq native land; ~ dili moth er tongue, native language; 3. mother’s; ~ andı mother’s oath; ~ laylası mother’s lullaby, cradle-song; ~ uşağı mother’s darling; amer. (oğlan) mamma’s boy, (qız) mamma’s girl

    Azərbaycanca-ingiliscə lüğət / ana

ana sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) mère f ; maman f ; 2) adj maternel, -le ; ~ etmək rendre mère qn ; ~ olmaq devenir vi (ê) mère ; être enceinte ; əsərin ~ xətti idée f mère de l’oeuvre ; qəhrəman ~ mère-héroïne f ; ~sının oğlu fils m naturel (batard) ; pis ~ une mauvaise mère ; marâtre f ; çoxuşaqlı ~ mère de famille nombreuse ; ~ bətni ventre m ; sein m ; ~ bətnində olmaq être dans le sein maternel ; ~ vətən pays m natal ; ~ dili langue f maternelle ~ şəfqəti soin m maternel ; ~dan olmaq naître vi (ê) ; venir vi (ê) au monde ◊ ~ südü kimi halal légal, -e ; légitime ; permis, -e ; ~sı mələr qalmaq mourir vi (ê) ; cesser de vivre ; cesser d’exister ; cessez d’être ; ~sı ölmüş pauvre ; malheureu//x, -se ; dou//x, -ce ; pitoyable ; ~sını ağlar (mələr) qoymaq tuer vt ; assassiner vt ; rendre malheureu//x, -se ; ruiner vt

    Azərbaycanca-fransızca lüğət / ana

ana sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. диде; ögey ana тахай диде; // дидедин; ana nəsihəti дидедин насигьат; 2. вичихъ бала авай диши гьайван; ** ana bətni дидедин руфун, аялдин кӀвал; Ana Vətən, ana torpaq, ana yurd Диде Ватан, Ватан, Диге; ана дили дидед чӀал; ana xətti са куьнин асас, важиб тир жигьет; ana südü kimi пер. дидедин нек хьиз, гьалал, къануни; ana uşağı пер. дидедин аял, сиве мез авачир, регъуь, фагъир; anadan olmaq дидедиз хьун, хун (дидеди); anasmını ağlar (mələr) qoymaq диде шуьрун, рекьин, бедбахт авун, сед авун, бенд кьун; anasını ağlatmaq диде шуьрун, зулум авун, бенд кьун, жаза гун, рекьин; uşaqların anası рах. аялрин диде (эвфемизмдин рекьелди гъуьлуь вичин папан тӀвар кьун тавун патал лугьудай гаф).

    Azərbaycanca-ləzgicə lüğəti / ana

ana sözünün türk dilinə tərcüməsi

"ana" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ana nədir? #ana sözünün mənası #ana nə deməkdir? #ana sözünün izahı #ana sözünün yazılışı #ana necə yazılır? #ana sözünün düzgün yazılışı #ana leksik mənası #ana sözünün sinonimi #ana sözünün yaxın mənalı sözlər #ana sözünün əks mənası #ana sözünün etimologiyası #ana sözünün orfoqrafiyası #ana rusca #ana inglisça #ana fransızca #ana sözünün istifadəsi #sözlük