* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. köhn. 1. Hakim, istismarçı siniflərə mənsub adam; mülkədar, bəy, zadəgan. [Kəndli:] Biz ata-babadan ağa qulluğunda oturmağa adət etməmişik. Ə.Haqverdiyev. 2. Keçmişdə seyidlərə, ruhanilərə verilən ləqəb. // Keçmişdə ziyalılara müraciət edərkən söylənilirdi; cənab. // Keçmişdə mənsəb sahiblərinə, yaxud yaşlı və hörmətli adamlara verilən ləqəb (bəzi adamların adlarının əvvəlinə, ya axırına əlavə olunardı). Novruz Bahadırı qəmgin görüb dedi: – Ağa, nə üçün fikir edirsən? Yoxsa qaçaqlardan qorxursan? N.Nərimanov. [İskəndər:] Doğru deyir ağa, onlar heç vaxt özlərini bu ağzıbirə salmazlar. N.Vəzirov. [Nəcəf bəy:] Ağa İmamverdi, hirsini bas, mən ona qulaqburması verərəm. Ə.Haqverdiyev. // dan. Keçmişdə uşaqlar atalarına deyərdilər. 3. Sahib, sahibkar, yiyə, hakim. Bu yerlərin ağası zəhmətkeşlərdir. – İnsan bütün varlığın ağasıdır, hakimidir. M.İbrahimov. 4. sif. Hakim, üstün. Portuqaliyalılar Anqolanı işğal etdikləri ilk gündən … ağa dil və məhkum dil siyasətini dar ağacı və qılınclarla həyata keçirməyə başladılar. R.Rza.
Azərbaycan dilinin izahlı lüğəti / ağa2 böyük, cənab, sahib; seyid (İranda məmur adlarına artırılır). Bir sıra türk xalqlarında «aka», «əkə» şəklində də işlənir. Hörmət əlaməti olaraq böyük qardaşa da «ağa» deyilir. Bir çox mürəkkəb şəxs adlarının yaranmasında fəal iştirak edir.
Azərbaycan kişi adlarının izahlı lüğəti / ağa1 “Hündür”, “yuxarı” deməkdir. Bəzi türk dillərində əkə, yekə şəklində işlədilir.
Azərbaycan dilinin etimologiya lüğəti / ağa3 1. AĞA (köhn.) (hakim istismarçı siniflərə mənsub adam) Ağanın dediyinə gərək dinməz-söyləməz əməl eləyəsən (Ə.Vəliyev); BƏY Bəyin tapşırığını sözsüz-sovsuz yerinə yetirərsən (Ə.Vəliyev); MÜLKƏDAR (bax); ZADƏGAN (bax). 2. AĞA Sən ağa, mən ağa, inəkləri kim sağa?! (Ata. sözü); BƏY (məc.) Dərə xəlvət, tülkü bəy (Ata. sözü); ALLAH (məc.) [Tacir:] Mən Qacar nəsliyəm, şahlar şahıyam; Mən də yer üzünün bir allahıyam (S.Vurğun); HAKİM, SAHİBKAR (bax). 3. ağa bax cənab
Azərbaycan dilinin sinonimlər lüğəti / ağa1 AĞA I is. köhn. Hakim, hökmran. Mərd anadan mərd oğul; Yada ağa, mərdə qul; Qorxaq töhmət gətirər; Baş ucaldar mərd oğul (Bayatı). AĞA II is. Yaşlı adama müraciət üçün işlədilən söz. Ağa, olmasın azar, bu nə halətdir, sizdə görürəm? (Ə.Haqverdiyev).
Azərbaycan dilinin omonimlər lüğəti / ağa1 1. господин, барин, сударь, хозяин; 2. титул дворян; 3. прозвище сеидов (потомков Магомеда) и духовенства у магометан; 4. отец (при обращении к отцу);
Azərbaycanca-rusca lüğət / ağa2 I сущ. устар. 1. ага, господин, бек, хозяин 2. титул дворян 3. разг. отец, старший брат (при обращении к отцу или старшему брату) 4. властитель, повелитель, глава 5. в сочет. с собственными именами: Cəlil ağa Джалил-ага II прил. разг. главный, господствующий. Ağa (hakim) siniflər господствующие классы, ağa (hakim) dil господствующий язык ◊ ağa kimi yaşamaq жить барином, жить на широкую ногу; başının ağası kimin полновластный хозяин чей, над кем
Azərbaycanca-rusca lüğət / ağa1 i. master; özü-özünün ağası olmaq to be* one’s own master; evin ağaı (kişi) host / head of the house; (qadın) landlady; ağa kimi yaşamaq to live in easy circumstances, to live a well-to-do life
Azərbaycanca-ingiliscə lüğət / ağa1 is. 1) ag(h)a m ; 2) père m ; 3) seigneur m ◊ özünü ~ kimi göstərmək faire le grand seigneur
Azərbaycanca-fransızca lüğət / ağa1 patron Ağa toxdur, nökərə bir çörək yoxdur. atalar sözü Ağaya ağa desən gülməyi gələr, nökərə nökər desən, ağlamağı gələr. atalar sözü
Azərbaycanca-türkcə lüğət / ağa