ağartmaq sözü azərbaycan dilində

ağartmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ağartmaq • 91.7526%
  • AĞARTMAQ • 4.1237%
  • Ağartmaq • 4.1237%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

ağartmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Ağ rəngə boyamaq, ağ rəng çəkmək. Divarları ağartmaq. Tavanı ağartmaq. Kətan tufliləri ağartmaq. // Ağ şeyə sürtüb batırmaq. Üst-başını divara sürtüb ağartmaq. 2. Soldurmaq, rəngini qaçırtmaq. Günün altında çox gəzib paltarını ağartmaq. 3. Sürtüb təmizləmək, silib təmizləmək, pasını açmaq, sürtüb parıldatmaq. // Qalaylamaq. Qazanı ağartmaq. // Təmizləyib düzəltmək, qaydaya salmaq. [Safo] həmişə Alo ilə birlikdə … taxıl əkir, balaca xırmanı ağardır, soyuq aylar düşmədən … dolanıb kəsb etməyə başlayırdı. S.Rəhimov. 4. Üzünü köçürmək, təmiz yazmaq. Verdiyev məruzəsinin üzünü on bir dəfə ağartdı, yenə ürəyi qızmadı. Mir Cəlal. 5. məc. Aşkar etmək, açıb demək, üstünü açmaq, ifşa etmək, üzə vurmaq (bəzən “açıbağartmaq” şəklində işlənir). [Məmmədvəli:] …Yola düşdüm, gördüm sovqatımın çoxu gedibdir, bilmədim motalı kim apardı, yağ necə oldu, qaymağı kim yedi… Heç açıb-ağarda da bilmədim. N.Vəzirov. Biri səbəbsiz ağlar; Biri bərk yıxılanda üzə vurmaz, ağartmaz. R.Rza. [Tapdıq] qaşlarını çatıb fikirləşdi: “Yaxşı, vursam, deyəcəklər “Aha, oğru sənsən ki?” Yox, açıb-ağartmaq lazım deyil…” Mir Cəlal. 6. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və ifadələr düzəldilir; məs.: baş ağartmaq, dişlərini ağartmaq, göz(ünü) ağartmaq, üzünü ağartmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / ağartmaq

ağartmaq sözünün etimologiyası

ağartmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 AĞARTMAQ – QARALTMAQ Verdiyev məruzəsinin üzünü on bir dəfə ağartdı, yenə ürəyi qızmadı (Mir Cəlal); Bir eşqin şimşəyi çaxdı başımda; Yerimdə kömürtək qaraltdı məni (İ.Tapdıq).

    Azərbaycan dilinin antonimlər lüğəti / ağartmaq

ağartmaq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 AĞARTMAQ I f. Açmaq. Buna bənzər bir hiss ürəyini gəzib dolaşdısa da onu ağartmadı (“Ulduz”). AĞARTMAQ II f. Əhənglə rəngləmək. Bayramqabağı divarları ağartdılar.

    Azərbaycan dilinin omonimlər lüğəti / ağartmaq

ağartmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. белить, побелить; 2. переписать начисто; 3 вычистить добела;

    Azərbaycanca-rusca lüğət / ağartmaq
  • 2 глаг. nəyi 1. белить, побелить что. Evin çöl divarlarını ağartmaq белить наружные стены дома 2. чистить, вычистить добела. Qabları ağartmaq вычистить добела посуду 3. перен. раскрывать, раскрыть, разоблачать, разоблачить. Bu işi ağartmadım этого дела я не раскрыл ◊ nəyin üzünü ağartmaq переписывать, переписать набело что-л.; dişini ağartmaq скалить зубы, показывать зубы; gözünü ağartmaq kimə сверкнуть глазами, грозить взглядом кому; baş ağartmaq nədə 1. собаку съесть в (на) ч ём, набить руку на чём, зубы съесть на чём 2. много видеть на своём веку, жизнь прожить; saçını ağartmaq kimin, nəyin uğrunda жизнь положить за кого, за что; saç ağartmaq см. baş ağartmaq; üzünü ağartmaq kimin сослужить хорошую службу к ому, сделать доброе дело для кого, оправдать надежды чьи, кого

    Azərbaycanca-rusca lüğət / ağartmaq

ağartmaq sözünün inglis dilinə tərcüməsi

ağartmaq sözünün fransız dilinə tərcüməsi

ağartmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. лацу авун, лацу ранг ягъун, лацу рангуна ттун; асунун (лацадай); // лацу затӀунив гуьцӀна кьацӀурун, лацу авун; 2. рангар аладарун; 3. алтадна, гуьцӀна михьун, цӀарцӀар гуз тун; къеле гун; 4. михьиз кхьин, ччин куьчарун; 5. пер. эквеба лугьун, ачухдаказ лугьун, винел акъудун, ччиниз ягъун; ** baş ağartmaq кил. baş; diş ağartmaq кил. diş; saç ağartmaq кил. saç.

    Azərbaycanca-ləzgicə lüğəti / ağartmaq

"ağartmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ağartmaq nədir? #ağartmaq sözünün mənası #ağartmaq nə deməkdir? #ağartmaq sözünün izahı #ağartmaq sözünün yazılışı #ağartmaq necə yazılır? #ağartmaq sözünün düzgün yazılışı #ağartmaq leksik mənası #ağartmaq sözünün sinonimi #ağartmaq sözünün yaxın mənalı sözlər #ağartmaq sözünün əks mənası #ağartmaq sözünün etimologiyası #ağartmaq sözünün orfoqrafiyası #ağartmaq rusca #ağartmaq inglisça #ağartmaq fransızca #ağartmaq sözünün istifadəsi #sözlük