ağarmaq sözü azərbaycan dilində

ağarmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ağarmaq • 81.5385%
  • AĞARMAQ • 10.7692%
  • Ağarmaq • 7.6923%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 0.09

ağarmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Ağ olmaq, ağ rəng almaq. Divarlar əhənglənəndən sonra yaxşı ağardı. Kətan yuyulduqca ağarar. 2. Qarla örtülmək, qar basmaq. Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. M.İbrahimov. Ağarıbdır düzlər, çöllər; Buz bağlayıb çaylar, göllər. M.Seyidzadə. 3. Görünmək, öz ağlığı ilə nəzərə çarpmaq (ağ şey haqqında). Dağların başı ağarır. Uzaqdan bir şey ağarır. – Sadə izlər belə yox daşlarda; Ağ dumanlar ağarır qaşlarda. S.Vurğun. 4. Yuyulub təmizlənmək, silinib təmizlənmək, parıldamaq, rəngi açılmaq. Çəngəlbıçaqlar sürtüldükdən sonra ağardı. 5. Saç və saqqala dən düşmək; çallaşmaq. Başı ağarmaq. Saqqalı ağarmaq. – Ağardı muyi-sər, qəddin xəm oldu, taqətin getdi; Sənə layiq deyil, Seyyid, belə məşuqəbaz olmaq. S.Ə.Şirvani. 6. Rəngi getmək, solmaq, bozarmaq. Parça yuyulan kimi ağardı. Gündən paltarım ağardı. 7. Açılmağa başlamaq; dan yeri sökülmək, işıqlanmaq. Gözü üfüqə sataşanda səmanın ağardığını hiss etdi. Mir Cəlal. Şərq üfüqləri ağarmağa başlayırdı. M.İbrahimov. 8. İrinləyib yetişmək (yara, çiban). 9. Yetişib vaxtı ötmək. …Gömgöy olan bir taxıl, görürsən bir gün çallayıb, bir gün ağarır, vağanıyır, bir azdan tökülür, çürüyür. S.Rəhimov. 10. məc. Üzünün rəngi qaçmaq (qorxudan). Sərdar Rəşidin üzü qızarır və yenə də ağarırdı. M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / ağarmaq

ağarmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. AĞARMAQ, BƏYAZLANMAQ (ağ rəng almaq) 2. AĞARMAQ (saç, saqqal və başa dən düşmək) O, indi artıq qocaldığından saçı, saqqalı ağarmış, çalışmaq qabiliyyətini xeyli itirmiş olduğundan ağır işləri oğlu Səfərə buraxmış, özü bir az istirahətə başlamışdı (A.Şaiq); ÇALLAŞMAQ/ÇALLANMAQ İndi Rüstəmin qara gur saçları çoxdan seyrəklənmiş və çallaşmışdı (M.İbrahimov); DƏN DÜŞMƏK (fr.v.) Saçıma dən düşsə, qoy düşsün, nə qəm (R.Rza). 3. AĞARMAQ Xosrov onun kağız kimi ağardığını gördü və özünü irəli atdı.. (M.İbrahimov); RƏNGİ SOLMAQ (QAÇMAQ), SOLMAQ (bax).

    Azərbaycan dilinin sinonimlər lüğəti / ağarmaq

ağarmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 AĞARMAQ – BOZARMAQ Ağ dumanlar ağarır qaşlarda (S.Vurğun); Rəngi bozarmışdır, baxışları sərt (S.Vurğun). AĞARMAQ – QARALMAQ Ağ gün ağardar, qara gün qaraldar (Ata. sözü). AĞARMAQ – QIZARMAQ Sərdar Rəşidin üzü qızarır və yenə də ağarırdı (M.S.Ordubadi).

    Azərbaycan dilinin antonimlər lüğəti / ağarmaq

ağarmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. белеть, сделаться, становиться белым; 2. седеть; 3. светлеть, рассветать; 4. бледнеть, побледнеть; 5. виднеться, белеться, выделяться, блестеть белизной;

    Azərbaycanca-rusca lüğət / ağarmaq
  • 2 глаг. белеть, побелеть: 1) выделяться своим белым цветом. Uzaqda nə isə ağarır вдали что-то белеет 2) становиться белым; выцветать, выцвести. Parça tez ağardı материал быстро выцвел; saçı (başı) ağarmaq седеть, поседеть, dan yeri ağarır светает ◊ gözləri ağarsın kimin пусть ослепнут глаза; günümüz ağarıb! (с отриц. интонацией) дожили!; başı (saçları) ağarmaq kimin yolunda поседеть из-за кого, из-за чего

    Azərbaycanca-rusca lüğət / ağarmaq

ağarmaq sözünün inglis dilinə tərcüməsi

ağarmaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. 1) blanchir vi ; détacher en blanc ; blanchoyer vi ; 2) devenir vi (ê) gris (saçlar haqq.) ; 3) hava ağarır jour commence à poindre ; le jour paraît ; il commence à faire jour (hava haqq.) ; 4) pâlir vi ; blêmir vi ; devenir vi (ê) livide (solmaq, rəngi qaçmaq)

    Azərbaycanca-fransızca lüğət / ağarmaq

ağarmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. лацу хьун; saqqalı ağarmaq чуру лацу (рехи) хьун, чурудик твар акатун; 2. жив ацукьун, живеди кьун; 3. лацу хьана акун, вичин лацувиливди вили кьатӀун (лацу затӀ); 4. рангар фин, алахьун; 5. лаз ягъун, лаз гун, экуь хьун; 6. ирин акатна дигмиш хьун (хер, буьвел); 7. дигмиш хьана вахт алатун (мес. техилдин); 8. пер. чинин рангар атӀун, лацу хьун (кичӀевиляй).

    Azərbaycanca-ləzgicə lüğəti / ağarmaq

ağarmaq sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#ağarmaq nədir? #ağarmaq sözünün mənası #ağarmaq nə deməkdir? #ağarmaq sözünün izahı #ağarmaq sözünün yazılışı #ağarmaq necə yazılır? #ağarmaq sözünün düzgün yazılışı #ağarmaq leksik mənası #ağarmaq sözünün sinonimi #ağarmaq sözünün yaxın mənalı sözlər #ağarmaq sözünün əks mənası #ağarmaq sözünün etimologiyası #ağarmaq sözünün orfoqrafiyası #ağarmaq rusca #ağarmaq inglisça #ağarmaq fransızca #ağarmaq sözünün istifadəsi #sözlük