aça sözü azərbaycan dilində

aça

Yazılış

  • aça • 99.7824%
  • Aça • 0.2176%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avtomat açar
Avtomat açar (ing. Circuit breaker, rus. Автоматический выключатель )— cərəyan yüklənməsi və qısa qapanma nəticəsində yarana biləcək zədələnmələrdən elektrik dövrəsini qorumaq üçün layihə olunmuş, avtomatik fəaliyyət göstərən elektrik açarı. Onun əsas funksiyası nasazlıq aşkar edildikdən sonra cərəyanın axınını kəsməkdən ibarətdir. Əriyən qoruyucudan fərqli olaraq, avtomat açarın normal iş fəaliyyəti bərpa edilib, yenidən işlədilə bilər (əllə və ya avtomatik). Avtomat açarlar müxtəlif ölçülərdə hazırlanırlar. Kiçik avtomat açarlar aşağı cərəyan dövrələrini və fərdi məişət cihazlarını qorumaq üçün nəzədə tutulur. Bütün şəhəri elektrik enerjisi ilə təmin edən yüksək gərginlik dövrələrinin qorunması üçün isə daha fərqli kontruksiyada açarlar istehsal olunur. DIN-reykaya montaj edilə bilən termal maqnetik modulyar avtomat açar aşağıdakı hissələrdən ibarətdir. Açma və qoşma üçün istifadə olunan ling.
Açadara
Açadara (gürc. აჩადარა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 1280 m hündürlüktə, Suxumidən 6 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 269.
Açala Gekabel
Açalo
Açalo (çeç. Ачал)— Çeçenistan Respublikasının Şatoy rayonundakı müdafiə qalası. Kelo çayı vadisinin sağında, qaya kənarında, tərk edilmiş Açaloy kəndindən 100 metr cənubda yerləşir. Təxmini tikilmə tarixi XII–XIII əsrlərə aid edilir. == Tarixi == Çeçenistanın bu hissəsindəki qalalar XIX əsrin sonlarında coğrafiyaşünas A. E. Rossikova tərəfindən tədqiq edilmişdir. 1893-cü ildə yüksək dağlıq ərazi olan Şatoy bölgəsini coğrafiyaçı səyyah Q. İ. Radde E. Q. Kyoniq ilə birlikdə araşdırıb. 1965-ci ildə Şimali Qafqaz Arxeoloji Ekspedisiyası Şatoy rayonundakı müdafiə qalalarını öyrənməyə başlayır. Qala Açalo kəndindən 100 metr cənubda yerləşirdi. == Təsviri == Qala kənarları ilə işıq istiqamətinə yönəlmişdir. Onun şərq küncü tamamilə dağılıb.
Açaluk
Yuxarı Açaluk
Açan xalqı
Açanlar, Açan xalqı — (çin. sadə. 阿昌族, pinyin: Āchāng Zú) — Çin Xalq Respublikasında rəsmən tanınan 55 etnik azlıqdan biri, həmçinin Myanmada yaşayırlar. Ana dilləri Açan dilidir. Açan dili Çin-Tibet dil ailəsinin Tibet-Birma qrupunun Lolo-Birma yarımqrupuna daxil olan dillərdən biridir. Çində 1990-cı il sayımı zamanı 27.708 nəfər, 2000-ci il sayımı zamanı 33.936 nəfər, 2010-cu il sayımı zamanı isə 39.555 nəfər etnik açan siyahıya alınmışdır. 2010 sayımına görə Çində qeydə alınmış etnik açanların 96.22%-i (38059 nəfər) Yunnan əyalətində yaşayır. == İstinadlar == == Xarici keçidlər == Yay Dilçilik İnstitutunun yayımladığı "Etnoloq sorğu kitabçası"nın 17-ci nəşrində Açan dili.
Açar
Açar bu mənaları ifadə edə bilər:
Açar (musiqi)
Açar — hər bir not sətrinin əvvəlində qoyulan şərti işarədir. Açar not sətrində yazılan müəyyən bir notun yüksəkliyini və adını təyin edir. Bununla da həmin not sətrində yerləşən digər notların yazılması və oxunması üçün yol açılır. Not yazısında açar üçün oriyentir olaraq üç səsdən istifadə olunur: 1. kiçik oktavanın "fa" səsi – Bas açarı; o cümlədən, "Fa" sisteminə aid olan açarlar bunlardır: Basprofund açarı, bariton açarı. 2. birinci oktavanın "sol" səsi – Skripka açarı (və yaxud kaman açarı); o cümlədən, "Sol" sisteminə aid olan açar – qədim fransız açarı. 3. birinci oktavanın "do" səsi – Alt açarı; o cümlədən, "Do" sisteminə aid olan açarlar - Soprano açarı, Messo-soprano açarı, Tenor açarı, Bariton açarı.
Açar kadr
Açar kadr (keyframe,ключевой кадр, anahtar kare) — rəqəmsal videofilm faylında: tam görüntüdən ibarət olan və sıxılması yalnız kadrın içindəki artıq informasiyanın uzaqlaşdırılması yolu ilə həyata keçirilən kadr. Animasiya və ya hərəkət effektlərində: atributun dəyişilməsi zamanı onun yeni durumunu (məsələn, lazım olan hərəkət trayektoriyasının başlanğıcını və ya sonunu, materialın dəyişməsini və s.) qeydə almaq üçün yaradılan kadr. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı,467s.
Açar söz
Açar söz — (ing. keyword) mətnin əsas məğzini özündə əks etdirən söz. İnternetdə axtarış üçün əsas vasitədir. Proqramlaşdırma dillərində: qabaqcadan müəyyən olunmuş hərəkəti, yerləşik funksiyanı (BUILT-IN FUNCTION), yaxud əməli tanıdan söz. Məsələn, Basic dilində “print” və ya Pascal dilində “begin” belə sözlərdəndir. Bu sözlər dilin öz ehtiyacları üçün ayrılır və proqramçılar onlardan dəyişənlərin, funksiyaların, prosedurların və metodların adları kimi istifadə edə bilməzlər. Buna görə də, bu sözləri çox zaman “ehtiyat sözlər” adlandırırlar. Verilənlər bazasının idarəolunması sistemlərində: hər hansı yazıların, yaxud sənədlərin axtarışını aparmaq üçün istifadə olunan söz. Sənədin başlığında, yaxud mətnində olan və onun məzmunu haqqında daha çox informasiya daşıyan söz. Əsasən, sənədlərin indekslənməsi üçün istifadə olunur.
Açardaşı
Açardaşı — tağın ən üst hissəsində yerləşən daş. Adətən paz və pramida formasında olur. Çox vaxt tağın digər kəmərdaşlarından ölçüsünə və formasına görə fərqlənir. == Əhəmiyyəti == Tağda bütün kəmərdaşlarının yekun istiqamətini simmetrik olaraq müəyyənləşdirir. O həm də tağın davamlılığını və mökəmliyini qoruyub saxlayır. Açardaşı həm də estetik funksiya daşıyır. Memarlıqda açardaşını çox vaxt fərqli şəkildə, bəzəkli və gözə çarpar şəkildə hazırlayırlar. Adətən açardaşını sonuncu olaraq yerləşdirilər tağda. == Qalereya == == Həmçinin bax == Tağ == Xarici keçidlər == Декоративные элементы в романской архитектуре: арка и свод Арабо-мусульманская архитектура.
KVM açar
KVM switch ~ KVM-переключатель ~ KVM anahtar ~ KVM açar – (KVM – “keyboard, video, mouse” sözlərinin abreviaturası) bir dəst giriş-çıxış qurğularını bir neçə kompüter arasında kommutasiya etmək üçün nəzərdə tutulmuş qurğu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kilid və açar (serial, 2020)
Kilid və açar (ing. Locke & Key) — Qabriel Rodrigezin eyniadlı komiksinə əsaslanan 2020-ci ildə çıxarılmış ABŞ istehsalı fantaziya, qorxu və dram teleserialı. == Məzmun == Rendell Lok köhnə şagirdi Sem Lesser tərəfindən öldürüldükdən sonra həyat yoldaşı Nina və üç övladı: Tayler, Kinsey və Bodi Sietldan Massaçusetsə köçürlər. Uşaqlar qısa müddətdə evin gizli sirlərini tapırlar. Beləcə açarlar vasitəsilə müvafiq kilidləri açıb açarların sirlərini kəşf edirlər. Amma pis əməllər üçün açarları istəyən şeytani varlıq onlarla savaşmağa başlayır.
Kəbənin açarları
Kəbənin açarları — müqəddəs Kəbə evinin açarı Əslən Həzrəti İslam peyğəmbəriin tayfasından[mənbə göstərin] – Qureyşlərdən olan Əş-Şeybi nəsli 1400 ildən artıqdır ki, Kəbənin açarlarını özlərində saxlayır və nəsildən-nəsilə keçirirlər. Kəbənin açarlarını saxlayan Əş-Şeybi ailəsinin icazəsi olmadan Allah Evinin qapıları açılmır. Yalnız bu ailənin icazəsi ilə müsəlman olan dövlət adamlarının Məkkəyə səfərində və ildə iki dəfə təmizlik üçün Kəbə evinin qapıları açılır. Kəbənin sirlərindən biri də məhz bu açarla bağlıdır. Belə ki, açarı Əş-Şeybi ailəsindən başqa birisi əlinə aldığı təqdirdə belə müqəddəs evin qapıları açılmır.[mənbə göstərin] Amma Əş-Şeybi ailəsindən kiçik bir uşaq belə açarı götürsə qapı açılar.[mənbə göstərin] Kəbə evinin açarının, örtüyünün, həmçinin Kəbə yaxınlığındakı İbrahim Peyğəmbərin ayaq izinin əks olunduğu daşın yer aldığı Məqami-İbrahim adlı yerin açarı da Əş-Şeybi ailəsindədir. Məhəmməd Peyğəmbər zamanında Kəbənin açarının kimdə qalmasına dair gərgin müzakirələrin getməsi və peyğəmbərin bunu Əş-Şeybi ailəsinə verməsi yazılı qaynaqlarda da yer alıb. Müqəddəs Kəbə evinin açarlarını saxlayan, Qureyş qəbiləsindən Əbdüləziz Əş Şeybi 2010-cu ilin noyabr ayının 10-da - 87 yaşında dünyasını dəyişib. Bu gündən sonra keçirilən təhvil-təslim tədbirində açarlar Əbdüləziz Əş-Şeybinin qardaşı Əbdülqədir Əş-Şeybiyə verilib.
Loreto Açaerandio
Loreto Açaerandio (13 sentyabr 1991, Madrid) — İspaniyanı təmsil edən bədii gimnast. Loreto Açaerandio, İspaniyanı 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Loreto Açaerandio, 2012-ci ildə İspaniyanın bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Sandra Aguilar Navarro, Yelena Lopez, Lordes Mohedano, Alexandra Quereda və Lidiya Redondo ilə finalda 54.950 xal topladı və fəxri 4-cü yeri tutdu.
Namizəd açar
Namizəd açar (candidate key)– verilənlər bazası cədvəlinin müəyyən əlaqələr sətrinin unikal idenfikatoru (tanıdıcısı). Namizəd açar həm sadə (bir atribut halında), həm də mürəkkəb (iki və daha artıq atribut halında) ola bilər. Tərifə görə, hər bir əlaqənin (münasibətin) heç olmazsa bir namizəd açarı olur. Əgər namizəd açar təkdirsə, onda o verilmiş münasibət üçün avtomatik olaraq ilkin açar olur. Əgər namizəd açar bir neçədirsə, istifadəçi onlardan birini ilkin açar kimi göstərməlidir. İlkin kimi göstərilməyən hər bir açar alternativ açar olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Orta Açaluk
Orta Açaluk (inquş Юкъера-Ачалкхе, Боьтамарзи-Юрт, çeç. Юккъера Ачалкхе) - İnquşetiya Respublikasının Malqobek rayonunda yerləşən kənd. == Coğrafiyası == Kənd rayon mərkəzindən 28 km cənub-şərqdə - Malqobek şəhərindən və Maqas şəhərindən 30 km şimal-qərbdə (yol boyu məsafədə), Açaluk çayının dağlıq vadisində yerləşir. Çay kəndin qərbindən başlayır, Yuxarı Açaluk kəndindən keçir, sonra şimal-şərqə, Orta Açaluk kəndinə, oradan isə Aşağı Açaluk kəndinə istiqamətlənir, Sunja silsiləsindən keçərək Alxançurt vadisinə tökülür. Orta Açaluk kəndindən bir az şimalda, bu çayın sağ qolu olan Mavi Daş adlı kiçik bir çay axır. Kəndin şərqində, Sunjenski silsiləsinin yamacında Alxançurt kanalı çəkilmişdir. Orta Açaluk kəndinin yerləşdiyi Sunja silsiləsinin qərbdən şərqə doğru hündürlüyü azalır. Kəndin şimal-qərbində Babalo zirvəsi (818.1 m), şərqdə - Albaskina dağı (777.9 m) yerləşir. Kənd regional R-296 Mozdok - Çermen - Vladiqafqaz magistral yolu boyunca yerləşir. Ən yaxın yaşayış məntəqələri: cənub-qərbdə - Yuxarı Açaluk kəndi, şimal-qərbdə - Qeyrbek-Yurt, şimal-şərqdə - Aşağı Açaluk və cənub-şərqdə - Pliyevo və Qarabulaq şəhəri.
Qacaranın açarı
"Qacaranın açarı" abidəsi (yerli azərbaycanlılar tərəfindən: Ayı heykəli; erm. Քաջարանի բանալի) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin Qafan və Qacaran şəhərlərini birləşdirən avtomobil yolunun solunda, Oxçuçayın sağ sahilində qaya üzərində yerləşən abidə. == Tarixi == 1966-cı ildə Qafan-Qacaran avtomobil yolunun solunda, Oxçuçayın sağ sahilində qaya üzərində ucaldılan abidənin müəllifi heykəltaraş Marat Nuricanyandır. Abidə respublika əhəmiyyətli olub, Qafanın tarixi-mədəni daşınmaz abidələri siyahısındadır. == Təsviri == Oxçuçayın sahilində qaya üzərində yerləşmiş ağzında açar tutan ayı heykəli bərəkətli Zəngəzur torpaqlarını və onun uğrunda döyüşmüş zəngəzurluları simvolizə edir. Azərbaycanlı yerli sakinlər tərəfindən də "Ayı heykəli" adıyla tanınan abidə Qafan şəhərinin əsas simvollarından biridir.
Sirr açanlar
Sirr açanlar - ABŞ-nin Discovery kanalında yayımlanan tele veriliş. Verilişin aparıcıları Ceymi Hayneman və Adam Sevic müxtəlif sirlərin üstünü açırlar. Verilişin Çəkiliş prosesi adətən San-Fransisko körfəz sahəsində olur. 2015-ci ilin Oktyabr ayının 21-də verilişin sonuncu mövsümü olan 14-cü mövsümünün yayımlanacağı deyilmişdir. Şou 248-ci seriyada bitəcək, yoxlanılmış miflərin sayı 1050-yə, keçirilmiş eksperimentlərin sayı 2950-yə çatacaqdır.
Xəlilov açarı
Xəlilov açarı — neft və qaz quyularının yeraltı təmirində nasos-kompressor borularını (diametri 20-dən 132 mm-dək) bağlamaq və açmaq, həmçinin APR tipli mexaniki açarlarla birgə işlənməsi üçün nəzərdə tutulan alət. == Haqqında == Alət ilk dəfə 1956-cı ildə Azərbaycan alimi A.A.Xəlilov tərəfindən yaradılıb və Azərbaycanın neft mədənlərində uğurla sınaqdan keçirilib. Xəlilov açarlannın təyinatı montaj və demontaj işləri, quyularda qaldırma-endirmə əməliyyatları zamanı nasos-kompressor borularının açılması və bağlanması, həmçinin APR tipli mexaniki açarlarla birgə işlənməsi üçündür.
Yuxarı Açaluk
Yuxarı Açaluk (inquş Йоккха Ачалкхе) - İnquşetiya Respublikasının Malqobek rayonunda yerləşən kənd. == Coğrafiyası == Kənd Açaluk çayının hər iki sahilində, regional mərkəz Malqobekdən 30 km cənub-şərqdə və Maqas şəhərindən 25 km şimal-qərbdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: şimal-qərbdə - Qeyrbek-Yurt kəndi, şimal-şərqdə - Orta Açaluk, cənub-şərqdə - Barsuki və Plievo kəndləri, cənubda - Nazran şəhəri və cənub-qərbdə - Dolakovo və Kantışevo kəndləri.. Açaluk çayı kəndin şimal kənarından axır. Çay əsasən yağışla qidalanır və buna görə yay fəslində tez-tez quruyur. Kəndin mərkəzində, şimal yamacını qəbiristanlıqlar tutan “Bur-boarz” məzarlığı var. Kənd hər tərəfdən təpələrlə əhatə olunmuşdur və ərazi əsasən yüksəklikdədir. Açıq ərazilərdə tez-tez müxtəlif heyvan və bitki növlərinə rast gəlinir: dovşan, tülkü, dovşan, kəklik və s.. Kənddə məşhur adlarda çoxlu təpə var: "İki qəbirin təpəsi", "Köpək təpəsi". Yaxınlıqda qurudulmuş bataqlıqlar var.
Şuşa qalasının açarı
Şuşa qalasının açarı — Qarabağ xanlığının inzibati mərkəzi Şuşa şəhərinin qala qapısının açarı. == Təsviri == Şuşa qalasının açarı gümüşdən hazırlanaraq qızılı və gümüşü saplarla toxunmuş qotazlarla işlənib. == Tarixi == Açarlar Çar Rusiyasının Şuşanı işğalı zamanı qənimət kimi götürülmüşdür. Daha sonra 1924-cü ildə Tiflis şəhərindəki Qafqaz Hərb Tarixi Muzeyindən alınmışdır. Gümüşü saplı qotazları olan açar ehtiyac olduğundan Muzeyin Bərpa laboratoriyası tərəfindən bərpa və konservasiya edilmişdir. Açar gümüşə xas qaralmadan və oksid təbəqəsindən təmizlənmiş, qoruyucu təbəqə ilə örtülmüşdür. Açarın qotazları isə təmizlənmiş, sökülmüş, itirilmiş hissələri, saçaqlarının zədələnmiş ipləri bərpa və konservasiya olunmuşdur. Gümüş açar laboratoriyanın əməkdaşı Tural Nəbiyev, qotazlar isə Nuridə Hüseynova tərəfindən bərpa və konservasiya olunmuş və fonda təhvil verilmişdir. == Mühafizə yeri == Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda Şuşa qalasının gümüş açarları mühafizə olunur.
Şüşə açan
Şüşə açan şüşə butulkalardan metal qapaqları çıxarmağa imkan verən bir cihazdır.
Bakının açarı
Bakının Açarı — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmidir. Quruluşçu rejissor və ssenari müəllifi Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirilib == Məzmunu == Xanlıqlar dövründə Bakının yeraltı şəhərinin açarı rusların əlinə keçir. Açar ruslarda olsa da Bakının yeraltı şəhərinin yerini ancaq Bakının qoruyucuları bilir. Qoruyuculardan sonuncusu günümüzdə tarix müəllimi işləyir. O açarı ələ keçirmək üçün şəhərin ən yaxşı 5 oğrusunu bir araya yığıb açarı rusların Bakıdakı tarix muzeyindən oğurlamaq planı qurur. Ruslar da muzeydə açarın oğurlanmasını gözləyir ki, qoruyucunun izinə düşsünlər. Tanıtım linki == Filmin janrı == Film Macəra janrındadır. == Yaradıcı heyət == Quruluşçu rejissor: Zaur Tahirsoy Ssenari müəllifi: Zaur Tahirsoy Quruluşçu operator: Elvin Mikail Montaj: Azflix Pro === Aktyor heyəti === Azərbaycan Film Akademiyası aktyor və aktrisa heyəti: Urfan Cabbarlı Nərmin Əhməd Vüsal Dastan Anar Əli İbrahim Əlizadə Fidan İsmayılova Maya Hüseynli == Çəkiliş yerləri == • Filmin çəkilişi Azərbaycan Film Akademiyasında aparılıb.
Raçiya Açaryan
Raçiya Açaryan (erm. Հրաչեայ Աճառեան; 8 (20) mart 1876, İstanbul[…] – 16 aprel 1953, İrəvan) — Ermənistan linqvisti, leksikoqrafı, etimoloqu və filoloqu. İstanbul ermənisi olan Açaryan yerli erməni məktəblərində, Sorbonnada Antuan Meyenin rəhbərliyi altında və Strasburq Universitetində Henrix Hübşmanın rəhbərliyi altında təhsil almışdır. O, Rusiya imperiyasında və İranda müxtəlif erməni icmalarında dərs demiş, sonra 1923-cü ildə Ermənistan SSR-də məskunlaşmışdır və ölənə qədər İrəvan Dövlət Universitetində çalışmışdır. Poliqlot olan Açaryan bir neçə böyük lüğət, o cümlədən monumental "Erməni etimoloji lüğəti"ni tərtib etmiş, erməni dialektlərini geniş şəkildə öyrənmiş, erməni əlyazmalarının kataloqlarını tərtib etmiş, erməni dili və əlifbası tarixinə dair hərtərəfli tədqiqatların müəllifi olmuşdur. Açaryan erməni linqvistikasının atası hesab olunur. == Həyatı == Açaryan 8 mart 1876-cı ildə Konstantinopolda (İstanbul) erməni ailəsində anadan olmuşdur Erkən yaşda onun bir gözü kor olmuşdur. Atası Akop çəkməçi idi. İlk təhsilini Samatiyadakı Arami və Sahaqi məktəblərində, sonra Getronaqanda (1889–1893) almış, burada fransız, türk və fars dillərini öyrənmışdır. O, erməni dilinin Konstantinopol (İstanbul) dialektində danışırdı.

"aça" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#aça nədir? #aça sözünün mənası #aça nə deməkdir? #aça sözünün izahı #aça sözünün yazılışı #aça necə yazılır? #aça sözünün düzgün yazılışı #aça leksik mənası #aça sözünün sinonimi #aça sözünün yaxın mənalı sözlər #aça sözünün əks mənası #aça sözünün etimologiyası #aça sözünün orfoqrafiyası #aça rusca #aça inglisça #aça fransızca #aça sözünün istifadəsi #sözlük